____________________Milli Kitabxana______________________
3
Tərtib edəni və
ön sözün müəllifi:
Zaman Əsgərli
Redaktoru:
Bəkir Nəbiyev
894.361008-dc21
AZE
XIX əsr Azərbaycan şeri antologiyası, Bakı, "Şərq-Qərb", 2005, 424 səh.
Qədim və spesifik mənəvi mədəniyyətlərin bir çoxunun öz saflığını və billurluğunu itirdiyi XIX
əsr Azərbaycanın bədii mədəniyyəti tarixində ideya-estetik nailiyyətləri ilə seçilən bir mərhələdir.
Klassik irsin yaşarı ənənələri zəminində inkişaf edən, eyni zamanda bədii keyfiyyətlərinə görə
özünəməxsus bir hadisə olan, təzə, orijinal ədəbi forma və janrlarla zəngin XIX yüzil Azərbaycan
ədəbiyyatında bununla yanaşı aparıcı yeri, qədim və orta əsrlərdə olduğu kimi, hələ ki yenə poeziya
tutulur. Lakin onun yeni istiqamətdə inkişafı artıq əsrin əvvəllərində ictimai-siyasi və mədəni həyatda
baş vermiş mühüm dəyişikliklər şərtləndirir.
Təqdim olunan "XIX əsr Azərbaycan şeri antologiyası"nda həmin dövrdə yaşayıb-yaratmış 60-
dan artıq şairin əsərlərindən seçmələr toplanmışdir. Nümunələr tarixi-xronoloji prinsip əsasında
düzülmüşdür.
ISBN 9952-418-69-5
© "ŞƏRQ-QƏRB", 2005
____________________Milli Kitabxana______________________
5
XIX ƏSR AZƏRBAYCAN POEZİYASI
Zəngin və çoxəsrlik tarixi olan Azərbaycan bədii mədəniyyətinin ideya-estetik
nailiyyətlərlə seçilən mərhələlərindən biri XIX əsrdir. Yeni tarixi şəraitin inikası kimi
yetişən bu ədəbiyyat klassik irsin həmişəyaşar ənənələri zəminində yaranıb inkişaf etmiş,
həm xronoloji hüdudlarına, həm sosial-fəlsəfi məzmununa, həm də bədii keyliyyətlərinə
görə tamam orijinal və özünəməxsus bir hadisə olmuşdur.
Əsrin ilk illərindən ictimai-siyasi həyatda baş verən əsaslı dəişikliklər, Azərbaycanın
şimal hissəsinin Rusiya tərəfindən işğal olunması ölkənin mədəni həyatına, o cümlədən
ədəbi-estetik fikrin inkişafına da təsir göstərdi. Azərbaycan ziyalılarının - şair və
yazıçıların Qərbə, Avropaya marağı gücləndi. Bu isə öz növbəsində bədii ədəbiyyatda
xəlqiliyin, həyatiliyin, sosial pafosun güclənməsinə səbəb oldu. Onun mövzu dairəsi
genişləndi, ictimai-siyasi məzmunu dolğunlaşdı. Bədii təcrübədə təzə, orijinal ədəbi forma
və janrlar yarandı.
XIX əsr ədəbiyyatı özündən əvvəlki və sonrakı dövrlərin ədəbiyyatından təkcə ideya-
məzmun əlvanlığına görə yox, həm də həyatı bədii əksetmənin forma və üsullarına,
metod, üslub keyfiyyətlərinə, bütövlükdə ideya-estetik sisteminə - poetikasına görə seçilir.
Klassik ədəbi janrlar (qəzəl, qəsidə, rübai, müxəmməs) bu dövrdə güclü təkamül prosesi
keçirir, bədii dil əvvəlki dövrlərdən fərqlənən yeni bir inkişaf məcrasına düşür. Nəsr,
dram üslubları, publisistika meydana gəlir.
Qədim və orta əsrlərdə olduğu kimi XIX əsrdə də ədəbiyyatda başlıca yeri poeziya
tuturdu. O, üç mühüm ideya-üslubi istiqamətdə davam və inkişaf edirdi: lirika, epik şeir
və realist satira. Bu üç xətdən ən qüvvətlisi lirika idi. Əsrin birinci yarısında fəaliyyət
göstərmiş Zakir, Bakıxanov, Vazeh, Nəbati, Heyran xanım, daha sonralar Şükuhi, Bixud,
Bahar, Seyid Əzim, Natəvan, Kəminə, Nakam, Sərraf kimi şairlər öz əsərlərində insanın
mənəvi dünyasının, təbii hiss və duyğularının, sevinc və həyəcanlarının təsvir və
tərənnümüno geniş yer verirdilər.
