140
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№2
Sosial-siyasi elmlər seriyası
2011
POLİTOLOGİYA
UOT 316:001.83 (100)
DÖVLƏTLƏRARASI MÜNAQİŞƏLƏRİ YARADAN FAKTORLAR
D.A.RƏCƏBLİ
Bakı Dövlət Universiteti
dashgin07@yahoo
Məqalədə dövlətlərarası münaqişələr problemi ətraflı şəkildə araşdırılmışdır. Müəllif
dövlətlərarası münaqişə anlayışının mahiyyətinin təhlilindən başlayaraq, onların həlli metod-
larına qədər bir çox məsələlərə aydınlıq gətirmişdir. Xüsusilə diqqət onların yaranması fak-
torları üzərində cəmləşmişdir. Qeyd olunmuşdur ki, digər münaqişə növləri kimi dövlətlərara-
sı münaqişələrin də düzgün həlli və idarə edilməsi üçün onların yaranması səbəblərinin dəqiq
müəyyən edilməsi vacibdir.
Açar sözlər: Münaqişə, əməkdaşlıq, sülh, dövlətlərarası, siyasi
Münaqişələrə verilmiş və çoxlarının məqbul saydığı geniş yayılmış tə-
riflərdən biri L.Kozerin verdiyi tərifdir. O yazır: «Münaqişə – dəyərlər, müəy-
yən sosial status, hakimiyyət və məhdud maddi və mənəvi nemətlər iddiası
uğrunda aparılan mübarizədir; bu mübarizədə münaqişədə olan tərəflərin məq-
sədi qarşı tərəfi neytrallaşdırmaq, ona zərər vermək və rəqibi məhv etməkdir»
[4, 40]. Tərifdən də göründüyü kimi, müəllif geniş sahələrdə baş verən mü-
naqişələri əhatə etməyə çalışmışdır və bu, həqiqətən də, məqbul sayıla bilər.
Deyilənlərdən belə bir nəticə çıxarmaq mümkündür ki, müəyyən bir müna-
qişənin mövcudluğu üçün əsasən üç şərt olmalıdır:
1.
qarşılıqlı münasibətdə olan ən azı iki tərəfin mövcud olması;
2.
bu tərəflərin mənafelərinin, baxışlarının, mövqelərinin, tələbatlarının,
məqsədlərinin üst-üstə düşməmələri;
3.
tərəflərin bu fikir ayrılığını dərk etmələri, yəni münaqişə subyektlərinin
şüurlu fəaliyyət göstərmələri.
Beynəlxalq münaqişələrin əsas subyekti dövlətdir. Dövlətlərarası müna-
qişələri araşdırarkən ziddiyyətlərin xarakterinin nəzərə alınması vacibdir.
Ziddiyyətlər obyektiv və subyektiv olaraq, tərəflərdən birinin liderinin və ya
siyasi rəhbərliyinin dəyişməsi ilə yox ola bilər. Bundan başqa, ziddiyyətlərin
antaqonist və ya qeyri-antaqonist xarakteri özünü beynəlxalq münaqişənin for-
masında, miqyasında və vasitələrində göstərir. Beynəlxalq münaqişələr
özlərinin zaman-məkan miqyasına görə də fərqlənirlər: regional, lokal və s.
141
Davametmə müddətinə görə münaqişələr uzun sürən, orta müddətli və
qısa müddətli olur. Eyni zamanda bu növ münaqişənin subyektinin dövlətlər
olmasını nəzərə alaraq aşağıdakıları fərqləndirmək olar:
-
dövlətlərarası münaqişələr (hər iki qarşıduran tərəf dövlətlər, yaxud
onların koalisiyaları ilə təmsil olunmuşdur);
-
milli-azadlıq müharibələri (tərəflərdən biri dövlətlə təmsil olunmuş-
dur): müstəmləkəçilik əleyhinə, irqçilik əleyhinə, habelə demokratiya prinsip-
lərinə zidd fəaliyyət göstərən hökumətlərin əleyhinə;
-
beynəlmiləlləşmiş daxili münaqişələr (dövlət başqa dövlətin ərazisin-
dəki daxili münaqişədə tərəflərin birinə kömək edir) [1, 156].
