Mister hemferin xatiRƏLƏRİ



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə7/9
tarix27.09.2023
ölçüsü0,95 Mb.
#124050
1   2   3   4   5   6   7   8   9
2 5215586530805940580

ALTINCI FƏSİL 
Bir müddət Bağdadda qaldıqdan sonra Londona 
qayıtmaq əmri aldım. Londona döndükdə katiblər və 
mə`sullarla görüşdüm. Onlara uzun sürən səfərimdən, 
müşahidələrim və İraqla bağlı mə`lumatlarımdan 
danışdım. Onlar çox sevindilər və mənə öz 
təşəkkürlərini bildirdilər. Səfiyyə də məndən əlavə 
MNN-nə mə`lumat göndərmişdi. Sonradan bildim ki, 
MNN-nin xüsusi məqsədlə tə`yin olunmuş xəfiyyələri 
müntəzəm olaraq məni izləmiş və bu barədə mərkəzə 
mə`lumatlar göndərmişlər. Nazirlə görüşmək üçün 
vaxt aldım. O, məni İstambul səfərimdən qayıdarkən 
qarşıladığı kimi qarşılamadı. Bu dəfəki görüşümüzdə 
onun mənə məftun olduğunu anladım. Nazir, 
Məhəmməd Nəcdini həmkarlığa cəlb etdiyimə görə 
məndən çox razı idi.
Nazir dedi: 
Məhəmməd Nəcdi nazirliyimizin müsəlmanların 
qəlbinə sancmaq üçün daim axtardığı bir silahdır ki, 
onu əldə etmək üçün sərf etdiyimiz bütün məsrəflərə 
dəyər.
Onu ələ almaq üçün çox əzab-əziyyətlərə qatlaşmalı 
oldum. 
Ondan 
ayrılanda 
çox 
nigaran 
idim; 
fikirlərindən dönəcəyindən qorxurdum. Lakin, söhbət 
əsnasında anladım ki, fikri qətidir.
Nazirliyimizin 
casusları 
İsfahanda 
onunla 
görüşmüşlər. Bu haqda bizə bir mə`lumat da 
göndəriblər.


49 
Öz-özümə fikirləşirdim ki, Məhəmməd bu sirri 
başqasına necə aça bilərdi?! Sonradan onunla 
görüşdükdə bildim ki, İsfahanda Əbdülkərim adlı bir 
şəxs onunla görüşəndə, Şeyx Məhəmmədin (məni 
nəzərdə tutur) qardaşıyam - demişdi. O da aldanaraq, 
bütün sirləri açmış və onunla məxfi əlaqə yaratmışdı. 
Mənə İsfahan və Şiraz səfəri haqqında belə danışdı: 
“Səfiyyə mənimlə İsfahana getdi. Onunla iki ay da 
müvəqqəti nigahla yaşadım. İsfahanda tanış olduğum 
Əbdülkərimlə Şiraza gəldim. O, məni Səfiyyədən də 
gözəl olan Asiya adlı bir qadınla tanış etdi. Onunla da 
bir müddət oldum. Həyatımın ən nəş`əli günlərini 
onunla keçirdim”. 
Sonradan dəqiqləşdirdim ki, Əbdülkərim İsfahanda 
yaşayan xristian, Asiya isə Şiraz yəhudilərindən olan 
MNN casusudur. Dördümüz bir yerdə Məhəmməd 
Nəcdini illərlə planlaşdırdığımız bir şəkildə yetişdirdik. 
Mən 
hadisələri 
nazirə, 
katibə 
və 
nazirliyin 
tanımadığım iki mə`muruna danışdıqda, nazir mənə 
belə dedi: “Sən nazirliyimizin ən böyük mükafatını 
qazandın. Sən bizim ən mühüm xəfiyyələrimiz 
arasında birincisən. Katiblər sənə vəzifəni davam 
etdirmək üçün lazım olan iki dövlət sirrini 
söyləyəcəklər”. 
Sonra mənə ailəmlə görüşmək üçün on günlük vaxt 
verdilər; sevinc içərisində evimə doğru addımladım. 
Mənə 
çox 
bənzəyən 
oğlumla 
ən 
unudulmaz 
dəqiqələrimi keçirdim. Rasputin yenicə dil açırdı. Gözəl 
yeriməyi var idi. O yeriyəndə, sanki vücudumun bir 
parçası yeriyirdi. Bu on gündə sevincimin həddi-


50 
hüdudu yox idi. Xalamla da görüşməyim çox yaxşı 
oldu. Ancaq mən üçüncü səfərə getdikdən sonra o, 
dünyasını dəyişmişdi. Onun vəfat etməsinə çox 
təəssüfləndim. Ailəmlə olduğum bu on gün sanki bir 
saat kimi gəlib keçdi. Əziyyətli günlər isə əsrlərə 
bərabərdir. Nəcəfdəki xəstəlik günlərimi xatırladım. O 
kədərli günlərin hər biri mənim üçün bir ilə bərabər idi. 
Yeni əmrlər almaq üçün nazirliyə getmişdim. 
Qarşımda katiblə yanaşı gülərüzlü və uzunboylu bir 
şəxs də dayanmışdı. Onunla görüşdükdə əlimi 
möhkəm-möhkəm sıxdı; sanki onun əllərindən qəlbimə 
məhəbbət süzüldü. O dedi: “Nazirliyimizin idarə 
hey`ətinin əmri ilə sənə çox mühüm iki dövlət sirrini 
söyləyəcəyəm. Bu iki sirdən çox istifadə edəcəksən. Bu 
mə`lumatları bir neçə nəfərdən başqa heç kəs bilmir”. 
Əlimdən tutaraq məni otaqlardan birinə apardı. Bu 
otaqda çox qəribə bir səhnə var idi. Bir dairəvi masanın 
ətrafında on nəfər oturmuşdu. Onlardan birincisi 
Osmanlı sultanının qiyafəsində idi. Türk və ingilis 
dillərini mükəmməl bilirdi. İkincisi İstambuldakı 
Şeyxül İslam, üçüncüsü İran şahı, dördüncüsü İran 
şahının vəziri, beşincisi isə şiələrin Nəcəfdəki 
müctehidinin qiyafəsində idi. Bu iki nəfər fars və ingilis 
dillərini bilirdilər. Onların hər birinin yanında 
dediklərini yazmaq üçün katiblər oturmuşdu. Sonra 
casusların bu beş nəfəri yamsıladıqları şəxslər haqqında 
topladıqları məlumatlar təqdim olundu. Katib dedi: 
Bu beş nəfər oradakı beş nəfəri təmsil edirlər. Onların 
nə 
düşündüklərini 
bilmək 
üçün 
əvəzedicilər 
yetişdirmişik. Biz İstambul, Tehran və Nəcəfdəki 


