650
Journal of Azerbaijani Studies
SƏHMDAR CƏMİYYƏTLƏRİNDƏ SƏSVERMƏ
HÜQUQUNUN ƏSAS XÜSUSİYYƏTLƏRİ
Sərvər SÜLEYMANLI*
(Qafqaz Universiteti)
Elçin USUBOV**
(Bakı Dövlət Universiteti)
I. GİRİŞ
Səhmdar cəmiyyətləri hüququnda ən əsas və kilid anlayış səhm anlayışıdır.
Belə ki, bir şirkət növü olaraq səhmdar cəmiyyətinin demək olar ki, bütün təməl
xüsusiyyətlərinin hamısı səhm anlayışı ilə bağlı olduğu kimi
1
, səhmdar
hüquqları da səhmə bağlıdır. Səhmdən irəli gələn hüquqlar içərisində qeyri
əmlak hüquqlarının xüsusi əhəmiyyəti vardır, çünki məhz bu hüquqlar
sayəsində səhmdar cəmiyyətinin fəaliyyət və qərarlarına təsir göstərilə bilər.
Səhmə bağlı qeyri əmlak hüquqlarının ən başlıcası isə, səsvermə hüququdur.
Səhmdar cəmiyyətləri hüququnun mahiyyətinin aydın bir şəkildə başa
düşülməsində və xüsusilə də bu şirkət növünün fəaliyyət prinsiplərinin
qavranıla bilinməsində səsvermə hüququ əvəzsiz bir rola malikdir. Bir hüquqi
şəxs olaraq səhmdar cəmiyyətlərinin iradəsi, onun idarə olunması və fəaliyyət
istiqamətlərinin müəyyən olunması və hətta mövcudluğunun davam edib-
etməmsi, səslərin əksəriyyətinə sahib olanların iradəsindən asılıdır. Bu nöqteyi-
nəzərdən səsvermə hüququnun necə və hansı səviyyədə tənzimlənməsi, səhmdar
cəmiyyətləri hüququ ilə bağlı məsələlərin məqsədə uyğun və etibarlı bir şəkildə
tənzimlənməsi baxımından böyük əhəmiyyət kəsb edir. Səhmdar
cəmiyyətlərinin fəaliyyəti ilə bağlı münasibətlərin əlverişli və yüksək səviyyədə
tənzimlənilməsi, şübhəsiz ki, səhmdar cəmiyyətlərinin daha geniş yayılmasına
və inkişafına çox müsbət təsiri vardır. Səhmdar cəmiyyətlərinin geniş yayılaraq
inkişaf etməsinin ölkə iqtisadiyyatı baxımından olduqca faydalı olduğu müasir
dövrdə hamılıqla qəbul edilən bir həqiqətdir. Təsadüfi deyildir ki, müasir
dövrdə ən böyük kommersiya şirkətlərinin demək olar ki hamısı, hüquq təşkilati
cəhətdən səhmdar cəmiyyəti şəklində formalaşmışdır.
Səsvermə hüququ və onun istifadəsi məsələsi, səhmdar cəmiyyətləri
hüququnda ən çox diqqət çəkən mövzulardan biridir. Belə ki, bir səhmdar
cəmiyyətinin səhmdarları (hər biri nizamnamə kapitalına olan iştirak payları
* Sərvər Süleymanlı, Qafqaz Universiteti Hüquq Fakültəsi Mülki Hüquq kafedrasının müəllimi
** Elçin Usub, BDU
1
İ. ARSLAN, Şirketler Hukuku Bilgisi, 8.baskı, Konya, 2003, s. 282.
Səhmdar Cəmiyyətlərində Səsvermə Hüququnun Əsas Xüsusiyyətləri 651
nisbətində) əslində elə həm də həmin səhmdar cəmiyyətinin sahibləri hesab
olunurlar. Səhmdar cəmiyyətinin sahibi mövqeyində olan bu сящмдарларын ən
əhəmiyyətli hüquqlarынdan biri də səsvermə hüququdur. Çünki hər bir
səhmdar, səsvermə hüququ sayəsində səhmdar cəmiyyətinin fəaliyyətində
iştirak etmək, onu idarə etmək ya da onun (səhmdar cəmiyyətinin) idarə
edilməsinə təsir edə bilmək imkanına sahib ola bilər. Bununla da səsvermə
hüququ, həm səhmdarlara səhmlərindən irəli gələn əmlak haqları ilə bağlı
mənfəətlərini qorumaq, həm də səhmdar cəmiyyətinin idarə və nəzarət edilməsi
məsələləri ilə əlaqədar ona təsir etmək imkanını təmin edir. Beləliklə,
səhmdarın səsvermə hüququ, bir tərəfdən səhmdar cəmiyyətinin idarə edilməsi
və ona nəzarətin həyata keçirilməsində iştirak etmək, digər tərəfdən isə,
səhmdar cəmiyyəti ilə bağlı əmlak hüquqlarının qorunmasında bir təsir vasitəsi
olmaqla ən əsas səhmdar hüquqlarından birini təşkil edir. Səhmdar cəmiyyətləri
baxımından bu cür əhəmiyyət kəsb edən bir hüququn əsas xüsusiyyətlərinə
айдынлыг gətirilməsi, qənaətimizcə faydalı olar.
