24
hissələrinin ümumi və xüsusi xassələrini, ayrılmanı tələb edir.
Tam və hissələr hesab edilən komponentlər arasında
münasibətlərdə və qarşılıqlı əlaqələrdə xassələr üzə çıxır,
mahiyyət aydınlaşdırılır, dərk edilir.
Münasibətlərin balanslaşdırılması özündə çoxlu aspektləri
birləşdirir. Münasibətlərin balanslaşdırılması həm daxili
zərurətdən irəli gəlir, həm də sistem xaric təsirlərdən
formalaşır. Element hərəkətdə olarkən enerji yaradır və xarici
elementlərin enerji mübadiləsinə cəlb edilir. Bu təsir
istiqamətləri də elementlərin qarşılıqlı fəaliyyət mexanizm-
lərini müəyyən edir.
Münasibətlərin balanslaşdırılması və tərəflərin maraqla-
rının mütləq və nisbi əsaslarla müəyyən ortalıq məqamlarda,
şərait və məkanlarda təmin edilməsi cəmiyyətlərdə və
dövlətlərdə sabitlik üçün şərait yaradır, inkişaf və sülh
zərurətini üzə çıxarır. Bu baxımdan hesab etmək olar ki,
münasibətlərin balanslaşdırıması sülhün, sabitliyin və dinamik
inkişafın əsaslarını müəyyən edir. Balanslaşdırma bir proses
olaraq bir-biri ilə əlaqədə olan sabitlik, sülh və dinamik
inkişaf sistemlərini və vəziyyətlərini formalaşdırır. Hər üç
sistemin, vəziyyətin dövlətlər daxilində və beynəlxalq aləmdə
vahidliyi isə bəşəriyyətin tərəqqisinə xidmət edir, ümumdünya
(bəşəri) sülhünün yaranmasını şərtləndirir. Münasibətlərin
balanslaşdırılması prosesi və vəziyyəti eyni zamanda bir
tənzimləyici funksiya yerinə yetirərək, maraqlar uğrunda
mübarizənin tempini ehtiyaclara müvafiq olaraq müəyyən-
ləşdirməkdə vasitə rolunu oynayır. Dövlətlərin daxilində
münasibətlərin tarazlı vəziyyəti həmin dövlətlərin iqtisadi və
siyasi inkişafına səbəb olur. Münasibətlərin balanslaşdırılması
özündə ədalət prinsipini əks etdirir. Ədalət isə həqiqətin özü
demək olur. Balanslaşdırma prosesləri zamanı hər kəsin
məqsədi yaxşı şeylərin əldə olunmasına birgə nail olmaqdan
ibarət olur. Bu baxımdan tarazlı vəziyyətlər və münasibətlər
çoxlarının maraq və mənafelərinə uyğun gəlir.
25
Münasibətlərin balanslaşdırılması və maraqların fərdi və ya
kollektiv olaraq qarşılıqlı ödənilməsi fərdi və kollektiv
refleksiyanın tərzini müəyyən edir, resurslardan səmərəli
istifadəni şərtləndirir və cəmiyyətin bütün təbəqlərinin səfərbər
olunmasını zəruriləşdirir. Tarazlı vəziyyət cəmiyyətdə geniş
yayılan dalğaların əmələ gəlməsini şərtləndirir və bütün
ünsürlərin (əqli və fiziki qabiliyyəti olan) ayrı-seçkilik olmadan
iştirakını təmin edir. Çoxtərkibli iştirak hər bir tərəfin
maraqlarını ödəyə bilən mühit və şəraiti doğurur. Əqli və fiziki
qabiliyyəti olmayanlar və buna görə də iştirak etmək
imkanlarındam xaric olanlar da müəyyən paylara malik olurlar.
Tarazlı münasibətlər zamanı strukturlar arasında yaylı
vəziyyətlər yaranır, həmçinin dalğalı trayektoriyanı özündə əks
etdirən əlaqələr zamanı maddi vasitələrə təsirlərdə yumşaqlıq
meydana gəlir. Münasibətlərin balanslaşdırılması cəmiyyətin
və dövlətin kompleks şəkildə inkişafını zəruri edir. Dövlətin
dinamik inkişafı məhz münasibətlərin tarazlı xarakterindən
formalaşır.