Onların yaradıcılığında məhəbbət mövzusu xüsusi yer tuturdu. Nizami, Füzuli, Saib,
Vaqif kimi klassik sənətkarların yaradıcılıq ənənələrini davam etdirən XIX əsr şairləri
insan həyatında məhəbbətin rolunu yüksək qiymətləndirir, ona dərin fəlsəfi məna
verirdilər. Həyatın ləzzətini, insan bəxtiyarlığını təmiz məhəbbətdə görən Nəbati bir
qəzəlində "baisi-icadi-aləm ta ki bildim, eşq imiş" - deyə məhəbbəti hətta dünyanın,
aləmin yaradıcısı hesab
____________________Milli Kitabxana______________________
6
edirdi. Təmiz sevgini ən qiymətli nemət sayan şair göstərirdi ki, "eşq camından
içən kimsənə" qorxu bilməz, var-dövlət hərisliyindən əl çəkər, kasıblığına
təəssüflənmədən, sinəsinə çəkilən dağları sikkə, qızıl sayar, dinar dalınca
düşməz.
1
M.Ş.Vazeh isə saf eşqə məkan olan könülləri xoş, təmiz sevgiyə bağlı olan
fikirləri düzgün və əbədi sayır, məhəbbətin dərdini, qəmini duya bilməyən,
eşqdən xali ürəkləri susuz çeşməyə bənzədirdi:
Xoş olsun ol könül, eşqə məkandır,
Var olsun
ol fikir, eşqə həyandır,
Susuz çeşməyə bənzər ol ürək kim,
Nə eşqin dərdini, nə qəm duyandır.
Əsrin birinci yarısında yazıb-yaradan şairlər kimi ikinci yarısındakı
sənətkarların da şeirlərində məhəbbət nəcib insani hiss, yüksək bəşəri duyğu
kimi tərənnüm olunur, aşiqlər ən kamil insan hesab edilirdi. Sevgini həyat
mənbəyi kimi qiymətləndirən Seyid Əzim Şirvani yazırdı:
Hər bir könüldə eşq ola şadan edər onu,
Eylər
xəzan olan çəməni növbahar eşq,
Hər kəsdə yoxdur eşq, onun, bil, kamalı yox;
Kamil olan vücudlar eylər şüar eşq.
Xalxali, Şükuhi, Natəvan, Kəminə.
Bixud, Nəvvab, Raci və Sərraf da məhəbbətin təsvir və tərənnümünə xüsusi
yer verir, əsərlərində təmiz ürəklə sevən aşiqin mənəvi dünyasını, könül aləmini,
keçirdiyi həyəcanları, ürək çırpıntılarını, məhəbbət uğrunda çəkdiyi iztirabları,
sevgilinin ayrılığından doğan kədər duyğularını və s. geniş təsvir edirdilər.
Onların sevgidən bəhs edən şeirlərinin mərkəzində həyat eşqi, yaşamaq ehtirası,
dünyəvi nemətlərdən zövq almaq ideyası dayanırdı.
Məhəbbət lirikasının mərkəzində üç başlıca insan surəti, lirik qəhrəman var
idi: Aşiq, Sevgili və Əğyar. Bu qəhrəmanların bədii təqdimi bir çox cəhətdən
ənənəvi idi. Aşiq öz məbəbbəti uğrunda yorulmadan çalışan, fədakarlıq göstərən,
bütün əzablara dözən, vüsala çatmasa da sevgilisindən üz döndərməyən vəfalı,
sədaqətli, bütün varlığı ilə həyata bağlı olan vüqarlı və mətanətli bir gəncdir.
Bəzən sevgilisinin biganəliyindən şikayətlənməsinə baxmayaraq, o, əzmli və
iradəlidir; qarşılaşdığı mancələr onu doğru yoldan çəkindirmir, əksinə,
məşuqəsindən gələn dövrü cəfalar ürəyindəki eşq atəşini daha da alovlandırır,
onu sevgilisinə bağlayan mənəvi telləri möhkəmləndirir:
1
Bax: Nəbati. Əsərləri. Bakı, 1988, s.303.