II. Səsvermə Hüququnun Əsas Xüsusiyyətləri
1. Yalnız Səhm Sahibinin Səsvermə Hüququ Ola Bilər
Səhmdar cəmiyyətlərində şərikliyə bağlı olaraq (maya qoyan olaraq) əldə
edilən əsas hüquqlardan biri olan səsvermə hüququ, səhmdarlara məxsusdur.
Çünki səhmdar cəmiyyətlərinin idarəedilməsində ən əhяmiyyətli bir hüquq olan
səsvermə hüququ, səhmdarlar tərəfindən qoyulan sərmayяnin (investitsiyanın)
təminat altına alınmasına xidmət edən bir hüquqdur. Belə ki, sərmayə qoyaraq
ticari (kommersiya) bir təşəbbüs göstərməklə səhmdar cəmiyyətinin təsis
edilməsini və işləməsini təmin edən və eyni zamanda bu təşəbbüsün
uğursuzluğa düçar olması halında qoymuş olduqları sərmayяni itirmə riskini
daşıyan da səhmdarlardır. Səhmdarlar, əsasən səsvermə hüququ sayesində
qoymuş olduqları bu sərmayяlərinin himayə edilməsi və səmərəli şəkildə
idarəedilməsi prosesinə iştirak etmək imkanını əldə edirlər. Buna görə də,
normal halda hər bir səhmdarın, səsvermə hüququ sayяsində cəmiyyət işlərinə
təsir edəbilmə imkanı, onun cəmiyyətin nizamnamə kapitalına qoymuş olduğu
sərmayə miqdarı ilə, başqa sözlə, nizamnamə kapitalına olan iştirak payı nisbəti
ilə düz mütənasibdir. Beləliklə, səsvermə hüququ ilə səhmdar cəmiyyətində
şərik olmaq, yəni əslində səhm arasında sıx bir əlaqə vardır. Səhm sahibi
olmayan bir şəxs, səhmdar (yəni şərik) ola bilməyəcəyi kimi, səsvermə
hüququna da malik olamaz (ola bilməz).
Beləliklə, sərmayə şirkəti olaraq səhmdar cəmiyyətlərində təsir və nüfuz
sahibi olmaq, cəmiyyətə qoyulmuş olan sərmayя miqdarından (nizamnamə
kapitalına olan iştirak payından) asılıdır. Bu, sərmayə sahibi olmağa bağlı təbii
bir haldır və buna görə də, cəmiyyət işlərinin idarə edilməsi və ona təsir
652 Sərvər Süleymanli, Elçin Usubov
edilməsini təmin edən səsvermə hüququ da, qayda olaraq hər bir səhmdarın
nizamnamə kapitalınдa olan iştirak payı nisbətindən asılıdır.
Azərbaycan hüququnda da səsvermə hüququnun səhmə bağlı olduğu artıq
qüvvədən düşmüş olan Səhmdar Cəmiyyətləri haqqında qanunda açıqca və
xüsusi olaraq göstərilmişdi. Belə ki, Səhmdar Cəmiyyətləri haqqında qanunda
hər bir səhmdarın malik olduğu səhmin sayı qədər (m.12,b.1) və səhmin
nominal dəyəri nisbətində (m.21,b.3) səsvermə hüququna malik olacağı açıqca
tənzimlənmişdi. Bu gün hal-hazırda qüvvədə olan qanunvericilik baxımından da
bu qaydanın dəyişmədiyini rahatlıqla deyə bilərik. Həqiqətən, Mülki Məcəllənin
(bundan sonra qısaca olaraq MM) istər ümumi yığıncağın çağrılması (MM.m.
