29
zərurətini ortaya qoymuşdur. Prosesin şaxələnməsi məhz onun
forma və məzmunlarını, nəticələrini və doğurduğu şəraiti
meydana gətirməkdədir. Miqrasiya artıq bir çox elmlərin və
fənlərin də müştərək öyrənilməsi obyektinə çevrilmişdir. Bu
baxımdan da elmi tədqiqat istiqaməti olaraq miqrasiologiya
fənni (migration studies) meydana gəlmişdir.
Kitabda miqrasiyanın elmi əsasları – miqrasiologiya,
miqrasiya prosesləri və onun formalaşması əsasları,
miqrasiyanın tipləri: növləri və formaları, eləcə də
miqrasiyanın
nəticələri
araşdırılıb. Dünya miqrasiya
mərkəzləri içərisində ən böyüyü olan Şimali Amerika
mərkəzinin formalaşmasının tarixi, iqtisadi, mədəni, hüquqi və
sosial-demoqrafik
aspektləri
şərh
olunur.
Miqrasiya
proseslərinin əsas komponentləri, yəni prosesdə iştirak edən,
prosesi formalaşdıran tərkib elementlər elmi baxımdan şərh
edilir. Əlavədə verilən qrafiklərdə miqrasiya anlayışının tərkib
komponentləri (tərkib termin və anlayışları) və miqrasiya
proseslərinin qısa məzmunu ümumiləşdirilmiş şəkildə öz əksini
tapır.
30
I FƏSİL:
Miqrasiyanın elmi əsasları – Miqrasiologiya
Miqrasiya anlayışı
Hər bir anlayış (anlayış-predmet və hadisələrin ümumi,
mühüm əlamətlərini əks etdirən fikir, təfəkkür dərketməsi
forması deməkdir. Anlayış insanın beyinində olandır, fikirlərin
sistemli qaydada izah olunmasıdır. Anlayış məna yaradan
konseptual ifadələrdir) özünün konseptual mənasını ətraf
anlayışlarla vəhdətdə (çünki hər şey sistemdədir və sistemlər
daxilində vəhdət prinsipi əsasında əlamətlənir. Sistemi də
elementlər, onların cəmi yaradır) əks etdirir. O anlayışlar daha
geniş məzmunlu olur ki, onların ifadəçisi olduğu proseslər
(siqnallarla şüurda qavranılan proseslər) məkan və elementlər
tərkibi baxımından zəngin əsaslara malik olur. Anlayışların
genişlənməsi onu əhatə edən, ona aid olan sistemin tərkib
elementlərinin üfiqi və şaquli əsaslarla çoxlaması ilə bağlı olur.
(Təfəkkürün konstruktiv funksiyası elə sistemli dərk olunnma
prosesləri zamanı anlayışın xəyali sistemləşməsini meydana
gətirir). Genişlənmə elə bir prosesə çevrilir ki, bu proses
sayəsində anlayışı əhatə edən digər sistemlərdəki proseslər də
əlavə olaraq əhatə olunur. Strukturlar arasında olan genişlənmə
vəhdəti və yeni strukturların meydana gəlməsi məhz
anlayışlararası əlaqəni meydana gətirir. Bir anlayış özü ilə
çoxlu sayda anlayışların tərkibini aşkar edir. Bir anlayış
digərinin müəyyən başlanğıcını və sonunu bildirir. Anlayışların
formalaşması ardıcıl olaraq məkanların birləşməsini yaradır.
Deməli, anlayışların çoxluğu qeyri-müəyyənliyin müəyyənliklə
əvəz olunmasıdır. Bu prinsip və qanunuyğunluq məhz
sistemlilik prinsipindən və qanunauyğunluğundan ortaya çıxır.
Anlayışın ekzoterik (yəni genişləndikcə çoxları tərəfindən
başa düşülən) sistemalogiyası və ezoterik (yəni dərinləşdikcə
31
ancaq
müəyyən
elm
dairələrinin
nümayəndələri
və
mütəxəssislər tərəfindən başa düşülən) sistemalogiyası
formalaşır. Ekzoterik məna sadələşməyə doğru, ezoterik məna
isə mürəkkəbləşməyə doğru inkişaf edir, genişlənir. Bu
genişlənmə prosesi iki mühüm baza istiqamətdə: sistemin
dərinliklərinə doğru; ətraflara doğru baş verir. İki istiqamət
sayəsində anlayış elmi meydana gətirir, anlayışı formalaşdıran
xətlərin, istiqamətlərin çoxluğu həmin anlayış üzrə fənlərin
yaranmasını zəruri edir. Fənlər özünəxas olan müvafiq
istiqamətlərdə həyata keçən sistemli təhlillərdən formalaşır.
Anlayışı obyekt edən çoxlu sayda trayektorik istiqamətlər
anlayışın digər elm sahələri ilə vəhdətinin əsaslarını təşkil edir.
Məsələn, miqrasiya prosesləri həm daxilən, həm də ətraflara
doğru çox geniş vüsət aldığından, bununla yanaşı, ölkədaxili və
ölkələrarası sferada çoxlu sayda sahələri əhatə etdiyindən, bu
anlayışın genişlənən əhatəsi meydana gəlməkdədir. Miqrasiya
anlayışında ezoteriklik və ekzoteriklik onun əhatəli və elmi
olmasında büruzə verir. Miqrasiya prosesləri ölkənin siyasət
obyektinə, siyasi tənizmləmə obyektinə çevrilir və geniş
predmeti əks etdirir. Bu predmet hüquqi tənzimləmədən
tutmuş, iqtisadi, siyasi, mədəni və sosial tənzimləməyə qədər
şaxələnir. Hüquqi tənzimləmə miqrasiya proseslərinin sosial,
siyasi, humanitar və digər sahələrində mövcud olur ki, bu da
dövlətin daxili siyasətinin və xarici siyasətinin maraq
obyektinə çevrilir. Ümumilikdə miqrasiya prosesləri dövlət
siyasətinin bir məxsusi tənzimləmə strukturu proseslərinə və
mexanizmisinə
çevrilir.
Miqrasiya
prosesləri
universal
tənizmləmə içərisində (məsələn, dövlətin ümumi daxili və
xarici siyasəti) məxsusi tənzimləməni meydana gətirir.
Anlayışın mənasını meydana gətirən təriflər ümumi
məzmuna, həm də onun tərkibi olaraq konkret məzmuna malik
olur. Xalqın, əhalinin, ayrı-ayrı şəxslərin köçü özündə həyatın
bütün sahələrinə təsir edən konseptual proseslərdən ibarətdir.
Dostları ilə paylaş: |