Müasir Azərbaycan dili
277
sözləri, sonra
ki ədatı işlənir, baş cümlə kəsilərək budaq cümlə
davam edir, daha sonra baş cümlənin qalan hissəsi işlənir. Belə
cümlələrdə budaq cümlə, sanki baş cümlənin arasında yerləşir.
Məsələn,
Bir şam ki haqdan yana, heç bad ilə sönməz.
(Ə.Nicat) O torpağı ki qoruya bilmədin, onu əkib-becərməyə
dəyməz. (Anar) Bir xalq ki öz mənşəyini, keçmişini bilməyə,
onun axırı necə olar? (B.Vahabzadə) O dərdi ki mən içimdə
çəkirəm, ona dağ da davam gətirməz. (M.İbrahgimov) O sahil
ki sizi aparmaq istəyirəm, qızıl qumla örtülmüşdür.
(C.Əlibəyov) O sözləri ki mən sənə deməliyəm, sən mənə
deyirsən. (M.İbrahimov)
Ə. Z. Abdullayev belə cümlələri təyin budaq cümləsinin
xüsusi bir tipi kimi qiymətləndirmiş, ümumilikdə təyin budaq
cümləsinin üç tipi olduğunu göstərmişdir. (3, səh. 240-243)
Zərflik budaq cümlələri. Zərflik budaq cümlələri baş
cümlədəki hərəkətin icra tərzini, zamanını, yerini, hərəkət
və ya əlamətin dərəcəsini, kəmiyyətini, səbəbini, məqsədini,
şərtini və s. bildirir. Dilimizdə zərfliyin müxtəlif məna növləri
olduğu kimi, zərflik budaq cümləsinin də rəngarəng budaq
cümlə növləri işlənməkdədir.
Başqa sözlə, dilimizdə zərflik
budaq cümləli tabeli mürəkkəb cümlələrin aşağıdakı növləri
vardır:
1.
Tərz budaq cümləsi;
2.
Dərəcə budaq cümləsi;
3.
Zaman budaq cümləsi;
4.
Yer budaq cümləsi;
5.
Kəmiyyət budaq cümləsi;
6.
Səbəb budaq cümləsi;
7.
Məqsəd budaq cümləsi;
8.
Şərt budaq cümləsi;
9.
Qarşılaşdırma budaq cümləsi;
10.
Nəticə budaq cümləsi.
Güründüyü kimi, dilimizdə zərflik budaq cümlələrinin
hər birinə uyğun eyni adlı cümlə üzvü işlənməkdədir. Yalnız
Gülarə Abdullayeva
278
nəticə budaq cümləsinə uyğun olan nəticə zərfliyi yoxdur.
Əslində, sadə cümlələrdə nəticə məzmunu cümlənin predikatı
vasitəsi ilə nəzərə çatdırılır. Səbəb
zərfliyi predikatda nəzərdə
tutulan iş, hərəkətin səbəbini bildirdiyi kimi, predikat da
nəticəni ifadə edir. Səbəb və nəticə bu cür sıralanmaqla cümlə
mürəkkəbləşdikdə nəticə budaq cümləli tabeli mürəkkəb cümlə
əmələ gəlir. Məsələn,
Mən yadammı ki, belə danışırsan?
(İ.Şıxlı) Gör nə günə qalmışam ki, mənim döydüyüm adam
mənə qahmar çıxır? (İ.Şıxlı)
Tərz budaq cümləsi. Tərz budaq cümləsi zərflik
budaq cümlələrinin bir növü olub, baş cümlədəki hərəkətin
icra tərzini,
yəni
necə, nə şəkildə, nə vəziyyətdə icra
olunduğunu bildirir. Baş cümlədə tərz zərfliyi yerində işarə
əvəzliyi ilə ifadə olunmuş qəlib söz olur və mənası budaq
cümlə vasitəsilə izah edilir, aydınlaşdırılır. Baş cümlədə tərz
zərfliyinin yerliyi,
qəlibi əksər hallarda işlənir, az hallarda isə
nəzərdə tutulur. Məsələn,
Ancaq o elə danışırdı, Yusifgil də
eşidirdilər. (B.Bayramov) Ağcaqanadlar adamı elə sancırdılar
ki, onların xortumu dəyən yer bir saat göynəyirdi. (İ.Şıxlı)
Hər iki nümunədə baş cümlə əvvəl, budaq cümlə sonra
işlənmişdir. Budaq cümlə baş cümləyə birincidə intonasiya,
ikincidə isə
ki bağlayıcısı ilə bağlanmışdır. Hər iki nümunədə
baş cümlədə zərfliyin
elə sözü ilə ifadə olunmuş yerliyi, qəlibi
işlənmiş və budaq cümlə vasitəsilə izah olunmuşdur.
Baş və budaq cümlənın yerinə, bağlayıcı vasitələrə
görə tərz budaq cümləsinin iki tipi var:
I tip. Baş cümlə əvvəl, budaq cümlə sonra işlənir,
budaq cümlə baş cümləyə əksər hallarda
ki bağlayıcısı, bəzən
də intonasiya ilə bağlanır.
Məsələn,
Elə bir cəza verəcək ki,
sənə, cəhənnəm əzabları onun yanında muştuluq olacaq.