İstifadə olunan vasitələrdən asılı olaraq silahlı beynəlxalq münaqişələri
və yalnız dinc vasitələrdən istifadə olunan münaqişələri ayırmaq mümkündür.
Bu halda silahlı münaqişələrdə hərbi potensialdan - kütləvi və ya hərbi gücdən
məhdud istifadə oluna bilir. Bu da münaqişə tərəfləri arasındakı maraqlı zid-
diyyətlərin səviyyəsi ilə təyin olunur. Beynəlxalq münaqişələrdə dinc vasitə-
lərdən bir qayda olaraq ya kompleks, ya da seçim şəklində istifadə olunur (em-
barqo, ticarət məhdudiyyətləri, siyasi nümayəndəliyin aşağı salınması və s.)
Bəs, bu münaqişələrin yaranmasına hansı faktorlar səbəb olur? Onlardan
bir neçəsini sadalamağa çalışaq.
Ümumiyyətlə, beynəlxalq münaqişələr aşağıdakı səbəblərdən baş verir.
İqtisadi münaqişə beynəlxalq arenada iqtisadi böhran, yəni, tələb-təklif,
istehsal və istehlak, alıcılıq qabiliyyətli bazar tələbi ilə istehsalın mövcud
miqyası arasında uyğunsuzluğun artmasıdır.
Beynəlxalq siyasi münaqişə – siyasi böhran. Bəzən ölkə daxilində haki-
miyyəti bölüşdürmək, hakim olmaq, cəmiyyətdə nüfuzlu mövqe tutmaq, təsir
dairəsinə malik olmaq kimi fəaliyyətlər sonda hökumət tərəfindən diqqəti
ölkədaxili vəziyyətdən yayındırmaq üçün daha geniş miqyaslı münaqişə
yaratmaq səyi ilə nəticələnir. Bundan başqa dövlətlər arasında siyasi münaqiş-
ələrə nail olmaq, millətlər arasında hər hansı millətin hüquqlarının pozulması
səbəblərindən və s.-dən beynəlxalq – dövlətlərarası münaqişə yaranır.
Bəzən isə münaqişənin əsasında mənəvi amillər durur. Bu isə mənəvi
münaqişənin yaranmasına səbəb olur. Mənəvi münaqişə ideyalar, əqidələr,
dünyagörüşlərin, dinlərin (müxtəlif dinlər və onların cərəyanları arasında),
yaradıcı ziyalıların irəli sürdükləri nəzəriyyələr, elmi ixtiralar və bədii
əsərlərdəki baxışlarla bağlı mübarizədir.
Qeyd etmək lazımdır ki, bu fərqləndirmələrin hamısı şərti xarakter
daşıyır. Çünki yalnız bir növə aid edilə biləcək münaqişə yoxdur və siyasi
münaqişənin əsasında iqtisadi və ya ideoloji amillərin durması istisna hal
deyil və ya əksinə.
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, dövlətlərarası münaqişəni yara-
dan səbəblər və mənbələr çox olduqca münaqişə daha mürəkkəb xarakter alır.