51 
mə`lumatlarımızı müntəzəm olaraq onlara veririk. 
Bunlar da özlərini onların yerində təsəvvür edir və 
soruşduğumuz 
suallara 
cavab 
verirlər. 
Bizim 
nəzərimizcə, bu beş nəfərin cavabları onların həqiqi 
fikirləri ilə 70% uyğun gəlir. Səni də maraqlandırırsa, 
təcrübə üçün istədiyin sualı verə bilərsən. Necə ki, 
Nəcəfdəki alimlə görüşüb ona maraqlı suallar 
vermişdin. 
Mən də onun bənzərinə yaxınlaşaraq dedim: 
Ustad, hökumət sünni olduğu üçün onlara qarşı 
müharibə etmək caizdirmi? 
O, bir az düşündükdən sonra: 
Xeyr, sünni olduğu üçün hökumətlə müharibə etmək 
caiz deyildir. Bütün müsəlmanlar qardaşdırlar. Ancaq 
onlar ümmətə zülm və işgəncə versələr, onda qiyam 
edə bilərik. Biz müharibəni əmr be məruf və nəhy əz 
münkər şərtlərinə uyğun olaraq etməliyik. Zülmdən əl 
çəkərlərsə, biz də onlardan əl çəkərik.
Ustad, yəhudilərin və xristianların murdar olması 
məsələsinə münasibətinizi bilmək istəyirəm? 
Əlbəttə olar. Bəli, onlar murdardırlar. Onlardan 
qorunmaq lazımdır. 
Nə üçün? 
Onlar bizi kafir bilirlər. Peyğəmbərimizi inkar edirlər. 
Biz də bunun əvəzində onlara bu cür münasibət 
bəsləyirik.
Ustad, təmizlik imandandır, elə deyilmi?
Bəli! 
Elə isə nə üçün Həzrəti Əlinin məqbərəsinin ətrafında 
təmizliyə riayət olunmur? 


52 
Həqiqətən təmizlik imandandır. Ancaq nə etmək olar 
ki, bə`zi şiələr təmizliyə riayət etmirlər.
Nazirlikdə görüşdüyüm bu şəxsin cavabları eynilə şiə 
aliminin cavabları kimi idi. Onun Nəcəf alimi ilə olan 
uyğunluğu məni heyrətləndirdi. Üstəlik farsca da 
bilirdi.
Katib dilləndi: 
Sən o birilərinə də sual verə bilərsən. Əmin ola 
bilərsən ki, onlar nə qədər bir-birilərinə bənzərdirlər. 
Şeyxül İslamın necə düşündüyünü bilirəm. Çünki 
İstambuldakı ustadım Əhməd əfəndi onun haqqında 
mənə çox danışmışdır.
Onda buyur, onun oxşarına sual ver. 
Mən Şeyxül İslamın oxşarına yaxınlaşıb dedim: 
Xəlifəyə itaət etmək vacibdirmi? 
Bəli, Allaha və Peyğəmbərə itaət olunduğu kimi, 
xəlifəyə də itaət olunmalıdır. 
Bunun üçün dəliliniz vardırmı? 
Haqq-Taalanın bu ayəsini eşitməmisənmi? “Allaha, 
onun peyğəmbərinə və sizdən olan əmr sahiblərinə 
itaət edin!” 
Heç ola bilərmi ki, Allah biz müsəlmanlara, qoşunu 
ilə Mədinəyə hücum edən, Peyğəmbərimizin əziz 
nəvəsi Hüsyeni şəhid edən Yezidə və şərab içən Vəlidə 
itaət etməyi əmr etsin? 
Oğlum, Yezid Allah tərəfindən mö`minlərin əmiri idi. 
O, Hüseyni öldürməyi əmr etməmişdir. Sən şiələrin 
yalanlarına inanma, kitabları yaxşı oxu. Əgər o, bu işdə 
xəta etdisə də, sonradan tövbə etdi. Mədinəyə hücum 
etməsi də bu şəhər əhalisinin itaətdən çıxıb, azğınlıq 


53 
etməsi ilə əlaqədar idi. Vəlidə gəldikdə isə, bəli, o, fasiq 
idi. Lakin xəlifəyə təqlid etmək yox, onun şəriətə uyğun 
əmrlərinə itaət etmək vacibdir.
Bu sualları Əhməd əfəndiyə verdikdə, çox cüz`i bir 
fərqlə cavab vermişdi. Sonra katibə dedim: 
Bu bənzərlərin hazırlanmasının hikməti nədir? 
Biz bu üsulla istər sultan olsun, istər şiə və yaxud 
sünni, müsəlman alimlərinin düşüncə qabiliyyətini 
öyrənirik. Siyasi və dini mövzularda onlarla mübahisə 
etməkdən əlavə, lazımi tədbirlər hazırlamağa da 
çalışırıq. Məsələn, düşmən əsgərlərinin hansı tərəfdən 
hücum 
edəcəyini 
bildikdə, 
əks 
tədbir 
olaraq, 
əsgərlərimizi o istiqamətdə yerləşdiririk. Onların hansı 
tərəfdən hücum edəcəyini bilməsək, dörd bir tərəfə 
yayılaraq, məğlub olarıq. Müsəlmanların din və 
məzhəblərinin haqq olduğuna dair gətirdikləri dəlilləri 
bildikdən sonra, onların sübutlarını puç edə biləcək əks 
tədbirlər planı hazırlayır və bu dəlillərlə onların 
əqidələrini sarsıda bilirik.
Sonra katib mənə adı çəkilən mövzulara dair hərbi, 
maliyyə, maarif və dini sahələrlə əlaqəli, aparılan 
mütaliə və planların nəticələrini əhatə edən min 
səhifəlik bir kitab verdi. Kitabı evə gətirdim. Evdə 
olduğum müddətdə kitabı başdan sona qədər mütaliə 
etdim. Kitab çox maraqlı idi. Müxtəlif mövzular, 
mühüm sorğu-suallar və incə məsələlərdən ibarət idi. 
Katibin dediyi kimi, bu beş nəfər bənzərin cavabları 
əsillərin dediklərinin 70%-i ilə uyğun gəlirdi. Kitabı 
oxuduqdan sonra dövlətimə olan e`timadım bir az da 
artdı və Osmanlı imperatorluğunun yaxın gələcəkdə 


54 
dağıdılması planlarının hazırlandığını anladım. Katib 
mənə bildirdi ki, işğal etdiyimiz və ya edəcəyimiz 
dövlətlər üçün də buna bənzər planlarımız var. Mən 
söhbət əsnasında soruşmuşdum ki, bu cür mö`tədil 
adamları necə hazırlaya bildiniz?. O cavabında belə 
demişdi: “Bütün dünya ölkələrindən casuslarımız bizə 
mütəmadi mə`lumatlar göndərirlər. Gördüyün bu 
şəxslər öz işlərində yüksək səviyyəli mütəxəssisdirlər. 
Təbii bir haldır. Sən də kiminsə bildiyi mə`lumatlara 
malik olsan, bu halda onun kimi düşünər və onun kimi 
hökm çıxara bilərsən. Onda sən də o şəxsin bənzəri 
kimi olursan. Bu sənə deyəcəyimiz birinci sirr idi. İkinci 
sirri 
bir 
aydan 
sonra 
kitabı 
təhvil 
verəndə 
söyləyəcəyəm”. 
Mən kitabı hissə-hissə, əvvəldən axıra qədər diqqətlə 
oxudum. Bu kitabın sayəsində müsəlmanlar haqda olan 
mə`lumatım 
bir 
az 
da 
artdı. 
Onların 
necə 
düşündüyünü, zəif nöqtələrini, üstünlüklərini və 
müsbət cəhətlərinin zəiflədilməsi üsullarını mükəmməl 
şəkildə öyrəndim. Kitabda qeyd olunan zəif nöqtələr 
aşağıdakılardan ibarətdir: 
İxtilaflar; 
sünni və şiə; 
sultan və xalq; 
Osmanlı və İran; 
alimlər və dövlət; 
Çox az bir hissə istisna olmaqla, müsəlmanlar 
savadsız və cahildirlər; 
Kütləvi 
mə`nəviyyatsızlıq, 
savadsızlıq 
və 
düşüncəsizlik; 


55 
Dünyanı buraxıb yalnız axirət üçün çalışmaq; 
Hakimlərin diktatorluğu və zalımlığı; 
Yollarda əmin-amanlığın olmaması, nəqliyyat və 
səyahətlərin azlığı; 
Hər il on minlərlə insanın yolxucu xəstəliklərdən 
ölməsi və dövlətin buna qarşı laqeydliyi; 
Şəhərlərin ətraflarının viranəliyi və su şəbəkələrinin 
yoxluğu; 
Valilərin müxaliflər qarşısında acizliyi. Nizamsızlıq, 
Qur`an qanunlarının az tətbiq olunması; 
İqtisadi tənəzzül, yoxsulluq və inkişafdan geri 
qalmaq;
Nizami ordunun olmaması, silah çatışmazlığı və ya 
olanların da ibtidai şəkildə olması; 
Qadın haqlarının qorunmaması; 
Küçələrin bərbadlığı və təmizliyə riayət olunmaması. 
Bu kitabda müsəlmanların üstünlüklərindən də 
yazılır: 
İslam dini öz ardıcıllarını birlik və bərabərliyə çağırır. 
Təfriqəni qadağan edərək buyurur: “Allahın ipinə bərk-
bərk sarılın və ayrılmayın” (Ali İmran-103). 
İslam savadlanmağı və elm öyrənməyi əmr edir. Bir 
hədisdə bu barədə belə deyilir: “Elm öyrənmək hər bir 
kişi və qadına vacibdir” . 
İslam dünya üçün də çalışmağı əmr edir. “Onlardan 
bə`ziləri, Ey Rəbbimiz! Bizə dünyada və axirətdə gözəl 
həyat nəsib elə - deyirlər”. (Bəqərə-201). 
İslam bütün işləri məsləhət və məşvərət əsasında 
həyata keçirməyi əmr edir. “Onların işləri məşvərətlə 
olar.” (Şura-38). 


56 
İslam yol çəkməyi əmr edir. “Yer üzündə yeriyin.” 
(Mülk-15). 
İslam müsəlmanlara səhhətlərini qorumağı əmr edir. 
Bir hədisdə belə deyilir: “Elm dörd növdür: 
dinin qorunması üçün fiqh elmi; 
dilin mühafizəsi üçün sərf və nəhv elmi; 
səhhətin qorunması üçün tibb elmi; 
kainatın tanınması üçün astronomiya elmi;” 
İslam quruculuğu əmr edir. “Allah yer üzərində hər 
şeyi sizin üçün yaratmışdır.”(Bəqərə-29). 
İslam nizam-intizamlı olmağa əmr edir. “Hər şeyin 
nizamı və hesabı vardır.” (Hicr-19). 
İqtisadiyyatda güclü olmağı əmr edir. Bir hədisdə 
belə deyilir: “Heç ölməyəcəyiniz kimi dünya işləri üçün 
çalışın, hər an öləcəyiniz kimi axirət üçün hazırlaşın”. 
İslam güclü orduya və müasir silahlara sahib olmağı 
əmr edir. “Onlara qarşı imkanınız qədər güc toplayın.” 
(Ənfal-60). 
İslam qadınların hüquqlarına riayət etməyi və onlara 
qiymət verməyi əmr edir. “Kişilərin qadınların 
üzərində haqqı olduğu kimi, qadınların da kişilər 
üzərində haqları vardır.” (Bəqərə-228). 
İslam təmizliyə əmr edir. Bir hədisdə belə deyilir: 
“Təmizlik imandandır.” 
Aradan aparılması nəzərdə tutulan əsas amillər 
aşağıdakılardır: 
İslam 
dini 
irqçilik, 
millətçilik, 
qohumbazlıq, 
yerlibazlıq 
və 
digər 
təəssübkeşlikləri 
aradan 
aparmışdır. 


57 
Sələmçilik, qumarbazlıq, zinakarlıq, şərab içmək və 
donuz əti yemək haramdır.
Müsəlmanlar öz ailə-uşaqlarına hədsiz dərəcədə 
bağlıdırlar.
Sünni müsəlmanlar xəlifəni Peyğəmbərin vəkili 
olaraq, 
qəbul 
edirlər. 
Allaha 
və 
Peyğəmbərə 
göstərilməsi lazım olan ehtiramın xəlifəyə də 
göstərilməsinin vacib olduğuna inanırlar. 
Cihad vacibdir. 
Şiəlik 
nöqteyi-nəzərindən 
qeyri-müsəlmanların 
hamısı murdardır. 
Bütün müsəlmanlar İslamın haqq din olduğuna 
inanırlar. 
Müsəlmanların çoxu yəhudi və xristianların Ərəbistan 
yarmadasından 
çıxarılmasının 
vacib 
olduğunu 
bildirirlər. 
İbadətlərini, xüsusilə namaz, oruc və həcci çox gözəl 
şəkildə yerinə yetirirlər. 
Şiələr İslam ölkələrində kilsə tikilməsini haram 
bilirlər. 
Müsəlmanlar İslam əqidəsinə möhkəm bağlıdırlar. 
Şiələr xümsün, yə`ni illik gəlirdən artıq qalan pul və 
digər vəsaitlərin beşdə bir hissəsinin İslam yolunda 
xərclənməsi məqsədilə alimlərə verilməsini vacib 
bilirlər. 
Müsəlmanlar uşaqlarını o qədər gözəl tərbiyə edirlər 
ki, onları əcdadlarının yolundan azdırmaq qeyri-
mümkündür. 


58 
Müsəlman qadınlar iffət məsələsinə o qədər riayət 
edirlər ki, onların əxlaqsızlığa qurşanmasını təsəvvür 
etmək mümkün deyildir. 
Müsəlmanlar hər gün camaat namazı qılmaq üçün bir 
yerə toplaşırlar. 
Onlara görə Peyğəmbərin, Əlinin və digər saleh 
şəxslərin qəbirləri müqəddəs olduğundan oraya 
toplaşırlar. 
Peyğəmbərin nəslindən gələn seyid və şərif adı 
verilən insanlar daima müsəlmanlara Peyğəmbəri 
xatırladırlar. Onun canlı yaşamasını tə`min edirlər. 
Müsəlmanlar bir yerə toplaşdıqları zaman, vaizlər 
onların imanlarını qüvvətləndirir, saleh işlər görməyə 
təşviq edirlər. 
Əmr be məruf (yaxşılığa əmr etmək), nəhy əz münkər 
(pis işlərdən çəkindirmək) hər bir müsəlmana vacibdir. 
Müsəlmanların çoxalması üçün evlənmək və bir neçə 
qadınla nigah bağlamaq sünnətdir.
Müsəlman üçün bir insanı İslama gətirmək dünyaya 
sahib olmaqdan daha üstündür. 
Müsəlmanlar arasında kim xeyirli bir yol açarsa, bu 
işin savabına və bu yolu gedən bütün insanların 
savabına nail olur.
Müsəlmanlar Qur`ana və hədislərə çox böyük hörmət 
göstərirlər. Onlara tabe olmağı cənnətə nail olmaq üçün 
bir vasitə hesab edirlər. 
İndi isə bu kitabda sadaladığımız müsəlmanların 
üstün xüsusiyyətlərini aradan aparmaq üçün tərtib 
olunan üsullara nəzər yetirək: 


59 
Aralarında anlaşılmazlıq olan millətlər arasına ədavət 
toxumu səpərək, bir-birinə qarşı qərəzli və şübhəli 
mövqelər yaratmaq. İxtilaf yaradan kitablar nəşr 
etməklə qarşıdurmaları qızışdırmaq. 
Dini mədrəsələrin açılmasına və əqidəvi kitabların 
nəşr olunmasına maneçilik törətmək, mövcud dini 
ədəbiyyatların məhv edilməsi üçün mümkün yollardan 
istifadə etmək. Alimlər haqqında müxtəlif iftira və 
şayiələr yaymaq, müsəlmanların uşaqlarını məktəbə 
qoymaqdan çəkindirmək və bu yolla onların kütləvi 
savadsızlığına nail olmaq.
Müsəlmanlar üçün dünya həyatının faniliyindən 
danışmaq, cənnəti mədh etməklə onları sufiliyə də`vət 
etmək; bu məqsədlə sufilik haqda yazılmış Mövləvinin 
“Məsnəvi”, Qəzzalinin “Əhya-ül Ulumid-din” və 
Muhyiddin Ərəbinin əsərlərini oxumağa təşviq etmək, 
onları dünyəvi işlərdən uzaqlaşdırmaq üçün bütün 
imkanlardan istifadə etmək. 
Aşağıdakı fikirləri daha qabarıq şəkildə yaymaq:–Siz 
Allahın yer üzərindəki sayəsisiniz. Məgər Əbu Bəkr, 
Ömər, Osman, Əli, əməvilər və abbasilərin hər biri 
qılınc gücünə hakimiyyət başına gələrək hökuməti 
təkbaşına idarə etmədilərmi? Məsələn, Əbu Bəkr 
Ömərin qılıncı ilə Fatimə kimi itaət etməyənlərin evini 
yandırmaqla iqtidara gəldi. Ömər Əbu Bəkrin tövsiyəsi, 
Osman isə Ömərin əmri ilə xəlifə tə`yin olunmuşdur. 
Əli üsyançıların seçimi ilə, Müaviyə isə qılınc gücünə iş 
başına gəlmişdir. Əməvilər və Abbasilər sülaləsi isə 
hakimiyyəti irsi yolla bir-birinə ötürmüşlər. Bunlar 
İslam 
aləmində 
hökmdarların 
icbari 
yolla 
və 


60 
diktatorluq əsasında rəhbərlik etməsinin ən bariz 
nümunəsidir.
Qatillərin e`dam olunması maddəsini qanundan 
çıxarmaq. Çünki, cinayətkarlığın qarşısını alan ən 
böyük maneə yalnız və yalnız e`dam hökmüdür. 
E`dam hökmü olamasa, anarxiya yaranar və bu halda 
hərc-mərclik artar.
Quldur və yol kəsənləri silahlandırmaq. 
Müsəlmanları xəstəlik içərisində saxlamaq. Hər şey 
Allahın qəza və qədəri ilə olur - deyin. Qur`anda belə 
buyurulur: “Rəbbim məni yedizdirir və içizdirir, xəstə 
olduğum zaman da O, mənə şəfa verir. Məni öldürən 
və dirildən Odur”. Elə isə, Allahın iradəsindən xaricdə 
kimsə nə şəfa tapar, nə də ölümdən qurtula bilər. 
Zülmün vüs`ət tapıb genişlənməsi və islamın ictimai 
sahələrə dəxalətinin qarşısını almaq üçün aşağıdakı 
fikri yaymaq lazımdır: İslam dini ibadət ayinlərindən 
ibarətdir. Din qəti şəkildə ictimai-siyasi məsələlərdən 
uzaq 
olmalı, 
dövlət 
işlərinə 
qarışmamalıdır. 
Məhəmmədin və xəlifələrin qanunları ölkənin idarə 
olunmasında istifadə edilməməlidir. 
İqtisadi tənəzzül bütün görülən ziyanlı işlərin təbii 
nəticəsidir. Buna nail olmaq üçün ticarət gəmilərini 
batırmaq, məhsulları zay etmək, körpüləri və su 
bəndlərini dağıtmaq, sənaye mərkəzlərini işdən 
salmaq, içməli su şəbəkələrini isə zəhərləmək lazımdır. 
Dövlət mə`murlarını rüşvətxorluğa sövq etmək, fitnə-
fəsada səbəb olacaq əməllərə şirnikləndirmək; spirtli 
içkilərə, qumara, eyş-işrət və arvadbazlığa adət 
verdirmək. 
Onları 
xalq 
və 
dövlət 
əmlakını 


61 
mənimsəməyə alışdırmaq, bizim mənafeyimimzə 
xidmət edənləri mükafatlandırmaq. 
Sələmçiliyi kütləvi şəkildə yaymaq; bu məsələ milli 
iqtisadiyyata ziyan vurduğu kimi, müsəlmanları 
Qur`anın qanunlarına qarşı qoyur. İnsan qanunun bir 
maddəsini pozduqda, digərlərini də pozmağa cəsarətli 
olur. Burada çox incə bir məqam vardır. Müsəlmanlara 
sələmçiliyin haram olduğunu deyin, lakin onun başqa 
formasını yayaraq bu formanın riba olmadığını 
söyləyin. 
Alimlər haqqında şayiələr yayın, onları yaramaz 
işlərdə ittihamlandırın və bu yolla müsəlmanları 
onlardan uşaqlaşdırın. Casuslarımızın bir qisminə 
onların qiyafəsində pis işlər gördürün. Bu casusları 
“Əl-əzhər”, İstambul, Nəcəf və Kərbəla hövzələrinə 
daxil etmək zəruridir. Müsəlmanları alimlərdən 
uzaqlaşdırmaq üçün məktəblər və kolleclər açın. Bu 
məktəblərdə 
yunan 
və 
erməni 
uşaqlarını 
müsəlmanlarla bir məktəbdə oxutdurun. Müsəlman 
uşaqlarına əcdadlarının cahil olduğunu deyin. İslami 
şəxsiyyətlərə nifrət yaratmaq üçün onların xəta və 
qüsurlarını hədsiz dərəcədə qabarıq göstərin; alim və 
müctehidlərə iftira yaxaraq onların daim qadınlarla 
əyləndiklərini, vaxtlarını eyş-işrətdə keçirdiklərini, 
xalqın malını pis işlərə sərf etdiklərini, Peyğəmbərin 
yolundan azdıqlarını söyləyin.
Məscidlərdə imansız, pulgir və şəxsiyyətsiz insanların 
çalışmasına, axund və rəislərin qorxaq və fasiq 
şəxslərdən seçilməsinə çalışın; bu məsələ xalqın məscid 
və digər dini mərkəzlərə nifrət bəsləməsi, əhalinin 


62 
camaat namazından uzaqlaşması üçün ən gözəl 
vasitədir. 
Ən qorxulu amil insanların arzuladığı şeylərə nail 
olmadığı 
təqdirdə 
yaranan 
hərislik 
hissidir; 
Müsəlmanların öz əqidələrindən doğan məsələlərə 
qarşı həris olmasına imkan yaratmaq lazım deyildir; 
müxtəlif formalarda və müxalif formalarda azğın 
əqidələri yaymaqla onların susuzluğunu yatırmağa 
çalışın.
Müsəlmanların 
əməllərini 
təhrif 
etmək 
üçün 
görülməsi tövsiyə olunan işlər aşağıdakılardır: 
Müsəlmanların arasında irqçilik və millətçilik 
təəssübünü qabartmaq; ərəb-türk, ərəb-fars, ərəb-əcəm, 
türk-fars və digər milli qarşıdurmalar yaratmaq. Xəyali 
düşmənlər 
yaratmaqla 
onların 
diqqətini 
həqiqi 
düşmənlərdən yayındırmaq. İslamdan əvvəlki dinləri 
dirçəltmək, dini şəxsiyyətləri milli qəhrəmanlarla əvəz 
etmək. Misirdə fironçuluğu, İranda məcusçuluğu, 
İraqda babiliyi, Osmanlıda Atilla və Çingiz zamanının 
vəhşiliklərini təlqin etmək.
Aşağıda adı çəkilən əməlləri az bir müddət ərzində 
İslam ölkələrində yaymaq: şərab, qumar, zina, donuz 
əti və vəhşi idman növləri. Bu işləri görmək üçün İslam 
ölkələrində yaşayan xristian, yəhudi, məcusi və qeyri-
müsəlmanlardan 
istifadə 
etmək 
və 
MNN-nin 
büdcəsindən onlar üçün yüksək maaş ayırmaq. 
Cihad haqqında müsəlmanları şübhəyə salmaq. 
Cihadın müəyyən olunmuş dövr üçün vacib olduğunu, 
artıq onun qüvvədən düşdüyünü iddia etmək.


63 
Şiələrin zehnindən xristian və yəhudilərin murdar 
olması fikrini çıxartmaq. Bu haqda Qur`andan dəlil 
gətirin: “Özlərini kitab əhlindən bilənlərin yeyəcəyi 
sizin üçün halal olduğu kimi, sizin də yeyəcəyiniz onlar 
üçün halaldır” (Maidə surəsi, ayə 5). Məhəmməd 
peyğəmbərin Səfiyyə adlı yəhudi və Mariya adlı 
xristian həyat yoldaşı olmuşdur. Mə`lumdur ki, bu 
xanımlar murdar olsaydı, Peyğəmbər onlarla ailə 
qurmazdı.
Müsəlmanlara sübut etmək lazımdır ki, Məhəmməd 
peyğəmbər İslam dedikdə ümumi şəkildə din 
məfhumunu nəzərdə tuturdu. Bu din həm xristianlıq, 
həm də yəhudiliyə aiddir. Qur`an hər bir dinin 
ardıcıllarını müsəlman adlandırır. Məsələn, Yusif 
peyğəmbərin 
dilindən 
belə 
buyurulur: 
“Məni 
müsəlman 
olaraq 
öldür”. 
İbrahim 
və 
İsmail 
peyğəmbərin dilindən də belə deyilir: “Ey Rəbbimiz! 
Bizi özünə müsəlman qərar ver. Nəslimizdən olanları 
da müsəlman bir ümmət elə”. Yəqub peyğəmbər isə 
oğlanlarına belə dedi: “Ancaq və ancaq müsəlman 
olaraq ölün” (Bəqərə surəsi, ayə132). 
Kilsə tikməyin haram olmadığını, peyğəmbər və 
xəlifələrin kilsələri dağıtmadığını, xristian və yəhudi 
dini mərkəzlərinə də, ibadətgah olduqları üçün ehtiram 
göstərilməsinin 
vacib 
olduğunu 
qəbul 
etdirin. 
Qur`anda bu haqda belə buyurulmuşdur: “Allah 
insanların bir qismini digəri ilə dəf etməsəydi, 
monastrlar, kilsələr, senaqoqlar və Allahın adı çox zikr 
edilən məscidlər dağıdılardı” (Həcc surəsi, ayə 40). 
İbadətgahlara 
ehtiram 
bəslənilməsini, 
onların 


64 
dağıdılmamasını, 
dağıdanlara hər vəchlə mane 
olunmasını müsəlmanlara ardıcıl olaraq söyləyin. 
Yəhudiləri Ərəbistan yarmadasından çıxarın və 
“Ərəbistan yarmadasında iki din olmaz” hədisləri 
haqqında müsəlmanları şübhəyə salın. Əgər bu iki 
hədis 
doğru olsaydı, 
Məhəmməd 
peyğəmbərin 
xanımlarının biri yəhudi, o birisi isə xristian olmazdı. 
Eləcə də, müsəlmanlar xristian kralı Nəcaşi ilə yaxın 
münasibətdə olmazdılar.
Müsəlmanları ibadətlərindən uzaq salmaq üçün 
onlara zahiri əməllərin mühüm olmadığını, əsasən qəlb 
paklığının və ürəyi təmizliyin dəyərli olmasını çatdırın. 
Sübut edin ki, Allahın insanların ibadətlərinə ehtiyacı 
yoxdur; 
onları 
ibadətlərin 
faydaları 
haqqında 
tərəddüdə salın. Həccə getmək və camaatla namaz 
qılmaq kimi ictimai ibadətlərə qarşı amansız olun, 
onları 
bu 
işlərdən 
çəkindirin. 
Eyni 
zamanda 
məscidlərin, türbələrin və mədrəsələrin inşasına, 
Kə`bənin tə`mirinə mane olmağa çalışın.
Müharibədə düşməndən qənimət olaraq alınan malın 
və eləcə də illik gəlirin 1/5 hissəsinin (xüms) alimlərə 
verilməsinə mane olun. Bunun ticarət qazancı ilə 
əlaqəsi olmadığını deyin. Bir də xüms Peyğəmbərin 
özünə və onun xəlifəsinə verilir. Alimlər bu puldan 
istifadə edərək özləri üçün evlər, saraylar, bağ-bağçalar 
alırlar. Bunun üçün xümsü onlara vermək caiz deyildir.
Müsəlmanların əqidələrinə bid`ətlər əlavə edərək, 
İslamı terror dini olmaqda ittihamlandırın. “İslam 
ölkələrinin geridə qalması” fikrini qabardaraq, onların 
əqidələrinə olan bağlılıqlarını zəiflətməyə çalışın. 


