AZƏ
RBAYCAN RESPUBL KASI TƏ
HS L NAZ RL Y
AZƏ
RBAYCAN DÖVLƏ
T QT SAD UN VERS TET
i.e.d., professor Zahid Fə
rrux Mə
mmə
d
BANK FƏ
AL YYƏ
T N N
Ə
S A S L A R I
Də
rs və
saiti
.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin
07.02. 2014 il tarixli 127 saylı əmri ilə dərs
vəsaiti kimi təsdiq edilmişdir.
BAKI - 2015
2
Rə
yçilə
r:
i.e.d., prof. Ş.Qafarov
i.e.d., prof. M.Bağ
ırov
dos. Fuad Qəmbərov
Zahid Fərrux Məmməd. Bank fəaliyyətinin əsasları. Dərs vəsaiti.
Bakı: “ qtisad Universiteti” Nəşriyyatı - 2015. - 500 səh.
«Bank işi» fənninin tədrisində əsas məqsəd Azərbaycanda bank sistemi-
nin hüquqi bazasının, bank sisteminin sabit və təhlükəsiz fəaliyyətinin təmin
edilməsi ilə Mərkəzi Bankın rolunu və əhəmiyyətini, iqtisadiyyatda bank xid-
məti və məhsullarının rolunu, bankların təşkili, daxili idarə edilməsi, fəaliy-
yətinin tənzimlənməsi qaydalarını öyrətmək və izah etməkdir.
«Bank işi» fənninin tədrisində əsas vəzifələr:
1. Bank sisteminin fəaliyyətinin tənzimlənməsini əks etdirən normativ-
hüquqi sənədlərlə yaxından tanış etmək;
2. Bank fəaliyyəti haqqında kompleks nəzəri və praktiki biliklər vermək;
3. Bank xidmət və məhsulları, bank marketinqi, bank menecmenti, bank
fəaliyyətində maliyyə nəticələrinin təhlili qaydalarının praktik olaraq istifa-
dəsini öyrətmək;
4. Müasir bank sisteminin vəziyyəti, inkişafı, problemləri haqqında məlu-
matlandırmaq və bank sistemində istifadə olunan əsas anlayışların izahını ver-
məkdir.
©
Məmmədov Z.F. - 2015
©
qtisad Universiteti - 2015
3
G R Ş
1991-ci il oktyabrın 18-də Azərbaycan öz dövlət müstəqilliyini bərpa
etdi. 1992-ci il avqustun 7-də «Azərbaycan Respublikasında banklar və bank
fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanunu ilə yanaşı «Azərbaycan
Respublikasının Milli Bankı haqqında» Qanun da qəbul olunmuşdur. Həmin
ayın 15-də Azərbaycan Respublikasının milli valyutası – manat tədavülə bura-
xılmışdır (rublla bərabər). 1994-cü il yanvarın 1-dən manat ölkənin yeganə ödə-
niş vasitəsi elan edilmişdir.
1995-ci il noyabrın 12-də keçirilən referendumda qəbul olunmuş müs-
təqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının 19-cu maddəsinin II
bəndində isə pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması
hüququnun yalnız Milli Banka mənsub olması bir daha təsdiqini tapmışdır.
1996-cı il iyunun 10-da «Azərbaycan Respublikasının Milli Bankı haq-
qında», iyunun 14-də isə «Azərbaycan Respublikasında banklar və bank fəa-
liyyəti haqqında» qanunlar yeni redaksiyada qəbul edildi. Yeni bank qanunları
respublikanın bank sisteminin qabaqcıl dünya bank təcrübəsinə yaxınlaşmasına,
kredit təşkilatlarının yaradılmasına imkan yaratdı.
Lakin yeniləşən elmi-nəzəri metodlara və müasir dövrün tələblərinə uy-
ğ
unlaşmaq məqsədilə, 2004-cü il dekabrın 10-da «Azərbaycan Respublikasının
Milli Bankı haqqında» Qanun qəbul edilmiş, Həmçinin «Banklar haqqında»
Azərbaycan Respublikası Qanunu da 30 mart 2004-cü ildə qüvvəyə minmişdir.
«Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər
edilməsi haqqında» 18 mart 2009-cu il tarixli Azərbaycan Respublikasının Re-
ferendum Aktının qüvvəyə minməsi ilə əlaqədar olaraq «Azərbaycan Respub-
likası Milli Bankı» «Azərbaycan Respublikasının Mərkəzi Bankı» adlandı-
rılmışdır.
Azərbaycanda əmanətlərin sığortalanması mexanizmlərinin yaradılması
üçün görülən tədbirlərin nəticəsi olaraq dekabrın 29-da 2006-cı il «Əmanətlərin
sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul edildi.
Azərbaycanda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər
ə
mlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının
alınması sahəsində də mühüm işlər həyata keçirilir. Bununla bağlı olaraq, “Ci-
nayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılma-
sına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azər-
baycan Respublikasının Qanunu 25 fevral 2009-cu ildə qüvvəyə minmişdir.
Beləliklə, Azərbaycanda maliyyə-bank sektorunun inkişafının əsas məq-
sədi – qanunvericilik mühitinin daha da yaxşılaşdırılması, beynəlxalq standart-
lara uyğun müasir və rəqabətqabiliyyətli maliyyə-bank xidmətləri bazarının in-
kişafı üçün münbit hüquqi bazanın yaradılmasıdır.
Azərbaycan Respublikasının ərazisində banklar və bank olmayan kredit
təşkilatları bank fəaliyyətini Mərkəzi Bankın verdiyi xüsusi razılıq əsasında,