Bu isə ya onun olduqca uzun müddətə həll olunmasına, ya da tamamilə həll
olunmamasına, barışmaz münaqişəyə çevrilməsinə gətirib çıxarır. Deməli,
142
münaqişələri yaradan səbəblərə xüsusi diqqət yetirilməlidir. Bunun isə ən
səmərəli yolu münaqişələrə sistemli yanaşmadır. Hər hansı bir münaqişəli
tərəfin ayrı–ayrılıqda üzvlərinin münaqişəyə nisbətən mövqeyi təklikdə bir
cür, qrupun tərkibində isə başqa cürdür. Buradan belə nəticə çıxır ki, münaqi-
şəni münaqişəli tərəflərini ayrılıqda bir struktur səviyyəsində nə öyrənmək, nə
də həll etmək olar, ona mütləq sistem halında yanaşmaq lazımdır. Başqa sözlə
desək, münaqişənin obyekti və predmetinə daxil olan bütün elementlər (dəyər-
lər, mənafelər, məqsədlər, maraqlar, ərazi, hakimiyyət, sosial vəziyyət və s.),
münaqişənin subyektini xarakterizə edən bütün keyfiyyətlərin – psixoloji,
əxlaqi, mədəni, dini, təhsil və s. qarşılıqlı təsir və nüfuzetmə şəraitində öyrə-
nilməlidir [2, 35].
Öz xarakterinə görə dövlətlərarası münaqişələrin subyektləri arasındakı
münasibətlər müttəfiqlik, əməkdaşlıq, qarşıdurma və düşmənçiliyə bölünür.
Onlar dövlətlər, millətlər, dövlətlər daxilindəki siyasi, ictimai, dini və digər
təşkilatlar, dövlət qrupları, ictimai xarakterli beynəlxalq təşkilatlar arasındakı
iqtisadi, sosial, siyasi, elmi-texniki, mədəni, mənəvi, sosial-psixoloji, hərbi-
strateji və digər əlaqə və münasibətlər sistemini ifadə edirlər. Münaqişə üçün
qarşıdurma və düşmənçilik münasibətləri xarakterikdir.
Münaqişənin obyektində hər zaman müəyyən bir ziddiyyət olur. Ziddiy-
yət və münaqişəni eyniləşdirmək qəbuledilməzdir. Münaqişə və o cümlədən
silahlı münaqişə sadəcə olaraq ziddiyyətin özünün təzahüretmə formasıdır.
Ziddiyyət bəzən fikir ayrılığı formasında özünü büruzə verir ki, münaqişə
formasına çatmır və dinc yolla – danışıqlar, məsləhətləşmə və b. həll oluna
bilər. Belə olduqda ziddiyyət yalnız münaqişəli vəziyyət yarada bilər ki, ondan
da münaqişə törəyə bilər. Lakin bu prosesin baş verməsi labüd deyil. Ziddiy-
yətin münaqişə doğurması üçün, birinci subyektlər tərəfindən ziddiyyət dərk
olunmalı, ikincisi münaqişənin başlanğıc vəziyyəti razılaşdırılmalıdır.
Deyilənlərdən aydın olur ki, ziddiyyət qaçılmazdır. O, dünyada dəyişik-
lik və inkişafın əsasında durur. Bir ziddiyyət zaman keçdikcə digərini əvəz
edir. Bundan başqa danışıqlar üzrə amerikan mütəxəssisi R.Freşin fikrincə,
dünya nə qədər rəngarəng olsa, bir o qədər çox ziddiyyətlərlə qarşılaşır. Bu
halda siyasətçilərin vəzifəsi ziddiyyətlərdən yaxa qurtarmaq deyil, onları məh-
suldar edərək, dinc yolla həll oluna bilən etməkdir. Münaqişənin artıq baş
verdiyi halda (ziddiyyətin münaqişə formasında özünü büruzə verdiyi halda)
münaqişəli münasibətlərin yaranmasının ilk anlarında onun destruktiv funk-
siyası dinc yolla nizamlanma üsulları ilə minimuma endirilməlidir.
Müasir dövrdə sözsüz, münaqişənin uğurlu həlli üçün onun həqiqi
səbəblərinin öyrənilməsi xüsusi tapşırıq kimi qarşıda durur. Baxmayaraq ki,
münaqişənin təbiəti, növləri, səbəbləri haqqında müxtəlif fikirlər var.