65 
Unutmayın ki, müsəlmanlar vaxtilə dünyanın ən 
qüdrətli və mədəni dövlətini qurmağa nail olmuşdular. 
Onların dinə bağlılıqları azaldıqca qüdrətləri də 
zəifləyərək heçə enmişdir.
11. 
Uşaqları 
və 
yeniyetmə 
gəncləri 
ata-ana 
nəzarətindən uzaqlaşdıraraq, bizim nəzarətimiz altında 
olan mərkəzlərdə yerləşdirməyə çalışın; onları hansı 
yolla olursa-olsun, dini tərbiyələrindən məhrum edin. 
Məqsədimizə mütləq şəkildə nail olmaq üçün 
müsəlman balalarının tərbiyəsi ilə yalnız özümüz 
məşğul olmalıyıq! 
12. Müsəlman qadınlar arasında əxlaqsızlıq, iffətsizlik 
və fahişəlik hallarını genişləndirib yayın; bu məsələnin 
onların arasında adi hala çevrilməsi üçün genişmiqyaslı 
planlar hazırlayıb həyata keçirin. Örpəyə, çadraya və 
islami geyimlərə qarşı təbliğat aparıb onları gerilik, 
xurafat və irtica adlandırın; onları təhrik edib, 
örtüklərini açdırmaq üçün dəlil olaraq, bu sözləri 
deyin: Qur`anda örtünmək barədə heç bir hökm 
yoxdur; bu ərəblərin milli geyimidir və islamla heç bir 
şəkildə əlaqəli deyildir. Və ya deyin ki, Məhəmməd 
peyğəmbərin zamanında qadınlar örtünməzdilər; bu 
məsələ sonradan meydana çıxaraq adət şəklini 
almışdır. Hətta Peyğəmbərin qadınları da açıq-saçıq 
gəzərdilər.
Onların örtüklərini açdıqdan sonra gəncləri onlara 
qarşı təhrik etmək, hər ikisini bir-birinə qarışdırmaq 
üçün ümumi mühitlər yaratmaq lazımdır. İslamı 
aradan aparmaq üçün bu iş çox tə`sirlidir. Əvvəl bu işi 
qeyri-müsəlman qadınlara gördürün, sonradan isə 


66 
müsəlman qadınlar özləri pozulub, onların gördüyü 
işləri həyata keçirəcəklər. 
Din xadimlərini fasiq olaraq tanıtdırın. Onların 
arxasında namaz qılan müsəlmanların arasında kin-
küdurət və ədavət toxumu səpib camaat namazını 
aradan aparın. 
Türbələrin hamısının dağıdılmasına çalışın. Onlara 
deyin ki, Peyğəmbər zamanında türbələrin tikilməsinə 
icazə verilməyib, bu iş bid`ətdir. Onlar da Peyğəmbər, 
Raşidi xəlifələr və salehlərin qəbirləri barəsində 
şübhəyə düşəcəklər və onları ziyarət etməkdən 
çəkinəcəklər. Əbu Bəkrlə Ömərin qəbri “Bəqi” 
qəbristanlığında, 
Osmanın 
qəbri 
isə 
namə`lum 
yerdədir. Bəqi qəbristanlığı yerlə-yeksan edilməlidir. 
Onlara 
deyin 
ki, 
Kazimeyndəki 
ziyarətgahlar 
Peyğəmbərin əhli-beytindən olan imam Kazim və 
imam Cavadın məzarı deyildir. Tusdakı (indiki Məşhəd 
şəhəri) isə imam Rizanın yox, Harun ər-Rəşidin 
qəbridir. 
Samirədəki 
qəbirlər 
isə, 
abbasilərə 
mənsubdur. 
Seyidlərin Məhəmməd peyğəmbərin nəslindən olması 
haqda şübhə və tərəddüdd yaradın. Seyid olmayanlara 
qara və yaşıl rəngli əmmamə geyindirərək, onları da 
seyidlərə bənzədin. Belə olduqda, onlar seyidləri 
müəyyən etməkdə çətinlik çəkəcək və ümumiyyətlə 
hamıya şübhə ilə yanaşacaqlar. İkinci mərhələdə isə, 
alimlərin və seyidlərin əmmamələrini çıxarmağa cəhd 
edin ki, seyidlərin kökü kəsilsin; alimlər cəmiyyətin 
yüksək ehtiram və qayğısından məhrum olsunlar. 