107-1) və ümumi yığıncağa iştirak ilə bağlı normalarından (MM.m. 107-3),
istərsə də ümumi yığıнcağın iclas (m.107-2) və qərar yetərsayları (MM.m. 107-
5) ilə əlaqədar qaydalarından səsvermə hüququnun paydan asılı olduğunu çox
asanlıqla başa düşmək olar. MM-in 107-5 maddəsində ümumi yığıncaqda təmsil
olunan səhmlərin” yerinə, “ümumi yığıncaqda iştirak edən səhmdarların”
şəklində bir ifadə xətasına yer verilmiş olmasına baxmayaraq, bunun bəsit bir
mexaniki səhv olduğunu, MM-in 107-2 və 107-3.5 maddələri ilə müqayisəli
olaraq təhlilnin aparılması halında, çox asanlıqla başa düşmək olar.
Beləliklə, Azərbaycan hüququnda da səhmdar cəmiyyətinin ümumi
yığıncağında səsvermə hüququ, qəti və məcburi bir qayda olaraq səhmdən asılı
edilmişdir. Buna görə də, səhmdar cəmiyyəti nizamnaməsilə səhm sahibi
olmayan şəxslərə ümumi yığıncaqda səsvermə hüququnun verilməsi qeyri-
mümkündür.
Burada bir məsələni də qeyd etmək yerinə düşərdi ki, Azərbaycan
hüququnda səhmdar cəmiyyətinin nizamnaməsində bir səhmdara mənsub
səslərin maksimum sayına məhdudiyyət qoyula biləcəyinə dair qanuni norma
(MM.m.103.6), səsvermə hüququnun səhmdən asılı olması qaydasına bir istisna
deyil. Çünki, burada səsvermə hüququ ilə əlaqədar məhdudiyyət, səhmdən
deyil, səhm sahibindən irəli gəlməkdədir. Yəni bu cür hallarda, səsvermə ilə
əlaqədar məhduduiyyət “səhm” baxımından deyil, “səhmdar” baxımından
nəzərdə tutulmuşdur.
2. Səsvermə Hüququ Səhmdən Ayrı Olaraq Müstəqil Bir Şəkildə
Özgəninkiləşdirilə Bilməz
Bildiyimiz kimi səhm, üzərində yazılı olan nominal dəyərinin şirkətin
nizamnamə kapitalına olan nisbəti həddində səhmdar cəmiyyətlərində şərikliyi
ifadə edir. Yəni səhmdar cəmiyyətinin səhmlərinə kim və ya kimlər sahibdirsə,
onlar da sahib olduqları səmhlərin nominal dəyərlərinin, cəmiyyətin nizamnamə
kapitalına olan nisbəti həddində həmin səhmdar cəmiyyətinin şərikləri, başqa
sözlə, səhmdarları hesab olunur. Bu səbəblə də “səhm”, onun sahibinin kim
olmasından asılı olmayaraq müstəqil və mücərrəd bir şəriklik payını ifadə edir
(1 s. 273). Bütün bunları nəzərə alaraq bir məfhum olaraq “səhmdar”
sözündən,
hər hansı bir şəxsin səhmdar cəmiyyətlərində şərik statusundan irəli gələn
Səhmdar Cəmiyyətlərində Səsvermə Hüququnun Əsas Xüsusiyyətləri 653
hüquqları (və bəzən çox istisnai hallarda borcları da) ehtiva edən və bunlarla
bağlı səhmdar cəmiyyətilə olan hüquqi münasibətləri təmin edən bir anlayış
başa düşülür (2, s. 12).
Beləliklə, səhmdən irəli gələn hüquq və öhdəliklərin təməli bir olduğuna
görə, bunlar kompleks şəkildə bir vəhdət təşkil edirlər. Belə bir vəhdət səhmin
bölünməzliyi prinsipini meydana gətirmişdir. Səhmin bölünməzliyi prinsipi
sayяsində, həm payın təmin etdiyi hüquqları bir-birindən ayırmaq surəti ilə
müstəqil hala gətirilib ayrı-ayrı şəxslərə özgəninkiləşdirilməsinin qarşıсы
alınmaqda, həm də səhmdar cəmiyyətinin nizamnaməsində dəyişiklik edilmədən
bir səhmin nominal dəyərinin bölünməsi yolu ilə səhm sayısının artırılmasının
qarşısı alınmaqdadır (3, s. 136).
