Vaxt gələr, axtarıb
gəzərlər məni
9
Pirallahı – Xəzər dənizi qalxdıqdan sonra su altında qal-
mışdır.
Pirkökü – Şamaxı rayonunda 9 yerdə tikilib.
Pir xınalıq – Quba rayonunun Xınalıq kəndindədir.
Pir Abdulkərim – Qobustan rayonunun Nabur kəndi
ərazisindəir.
Hacı Şeyx ocağı – Hacqabulun şimal-qərbinin 8-ci km-
liyindədir
Şeyx Şəkər piri – Salyan rayonunun Xalac kəndindədir.
Kərbəlayi Şəkər piri – Hacıqabulun Pirallahı qəbirista-
nındadır.
Dibral
piri – Şamaxının Dibral yaylağında...” (11)
Təbii ki, Xilə ərazisində olan övliyaları tədqiq etmək,
araşdırmaq mövzumuzdan kənardır. Bunun üçün ciddi tədqiqat
aparmalıdır. Yuxarıda verdiyimiz kiçik arayışla bu qədim el
haqqında oxucularda ümumi təsəvvür yaratmaq istədik.
Başqa bir mənbədə: Bu əhali lap uzaq keçmişdən milli
adət-ənənələrimizə bələd olduğu kimi folklor, aşıq ədəbiyyat
nümunələri yaratmış, poeziya sərrafları – şairlər yetirmişlər.
Bir sözlə, xiləlilərin zəngin folklor örnəkləri mövcud olmuşdur.
Həmin folklor örnəklərinin böyük
bir qismini toplaya bilmişik,
aşıq və şairlərinin şeirlərindən nümunələri çap etdirmişik...
Mən aşıq Xilə eylər,
Xil eylər, Xilə eylər,
Yar yıxıb atam evin
Mənəsə giley eylər.
***
Xilədi elim mənim,
Ağzımda dilim mənim,
El köçüb, yurd ağlayır,
Yalındı əlim mənim.
Yəqin ki, sonuncu bayatı rusların
təzyiqi nəticəsində də-
də-baba yurudndan didərgin düşən bir sinədəftər el ağbirçəyi-
XEYBƏR İGİDƏLİYEV
10
nin dilindən yana-yana söyləmiş bir elm ağsaqqalının
fəryadıdır:
“El köçüb, yurd ağlayır...”
Hazırda tarixə şahidlik edən doğmalarının nəfəsinə ta-
marzı qalmış qədim Xilə qəbristanı bu günə çox söz söyləyir və
ya uzun tarix danışır. Şərəfli bir tarix, Xilə tayfasının qədim
tarixini.
1.Deyilənlərdən.
Naburlu Aşıq Xanışın yaddaşından:
“Xilə torpağı geniş əraziyə malik bir yerdir. Kənd çoxlu
kəhrizlər, bulaqlar və yanından axan Qozluçayla zəngindir.
Vaxtilə həmin kəndin adı “Tozluğ” olmuşdur. Xilə tayfası çox
olduğu üçün “xil” (çoxluq) toponimindən yaranmışdır. Hazırda
“Xilə dağı”, Xilə qəbristanlığı elin keçmişinə canlı şahiddir.
Uzun illər şirvanlıların ibadət yeri olmuşdur.
Pir Abdulkərim
türbəsi. Deyilənlərə görə, Pir Abdulkərim türbəsində uyuyan
xilə əhlidir.
XIX əsrin təqribən 30-cu illərindən başlayaraq Azərbay-
canın müxtəlif bölgələri, eləcə də Şamaxı quberniyasının
Xilmilli, Çuxuryurd, Dəmdəməki (Mərəzə), Nağaraxana və s.
kəndlərinə rus və malokanlar köçürülmüşdür... “Onların (malo-
kanların – S.Q.) buraya ilk gəlişi təxminən 1838-ci ilə aiddir.
Bu mühacirlər Ukraynanın cənub quberniyalarından və Rusiya-
nın Volqaboyu və mərkəzi quberniyalarından gəlmişlər... Veli-
koruslar andı, kilsəni, dini mərasimi və ali
hakimiyyəti qəbul
etməyən adamlar kimi çar hökuməti tərəfindən bura sürgün
edilmişlər. Onlar müxtəlif təriqətlərdən (malokanlar, duxobor-
lardan, yəhudipərəstlərdən, bartistlərdən, subbotniklərdən və s.)
ibarətdir”. Onlardan bir hissəsini də Qozluda (Xilmillidə) yer-
ləşdirirlər. Xiləliləri isə öz ata-baba yurdundan köçürürlər.