Məlumdur ki, münaqişənin növləri müxtəlifdir. İndi biz xüsusi hala fikir
verək. Münaqişələr içərisində üçüncü dövlətin, ABŞ, Rusiya kimi fövqəldöv-
lətlərin yaratdıqları süni münaqişələr xüsusi yer tutur. Bu münaqişədə isə
məqsəd çox sadədir – şəxsi dövlət maraqlarını təmin etmək, dünyanı iqtisadi,
143
siyasi və hərbi sferada idarə etmək. Bu prosesin gedişi zamanı makyavelizm
prinsiplərindən istifadə edilir – məqsədə gedən yolda bütün vasitələr məqbul-
dur. Öncə münaqişə subyektləri arasında «viruslar» vasitəsilə - etnik qrupların
öz müqəddəratını həll etmək hüququ, tarixi intiqam hissi, seperatizm və s.
kimi münaqişəlilik münasibəti, krizis vəziyyəti yaradılır. Bu, münaqişənin
gizli elementlərini oyadır ki, öz növbəsində bunlar da münaqişəni uzun müd-
dətə həll edilən və ya ümumiyyətlə, barışmaz münaqişəyə çevirir.
Fövqəldövlətlərdə xeyli sayda institutlar fəaliyyət göstərir ki, onlar müx-
təlif dünya xalqlarının tarixini, adət-ənənəsini, milli mentalitetlərini öyrən-
məklə məşğul olur. Bu institutların məqsədi spontan (qəflətən), sinergetik xa-
rakterli elementə malik münaqişə ocağı yaratmaqdır ki, o zəncirvari xüsusiy-
yətə malik olsun və özündən yeni-yeni münaqişələr doğursun.
Demək olar ki, 1987-ci ildə akademik Ağanbekyan Fransadakı çıxışın-
dan sonra özü ilə çoxlu qurbanlar gətirmiş, region üçün böyük təhlükə doğu-
ran, 1988-ci ildə Azərbaycan SSR-də yaradılmış Dağlıq Qarabağ münaqişəsi
məhz belə münaqişələrdəndir. Yaradılan bu münaqişə Qərb, Qərbpərəst və er-
məni qüvvələrinin səyi nəticəsində seperatçı münaqişəyə çevrildi. «Etnosların
öz müqəddəratını təyin etmək hüququ» adı altında başlayan, sonradan silahlı
münaqişəyə çevrilən bu müharibə artıq 20 ildən artıqdır ki, davam edir.
Qafqazın digər regionlarındakı münaqişə ocaqları da (məsələn: Gürcü-
Abxaz münaqişəsi də) analoji olaraq bu ssenari üzrə yaradılmışdır.
Süni yaradılmış bu münaqişələr özündə region millətləri üçün gələcəkdə
böyük potensial faciə daşıyır. Demək olar ki, fövqəldövlətlərin bu gizli maraq-
ları Cənubi Qafqazdakı münaqişələrin gizli və əsl səbəbləridir. Bütün münaqi-
şələrdə münaqişə səbəblərini araşdırarkən gizli və görünən səbəbləri ayırd
etmək lazımdır.
Bununla əlaqədar Azərbaycan və Ermənistan arasındakı Dağlıq Qarabağ
münaqişəsinə bir qədər nəzər salaq. Azərbaycanın işğal edilmiş torpaqları
ermənilər tərəfindən tez-tez «azad olunmuş ərazilər» elan olunur, «Ermənilər
harada yaşayırlarsa, ora Ermənistandır» - tezisi Ermənistan parlamenti və döv-
lət rəsmiləri tərəfindən daha tez-tez eşitdirilir. Azərbaycan və Türkiyənin
müxtəlif şəhər və əraziləri də erməni əraziləri elan olunur, bu ərazilərinin də
«Azərbaycanlılardan, Türklərdən azad edilməsi» tələbləri ilə çıxışlar olunur.
Yuxarıdakı fikirlərdən çıxış edərək əvvəla, Qarabağ probleminin yaran-
ma səbəbləri ilə bağlı suallar üzərində dayanaq. Son iyirmi ildə baş verənlər
Qarabağ probleminin yaranmasının səbəblərini bir daha dəqiqləşdirməyə
imkan verir. Siyasətdən xəbəri olan hər bir kəsə aydındır ki, bu səbəblər təkcə
Dağlıq Qarabağ erməniləri liderlərinin, Ermənistan siyasətçilərinin, beynəl-
xalq təşkilat nümayəndələrinin dediklərindən ibarət deyildir. Bu münaqişənin
yaranma səbəbləri dəqiq aydınlaşdırılmalıdır. Aydındır ki, bu səbəblər içə-
risində aşağıdakı amillər də vardır: dünyadakı bir sıra xalqların, xüsusilə
Avropa ölkələrinin türkçülüyə münasibətindəki xof meyli, Qərbin və bir sıra
başqa ölkələrin İslam dünyasına olan münasibəti, bu münaqişədə müəyyən
144
beynəlxalq təşkilatların marağı, beynəlxalq ictimai fikir, bu münaqişədə qonşu
dövlətlərin hər birinin ayrılıqda marağı, Ermənistan dövlətinin marağı, Dağlıq
Qarabağ ermənilərinin marağı, Azərbaycan tərəfindən atılan müəyyən addım-
lar və s. Bu amilləri yekun olaraq ekspertlər müəyyənləşdirə bilərlər. Əksər
hallarda, həm biz, həm də qarşı tərəf bu amilləri birtərəfli izah edirlər: mə-
sələn, ermənilər «türkçülüyü» faşizmdən də qorxunc bir şey kimi yayır, biz isə
dünyada ən ədalətli, yüksək mədəniyyət nümunəsi kimi təqdim etməyə üs-
tünlük veririk. O zaman biz «İyirminci əsr türkün əsridir!», «Türkün türkdən
başqa dostu yoxdur!» çağırışlarının nə qədər yerli–yerində olduğunu aydınlaş-
dıra bilərik.
Azərbaycana qarşı aparılan ideoloji mübarizənin bir sahəsini də din sa-
həsində aparılan ideoloji təxribat təşkil edir. Guya Erməni – Azərbaycan
münaqişəsi xristian – islam qarşıdurmasının tərkib hissəsidir və «Böyük Ermə-
nistan» ideyası ilə əlaqədar deyil. Bununla ermənilər Qərbin və xristian dün-
yasının dəstəyini almaq, «islam fundamentalizminə» qarşı mübarizədə onların
köməkliyinə arxalanmaq niyyətindədir. Bu bir sıra rus və Qərb politoloqlarının
“Araz çayı İslam-xristian qarşıdurmasının sərhəd xətti”dir fikri ilə həmahəng
səslənir, erməni ideoloji təbliğatının dəyirmanına su tökür, onların azərbay-
canlılara qarşı apardıqları soyqırım siyasətinə bir növ haqq qazandırır [3, 129-
130].
Göründüyü kimi, ermənilərin fikrincə, guya problemin kökündə din və
sivilizasiya fərqləri dayanır və ona görə də onun həlli bu fərqlərin mövcud
olduğu təqdirdə həmişəyaşar olacaqdır. Samuel Xantinqton və başqaları tə-
rəfindən irəli sürülən və ermənilərin əlinə bir bəhanə verən bu ideyalara əsasən
guya bu kimi qarşıdurmaların məqsədi Avropa sivilizasiyasını xilas etməkdir.
