Mövzu 4.
ƏNƏNƏ VƏ HÜQUQDA QENDER: QENDERİN HÜQUQİ GENEZİSİ.
1. Qenderin hüquqi genezisi.
2. Ənənə hüququn mənbəyi kimi.
3. Qadın məsələsi anlayışı.
1. Təbiət tərəfindən qadın üçün ayrılmış insan nəslinin artırılması və ailə ocağının
qorunub saxlanması rolu qender qeyri-bərabərliyinin əsasını qoydu ki, bu da ilk
hüquqi mənbələrdə daha da möhkəmləndirildi.
Ailə-nigah çərçivəsində ənənə və Xamurapi Qanunları ailə başçının ali vəziyyətini
möhkəmləndirirdi. Qədim Vavilon hüququ boşanmağa icazə versə də bunu xüsusən
qadınlar üçün hüquqi və maddi əngəllərlə çətinləşdirirdi. Ümumiyyətlə heç yanda,
ailədəki kimi bütün qədim hüquqi sistemlərə xarakterik olan qadının asılı vəziyyəti bu
cür aydın nəzərə çarpmırdı.
Qender hüququnda qeyri-bərabərliyi əks etdirən digər hüquqi mənbə XII cədvəl
Qanunlarıdır. Romalıların ailə-nigah münasibətləri üçün nəslin başçısı – kişinin üstün
hakimiyyəti xarakterik idi. Ailə hüququnda qohumluq əlaqələri ancaq kişi xətti üzrə
müəyyən olunurdu.
Roma hüququnda iki növ qohumluq nəzərdə tutulurdu. Aqnat – bu və ya digər
yüksələn xətt üzrə ümumi ataya bağlı qohumluq və koqnat – sırf hüquqi xarakteri ilə
fərqlənən qohumluq. Koqnat – açıq qohumluq idi ki, bu da övladlığa götürmək və nigaha
daxil olmaq (qadınlar üçün) yolu ilə genişləndirilə bilərdi. Bundan irəli gələrək roma
hüququnda iki növ nigah – «kum-manu» və ya «ərin əli altında» və «sine-manu» və ya
«ərin əli olmadan» mövcud idi.
X –XI əsrlərdə Lev Mudrının (887-911-ci illər) qanunları nigahın hüquqi qüvvəsini
kilsə ilə bağlıdı. Aleksey Komnenin qanunu isə nigah işlərini ruhani məhkəməsinin
icrasına verdi. Nigah işlərinə doğuşun qanunniliyi, nişanlanma və cehiz məsələləri aid
idi. Nigah bağlanması və ər-arvad arasında şəxsi münasibətləri kilsə hüquqi ilə
tənzimlənirdi. Qərb kilsə hüquqi kişilərin 14, qadınların 12 yaşından daxil ola biləcəyi
nigahın pozulmasına icazə vermirdi.
XI-XIII əsrlərin adi hüququna görə ər-arvad arasındakı əmlak münasibətləri kişinin
idarəçiliyində olan əmlakın ümumiliyi ilə xarakterizə olunurdu.
Klassik müsəlman hüququ VII-X əsrlərdə formalaşmış qaydalarda təqdim olunur.
Buna baxmayaraq müsəlman ölkələrinin müasir hüquqi sistemləri öz mənşəyini ənənəvi
klassik müsəlman hüququndan alır ki, çox vaxt bu normalar əzəli formasında istifadə
olunur. Bu da öz növbəsində bu qanunların mükəmməlliyinə sübutdur.
Qurana görə nigah, ailə, uşaq doğumu hər bir dindar müsəlmanın mütləq
hüququdur. Quran çoxarvadlığa icazə verir. Ancaq onların sayı eyni zamanda 4-dən çox
olmamalı və kişi onların hər birini eyni maddi səviyyədə saxlamaq imkanına malik
olmalıdır. Nigahlı arvadlarından əlavə hər bir kişinin qadın-kəniz (siqə) saxlamaq
hüququ var idi. Nigah bəylə gəlinin qohumları arasında şifahi və ya yazılı razılaşma
əsasında bağlanırdı. Nigah yaşının dəqiq sərhədləri yox idi. Nigah yaşının təyin
kriteriyası ancaq cinsi yetişmə sayılırdı. Nigah gəlin üçün «başlıq parası» ödənilən
andan qüvvədə hesab olunurdu. Quranda təyin olunduğuna görə «başlıq parası»
qadının əmlakı sayılırdı və boşanan zaman onda qalırdı. Kafir ərəblərdə cehiz məcburi
deyildir. Ancaq Məhəmməd öz qızı Fatiməyə xalça və yastıq cehiz verdikdən sonra,
cehiz ənənə nöqteyi-nəzərindən normaya çevrildi və məhkəmə praktikasında müzakirə
olunmağa başlandı. Nigaha daxil olmaq üçün əngəllər də Quranda təyin olunurdu.
Fransanın 1789-cu il Vətəndaş Kodeksi ərin (FVK) və atanın ailədə mülkiyyət
hüququndan az olmayan hakimiyyətini təmin edirdi. Ərlə arvadın, valideynlə övladın
hüquq qeyri-bərabərliyi FVK normaları ilə ardıcıl olaraq təyin edilirdi. Bunun səbəbi
onda idi ki, bu kodeksin ailə hüququ bölmələri bilavasitə Napaleon Bonapartın iştirakı
qəbul olunmuşdur. O utanmadan Dövlət Şurasının yığıncaqlarda bəyan edirdi: Şərq
xalqları məsələni daha düzgün həll edirlər; onlar qadını kişinin şəxsi mülkiyyəti elan
etmişlər, doğrudanda təbiət onları bizim köləmiz kimi yaratmışdır; qadınlar dözməlidirlər;
qadınlar kişiyə uşaq doğmaq üçün verilmişlər. Ümumiyyətlə Fransanın nigah-ailə
qanunvericiliyi iki əsr ərzində çox təsirli dəyişikliklərə uğramışdır. Buna baxmayaraq,
ailə quruluşunun xarici və daxili görünüşü nə qədər dəyişilsə də onun hüquqi
quruluşunun bünövrəsi dəyişilməz qalır: FVK əvvəlki kimi nigaha hal-hazırda bərabər
hüquqlu tərəflərin mülki və şəxsi müqavilələrinin bir növü kimi baxır. Bunu da öz
növbəsində bütün müasir hüquqi ailələrə aid etmək olar.
2. Qender qeyri-bərabərliyinin izahında sosial norma və ənənələr böyük rol oynayır.
Onlar qadınla kişinin ailədə və cəmiyyətdə rolunu təyin edir, cinslər arasında hakim
münasibəti və fərdi üstünlüyü formalaşdırır, qadın və kişiyə xas olan əmək fəaliyyəti
növlərini diktə edir.
Bu qender normaları və ənənələri region və ölkələrə görə fərqlənməklə yanaşı
həmçinin ölkə daxilində də fərqlənirlər. Bu da öz növbəsində qadın və kişinin status və
müstəqilliyinə təsir edir. Sosial norma və ənənələr özlərində elə qender strukturları
cəmləşdirirlər ki, nəticədə onlar professional seqreqasiyaya (ayrılma) – yüksək qender
zorakılığına və işçinin ixtisasından asılı olmayaraq əmək haqqının daimi fərqinə gətirib
çıxarır.
Hüququn inkişaf və formalaşmasına ənənələr böyük təsir göstərir. Ənənələr insan
fəaliyyətini bütün sferalarda reqlamentləşdirir, sonradan yaranmış əxlaq normaları ilə
birlikdə xeyir və şər, haqlı və haqsız anlayışlarına təsir göstərir. Ənənə sosial
təcrübəçnin nəsildən – nəsilə və cəmiyyətdən fərdə ötürülməsinin və qorunub
saxlanmısının ən qədim formasıdır. Sosialogiyada ənənə dedikdə uzun tarixi zaman
kəsiyində dəyişmədən insan çoxluğu tərəfindən həyata keçirilən standartlaşdırılmış
hərəkətlərdən ibarət olan davranışın tarixən təşəkkül tapmış forması başa düşülür.
Ənənənin meydana gəlməsi onun praktiki vacibliyindən irəli gəlir. İnsanlar hiss edirdilər
ki, müxtəlif həyati vəziyyətlərdə uyğun davranış variantlarına əməl etmək lazım gəlir.
Əks halda ya istənilən nəticəni əldə etmək olmurdu, ya da bütün cəmiyyət üçün mənfi
nəticələr əldə oluna bilərdi. Ənənələr insanların fəaliyyətinin bütün sahələrini
tənzimləyirdilər.
Hüquqi ənənə sosial normanın ən qədim növlərindəndir. Ənənələr insanların ictimai
əhəmiyyətli davranışlarının ən rasional variantlarını dəfələrlə təkrarlanması nəticəsində
meydana gəlir və onların ünsiyyətinin dayanıqlı formasına çevrilirdi. Bu davranış
qaydalarının sosial ənənələrlə möhkəmləndirilmiş effektliyi və vacibliyi bu normaların
cəmiyyət və dövlət tərəfindən həyata keçirilməsinin təmin olunması vacibliyini tələb
edirdi. Ənənə tarixən və faktiki olaraq qanunun ilk əlamətlərini göstərirdi.
Ənənə bir çox hüquq sahələrinin mənbəyidir. Qadının cəmiyyətdə və ailədə yerinin
təyininə ən çox ənənə təsir göstərmişdi. Təbiətin qadın üçün təyin elədiyi nəslin
davamçısı və ailə ocağının qoruyucusu rolu nəsildən-nəslə, xalqdan-xalqa ötürülərək
adi hüquq normaları ilə möhkəmləndirilmiş və bugünümüzə qədər qorunub
saxlanmışdır. Ailə münasibətləri misalında biz, ənənəni hüququn formalaşmasına
təsirini göstərməyə çalışacağıq.
İnkişaf etməmiş cəmiyyətlərin ailə-nigah normaları böyük sərbəstliklə xarakterizə
olunur. Bütün xalqdarda adi hüquq normaları hüquqi ailələrdə kişinin qadın üzərində
tam hakimiyyətini, ailə məsələlərinin hətta boşanma məsələlərinin həllində ərin üstün
hüququnu təmin edir. «Rus hüquqi abidələri / mitropolit qanunvericiliyi»ndə
boşanmanın səkkiz şərti verilir ki, bunlardan yalnız birində – kişinin uzunmüddətli və
sağalmaz xəstəliyi zamanı qadın boşanma iddiası irəli sürə bilər.
Adi hüquq normalarından irəldi gələn bu qender qeyri-bərabərliyinə daha müasir
hüquqi ailələrdə də rast gəlmək olar.
3. Qadın məsələsi – qadının cəmiyyətdə dərk olunan yeri onların emansipasiya
proqramının əsaslandırılması ictimai həyatın bütün sahələrində kişilərlə tam
bərabərliyin əldə olunması deməkdir. Bu həmçinin milli və millətlərarası problemlərin
həlli, siyasi və sosial əksliklərin və konfliktlərin aradan qaldırılması deməkdir.
Qadın məsələsi – ümumi sosial-siyasi problemin bir hissəsi olub ölkənin və bütün
cəmiyyətin inkişaf yolunun seçilməsi, həmçinin, əhalinin əksəriyyətini qadınlar təşkil
edən hissəsinin inkişafının əsas iqtisadi, siyasi və sosial dəyişikliklərini əhatə edir.
Qadın məsələsinin mahiyyəti cinsindən asılı olmayaraq bərabərlik prinsipinin həyata
keçirilməsindən ibarətdir. Birincisi, bərabərlik cəmiyyətdə eyni sosial vəziyyət deməkdir.
A.Bebel yazırdı ki, əgər bütün insanların bərabərliyindən danışırıqsa, onların bir
hissəsini nəzərdən atmaq cəfəngiyatdır.
Digər əhəmiyyətli kateqoriya sosial-fəlsəfi anlayış olan və qadınların cəmiyyətin
həyatının bütün sferalarında kişilərlə eyni iştirakını
nəzərdə tutan
«bərabərhüquqluq»dur. Bu hüquq və vəzifələrin bərabərliyi, imkanların bərabərliyinin
hüquqi təminatı və qanunvericilikdə hər bir vətəndaş üçün cinsinə görə heç bir
məhdudiyyət və ya güzəştlərin olmaması deməkdir.
Qadın məsələsinin məzmunu müəyyən şəraitdə reallığın bütün əlaqə və
münasibətlərini göstərən hissə və elementlərin tam toplusu təşkil edir. O bütün
sahələrdə bərabərlik problemini, emansipasiyanın dəqiq proqramını, qadınların öz
hüquq və maraqları uğrunda mübarizəsinin müxtəlif metodlarını özündə əks etdirir.
Bütün bunlarla yanaşı buraya qadın hərəkatının forma və xarakteri, nəzəriyyələrin
işlənib hazırlanması, müxtəlif səviyyələrdə sosial tədqiqatların aparılması, ictimai fikrin
formalaşması, kişi təfəkkürünüun stereotipindən imtina etmək, patriarxat siyasətin
naqisliyinin sübutu və bir çox başqa məsələlər də daxildir.
Ədəbiyyat
1. Мювсумова Л. «Гуранда гадын вя ниэащ мясялясинин бязи
хцсусиййятляри», «Гендершунаслыг»,
№ 3. 2000
2. Гендерные проблемы и развитие. Изд. «Весь мир», 2002
3. Сюкияйнен Л.Р. Мусульманское право. М.,1986
4. Теория государства и права. Курс лекций под ред. Матузова Н.И., М., 1999
5. Поликарпов В.С. История нравов России. Ростов на Дону, 1995.
Document Outline
Dostları ilə paylaş: |