480
ötürülmüşdür. 1992-1995-ci illərdə Mərkəzi Bank kommersiya banklarının
fəaliyyətinə nəzarət və yoxlama sistemi, valyuta tənzimlənməsi və nəzarəti
sistemləri yaratmışdır. 1995-ci ildən başlayaraq Mərkəzi Bank birbaşa kredit-
lərin ayrılması yolu ilə dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsini və
iqtisadiyyatın inkişafına mərkəzləşdirilmiş məqsədyönlü kreditlərin ayrılmasını
dayandırmışdır.
Müasir dönə
m Rusiya Mə
rkə
zi Bankı. 1995-ci ildən başlayaraq Mər-
kəzi Bank birbaşa kreditlərin ayrılması yolu ilə dövlət büdcəsinin kəsirinin ma-
liyyələşdirilməsini və iqtisadiyyatın inkişafına mərkəzləşdirilmiş məqsədyönlü
kreditlərin ayrılmasını dayandırmışdır.
Bankın həyata keçirdiyi əsas funksiyalar aşağıdakılardır:
• Milli valyutanın sabitliyinin qorununb saxlanılması;
• Pul nişanlarının buraxılması və tədavüldən çıxarılması;
• Rusiya Federasiyası hökuməti ilə birgə maliyyə-kredit siyasətini
hazırlanması və həyata keçirilməsi və s.
Rusiya Mərkəzi Bankı 27 təşkilati strukturdan ibarətdir. Burada 79 ərazi
bölməsi və 623 kassa-hesablaşma mərkəzi fəaliyyət göstərir.
Mərkəzi Bank Direktorlar Şurası tərəfindən idarə olunur. Şura darə
Heyətinin sədri daxil olmaqla 12 üzvdən ibarətdir. Şuranın üzvləri Dövlət
Duması tərəfindən 4 il müddətinə təyin edilir. Mərkəzi Bankın darə Heyətinin
Sədri Dövlət Duması tərəfindən Prezidentin təklifi əsasında təyin edilir. Dövlət
Duması Mərkəzi Bankın Sədrini tutduğu vəzifədən azad etmək huququna
malikdir.
Mərkəzi Bankın yanında Milli Bank Şurası fəaliyyət göstərir. Şuranın
Federal Assambleya palatalarının, Prezidentin, Rusiya Federasiyası hökumə-
tinin, Rusiya Mərkəzi Bankının nümayəndələri, ekspertlər və digər kredit təş-
kilatların təmsilçilərindən ibarətdir. Bank Şurası Direktorlar Şurası tərəfindən
təqdim olunan Mərkəzi Bankın illik hesabatlarına baxılması; kapital qoyulu-
ş
unun ümumi həcminin təsdiq edilməsi; Bank işçilərinin pensiya təminanatının,
sosial və tibbi sığortaları üçün ayrılan xərclərin ümumi həcmini təsdiqetmə
funksiyasına malikdir.
RF hökuməti RF MB ilə birlikdə iqtisadi siyasətin, o cümlədən pul və
kredit siyasətinin əsas istiqamətlərini müəyyən edir. Mərkəzi Bank tərəfindən
iqtisadiyyatın pul-kredit tənzimlənməsi bazar iqtisadiyyatında qəbul edilmiş
vasitələr yolu ilə həyata keçirilir: kommersiya banklarının kreditlər üzrə faiz
dərəcələrinin, ehtiyat tələblərinin dəyişdirilməsi və açıq bazarda əməliyyatların
aparılması. Mərkəzi Bank pul kütləsinin miqdarını və artım tempini tən-
zimləyir.
Emissiya-kassa tənzimlənməsinin həyata keçirilməsi, kredit təşkilatlarına,
həmçinin müəssisə və təşkilatlara kassa xidmətinin göstərilməsi üçün Mərkəzi
Bankın baş ərazi idarələrində, hesablama-kassa mərkəzlərində nağd pulların
481
qəbulu və verilməsi üzrə dövriyyə kassaları və pul biletləri və sikkələrin ehtiyat
fondlan mövcuddur.
Rusiya Bankı haqqında Qanunun 1-ci maddəsinə uyğun olaraq bu idarə
Rusiya Federasiyasının əsas bankıdır və onun mülkiyyətindədir. Rusiya
Bankının hüquqi statusunun öz xüsusiyyətləri var. Bu bank, bir tərəfdən hüquqi
şə
xsdir və kommersiya bankları və dövlətlə (büdcə ilə) müəyyən mülki-hüquqi
sövdələşmələr həyata keçirə bilər. Digər tərəfdən, ona Rusiyanın pul-kredit
sisteminin idarə edilməsi sahəsində geniş səlahiyyət verilmişdir. Beləliklə,
Rusiya Bankı ikili hüquqi mahiyyətə malikdir.
RF Mərkəzi Bankının sahibkarlıq fəaliyyətinə yönəlmiş səlahiyyətlər
Rusiya Bankı haqqında Qanunun 45-47-ci maddələri ilə müəyyən edilmişdir.
Həmin maddələrə əsasən, Rusiya Bankının hüquqları aşağıdakılardır:
1. qiymətli kağızlar və digər aktivlərlə təmin etmək şərti ilə ən çoxu bir il
müddətinə kredit vermək;
2. qanunla müəyyən olunmuş şərtlərlə çekləri və barat veksellərini,
həmçinin dövlət qiymətli kağızları və istiqraz vərəqələrini almaq və satmaq;
3. təminat və zəmanət vermək;
4. qanunla nəzərdə tutulmuş digər kommersiya əməliyyatlarını həyata
keçirmək.
Eyni zamanda Rusiya Bankı haqqında Qanunun 3-cü maddəsinə uyğun
olaraq bankın fəaliyyətinin əsas məqsədləri aşağıdakılardır:
1. rublun qorunması və sabitliyinin təmin edilməsi, o cümlədən xarici
valyutalara münasibətdə rublun alıcılıq qabiliyyətinin saxlanılması;
2. RF-nin bank sisteminin inkişafı və möhkəmləndirilməsi;
3. hesablaşmalar sisteminin effektiv və fasiləsiz işləməsinin təmin
edilməsi;
4. Rusiya Bankı mənfəət qazanmaq naminə fəaliyyət göstərmir.
Bu məqsədləri həyata keçirmək üçün Rusiya Bankı Qanunun 4-cü
maddəsində əks olunmuş asağıdakı funksiyaları yerinə yetirir:
1. RF Hökuməti ilə qarşılıqlı fəaliyyət göstərərək rublun sabitliyinin
qorunması və təmin edilməsinə yönəlmiş vahid dövlət pul-kredit siyasətini
işləyib hazırlayır və həyata keçirir;
2. nağd pulların təkbaşına emissiyasını həyata keçirir və onların
dövriyyəsini təşkil edir;
3.
kredit təşkilatları üçün son instansiya kreditoru kimi çıxış edir;
4. RF-də hesablaşmaların həyata keçirilməsi qaydalarını müəyyən edir;
5. bank əməliyyatları, mühasibat uçotu və bank sistemi üçün hesabat
işlərinin aparılması qaydalarını müəyyən edir;
6.
kredit təşkilatlarının dövlət qeydiyyatını həyata keçirir;
7. kredit təşkilatlarının fəaliyyətinə nəzarət edir;
8.
kredit təşkilatları tərəfindən qiymətli kağızların emissiyasını qeydə
alır;