gəzirlər. Ona görə də çox nadir hallarda onların ikidən artıq uşaqları
olardı. Tanrı onları da belə cəzalandırırdı. Bununla belə mən Ninonu yenə
də sevirdim. Onun gözlərini, səsini, gülüşünü, danışıq və düşüncə tərzini
sevirdim. Mən onunla evlənəcəyəm. Onun xəyalpərəst olmağına
baxmayaraq, o da bütün gürcü qadınları kimi yaxşı bir həyat yoldaşı
olacaq. İnşallah.
Divanın üzərində o biri tərəfə çevrildim. Bütün bu düşüncələr məni
yorurdu. Gözlərimi yumub gələcəyi, yəni Ninonu xəyalımda düşünmək
mənə daha xoş idi. Çünki bizim gələcəyimiz, toy günümüzdən, Nino
mənim arvadım olan gündən başlayacaqdı.
O gün çox həyəcanlı bir gün olacaq. O gün mənə Ninonu görməyə icazə
verməyəcəklər. Deyilənə görə toy günü bəylə gəlinin birlikdə gözə
görünməsindən pis şey yoxdur. Təpədən dırnağa qədər silahlanmış
dostlarım atlara minib Ninonu evlərindən aparacaqlar. Onun üzündə örpək
olacaq. O, yalnız bircə gün şərqin adətinə baş əyməli olacaq.
İmam suallar verəcək, mənim dostlarım da salonun bir küncündə dayanıb
imamın suallarını gözləyəcəklər. İmam verdiyi sualların cavablarını
soruşarkən dostlarım and-aman edəcəklər ki, mən iqtidarsız deyiləm. Adət
və ənənələr bunu tələb edirdi. Çünki hər bir adamın düşmənləri var. Bu
düşmənlər toy günü xəncərlərini qınlarından sıyırır, üzlərini gün batan
tərəfə yönəldib “Anisani, banisani, mamaverli, kaniani” deyə
pıçıldayardılar. Yəni, “o bu işi eləməz, o, bu işi eləməz”.
Amma, Allaha şükür ki, yaxşı dostlarım vardı. İlyas bəy də insanı bu cür
cadugərlərdən qoruyan duaların hamısını yaxşı bilirdi.
Toydan sonra biz dərhal ayrılmalıyıq. Nino öz rəfiqələrinin, mən də öz
dostlarımın yanına gedəcəyəm. Gəncliyimizin vida gününü hər ikimiz
ayrı-ayrılıqda qeyd edirik.
Bəs sonra?
Gözlərimi bir anlığa açıb, damdakı divanı və bağdakı ağacları görürəm.
Gözlərimi təkrarən yumuram ki, ondan sonra nələr olacağını daha yaxşı
görə bilim. Çünki toy günü insanın həyatında ən vacib və lazımlı bir
gündürsə, eyni zamanda da həmin gün çox ağır və çətin bir gündür. Toy
gecəsində gəlin otağına girmək asan iş deyildi. Uzun koridora açılan hər
qapının ağzında üzlərinə maska keçirmiş adamlar dururlar. Ancaq onların
ovuclarına pul qoyulduqdan sonra onlar yoldan çəkilirlər. Xoş niyyətli
dostlar da gəlin otağına bir xoruz, bir pişik və yaxud başqa bir gözlənilməz
şeylər qoyub gedərdilər. Otağa girdiyin zaman mütləq otağın hər tərəfinə
nəzər salmaq lazım idi. Çünki, bəzi hallarda çarpayının altında ifritə bir
qadın gizlənirdi. O da pul qoparmadan gəlin otağını tərk etməzdi.
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib
Nəhayət otaqda tək qalıram. Qapı açılır, Nino içəri girir. İndi toyun ən
güclü hissəsi başlayır. Nino gülümsəyərək, dəvət edici baxışlarla mənə
baxır. O, bədəninə keçi dərisindən tikilmiş çox dar bir korset geyinmişdi.
Korset qabaq tərəfdən iç-içə tikilmiş bağlarla düyünlənmişdir. Korsetin
düyünləri çox mürəkkəb düyünlərdir. O düyünlərin hamısını mən özüm
açmalıyam. Ninonun bu işdə mənə kömək etməsinə izn verilmirdi..
Korsetin düyünləri həqiqətən son dərəcədə mürəkkəbdir, lakin onları
xəncərimlə kəsib açmaq mənə böyük şərəfsizlik gətirərdi. Kişi gərək
özünə sahib olduğunu göstərsin. Çünki səhəri gün onun rəfiqələri gəlib
açılmamış düyünləri görmək istəyirlər. Vay o bədbəxtin halına ki,
düymələri öz əlləri ilə açdığını sübut edə bilmir. -Bu səbəb gülüş
mövzusuna çevrilirdi və bütün şəhər ondan danışırdı.
Toy gecəsində, toy evi qarışqa yuvasına bənzəyirdi. Dostlar və qohumlar
koridorlarda, damda və hətta küçədə durub düyünlərin açılmasını
gözləyirdilər. Düyünlərin açılmasının uzun vaxt aparması onlarda
səbirsizlik yaradırdı. Onlar gəlin otağının qapısını döyürlər, pişik kimi
miyoldayırlar və nəhayət düyünlərin açılmış olduğunu eşidən dostlar
sevincdən elə o dəqiqə havaya atəş açmağa başlayırlar. Onlar eşiyə çıxıb
qaravul çəkməyə başlayırlar ki, mənimlə Ninonu yalnız istədikləri vaxt
evdən buraxa bilsinlər.
Bəli, bu toy qeyri adi toy olacaqdır. Ata-babalarımızın adət və ənənələri
əsasında.
Divanda uzandığım yerdə yatıb yuxuya qalmışam. Gözlərimi açanda
gördüm ki, qoçum yerdə oturub, uzun xəncəri ilə dırnaqlarını təmizləyir.
Onun gəlişindən heç xəbərim olmamışdı.
Tənbəl-tənbəl əsnəyərək soruşdum:
- Təzə nə xəbərlər var, qardaş?
Qoçu da zəhlə tökən səsi ilə cavab verdi:
- Elə bir şey olmayıb, ağa. Qonşuluqda qadınlar dalaşıblar, bir eşşək də
qorxuya düşüb ipini qoparıb çaya qaçıb, hələ də oradadır...
Qoçu bir az susdu, xəncəri qınına soxdu və laqeydliklə sözünə davam
etdi:
- Çar bir çox Avropa krallarına qarşı müharibə elan etdi.
Nə? Nə müharibə?
Mən yerimdən sıçradım və başımı qaldırıb gözlərimi ona zillədim.
Təmamilə adi bir müharibə. Sən nə danışırsan? Çar kimlərə müharibə elan
edib?
- Avropanın bir çox krallarına qarşı onlar o qədərdilər ki, adları yadımda
qalmayıb. Amma Mustafa kişi onların hamısının adlarını qeyd edib.
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib
- Tez onu bura çağır!
Mənim bu məsələ ilə bu qədər maraqlanmağıma təəccüb edən qoçum
başını yırğaladı və otaqdan çıxıb getdi. Bir az keçəndən sonra o ev sahibi
ilə birlikdə geri qayıtdı.
Mustafa kişi o anda özünü daha çox bilən bir insan gördüyü üçün istehza
ilə gülürdü. Həqiqətən çar müharibə elan etmişdi. Bunu bütün şəhər
bilirdi. Yalnız mən yatıb yuxuya qaldığım üçün hər şeydən bixəbər idim.
Hər halda, çar müdrikliyini nümayiş etdirib belə hərəkətə qərar vermişdi.
- Axı, çar kimə qarşı müharibə elan edib? - deyə bağırdım. Mustafa kişi
əlini cibinə saldı və cibindən bir əzik kağız parçası çıxartdı. O, boğazını
arıtladı və son dərəcə qürurla, lakin çox böyük çətinliklə oxumağa başladı:
“Çar, Alman Kayzerinə, Avstriya imperatoruna, Bavariya Kralına,
Prussiya Kralına, Saksoniya Kralına, Macarıstan Kralına və daha bir çox
lordlara, prinslərə müharibə elan edib.
- Ağa, axı, sənə əvvəlcədən demişdim ki, adları və ünvanları yadda
saxlamaq olmur – deyə qoçum utancaq halda dilləndi. Mustafa kişi də
kağız parçasını qatladı və danışmağa davam etdi:
- Bütün bunların əksinə olaraq “Böyük Osmanlı dövlətinin Xəlifə və
Əlahəzrət Sultanı beşinci Məhməd Rəşid, eləcə də İran şahənşahı
həzrətləri Sultan Əhmədşah bəyan ediblər ki, onlar bundan sonrakı
açıqlamaya qədər bu müharibəyə qatılmayacaqlar. Beləliklə bu müharibə
kafirlərin öz aralarında olacaq müharibədir. Məhəmməd Əli məscidinin
imamı belə fikirdədir ki, müharibədə almanlar qalib gələcəklər...”
Mustafa kişi sözlərini tamamlaya bilmədi. Şəhərin hər tərəfində birdən-
birə çalınmağa başlayan kilsə zənglərinin səsləri şəhəri bürüdü. Mən
küçəyə qaçdım.
Qızmar avqust ayının səması şəhərin üstündə hərəkətsiz vəziyyətdə
qalmışdı. Uzaqlarda görünən mavi dağlar etinasız şahidləri andırırdı. Kilsə
zənglərinin səsləri də bu dağlardakı qayalara dəyib əks-səda verirdi.
Küçələr adamlarla dolu idi. Həyəcanlı və çaşıb qalmış sifətlər kilsələrlə
məscidlərin minarə və günbəzlərinə tamaşa edirdilər. Hava tozla
dolmuşdu. İnsanlar həyəcan içində idilər. Kilsələrin bürcləri lal-dinməz bir
təhdid kimi başımızın üzərində ucalırdı. Kilsə zənglərinin səsi kəsildi. Enli
və əlvan paltar geymiş kök bir imam yaxınlığımızdakı məscidin
minarəsinə çıxdı. O, əllərini ağzının iki yanına qoyaraq qəmgin bir səslə:
“namaza gəlin, namaza gəlin” - deyə möminləri ibadətə çağırdı.
Mən tövləyə qaçdım. Qoçum atımı yəhərlədi. Atı minib, ürkmüş
baxışlarla mənə yol açan camaatın içindən dördnalla çapdım. At
qulaqlırını şəkləmişdi. Şəhərdən kənara çıxandan sonra ilanvari bir cığırın
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib
Dostları ilə paylaş: |