F.Köçərli adına Respublika
Uşaq Kitabxanası
Uşaq ədəbiyyatı xəzinəsindən
Abdulla Şaiq
(Abdulla Axund Mustafa oğlu Talıbzadə)
Biblioqrafiya
Bakı – 2016
А б д у л л а Шаи г
2
KBT Я19:Ш+Ш 5(2=Аз)7-4я1
UOT 016:821.512.163-05
Tərtibçilər:
Nazilə Tahirova,
Əməkdar mədəniyyət işçisi
Leyla Qafarova
Tünzalə Əzizova
İxtisas redaktoru və
buraxılışa məsul: Şəhla Qəmbərova,
Əməkdar mədəniyyət işçisi
Ön sözün müəllifi:
Alxan
Bayramoğlu,
filologiya elmləri doktoru,
professor
Rəyçilər: Kərim Tahirov,
professor, Əməkdar mədəniyyət işçisi
Ülkər Talıbzadə,
Əməkdar mədəniyyət işçisi
Redaktor:
Gülbəniz Səfərəliyeva,
Əməkdar mədəniyyət işçisi
Abdulla Şaiq: biblioqrafiya /tərt. ed.: N.Tahirova, L.Qafarova,
T.Əzizova; ixt. red. və burax. məsul Ş.Qəmbərova; red. G.Səfərəliyeva;
F.Köçərli adına Respublika Uşaq Kitabxanası.- Bakı, 2016.- 448 s.
Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış şair
Abdulla Şaiq Talıbzadənin həyat və yaradıcılığına
həsr olunmuş bu biblioqrafi-
yada görkəmli şairin 1906-2016-cı illərdə dərc edilmiş əsərləri və onun haq-
qında yazılan materiallar öz əksini tapmışdır. Göstərici ədəbiyyatşünas alimlər,
tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə
tutulmuşdur.
ISBN 978 9952 504 45 3
© F.Köçərli adına Respublika Uşaq Kitabxanası, 2016
Б и б ли о гр а ф и й а
3
Tərtibçidən
2016-cı ildə XX əsr Azərbaycan uşaq ədəbiyyatının görkəmli
nümayəndəsi, xalq müəllimi, şair, nasir,
dramaturq və tərcüməçi
Abdulla Şaiq Talıbzadənin anadan olmasının 135 illiyi tamam
olur. Abdulla Şaiq əlinə qələm aldığı gündən ömrünün sonuna-
dək, təxminən 60 il yaratdığı bədii əsərlərlə milli ədəbiyyatımızın
zənginləşməsinə çalışmış, ədəbi fikrin, maarif və mədəniyyətin
inkişafına müəyyən təsir göstərmişdir. Doğrudan da, əgər Şaiq
olmasaydı, Azərbaycanda
məktəb və maarif işi, uşaq ədəbiyyatı
onun qızıl fonduna daxil olan əsərlərdən məhrum olardı. Azər-
baycan ədəbi fikir tarixində göstərdiyi xidmətlərə görə Abdulla
Şaiqi kiminləsə müqayisə etmək mümkün deyil.
Abdulla Şaiqin istər uşaq pyesləri, istərsə də dram əsərlərinin
bu günədək teatrların repertuarında özünəməxsus yeri var. Hazır-
da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, ədibin adını
daşıyan Azərbaycan Dövlət Kukla Teatrının repertuarında bu gün
də maraqlı, öz aktuallığını itirməyən əsərləri tamaşaya qoyulur.
İnanırıq ki, ədibin əsərlərinin ömrü Azərbaycan xalqının və
mənəviyyatının ömrü qədər olacaq.
Abdulla Şaiq haqqında ilk biblioqrafiya 1985-ci
ildə nəşr
edilmişdir (Abdulla Şaiq. Biblioqrafik göstərici /tərt. M.M.Həsə-
nova; N.M.Teymurova; Az.SSR EA-nın Mərkəzi Elmi Kitabxa-
nası.- Bakı: Elm, 1985). Bu biblioqrafik göstərici 1978-ci ilə
qədər olan dövrü əhatə edir. Lakin 38 il ərzində görkəmli ədibin
əsərlərinin və onun haqqında materialların kifayət qədər çap
olunduğunu nəzərə alaraq, Respublika Uşaq Kitabxanası yazıçı-
nın yaradıcılığını tam və küll halında işıqlandırmaq
məqsədilə bu
fundamental biblioqrafik vəsaitin tərtibinə qərar vermişdir.
Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının
əməkdaşları tərəfindən tərtib olunan və ədibin ədəbi-ictimai fəa-
А б д у л л а Шаи г
4
liyyətini tam şəkildə əks etdirən bu fundamental biblioqrafik
göstərici 1906-2016-cı illərdə dərc olunan materialları əhatə edir.
Göstərici dörd hissədən ibarətdir:
I Hissə - Abdulla Şaiqin əsərləri;
II Hissə - Abdulla Şaiq haqqında;
III Hissə - Xarici dillərdə;
IV Hissə - Köməkçi göstəricilər.
Göstəricidə “Abdulla Şaiqin müdrik deyimləri”, “Abdulla
Şaiq görkəmli şəxsiyyətlər haqqında”, “Görkəmli şəxsiyyətlər,
elm və mədəniyyət xadimləri Abdulla Şaiq haqqında” adlı
bölmələrdə verilmiş materialların müxtəlif oxucu qruplarının
marağına səbəb olacağı da şübhəsizdir.
“Abdulla Şaiq” fundamental biblioqrafiyasının əhəmiyyətli
cəhətlərindən biri də ənənəvi çap məhsulları ilə yanaşı,
görkəmli
ədibin Mənzil Muzeyində mühafizə olunan qiymətli fond materi-
allarını, əlyazmalarını, məktublarını və şəxsi arxiv sənədlərini də
əhatə etməsindən və həmin materialların biblioqrafiyaya əlavələr
şəklində verilməsindən ibarətdir.
Biblioqrafiyadan istifadəni asanlaşdırmaq məqsədilə Abdulla
Şaiqin əsərlərinin və onun haqqında
yazan müəlliflərin əlifba
göstəricisi tərtib edilmişdir.
Biblioqrafik göstərici geniş oxucu kütləsi – tələbələr, tədqi-
qatçı-alimlər, bütün ədəbiyyat həvəskarları üçün nəzərdə tutul-
muşdur.
Yəqin ki, vəsaitdə müəyyən çatışmazlıqlar da vardır. Göstə-
rici haqqında rəy və təkliflərini bildirən mütəxəssis və oxuculara
əvvəlcədən minnətdarlığımızı bildirərək, təklif və iradlarını,
rəylərini Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası-
na göndərmələrini xahiş edirik.
Ünvan: Bakı şəh., S.Vurğun küç. 88;
E-mail: childlibbaku@yahoo.com