Səhmdar cəmiyyətlərində bir şəxs, birdən çox səhmə sahib olmaqla malik
olduğu səhmlərin nominal dəyərlərinin məcmusu həddində şəriklik statusu əldə
etməsinə baxmayaraq, bu səhmlərdən hər biri səhmdar cəmiyyətinə qarşı
bölünməz bir vahid tam halındadır. Məsələn bir şəxs birdən çox səhmə sahib
olarsa, bu səhmlərin hər birinə dividendlər ayrı-ayrılıqda hesablanmaqлa və
əgər bu səhmlərin nominal dəyərləri fərqli isə, bunlara düşən dividendlər də
fərqli olacaqdır. Ancaq səhmin bölünməz bir vahid tam halında olması bir səhm
üzərində birdən çox şəxsin paylı və ya birgə mülkiyyət haqqına sahib
olmalarına maneə təşkil etməz. Yəni səhmin bölünməzliyi prinsipi, səhm
üzərində ümumi mülkiyyətin təsisinə əngəl deyildir. Çünki birdən çox şəxsin bir
səhmə malik olması, bir səhmdən irəli gələn şəriklik statusunun sayına heç bir
şəkildə təsir göstərmir. Nəticədə, səhm üzərində ümumi mülkiyyət (paylı və ya
birgə mülkiyyət) halı olanda, paylı və ya birgə sahiblərindən heç biri ayrı-
ayrılıqda cəmiyyətə qarşı səhmdar statusuna sahib olmurlar. Bunlar səhmdən
irəli gələn hüquqlarını səhmdar cəmiyyətinə qarşı məcburi olaraq öz aralarından
və ya kənardan təyin etdikləri bir nümayəndə vasitəsi ilə istifadə edə bilərlər
(MM. m.106-1.2).
Verilən bu açıqlamlardan asanlıqla belə bir nəticəyə gəlirik ki, səsvermə
hüququ da səhmdən asılı olduğuna görə, bu hüququn səhmdən ayrı olaraq
başqalarına özgəninkiləşdirilməsi hüquqi cəhətdən mümkün deyildir.
3. Məhrum Edilə Bilinmədiyi Kimi, Imtina Da Edilə Bilməz
Yuxarıda qeyd etdiyimiz kimi, səhmdar cəmiyyətlərində səsvermə hüququ
səhmdarlara məxsusdur. Səsvermə hüququna sahib olan səhmdar, bu
hüququndan nə tamamilə, nə də qismən də olsa daimi olaraq məhrum edilə
bilməz. Buna görə də, bütün aparıcı hüquq sistemlərinin demək olar ki
hamısında, yalnızca müəyyən istisna hallarda (ölkədən-ölkəyə bu istisna
halların sayı və həcmi dəyişməklə birlikdə) səhmdarın səsvermə hüququndan
istifadə edə bilməyəcəyi qəbul edilməkdədir (4).
Burada onu da qeyd etmək lazımdır ki, səssiz səhmlərin bu prinsipə aidiyyəti
yoxdur, çünki bu cür səhmlər onsuzda bir qayda olaraq sahiblərinə səsvermə
654 Sərvər Süleymanli, Elçin Usubov
hüququ təmin etməzlər. Halbuki, burada bu başlıq altında səsli səhmlər ilə
əlaqədar olan bir prinsipin izahı verilməkdədir.
Bundan başqa, burada onu da qeyd etməliyik ki, cəmiyyətin yerləşdirilmiş
olan öz səhmlərini geri alması halında (MM.m. 105), geri alınan bu səhmlərdən
irəli gələn şəriklik hüquqları donar və bu qanuni donma halı da “məhrum
edilmə” sayılmaz. Çünki, səhmdarın “səsvermə hüququndan məhrum
edilməzliyi” prinsipinin kökündə dayanan ana fikir, səhmdarın səsvermə
hüququnu, qoymuş olduğu sərmayяnin qorunması və ondan səmərəli şəkildə
istifadə edilməsinin təmin edilməsi istiqamətində istifadə edəcəyi mülahizəsidir.
Halbuki, səhmdar cəmiyyəti tərəfindən geriyə alınmış olan səhmlərdən irəli
gələn səsvermə hüququ istifadə edildiyi təqdirdə, bunu hüquqi şəxs olan və
hüquqən də bu səhmlərin (geriyə alınmış olan səhmlərin) sahibi hesab olunan
hüquqi şəxs olaraq səhmdar cəmiyyətinin şəxsən özü deyil, faktiki olaraq bu
hüquqi şəxsin qanuni təmsilcisi olan idarəetmə orqanlarının üzvləri istifadə
etməli olacaqlar. Bu isə, həm idarəetmə orqanlarının üzvlərinin haqsız bir
şəkildə imkanlarının genişləməsinə (idarəetmə orqanlarının üzvləri böyük səhm
sahiblərinin özləri və ya onların iradəsindən asılı olan şəxslər olduğuna görə -
çünki, idarəetmə orqanlarının üzvləri ümumi yığıncaqda səslərinin əksəriyyətinə
sahib olan səhmdarlar tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər – az-
lıqda qalan səhm sahiblərinin əleyhinə olaraq böyük miqdarda səhm sahibi olan
səhmdarların ədalətsiz bir şəkildə daha da güclənməsinə səbəb olar), həm də
haqsız şəkildə genişlənəcək olan bu imkanların səhmdar cəmiyyəti əleyhinə
istifadə ediləbilmə şəraitinin meydana gəlməsinə səbəb ola bilər.
Səsvermə hüququndan müəyyən hallarda müvəqqəti olaraq məhrum
edilməyi qəbul edən ölkə hüquqlarında, “səsvermə hüququndan müvəqqəti
olaraq məhrum olma” halları qanunda açıq və xüsusi olaraq məhdudlaşdırıcı
şəkildə tək-tək sayılaraq göstərilməkdədir. Yəni səhmdarın səsvermə
hüququndan müvəqqəti məhrum qaldığı halları tənzimləyən normalar istisna
normalarıdır. Buna görə də, bu cür normaların qəbul edildiyi ölkə hüquqlarında,
bir tərəfdən istisna normalarının analogoya üzrə genişlədilməsinin yolverilməz
olması, digər tərəfdən isə, səsvermə hüququnun səsli səhmlərin mahiyyəti və
səhmdar cəmiyyətlərində şərikliyi bildirən səhmdar olmanın təbii bir nəticəsi
oluğu nəzərə alınaraq, qanunvericilikdə məhdud sayıda göstərilən hallar
xaricində olan başqa bir səbəblə səsvermə hüququndan məhrum etmə və ya onu
məhdudlaşdırmağın yolverilməz olduğu qəbul edilməkdədir. Buna görə də,
məsələn qanunvericilikdə göstərilən hallar xaricində olan başqa bir səbəblə
səhmdarların səsvermə hüququnu aradan qaldıran və ya onu məhdudlaşdıran
cəmiyyət nizamnaməsilə müəyyənləşdirilmiş olan qaydalar və ya bu və bənzəri
nəticələrə səbəb olan cəmiyyətin digər idarəetmə orqanlarının qərarları
əhəmiyyətsiz hesab olunur (5, ss. 136-140).
Yuxarıda səsvermə hüququnun xüsusiyyətlərini nəzərə alınaraq səhmdarların
ümumi yığıncaqdakı səsvermə hüququnu belə tərif edə bilərik: məhrum
edilməsi və imtina olunması mümkün olmayan və sahibinə ümumi yığıncaq
Səhmdar Cəmiyyətlərində Səsvermə Hüququnun Əsas Xüsusiyyətləri 655
iclaslarında qərarların alınmasında iştirak etməklə səhmdar cəmiyyətinin
strukturu, idarə edilməsi və təmsil olunmasında cəmiyyət iradəsinə təsir
edə bilmə imkanı təmin edə bilən səhmdar ( payçı ya da iştirakçı)
hüququna səsvermə hüququ deyilir.
ƏDƏBİYYAT
1
Oğuz İmregün, Anonim Ortaklıklar Hukuku, İstanbul 1989.
2
STEİGER Fritz (türk dilinə tərcümə edən Tahir Çağa), İsviçre’de Anonim Şirketler
Hukuku, İstanbul 1968.
3
Z. AYTAÇ, Sermaye Piyasası Hukuku ve Hisse Senetleri”, Ankara 1988.
4
Baums/Wymeersch (eds.), “Shareholder Voting Rights and Practices in Europe and United
States, London 1999
5
Ömer Teoman, Anonim Ortaklıklarda Pay Sahibinin Oy Hakkından Yoksunluğu, Ankara
1983.
Summary
MAIN FEATURES OF VOTING RIGHTS IN JOINT
STOCK COMPANIES (JSC)
Server SULEYMANLI*
(Gafgaz University)
Elchin USUBOV**
(Baku State University)
In this article were analyzed characteristics of voting rights in the corporations. The
fundamental requirement to exercise the right to vote is person’s status as a shareholder. Each
shareholder has the right to vote in general meeting and this voting right can not to be deprived.
Why do they have a right to vote, and what are the incentives for shareholders to exercise their
voting rights? Because, the reason for the fact that only shareholders have voting rights whereas
other investors like bondholders or creditors don’t is that equity and debt suppliers have a
different exposure to the firm’s risk. All share voting principles are based on this reality
Dostları ilə paylaş: |