«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» II Respublika tələbə elmi-praktik konfransı
2
A Z Ə R B A Y C A N D İ L İ N D Ə
M Ə R U Z Ə L Ə R
XALQ ŞEİRİNDƏ BƏDİİ TƏRƏNNÜM
VƏ FONETİK VASİTƏLƏR
Səbinə FƏRZƏLİYEVA
ADPU-nun filologiya fakültəsinin II kurs 204 cü qrup tələbəsi
Elmi rəhbər: prof.
Tərlan Novruzov
Xalq şeirində bədii tərənnümün iki tərəfli – tərənnüm subyekti və obyekti aş-
karlansa da, tərənnüm obyekti əslində şərti anlayışdır: tərənnüm – hissələrin, daxi-
li aləmin ifadəsidir və buna görə də bu hissələrin yönəldiyi obyekt burada zahiri
mahiyyət daşıyır. Deyək ki, dərə, bağ, buludlar, hətta konkret insan personajları
bədii tərənnümdə özü – özlüyündə deyil, lirik qəhrəmanın hissələrini ifadə baxı-
mından əhəmiyyətlidir.
Müxtəlif coğrafi, nəbati varlıqlar, insanı cizgilər müəllifin müəyyən duyğuları-
nın tərənnümünə xidmət edir və buna görə də, tərənnüm mahiyyətcə estetik-bədii
ideal, əsərin ideyasını aşkarlayır.
Ümumən türk şeirində dilin səs tərkibi mühüm rol oynayır,
ritmik özünəməx-
susluq ilk növbədə fonetik sistemin xüsusiyyəti ilə müəyyənləşir. Qeyd edək ki,
tələffüz və yazı vasitələrindən xüsusi texnika ilə istifadə yoluyla hətta bir çox
janrlar formalaşmışdlr: dodaqdəyməz, dildönməz, nəfəsçəkmə,
hərf üstə təchiz,
əliflam və s.
Dilin fonetik xüsusiyyətləri ilk növbədə şeir vəzilərinin özünə məxsusluğunu
təyin edir. Heca vəznində səs təkrarları, hecaların eyni sayda işləməsi, daxili bölgü
və qafiyə sisteminə əsaslanan bədii ritm bədii üslubda birbaşa bağlanmasa da, dola-
yısı milə üslubda müəyyən əlaqədə olur. Ritm və üslubun əlaqəsini təmin yaradı-
cılıq amili şifahi ənənədə ritmin xeyli dərəcədə canlı ifa prosesi ilə bağlı olmasıdır.
Ritmik – üslubi fəallığa seçilən vasitələrdən qismən az araşdırılmış növü, türk
şerində vəznyaradıcı funksiyası olmayan vurğudur. Türk şerində dil xüsusiyyət-
lərinə uyğun olaraq, vurğu vəzn baxımından
təsirli olmasa da, ifa prosesində ritmik
amil kimi çıxış edir. Bu zaman fərdi ifa söyləmə üslubu, musiqi müşayiəti rol
oynayır.
Şeir sisteminin mühüm ünsürlərindən olan qafiyənin müxtəlif növlərinin üslubu
fəallığı. Qafiyə müxtəlif sözləri səs eyniyyəti əsasında yaxınlaşdıraraq məna əlaqə-
lərini təsbitləyir, müəyyən sözləri qabarıqlaşdıraraq üslubi baxımından digərlərindən
fərqləndirir
və həm forma, həm də məzmunca qabarıqlaşdırır.
Materiallar
02 may 2009-cu il
3
Qafiyyələrdən daha fəal üslubi funksionallığa malik olan səs təkrarları öz növ-
lərinə, işlənmə yeri və üsuluna, vəzifələrinə görə olduqca geniş və zəngin poetik
sistem yaradır. Allitesiya, samitlərin təkrarı türk şeirində yalnız kompoziya ahəngi
yaratmağa deyil, həm də məna – üslub baxımından şeiri səciyyələndirməyə xidmət
edir. Buna da səs təkrarlarının üslubu rolu ənənəvi rolu
kanonik formalardan daha çox,
fərdiliklə seçilən və zahirən qabarıq sezilməyən hallarda barız şəkildə ortaya çıxır.
Səslərin təkrarı ümumi ahəng, ritm yaratmaqla bərabər, səs simvolizmi əsasında
əsərin bədii aləmini müəyyən emosional pafosla aşılayır və buna görə də daşıdığı
simvolizmi ilə üst-üstə düşür.
Səs simvolizminə yaxın olan digər vasitə səs assosiyasiyası: mətndə əsas məna
yükünü ifadə edən leytmotiv sözdəki səslərin müxtəlif ardıcılığa digər sözlərdə tək-
rarlanması və bununla da əsas mənanın gücləndirilməsi, qabardılması və ya yeni
qazanmasıdır (vərəq-vüqar, silah-hasil, dərə-radə, kitab-katib).
Bağa girdim bağbansız
Dəvə gördüm sarvansız
Aləmə dərman verdim
Özüm qaldım dərmansız!
Assosiativ səs təkrarlarının üslubi-sematik fəaliğı bu mətində aydın nəzərə
çarpır. Yuxarıdakı nümunədə bir sıra orijinal fonopoetik hadisələr izlənir:
səs tək-
rarları (b, v, m, z), daxili qafiyyələr (bağa-bağbansız, girdim-gördüm-qaldım), vurğu
tənasüblüyü (2, 4, 7/2, 4, 7/3, 5, 7/2, 4, 7) və səs assosiyasiyası: “girdim” sözün-
dəki r, a, m səsləri “gördüm” sözündə eyni, “dərman” d, r, m, “verdim” sözündə r,
d, m, “dərmansız” da yenə də d, r, m ardıcılığı təkrarlanır. Beləliklə, ümumi səs
ahəngi
yaranmaqla bərabər, bu məfhumlar mənaca bir-birinə bağlanır: girdim-gör-
düm-dərman-dərmansız. Yəni bağa eşq məqsədinə “bağbansız” girmək,“sarvansız”
aləmi “görmək”, bu aləmə “dərman” olmaq və nəticədə özünün “dərmansız” qal-
mağı fikri səslənir ahəngi ilə psixolinqvistik əsasda qabaqlaşdırılır.
«KİTABİ-DƏDƏ QORQUD» MÖHTƏŞƏM ABİDƏ KİMİ
Aidə İSMAYILOVA
ADPU-nun II kurs 204-cü qrup tələbəsi
Elmi rəhbər: prof. Mahmud Allahmanlı
.
«Kitabi Dədə Qorqud» Azərbaycan ədəbiyyatının nadir incilərindəndir. X-XI
əsrlərin tarixi hadisələri ilə səsləşən bu əsrin ilk orijinalı da Azərbaycanda yazıya
alınmışdır. Xalqımızın bədii təfəkkürünün abidəsi olan «Kitabi Dədə Qorqud»
dastanının poetik dili bədii təsvir vasitələri ilə zəngindir. Dastanda xalq dilinin
incəliklərindən, məsəllərdən, atalar sözü və idiomatik ifadələrdən yeri gəldikcə
istifadə olunmuşdur. «Kitabi Dədə Qorqud» qəhrəmanlıq dastanları olduğu kimi,