Həmin insanlar Hacıqabul, Salyan, Bakı və s. ərazilərdə məs-
kunlaşırlar... Hazırda Hacıqabul şəhərinin bir məhəlləsində
ancaq xiləlilər yaşayır.
***
Vaxt gələr, axtarıb gəzərlər məni
11
Uzun illər Şirvanda apardığım
tədqiqatlar nəticəsində bu
qədim tayfanın XVIII-XIX əsr dönəmində yaşamış istedadlı
aşıqları, el şairləri haqqında (Aşıq Barat, Aşıq Şamil, Aşıq Sol-
tanmurad, Aşıq Xanış və başqa sənətkarlardan) xeyli məlumat,
şeirlərindən nümunələr, folklor örnəkləri əldə etmişəm.
Onlardan bir neçəsi ilə tanış olun:
Aşıq Rüstəm Süleyman oğlu XVIII əsrin sonunda Xilə ela-
tında anadan olmuşdir. Atası Süleyman kişi aşıqlıq etməsə də, bu
sənətin yol-yolacağına yaxşı bələd olmuşdur. Övladının yaxşı
səsi olduğunu biləndə ata oğluna aşıq sənətini öyrədir... Aşıq
Rüstəmin həyat yoldaşı Xeyri cavan yaşında rəhmətə gedir. Hə-
yat yoldaşının vəfatından sonra aşıq Rüstəm məclislərə getmir.
Hacıqabulun yaşlı sakinlərdən aşığın şeirlərindən nümunələr və
bəstələdiyi “Rüstəm və Xeyri” dastanından
kiçik bir parça əldə
etmişik. Həmin şeirlər “Şirvan aşıqları” kitabında (Bakı-2007)
çap edilmişdir. Topludan bir nümunə təqdim edirik.
BƏXTİM
Özüm də heyran qalmışam,
Görən gedir hara bəxtim.
Mən çəkəni Şümür çəkməz,
Yazılıbmış qara bəxtim.
Məəttələm bu gedişə,
Bu dərd-qəmə, bu təşvişə,
Nə düşmüşəm bitməz işə,
Qismət olmaz yara bəxtim.
Nələr keçirdi könlümdən,
Dağlar
ağlar gileyimdən,
Əziz yar çıxıbdı əlimdən,
Düşdü tez azara bəxtim.
Rüstəməm, yardan yaralı,
XEYBƏR İGİDƏLİYEV
12
İtirmişəm huş, ağılı,
Görən kim duyar bu halı?
Tapmaz heç də çarə bəxtim.
Qədim Xilə elinin ustad sənətkarlarından biri də Aşıq Mu-
sadır. Musa Tapdıqoğlu XIX əsrin ikinci yarısında Xilə elatında
doğulmuşdur. O, Əngəxaranlı Aşıq İbrahim, Aşıq Xeyrulla və
başqalarının müasiri olmuşdu. Onun haqqında məlumat və şeir-
lərindən nümunələri Aşıq Bəylərin, Aşıq Şamilin yaddaşından
əldə etmişik. Aşıq Musa sənətə getdiyi illərdə Şamaxı şəhərində
yaşamışdır. Sonra övladlarının yanına – Xilə qışlağına köç-
müşdür. Aşığın qəbri qışlaqdakı qədim Xilə qəbristanındadır.
YOL VER
Yalvarıram sənə barı, ilahi,
Qanmaza yol vermə, qanana yol ver.
Günahkar olmayan bir bəndə yoxdur,
Günahın boynuna alana yol ver.
Məhəmməd eşqinə, Əli eşqinə,
Yüz
iyirmi dörd min nəbi eşqinə,
Məzlum, fəqir, xəstə, əlil eşqinə,
Çox ağır dolanır zəmanə, yol ver.
Nadanlardı dar günümə gülüşən,
Eşit sən Musanı, eli elə şən,
İmamlar yolunda didərgin düşən,
Bağışla ol Sahibzamana, yol ver.
Aşıq Möhsün də Xilə aşıqlarındandır. O, yaradıcı sənət-
kar olmuşdur. XIX əsrin son illərində anadan olmuş,
XX əsrin
ortalarına kimi yaşamış, Xilənin qışlaq qəbristanında dəfn
edilmişdir. Deyilənə görə, yay payız aylarında demək olar ki,
Küdrü düzündə olan qışlaqlardakı – Cəyirli, Kolanı, Quşçu,