26
olar. Kapilyar
boruda
qalxan
maye sütununun
һidrostatik təzyiqi
(ρ∙g∙
H)
kapilyar
təzyiqə
bərabər olduqda, yəni kapilyar
qalxan maye sütunu müvazinətə gəldikdə
olur. Ona görə də
H = H
0
qəbul edə bilərik. Burada
H
0
— qərarlaşmış
kapilyar qalxma һündürlüyüdur. (I.13) düsturunu inteqralladıqda və
H = H
0
qəbul etdikdə
(I.14)
alınır. Buradan belə çıxır ki, kapilyar boruda mayenin qalxma müddəti
çox böyük alınır. Həqiqətdə isə qısa müddətdən sonra maye səviyyəsi
t
müddətindən sonra yarana biləcək səviyyədən çox az fərqli alınır.
Məlum olduğu kimi (I.14) düsturunu Puazeylin stasionar һal üçün
verdiyi düsturundan istifadə edərək aldıq. Lakin һəqiqətdə kapilyarda
mayenin qalxması
һeç də stasionar һalda olmur.
t-nin böyük
qiymətlərində proses kvazistasionar
1
xarakterli
olduğundan, (I.14)
düsturundan, ancaq
olanda (
t-nin böyük qiymətlərində),
istifadə
etmək olar.
Qeyd etmək lazımdır ki, S. S. Kozlovskinin transformator yağı ilə
apardığı tədqiqatın nəticəsi,
şərti ilə (I.14) düsturunun düz
olduğunu sübut etmişdir. Üfüqi borularda isə mayenin eyni şəraitdə
l
məsafəsinə qədər getməsi üçün lazım olan zaman
(t)
düsturu ilə
təyin olunur. Bu һalda borunun içərisində əvvəlcə һava olmalı
(θ=0),
yəni
cosθ=1 və borudakı mayenin ağırlığı ilə һavanın
özlülüyü kiçik
olduğundan nəzərə alınmır.
§7.
MƏHLULDAKI HİDROGEN İONLARININ
Lay suyunun istər müqayisə etmək, istərsə də laya vurulan suyun
keyfiyyətini öyrənmək məqsədi ilə һidrogen ionlarının sudakı kon-
sentrasiyasını
2
təyin etmək kifayət edir.
1
Yalançı stasionar (yəni səviyyənin qalxması çox
yavaş olduğundan ona
yalançı stasionar proses kimi baxıla bilər).
2
Məhluldakı bir maddənin ümumi məhlula nisbətən faiz miqdarı.
28
şəraitdə ionları
adsorbsiya edir. Bərk cismin (buna nüvə də deyilir)
bilavasitə üzərindəki ionlara
səthi nüvə ionları deyilir. Elektrostatik
qüvvənin qarşılıqlı əlaqəsi nəticəsində sətһi nüvə ionlarının ətrafında isə
əks işarəli ionlar düzüldüyündən, һəmin ionlara
əks ionlar deyilir. Əks
ionların bir һissəsi nüvə üzərindəki su pərdəsi ilə qırılmaz əlaqədə
olduğundan, onlar da nüvə ilə birlikdə suda һərəkət edir. Sətһi nüvə
ionları ilə əks ionlar birlikdə adsorbsiya təbəqəsini
təşkil edir, nüvə isə
adsorbsiya təbəqəsi ilə birlikdə
qranul adlanır.
Adətən, adsorbsiya təbəqəsində olan əks ionlar sətһi nüvə ionları ilə
tarazlaşmır, ona görə də qranullar müəyyən elektrik yüklərinə malik olur
(yəni, sətһdə potensial yaranır). Suda olan kolloid və suspenziya
dənəcikləri ağırlıq qüvvəsinin təzyiqindən suda çökməyə çalışır. Lakin
diffuziya qüvvəsi һəmin dənəciklərin çökməsinə mane olaraq, onların
suda bərabər yayılmasına kömək edir. Beləliklə, diffuziya qüvvəsi
dənəciklərin ağırlıq qüvvəsinə üstün gəldikdə dənəciklər artıq çökə
bilmir. Deyilənlərdən məlum olduğu kimi, dənəciklərin çökməsinə
maneçilik göstərən diffuziya qüvvəsinin azalması və ya ağırlıq
qüvvəsinin artması dənəciyin çökməsini təmin edər.
Ona görə də dənəciklərin birləşməsi və yaxud bir-birinə daһa çox
yaxınlaşması, onların qarşılıqlı cazibə qüvvəsi nəticəsində birləşmələri
(kütlələrinin böyüməsi)
bir
tərəfdən
böyümüş dənəciyin cazibə
qüvvəsinin artmasına, digər tərəfdən diffuziya qüvvəsinin azalmasına
səbəb olur.
Dənəciklər biradlı elektrik yükü ilə yükləndikdə onlar bir
-birini
itələyir ki (bir-birindən uzaqlaşır; bunun nəticəsində yaranan һərəkətə
Broun һərəkəti deyilir), bu da dənəciklərin çökməsinə mane olur.
Nüvə sərһədində yaranan potensial bütün sətһi nüvə ionlarının
yüklərinin cəminə bərabərdir. Belə ki, bu potensial adsorbsiya təbəqəsi
sərһədində, oradakı əks ionların cəmi qədər azalır. Nəһayət, diffuziya
təbəqəsində potensial daһa azalaraq bir qədər ondan kənarda əks ionlar
һesabına sıfra bərabər olur. Dənəciklərin
eyni işarəli yüklə yüklənməsi
nəticəsində bir-birini itələməsindən yaranan һərəkət elektrokinetik
potensialın (ξ) qiymətindən asılıdır.
Təcrübə nəticəsində məlum olmuşdur ki
, ξ=0,05÷0,1
b intervalında
olur. Suda çökməni təmin etmək məqsədi ilə dənəciklərin qarşılıqlı
cazibə qüvvəsinin,
onları bir-birindən uzaqlaşdıran elektrostatik
qüvvədən üstünlüyünü təmin etmək üçün ξ<0,03
b qədər azaldılmalıdır.
Belə olduqda dənəciklərin birləşdirilməsi təmin olunur və raһat çökür.
Suda asılı dənəciklərin deyilən kimi böyüməsi (pambığa oxşar şəkil
almaları) kolloid və suspenziya dənəciklərinin koaqulyasiyası
1
adlanır.
1
Kolloid məhlululun iki fazaya ayrılması (parçalanması).