(F.Kərimzadə) Soyuğun qorxusundan elə geyinmişsiniz ki,
ancaq iki gözünüzü görmək olar. (S.Qədirzadə)
Dilimizdə tərz budaq cümləsinin
I tipi çox işlənir və
ifadə etdiyi mənaya görə aşağıdakı qruplara ayırmaq olar:
Müasir Azərbaycan dili
279
1. Nəticə bildirənlər;
2. Müqayisə bildirənlər.
1. Tərz budaq cümlələrinin bir hissəsi baş
cümlədəki iş, hərəkətin, hal-vəziyyətin meydana çıxma
tərzini bildirməklə yanaşı, nəticə məna çalarına da malik
olur. Bu zaman baş cümlədə əksər halda
elə, belə qəlib
sözləri işlənir və budaq cümlə baş cümləyə
ki bağlayıcısı ilə
bağlanır. Belə budaq cümlələrin əvvəlinə
nəticədə sözünü də
artırmaq olar.
Məsələn,
Bu sözlər ürəyinə elə toxunmuşdu ki,
özünə yer tapa bilmirdi. (Mir Cəlal) Bir az sonra səni Xəzinə
qayasından elə diyirləyəcəyəm ki, heç ruhun da inciməyəcək.
(Y.V.Çəmənzəminli) Yaş paltar onu elə qucmuşdu ki, yanuvuz
koftasının üstündən baxanda bədənin titrədiyi görünürdü.
(C.Bərgüşad) Onların başı söhbətə elə qarışmışdı ki, İvan
Filippinin içəri girməsindən belə xəbərləri olmadı. (İ.Şıxlı)
Atam məni elə çaşdırıb ki, nə danışdığımı da bilmirəm. (İ.Şıxlı)
2. Tərz budaq cümlələrinin
bir qismində baş
cümlədəki işin icra vəziyyəti müqayisə yolu ilə
müəyyənləşdirilir. Bu zaman baş cümlədə
elə, belə qəlib
sözləri işlənir, budaq cümlə baş cümləyə
ki bağlayıcısı ilə
bağlanır. Budaq cümlənin əvvəlində
elə bil (ki), sanki,
deyəsən, guya (ki), deyirsən, deyərdin və s. kimi modal
sözlər işlənərək baş və budaq cümlənin müqayisə
məzmununu gücləndirir
. Məsələn,
Nəriman əmi birdən
qəddini elə düzəltdi ki, elə bil farağat komandasına duracaqdı.
(İ.Əfəndiyev) Elə dil tökür ki, deyirsən, bütün həyatı onun
əlindədir. (M.İbrahimov) Sənin adam yerinə qoymadığın o uşaq
dünən bir oxuyurdu ki, deyərdin, bağda bülbül cəh-cəh vurur.
(Ə.Cəfərzadə) Salmanın ürəyi elə şiddətlə çırpınırdı ki, sanki
sinəsini yarıb çıxacaqdı. (Ə.Hacızadə) Sona arxasını misterə və
tacirə çevirib elə cəld gedirdi ki, deyəsən, yağı daşan adam
evinə qaçırdı. (Mir Cəlal) Özünü elə aparırdı, guya heç nə onu
maraqlandırmır. (İ.Şıxlı) Özünü elə aparır, guya elm
dəryasıdır.(İ.Şıxlı)
Gülarə Abdullayeva
280
II tip. Budaq cümlə əvvəl,
baş cümlə sonra işlənir,
budaq cümlə baş cümləyə
necə (ki), nə cür (ki), nə təhər (ki)
bağlayıcı sözləri ilə bağlanır. Bağlayıcı sözlərə
ki ədatı
qoşulmadıqda budaq cümlənin xəbərində
-sa, -sə şəkilçisi
işlənə bilir. Bunların heç biri olmadan, bağlayıcı söz tək də
işlənə bilər.
Bağlayıcı sözlərə müvafiq olaraq baş cümlədə
qarşılıq bildirən
elə, eləcə, eləcə də, o cür, o təhər və s.
sözlərdən istifadə edilir. Həmin sözlər məntiqi vurğu altında
aktuallaşdırılır.
Məsələn,
Sən necə tapşırmışdın, o cür də
yazmışam. Mebeli necə istəyirsinizsə, elə yerləşdirək. O vaxt
atam bax həmin yerdə necə dayanmışdı, sən də elə durmusan.
Tərz budaq cümləsinın bu tipində baş cümlədə
qarşılıq bildirən söz işlənməyərək təsəvvür də edilə bilir.
Məsələn,
Mebeli necə istəyirsiniz, yerləşdirək.
Dərəcə budaq cümləsi. Dərəcə budaq cümləsi baş
cümlədəki hərəkət və ya əlamətin
dərəcəsini bildirir və
quruluşca tərz budaq cümləsinə çox yaxındır. Məsələn,
Axırda iş o dərəcəyə çatır ki, bizim ən namuslu
adamlarımızı ləkələməyə, gözdən salmağa çalışırlar.
(Ə.Vəliyev).
Dərəcə budaq cümləli tabeli mürəkkəb cümlələrin
budaq cümlə komponenti hərəkət və əlamətin dərəcəsini
bildirməklə yanaşı, nəticə çalarına da malik olur, hərəkət və
əlamətin həmin dərəcəsindən doğan nəticəni də bildirir.
Buna görə də dərəcə budaq cümləsi bir qayda olaraq
nəticə məna çalarına malik olur.
Baş və budaq cümlənn yerinə, bağlayıcı vasitələrə
görə dərəcə budaq cümləsinin də iki tipi vardır:
I tip. Bu tipdə baş cümlə əvvəl, budaq cümlə sonra
işlənir, budaq cümlə baş cümləyə əksər halda ki bağlayıcısı,
bəzən yalnız intonasiya ilə bağlanır. Baş cümlədə
o dərəcə,
o dərəcədə, o dərəcəyə, o qədər, o yerə, o məqama kimi qəlib
sözlər işlənir və budaq cümlə vasitəsi ilə izah edilir. Məsələn,