Cəmiyyətin inkişafında maddi amillər rol oynadığından
(maddi amillər düzgün və məntiqi idrak əsasında öz istifadə
mövcudluqlarını şərtləndirməlidir), bu amillərin mütləq və nisbi
olaraq (mütləq və nisbilik də məqamlara, şəraitə və s.-ə
bağlıdır), bərabər şəkildə və imkanlara müvafiq qaydada
mövcudluğu
və
qarşılıqlı
fəaliyyəti
iqtisadi
tarazlığın
yaranmasını zəruri edir. İqtisadi tarazlıq isə münasibətlərin
qarşılıqlı olaraq harmonik inkişafını ortaya çıxarır. Münasi-
bətlərin balanslaşdırılması cəmiyyətin rəngarəng inkişafını
meydana gətirir və dövlətlər arasında uzun müddətli sülhün əldə
olunmasını, sülh vəziyyətinin davamlılığını və qorunmasını
zəruri edir.
Elmi tədqiqat nöqteyi-nəzərindən yanaşdıqda, qeyd etmək
olar ki, bir mövzu olaraq münasibətlərin tarazlaşdırılmasının
özü geniş fəlsəfi-qnoseoloji (dərk etməyə əsaslanan) təhlil tələb
edir. Bu baxımdan analiz zamanı predmetin əks olunduğu
26
obyektin
xassələrini
araşdırarkən
deduksiya
(düşünmə
prosesində ümumidən xüsusiyə getmə) və induksiya (xüsusi
mülahizələrdən ümumi nəticə çıxarmaq üsulu) metodlarından
geniş istifadə etmək tələb edilir. İdrakda konstruktivliyi
(yaradıcılıq-tərkib hissələrdən vahidi əmələ gətirmək) təmin
etmək üçün strukturu yaratmaq və strukturun tərkib hissələrinin
qarşılıqlı xüsusiyyətlərini şərh etmək zərurətə çevrilir.
Münasibətlərin tarazlaşdırılmasının tədqiqatı, bu baxımdan
onun fəlsəfi izahı və mahiyyəti əsasən fəlsəfi kateqoriyalarla
vəhdət, bütövlük təşkil edir. Bu baxımdan da hesab etmək olar
ki, münasibətlərin balanslaşdırılmasını tədqiq edərkən qanun,
hərəkət, sükunət, sabitlik, məkan və zaman, tək, xüsusi və
ümumi, bütöv və hissə, sistem, element, struktur, mahiyyət
və təzahür, məzmun və forma, səbəb və nəticə, zərurət,
təsadüf və qaçılmazlıq, imkan və gerçəklik, əlaqə və
münasibətlər, keyfiyyət, xassə, kəmiyyət, ölçü, əkslik,
ziddiyyət, vəhdət, harmoniya, mübarizə, eynilik, fərq kimi
fəlsəfi kateqoriyalardan istifadə ertməklə, müəyyən idraki
yanaşmaların edilməsi əsas prinsip olaraq götürülür.
Balanslı münasibətlər vəziyyətləri özündə vahid bir mahiyyət
əks etdirərək, əslində tərkib elementlərdən formalaşır. Tərkib
elementlərin qarşılıqlı mübarizələri və yaranan ziddiyyətlər
balanslı vəziyyətlərin
yaranmasını zəruri edir.
Balanslı
münasibətlər həm eyni məzmunlu, balanslı mahiyyət kəsb edən
elementlərdən, həm də müxtəlif məzmunlu, disbalanslı mahiyyət
kəsb edən elementlər birləşmələrindən meydana gəlir.
Bir də onu nəzərə almaq lazımdır ki, yaradıcılıq hər bir
şəxsin (tədqiqatçının) xasiyyətlərinə, həmçinin mentalitetinə
(burada mental sözü ruh, ağıl mənasını verir) uyğun gəlir və
xasiyyətlərinin formalaşmasını zəruri edir. Yaradıcılıqda maraq
mahiyyəti özünü büruzə verir və daxili enerjinin təzahürdə
başqa bir təsir formasında üzə çıxması amilləri meydana gəlir.
Münasibətlərin balanslaşdırılması mövzusu bir yaradıcılıq
istiqaməti
olaraq
özündə
sonsuz
sayda
uzunluqları
Dostları ilə paylaş: |