67 
Şiələrə 
matəm 
günlərini 
unutdurmaq, 
onlara 
məhdudiyyət və qadağalar qoymaq lazımdır; imam 
Hüseyn əzadarlığı kimi kütləvi tədbirlər yaşadıqca, 
onlara sazişçilik və təslimçilik ruhunu aşılamaq 
mümkün olmayacaq. Ən azı bu tədbirlərin mahiyyətini 
dəyişmək və ya bu kimi mərasimlərə irticai və xurafi 
əməlləri qarışdırmaq lazımdır; bu əməlllərin bid`ət 
olduğunu, Peyğəmbərin və xəlifələrin zamanında bu 
işlərin mövcud olamdığını söyləyin. İnsanların bu kimi 
yerlərə 
getməsinə 
mane 
olun. 
Vaizlərin 
və 
rövzəxanların sayını azaltmaq üçün onları vergiyə cəlb 
edin.
17. Bütün müsəlmanlara “vicdan azadlığı” şüarını 
qəbul etdirərək, “hər bir kəs istədiyi işi görməkdə 
azaddır”, deyin. “Əmr be məruf” və “nəhy əz münkər” 
hökmlərinin vacib olmadığını söyləyin. Daim bu 
məsələni xatırladın ki, xristianlar öz dinlərində, 
yəhudilər də öz dinlərində haqdırlar. Onlar bir-birinin 
qəlblərinə dəyməzlər. Əmr be mə`ruf və nəhy əz 
münkər xəlifə və hakimlərə aid olan məsələlərdəndir. 
Müsəlmanların sayının çoxalmasının qarşısını almaq 
üçün 
doğuşu 
məxsus 
vasitələrlə 
çətinləşdirin. 
Çoxarvadlılığın islamda yolverilməz bir məsələ 
olduğunu və ya ona müstəsna hallarda icazə verildiyini 
iddia edin; bir nəfərdən artıq qadınla evlənməyə mane 
olun, evlənənlərə də bə`zi şərtlər qoyun. Məsələn, 
ərəbin əcəmlə, türkün fars və ya ərəblə evlənməsini 
qəbahətli bir iş kimi cilvələndirin. 
İslamın yayılmasının qarşısını almaq üçün qeyri-
müsəlmanlara bu dinin yalnız ərəblərə məxsus 


68 
olduğunu inandırın. Qur`anda da bu mövzuya 
toxunulur: “Bu sənin qövmün üçün bir zikrdir”. 
Xeyriyyə müəssisələrinin sayını azaldın, onların 
işlərinə məhdudiyyələr qoyun; onlar dövlətdən asılı 
vəziyyətə gətirilməlidir ki, xeyirxah insanlar məscid və 
mədrəsə binası tikdirə bilməsinlər.
Müsəlmanlarda Qur`ana qarşı şübhə yaratmaq 
lazımdır. İçərisində ziddiyyətlər olan, təhrif edilmiş 
tərcümələr hazırlayıb deyin ki, Qur`an təhrif olunub və 
onun bir-biri ilə uyğun gəlməyən nüsxələri vardır. Bir 
nüsxədə olan ayə başqasında yoxdur. Xristianları, 
yəhudiləri və bütün qeyri-müsəlmanları bu işə cəlb 
edin. Qur`anda olan cihad, əmr be mə`ruf və nəhy əz 
münkərə aid ayələri çıxarın. Qur`anı digər türk, fars, 
hind və s. dillərə tərcümə edərək yayın ki, Qur`an ərəb 
dilində oxunmasın. Qeyri-ərəb xalqları arasında ana 
dilinə üstünlük adı ilə dini ayinlərin ərəb dilində 
icrasına qarşı çıxın; azan, namaz və duaların milli dildə 
oxunması zərurətindən, onun ərəbcəsinin anlaşılmaz 
olmasından danışın. Müsəlman xalqları arasında vahid 
ünsiyyət vasitəsi olan ərəb dilinin zəifləyib aradan 
getməsi və onların parçalanması yalnız bu yolla 
mümkündür. İslami hədis və tarixçələri də eyni şəkildə 
tərcümə edərək, təhrif olunmuş şəkildə yayın.
Həqiqətən, oxuduğum “İslamı necə yıxa bilərik?” adlı 
kitab çox mükəmməl yazılmışdı. İllərlə görəcəyim 
işlərdə mənə yolgöstərən bir rəhbər idi. Kitabı katibə 
qaytaranda, ona öz təşəkkürümü bildirdim. O mənə 
dedi: “Sən bu meydanda yalqız deyilsən. Sənin həyata 
keçirmək istədiyin planın beş mindən artıq icraçı və 


69 
iştirakçısı vardır. Nazirlik bu adamların sayını yüz 
minə çatdırmağı düşünür. Bu saya yetişdiyimiz zaman 
müsəlmanların hamısına hakim olacağıq. Bütün 
müsəlman ölkələri əlimizdə olacaq. Nazirliyimizə bu 
planları gerçəkləşdirmək üçün bir əsr vaxt lazımdır. Biz 
o günləri görməsək də, bizdən olan övladlarımız 
görəcək. “Başqasının yetişdirdiyini mən yedim, mənim 
yetişdirdiyimi də başqası yeyər” Bu ən`ənəvi üsul necə 
də gözəldir. İngilislər buna nail olduqları zaman on iki 
əsrlik fəlakətdən qurtulmuş olacaqlar. Bununla da, 
bütün xristian aləminin rəğbətini qazanacaqlar. Əsrlərlə 
davam edən “Səlib yürüşləri” acı xatirələrdən başqa 
heç bir fayda verməmişdir. Çingiz xanın orduları da, 
İslamın kökünü kəsmək üçün bir iş görə bilmədi. Çünki 
onların etdikləri, düşmənçilik yaradan, qarşı tərəfi 
mübarizəyə 
sövq 
etdirən 
işlərdir. 
Lakin 
indi 
hökumətimizin dəyərli planları vardır; rəhbərlərimiz 
İslamı uzunmüddətli və çox incə bir planla yıxmaq 
qərarındadırlar. Hərbi 
qüdrətimizi 
də artırmaq 
lazımdır. Lakin bu son mərhələdə olacaqdır. İslamı 
parçalayıb tikələrinin hər birini bir tərəfə atdıqdan və 
onların bir daha qüdrət tapıb bir yerə toplaşa 
bilməyəcəyinə əmin olduqdan sonra rahat ola bilərik. 
İstambuldakı böyük mə`murlarımız bizim nəzərdə 
tutduğumuz planlara uyğun şəkildə bir çox işlər 
görmüşlər. Onların aralarına soxularaq, uşaqları üçün 
məktəblər açmış və kilsələr inşa etmişlər. Onların 
arasında şərabı, qumarı və idman klublarını yayaraq, 
çox gözəl şəkildə gənclərə tə`sir buraxmışlar. Bu vasitə 


70 
ilə hökumətlə camaat arasında ixtilafların əsası 
qoyulmuşdur. 


71 

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə