təkamülündən məhz bununla fərqlənir. O göstərirdi ki, cəmiyyətdə azadlıq, ədalət və əxlaqi
mükəmməlliyin təminatçısı hüquqi dövlət olmalıdır. Bu fikri ilə də Kant klassik alman fəlsəfəsinin
Marksist yanaşma belə bir mövqedən çıxış edir ki, tarixin müəyyənləşmiş məqsədi və
mülkiyyət aradan qaldırılmalı və sinifsiz cəmiyyət qurulmalıdır. A.Toynbi marksist ruhu... yəhudi
ruhu adlandırır. Belə ki, ... Marks Yahvanın (yəhudi Allahı) yerinə “tarixi zərurət” ilahəsini,
yəhudilərin yerinə - müasir proletariatı qoymuş, peyğəmbərin hakimiyyətini isə proletariat
diktaturası kimi təsvir etmişdir.
Karl Popperə görə tarix – sadəcə olaraq, “hadisələrin ardıcıllığıdır”. Vahid bəşər tarixi
yoxdur. Yalnız sonsuz sayda tarixlər məcmusu mövcuddur. K.Popper tarixin elmi statusunu inkar
edir. Hal-hazırda qeyd edilən yanaşma kifayət qədər populyarlaşmağa başlamışdır.
K.Popper tarixin obyektiv qanunlarının olmadığını və buna görə də sosial
proqnozlaşdırmanın mümkünsüzlüyünü irəli sürürdü. Onun fikrincə, tarixi zərurətə inam keçmişin
qalığıdır və bəşər tarixinin gedişini elmi metodlarla əvvəlcədən müəyyənləşdirmək mümkün
deyildir. Beləliklə, müasir filosofların böyük əksəriyyəti hesab edir ki, tarixi prosesin məqsədi
yoxdur və ola da bilməz. Məqsədi – həm özü, həm də cəmiyyət qarşısında insan müəyyənləşdirir.
Bu məqsədə adekvat olaraq tarixin mənası formalaşır. K.Popper tarixi tərəqqini inkar edir. Tərəqqi
– hansısa bir məqsədə doğru hərəkətdir, məqsəd – yalnız insana aiddir, tarix üçün bu, sadəcə olaraq
mümkünsüzdür. Buna görə də, K.Popper hesab edirdi ki, yalnız insan inkişaf eləyə bilər. Beləliklə,
tarix fəlsəfəsinin bir-biri ilə rəqabət aparan iki konsepsiyası meydana çıxır: “tarixin heç bir mənası
yoxdur, tarixdə sadəcə olaraq eyni şeyin fasiləsiz təkrarlanması mövcuddur. Məna var və tarix
yüksələn xətlə gedən fasiləsiz hərəkətdir. Birinci konsepsiya – dövriyyə nəzəriyyəsi, ikinci isə -
tərəqqi nəzəriyyəsidir. Və, hər iki nəzəriyyə tənqid olunur”.
Tarix olanı, elm ola biləni, fəlsəfə olmalı olanı öyrənir. Tarix hadisələr səviyyəsində qərar
tutur, elm hadisələrdən mahiyyətə
gedir
, fəlsəfə isə mahiyyətdən
başlayır
.
Dostları ilə paylaş: