1
AZƏRBAYCAN RESPUBL KASI TƏHS L NAZ RL Y
AZƏ
RBAYCAN DÖVLƏ
T QT SAD UN VERS TET
Ə
lyazması hüququnda
Qaracayev Teyyub Yaş
ar oğ
lu
“Azə
rbaycan Respublikasında qiymə
tli kağ
ızlar bazarının
və
ziyyə
ti və
formalaş
dırılması istiqamə
tlə
ri” mövzusunda
MAG STR D SSERTAS YASI
xtisasın ş
ifri və
adı:
060401“Dünya iqtisadiyyatı”
xtisaslaş
ma:
“Beynə
lxalq iqtisadi münasibə
tlə
r”
Elmi rə
hbə
r:
Magistr proqramının rə
hbə
ri:
dos. Ş.V.Bayramov
dos. M.R.Cəmilov
Kafedra müdiri:
prof.Ş.H.Hacıyev
BAKI - 2015
2
MÜNDƏR CAT
Giriş
I FƏ
S L. Q YMƏ
TL KAĞ
IZLAR BAZARININ FORMALAŞ
MASININ
NƏ
ZƏ
R -METODOLOJ Ə
SASLARI
1.1. Qiymətli kağızlar bazarının mahiyyətivə funksiyaları....................................6
1.2. Qiymətli kağızlar bazarının təsnifatı və strukturu...........................................9
1.3. Qiymətli kağızlar bazarının infrastrukturu və dünya təcrübəsi.....................28
II FƏS L. AZƏRBAYCAN RESPUBL KASINDA Q YMƏTL KAĞIZLAR
BAZARININ FORMALAŞDIRILMASI XÜSUS YYƏTLƏR VƏ MÜAS R
NK ŞAF MEYLLƏR
2.1. Azərbaycanda qiymətli kağızlar bazarının yaranması və təşkili
xüsusiyyətləri...........................................................................................................38
2.2. Azərbaycanda qiymətli kağızlar bazarının inkişafının müasir mərhələsi......49
2.3. Azərbaycanda qiymətli kağızlar bazarının dövlət tənzimlənməsi
xüsusiyyətləri...........................................................................................................56
III FƏ
S L. AZƏ
RBAYCAN RESPUBL KASINDA Q YMƏ
TL KAĞ
IZLAR
BAZARININ NK Ş
AF ST QAMƏ
TLƏ
R
3.1. Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı sahəsində mövcud
problemlər və həyata keçirilən islahatlar.................................................................65
3.2. Azərbaycanda qiymətli qiymətli kağızlar bazarının qabaqcıl beynəlxalq
təcrübəyə uyğun təkmilləşdirilməsi istiqamətləri....................................................72
Nəticə və təkliflər
stifadə edilmiş ədəbiyyat siyahısı
Резюме
/Resume
3
Giriş
Tə
dqiqat iş
inin mövzusunun aktuallığ
ı. Hazırki islahatların aparıldığı
şəraitdə maliyyə bazarının bütün seqmentlərinin inkişafı və təkmilləşdirilməsi
məsələsi mühüm əhəmiyyət kəsb edir. Bu da maliyyə bazarının bank sistemi ilə
paralel olaraq iqtisadiyyatda pul axınlarının ötürücüsü kimi real sektorun
canlanmasında əhəmiyyətli rol oynamasından irəli gəlir. Xüsusilə də,
Azərbaycanda neft
sektorunda
cəmləşmiş gəlirlərin
digər sektorlara
istiqamətləndirilməsi probleminin mövcudluğu ölkəmizin maliyyə bazarının
inkişafına xüsusi əhəmiyyət verilməsinə zəmin yaradır. Maliyyə bazarının
müvəffəqiyyətlə formalaşması isə iqtisadi və hüquqi islahatların aparılması yolu ilə
bazar infrastrukturunun yaradılması ilə mümkündür. Yaradılan bazar
infrastrukturunun ən vacib seqmentlərindən biri qiymətli kağızlar bazarıdır.
Qiymətli kağızlar bazarı iqtisadiyyatın maliyyələşdirilməsinin dövlət büdcəsi və
bank sistemi ilə yanaşı ən mühüm variantlarındandır. Bu bazar kapitalın səfərbər
edilməsini həvəsləndirməklə maliyyə resurslarının iqtisadiyyatın müxtəlif sahələri
və sferaları arasında, perspektivli və rentabelli şəkildə, dinamik inkişaf edən
istehsalların xeyrinə yenidən bölgüsünü təmin edir.
Bazar iqtisadiyyatı və ona keçid şəraitində olan ölkələrdə, həmçinin
respublikamızda iqtisadiyyat qarşısında duran əsas vəzifələrdən biri də qarşılıqlı
borc problemlərinin, həmçinin müssisələr arasında ödəməmələr məsələsinin həll
olunmasıdır. Çünki, qarşılıqlı borc probleminin mövcudluğu özüylə bərabər yeni-
yeni problemlər də doğurur. Müəssisə vergiləri ödəyə bilmir, çünki mal alıcıları
aldıqları mala görə borclarını ödəmirlər. Dövlət isə öz növbəsində vergi
daxilolmalarının azlığından büdcə planını yerinə yetirə bilmir və iqtisadiyyatın
bəzi sahələrinə dövlət yardımı gecikdirilir və ya ümumiyyətlə yardım edilmir.
Bütün bunlar isə ümumilikdə iqtisadi həyata öz təsirini göstərir və dövlət istər
iqtisadi, istər siyasi, istərsə də digər sahələr üzrə gücünü itirir. Müasir dövrdə bu
problemlərin həll edilməsinin mümkün yolları barədə dövlət dairələrində və
müəssisə miqyasında müvafiq tədbirlər görülür. Dövlət bu problemlərin həlli üçün
qiymətli kağızlar bazarının inkişafını daha məqsədəuyğun hesab edir.