Geri qalmış İslam dini və islam sivilizasiyasının nümayəndəsi olan azərbay-
canlılarla inkişaf etmiş Avropanın və xristianlığın regionda nümayəndəsi olan
ermənilər bir yerdə yaşaya bilməzlər, onlar Qafqazı tərk edib Araz çayından
cənuba çəkilib getməlidirlər. Mövcud bütün dinlər və sivilizasiyalar Qərb üçün
qorxuludur və ona görə də ermənilər Qərb mədəniyyətinin bir üzvü kimi
onlara qarşı barışmazdır. Özlərinə Qərbin isti evində rahat yer tutmağa səy
göstərən ermənilər lazım olanda özlərini Qərb mədəniyyətinin nümayəndələri
kimi qələmə verməyə çalışırlar. Bununla da onlar Qərbin dəstəyini almaq və
Qarabağda özlərini əbədiləşdirmək fikrindədirlər.
Azərbaycana qarşı aparılan işğalçı və soyqırım siyasətinin ideoloji
cəhətdən əsaslandırılmasının bir istiqamətini də yeni qisasçılıq təşkil edir.
Onlar 1905–ci il uydurma «erməni genosidinin» əvəzində azərbaycanlıların da
«məsuliyyət daşıdığını» əsaslandırmağa çalışırlar. Bu hal bizə imkan verir ki,
Dağlıq Qarabağ münaqişəsinin əsasında ideoloji ziddiyyətin də durduğuna
əminliyimizi bildirək.
Məlumdur ki, beynəlxalq arenada mövcud olan münaqişə ocaqlarının
böyük əksəriyyəti müsəlman dövlətlərinin ərazilərindədir və uzun müddətdir
ki, həll olunmur. Yuxarıda qeyd etdiyimiz kimi onların əksər hissəsinin
145
səciyyəvi xüsusiyyətləri isə daha çox süni münaqişələrə uyğun gəlir və möv-
cud olan qlobal bir problemin-ikili standartların nəticəsi kimi özünü büruzə
verir. Süni şəkildə yaradılmış bu münaqişələrin həll olunmaması və ya güc
tətbiqi ilə həlli üsulu inkişaf etmiş, xristian fövqəldövlətlərinin mənafelərinə
uyğun gəlir.
ƏDƏBİYYAT
Azərbaycan dilində
1.
Abbasbəyli A.N., Darabadi P.Q., İbrahimov Ə.G. Konfliktologiya. Bakı: BDU, 2006,
286 s.
2.
Şəfi Üzeyir. Konfliktologiya. Siyasi – sosioloji təhlil. Bakı: Adiloğlu, 2002, 180 s.
3.
Tağıyev Ə.M., Şükürov M.A. “Dağlıq Qarabağ probleminin ideoloji aspektləri” AMEA
Fəlsəfə və Siyasi hüquqi tədqiqatlar İnstitutu “Sosial-siyasi problemlər” elmi məqalələr
toplusu. 2002, 181 s.
Rus dilində
4. Запрудский Ю.Г. Социальный конфликт (политический анализ). Р.: Ростовский Уни-
верситет, 1992, 426 с.
ФАКТОРЫ ВОЗНИКНОВЕНИЯ МЕЖГОСУДАРСТВЕННЫХ КОНФЛИКТОВ
Д.А. РАДЖАБЛИ
РЕЗЮМЕ
В статье анализируется проблема межгосударственных конфликтов. Автор, начи-
ная с анализа сущности межгосударственных конфликтов, внес ясность в определение
методов решения этих конфликтов. Особое внимание уделялось факторам возникнове-
ния конфликтов. Для решения и управления межгосударственных конфликтов, как и
другие типов конфликта, нужно четко определить причины их возникновения.
Ключевые слова: конфликт, cодружество, мир, межгосударственный, полити-
ческий
THE FACTORS CREATING INTERSTATE CONFLICTS
D.А.RAJABLI
SUMMARY
The article investigates interstate conflicts. The author studies the definition of inter-
state conflicts, methods of their settlement and some other problems. Spacial attention is fo-
cused on the factors giving rise to interstate conflicts. It is noted that like other types of conf-
licts, settlement and management of interstate conflicts necessitate defining the reasons of
their origin.
Key words: Conflict, collaboration, peace, interstate, political
Dostları ilə paylaş: |