Elşən Misir oğlu Nəsibov
MİQRASİYANIN ƏSASLARI
Miqrasiologiya
Miqrasiya prosesləri
Dünya miqrasiya mərkəzləri
I KİTAB
BAKI-2014
2
Elmi redaktoru:
Afət Güləliyeva
siyasi elmlər üzrə fəlsəfə doktoru
Rəyçisi:
Qurban Məmmədov
siyasi elmlər üzrə fəlsəfə doktoru
E.M.Nəsibov. Miqrasiyanın əsasları. Miqrasiologiya.
Miqrasiya prosesləri. Dünya miqrasiya mərkəzləri. I Kitab.
Bakı, “Elm və Təhsil” nəşriyyatı, 2014, 240 səh.
Kitabda miqrasiya prosesinin əsasları elmi-nəzəri
baxımdan araşdırılır. Miqrasiya anlayışının konseptual
məzmunu şərh olunur. Predmetin tərkib hissələri analiz
obyektinə cəlb olunur, nəticə etibarilə tərkib komponentlər
öyrənilir və sistemli qaydada oxuculara təqdim edilir.
Miqrasiya müxtəlif elmlərin öyrənmə obyekti olaraq,
fənlərarası
bir
predmet
kimi
diqqətdən
keçirilir.
Miqrasiologiya fənninin elmi-nəzəri əsasları qeyd olunur.
Həmçinin miqrasiya proseslərinin forma və məzmunu,
prosesin baş vermə səbəbləri elmi-tədqiqat obyektinə cəlb
edilir.
Bununla
yanaşı,
miqrasiyanın
coğrafi-siyasi
aspektləri, həmçinin dünyanın miqrasiya mərkəzlərinin
formalaşması əsasları elmi baxımdan təhlil olunur.
Kitab müvafiq istiqamətdə təhsil alan ali məktəb
tələbələri, sosioloqlar, siyasətşünaslar, iqtisadçılar, o
cümlədən beynəlxalq münasibətlər istiqaməti üzrə işləyən
mütəxəssislər üçün faydalı ola bilər. Əsər həmçinin
miqrasiya xidməti əməkdaşları üçün də miqrasiyanın
ümumi əsaslarını öyrənmək baxımından səmərəli ola bilər.
ISBN: 978-9952-8142-0-0
2014
098
136
3701000000
−
−
N
грифли няшр
© Nəsibov E.M., 2014
3
MÜNDƏRİCAT:
GİRİŞ ............................................................................ 4
I FƏSİL:
Miqrasiyanın elmi əsasları – Miqrasiologiya ............ 30
Miqrasiya anlayışı ........................................................ 30
Miqrasiyanın öyrənilməsində elmi metodologiya:
miqrasiya müxtəlif elmlərin predmeti kimi ................... 74
Miqrasiya – siyasət elminin predmeti kimi ................... 75
Miqrasiya – sosiologiyanın predmeti kimi .................... 94
Miqrasiya – iqtisadiyyat elminin obyekti kimi .............. 98
Miqrasiyanın tarixi aspektdən öyrənilməsi .................. 99
II FƏSİL:
Miqrasiya prosesləri və onun formalaşması əsasları ... 106
Miqrasiyanın formalaşmasının ümumi əsasları ............ 106
Miqrasiyanı əmələ gətirən səbəblər ............................... 116
Miqrasiyanın tipləri: növləri və formaları ..................... 128
Miqrasiyanın prosesləri və onun təsir nəticələri ............ 131
III FƏSİL:
Dünya miqrasiya mərkəzləri ..................................... 139
Beynəlxalq tranzit mərkəzlər və onların
formalaşması ................................................................ 139
Şimali Amerika mərkəzi (ABŞ immiqrasiyası) ............ 145
Şimali Amerika mərkəzi (Kanada immiqrasiyası) ........ 165
NƏTİCƏ ....................................................................... 185
Qrafiklər bölməsi ......................................................... 187
İstifadə olunmuş mənbə və ədəbiyyat ........................ 224
4
GİRİŞ:
Miqrasiya prosesləri haqqında ümumi anlayış. Dünya
üzrə əhali yerdəyişmələri hər zaman olduğu kimi indiki dövrdə
də təbii olan, bu baxımdan forma və məzmun etibarilə zəruri,
eləcə də iradələrdən asılı olmayan bir prosesə çevrilmişdir.
Tarixin müəyyən dövrlərində insanların köç etmələrində əsas
səbəbləri müharibələr və ərazi işğalları, məhsuldarlığa yararlı
olan yeni ərazilərin və əkin torpaqlarının mənimsənilməsi
zərurətləri, çay hövzələri, dəniz və göllər ətrafı münbit ərazilər,
okean sahilləri, ümumiyyətlə isə əlverişli landşaft, iqlim şəraiti
yaratmışdır. Yeni ərazilərin mənimsənilməsi siyasi aspektdə
həmin ərazilərdə imperiyaların kolonial hakimiyyətlərinin
yaranmasını zəruri etmişdir. Yeni ərazilərin mənimsənilməsi,
yeni dünyanın kəşf olunması həm də imperiya ərazilərini
böyütmüşdür. Məsələn, Birləşmiş Krallıq tərəfindən idarə
olunan dominionlar (Britaniya imperiyasının bərabərhüquqlu,
öz daxili və xarici siyasi aspektlərinə görə bir-birindən asılı
olmayan, amma taxt-tac qarşısında ümumi öhdəliklər daşıyan
və Britaniya Millətlər Birliyi (British Commonwealth)
üzvlərinin azad assosiasiyasını təşkil edən müstəqil icmalar.
Dominionların dövlət başçıları Birləşmiş Krallığın general-
qubernatorları olmuşlar. Dominion statuslarının verilməsi
vaxtları-Kanada (1867), Avstraliya İttifaqı (1901), Yeni
Zellandiya (1907), Nyufaundlend (1907), Cənubi Afrika Birliyi
(1910), İrlandiya (1921)), müstəmləkələr, protektoratlar
(protektorlar-asılı dövlətlərin ərazilərini müdafiə edən və
faktiki olaraq öz rezidensiyası tərəfindən ölkənin daxili
siyasətinə nəzarət edən, xarici əlaqələrini himayə edən
dövlətlər olublar)
1
, mandatlar (izahlı lüğətə əsasən, mandat:
1
XIX əsrin başlanğıcından bu forma geniş istifadə edilib. İkinci Dünya
Müharibəsinin başlanmasına qədər İngiltərənin Asiyada (Aden, Sokotra,
Xadramaut, Bəhreyn adaları, Bruney, Butan, Qətər, Kuveyt, Maldiv adaları və s.),
Afrikada protektoratları (Basutolend, Beçuanalend, Qambiya, Keniya, Nigeriya və
s.) mövcud olub. Fransanın isə protektoratları – Mərakeş və Tunis kimi dövlətlər
olublar. Протекторат.dic.academic.ru/dic.nsf/sie/14170/ПРОТЕКТОРАТ.
Dostları ilə paylaş: |