27
(trayektoriyaları) əks etdirən sistemlərdən ibarətdir. Müvafiq
istiqamətdə yaradıcılıq mərkəzi və ondan çıxan sonsuz sayda
şaxələnmiş istiqamətləri əks etdirir. Bu baxımdan da hesab
etmək olar ki, münasibətlərin balanslaşdırılması mövzusunda
tədqiqat həyata keçirmək uzun bir prosesdir. Əsası isə onun
mahiyyətini dərk etməkdən ibarətdir. Sülh, dinamik inkişaf və
sabitlik balanslaşdırma vəziyyətinin ortaya çıxarıdığı mahiyyət
və zərurətdir.
Münasibətlərin balanslaşdırılması istiqamətində həyata
keçirilən bu tədqiqat mövzusu əsasən elmi (sistemləşdirmə və
ümumiləşdirmə aparmaq, baza prinsiplərə söykənmək, sitatlar
gətirmək və s.) prinsiplərə söykənir. Bununla yanaşı, qeyd
etmək olar ki, sözügedən tədqiqat əsərini həm də geniş
sərbəstlik mahiyyətinə görə siyasi mövzu üzrə “esse”yə
bənzətmək olar.
1
Sərbəst yaradıcılıq, əqli nəticələrə gəlmək,
fikirləri sərbəst şəkildə izah etmək isə yaradıcılıq üçün vacib
hesab edilən şərtlərdən olmalıdır. Bu baxımdan hesab etmək
olar ki, bu tədqiqatda həm sistemləşmə mövcuddur
(müşahidələr əsasında nəticələr çıxarmaqla qənaətlərə gəlmək,
nəzəriyyələrə istinad etmək), həm də sərbəst fikirlər geniş yer
alıbdır.
Tədqiqat
fəlsəfi
kateqoriyalara
uyğun
olaraq
mühakimələr yürütmək, düzgün və real məntiqi nəticələr
çıxarmağı tələb etdiyindən, obyekt (mövzu, predmet) üzrə
müstəqil düşüncəni, yaradıcılığı zəruri edir. Təbii ki, hər bir
mühakimə, nəticələr çıxarmaq əsaslara söykənməlidir. Əsaslar
başlanğıcda, gedişatda və nəticələrdə öz əksini tapa bilir və
insanların hissiyyat (duyğu) orqanlarının topladığı və ötürdüyü
məlumatlar əsasında təfəkkür vasitəsilə qavranılır. Ən əsası
ondan ibarətdir ki, idrakda məntiqi nəticələrə gəlməkdə,
mühakimələr yürütməkdə paralogizmə (paralogizm-məntiqi
səhvlərdən doğan səhv nəticə, səhv fikir mənasını bildirir) və
1
Qeyd: “esse” dedikdə, elmi izahlarda ədəbi, fəlsəfi, ictimai problemləri sistematik
elmi şəkildə deyil, sərbəst şəkildə şərh edən oçerk başa düşülür. Burada oçerk
hekayə şəklində yazılmış qısa bədii əsər, həm də xülasə kimi başa düşülür.
28
paradokslara (paradoks-hamı tərəfindən qəbul edilmiş doğru
fikirlərlə, elmi müddəalarla düz gəlməyən yaxud (bəzən ilk
baxışda) sağlam mühakiməyə zidd olan qəribə fikir; inanılmaz
şey mənasını verir) yol verilməsin və düzgün istiqamətlər və
obyektiv, real və inandırıcı fikri nəticələr əldə edilsin. Düzgün
nəzəriyyələr yaransın və nəzəriyyələr istinadlar üçün mühüm
əhəmiyyət kəsb etsin. Dərin və geniş izahlı məntiqi nəticələr
çıxarmaq əsaslardan (müəyyən zaman və məkanda, səbəbiyyət
və nəticə kateqoriyaları ilə dərk edilən, mahiyyət, forma və
məzmunca dəyişən), faktlardan asılıdır. Əsaslar çıxarmaq,
nəticələrə gəlmək, əqli mühakimələr yürütmək daha çox
intuisiyaya, duyğulara söykənməlidir. Belə ki, hələ qədim
yunan alimi Aristotel də əsaslar haqqında qeyd edərək
göstərirdi ki, əsaslardan bəziləri məlumat toplama, digərləri
duyğu, üçüncüləri öyrənmə (ethismoi) yolu ilə, digərləri isə
başqa vasitələrlə dərk edilir.
1
Balanslaşdırma vəziyyəti və vəziyyətin tərkibini təşkil
edən proseslər şəxslərin toplaşdığı və maraq göstərdiyi bütün
sahələrdə mövcud olur. Bu baxımdan da dövlətlər daxilində
(cəmiyyətlərdə) olan balanslı münasibətlərlə yanaşı, dövlətlər
arasında, xalqlar arasında ikitərəfli və ya çoxtərəfli
münasibətlərdə də (maraqlara, hərəkətlərə, hərəkətlərin zaman
və şəraitinə uyğun olaraq) balanslı və disbalanslı proseslər
yaşanır. O da məlumdur ki, xalqlar arasında müasir sülhün əldə
edilməsi heç də tarix üçün asan və qısa müddətə əldə olunan
nailiyyət olmayıb. Tarixin gedişatında ayrı-ayrı məkanlarda və
zaman ardıcıllığında və zamanın məkan üzrə paralelliyində
olduqca çoxluq təşkil edən disbalanslı proseslər və balanslı
proseslər birliyi və əvəzləmələri mövcud zamanın nisbi
balanslı vəziyyətini formalaşdırmışdır. Uzun və qısamüddətli
müharibələr, maraqlar uğrunda çarpışmalar, qarşıdurmalar,
1
Aristotel. “Nikomax etikası” (Tərcümə edəni F. Təbibi), Bakı, Qanun, 2007, 340
səh., s. 26.
29
ziddiyyətlər, böyük itkilər və belə vəziyyətlərin bezdirici
xüsusiyyətləri, məhvedici nəticələrinin dərk edilməsi müasir
sülhün əldə olunmasını zəruri edibdir və regional və qlobal
məkanlar üzərində sülh sistemlərinin, sülh mexanizmlərinin və
proseslərinin yaranmasını şərtləndiribdir. Sülh, sabitlik və
inkişaf istiqamətində nəzəri mülahizələr və onların cəmiyyətlər
tərəfindən dərk etdirilməsi sülh ideyalarının əhatəli şəkildə
inkişaf etməsini zəruri edibdir. Dinclik şəraitində yanaşı
yaşamaq, mübarizə imkanlarını birləşdirmək, dinc yollarla
maraqları
paylaşmaq,
əldə
edilən
vasitələrdən
birgə
yararlanmaq mövcud həyatın başlıca tələbinə çevrilibdir. Bu
baxımdan belə bir fikir bildirmək olar ki, müasir sülh prosesləri
məhz
tərəflərin
maraqlarının
qarşılıqlı
şəkildə
təmin
edilməsindən əsaslı şəkildə asılıdır. Eləcə də hər bir dövlətin öz
gücünə, imkanlarına görə maraqları (zaman və şəraitdən asılı
olaraq mütləq və nisbi) təmin edilməlidir.
Dövlətlərin daxilində cəmiyyətin ünsürləri arasında
yaranan
balanslı
münasibətlər
öz-özlüyündə
müəyyən
qaydaları əks etdirən sistem təşkil etməklə, həm də dövlətlər
aralarında tarazlı münasibətlər sisteminin formalaşmasını
zəruri edir. Hər iki ayrı-ayrı sistem (dövlətdaxili və
dövlətlərarası) arasında elementlərin qarşılıqlı keçid prosesləri
baş verir, elementlər sabitlik, inkişaf və sülh üçün tərkib
xassələrin daşıyıcıları rolunda çıxış edir. Qarşılıqlı keçid
prosesləri isə sistemlər aralarında qarşılıqlı tarazlığın
yaranmasını şərtləndirir. Qarşılıqlı tarazlıqlar sistemi də öz
növbəsində qarşılqılı inkişafı zəruri edir. Dövlətin daxili və
xarici siyasəti arasında uzlaşmalar yaranır və uzlaşma
prosesləri davamlı olaraq həyata keçirilir. Münasibətlərin
balanslı vəziyyəti əsasən dövlətlər arasında qlobal sülhün
saxlanmasını şərtləndirir. Bir çox dövlətdə mövcud olan daxili
sabitlik və beynəlxalq aləmdə hökm sürən qlobal sabitlik
ümumdünya sülhünün qorunub saxlanmasını təmin edir. Lakin
bu istiqamətdə çoxlu sayda qlobal problemlər mövcuddur ki,
Dostları ilə paylaş: |