11
Dövlət xərcləri istehlaka da böyük təsir göstərir və bu özünü müxtəlif istiqa-
mətlərdə göstərir. Bazar iqtisadiyyatı şəraitində dövlətin ən mühüm vəzifələrindən
biri əhalinin sosial müdafiəsini təşkil və təmin etməkdir. Sosial müdafiə xərcləri
geniş və çoxsaylıdır. Buraya əhalinin mənzil – məişət şəraitinin təmin edilməsi,
ə
halinin nəqliyyat vasitələrilə təmin olunmasının yaxşılaşdırılması, əhalinin az
təminatlı və işləməyən hissəsinə sosial ayırmaların aparılması, pensiyaların
ödənilməsi və s. məsələlər daxildir. Bütün bunlar son nəticədə özəl istehlakı artırır.
Ə
halinin əmək haqqı normasının yüksək olması əhalinin normal istehlak səbətini
ödəməyə imkan verir. Dövlətin sosial müdafiə sisteminin inkişaf etdirilməsi nəticə-
sində verilən müavinətlər, istehsalçılara verilən subsidiyalar, əsas tələbat mallarının
qiymətlərinin aşağı salınması istehlakı artıra bilən amillərdəndir.
Dövlət xərclərinin iqtisadi təsirlərindən danışarkən bu xərclərin gəlir bölgüsünə
göstərdiyi təsirləri də qeyd etmək lazımdır. Büdcə xərclərinin gəlir bölgüsünə
göstərdiyi təsiri müəyyənləşdirərkən real xərclər və transfert xərclər sinfinə daxil
olan xərcləri izah etmək lazımdır. Real xərclər tələb normasına birbaşa təsir etdiyi
üçün milli gəlir və məşğulluq normasını yüksəldir. Ona görə də real xərclərin
göstərdiyi təsirlər böhran və durğunluq dövrlərində az gəlirli sosial təbəqələrin
gəlirlərinin artması şəklində özünü biruzə verir.
Transfert xərcləri isə gəlir bölgüsünü yə bərabərlik halına gətirir, ya da bərabər-
sizliyi artırır. Bu xərclər nəticəsində əhalinin müəyyən hissəsi daha çox gəlir
qazandığı halda, başqa bir hissəsi az gəlir əldə edir. Buna uyğun olaraq, dövlət
sosial müdafiə tədbiri kimi az məsrəfli təbəqələrin gəlirlərini artırmağa, yaxud
azaltmağa çalışır. stehlak üçün ixraca verilən subsidiyalar isə bir qrup adamın
gəlirini xeyli artırdığı üçün insanlar arasında gəlir bərabərsizliyi yaradır.
Müasir dövlətlər həyata keçirdikləri iqtisadi siyasətlərlə öz iqtisadiyyatlarını
sabit və böhransız şəraitdə inkişaf etdirməyə çalışırlar. Belə ki, maliyyə siyasətinin
həyata keçirilməsində dövlətin məqsədi cəmiyyətin inkişafının ən vacib tələbatını
təmin etmək üçün zəruri olan maliyyə ehtiyatlarının və bu ehtiyatların istehsal
sahələri arasında bölüşdürülməsi yolu ilə onlardan səmərəli istifadə olunmasıdır. Bu
istiqamətdə maliyyə siyasətinin aparıcı qolu olan büdcənin gəlirlərinin
12
formalaşdırılmasının və büdcənin xərcləri kimi ölkə iqtisadiyyatının, o cümlədən
milli istehsalın inkişafı və stimullaşdırılmasına təsirini qeyd etmək lazımdır.
Belə ki, xərclərinin müəyyən hissəsi milli məhsulun formalaşmasında xüsusi
çəkiyə malik olan kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, sənaye və tikinti,
mənzil – kommunal, nəqliyyat, rabitə və s. xərclərin maliyyələşməsinə yönəlir. Bu
da birbaşa olaraq milli istehsalın inkişafına şərait yaradır.
Qeyd olunanlarla yanaşı cəmiyyətin idarə olunmasında mühüm rolu olan və son
nəticədə bütün dəyərlərin yaradıcısı olan insanların təhsilinin, sağlamlığının təmin
edilməsi, ölkədə elmi – texniki tərəqqinin yüksəldilməsi üçün dövlət büdcəsində
müəyyən məbləğdə vəsait nəzərdə tutulur ki, bu da bütövlükdə milli istehsalın idarə
olunmasında və onun inkişafında böyük əhəmiyyətə malikdir.
Dövlət büdcəsinin ən mühüm istiqamətlərindən biri də Azərbaycan üçün daha
ə
həmiyyətli olan sosial sahələrin islahatları üçün keçirilən büdcə xərcləridir. Çünki
məhz bu xərclərdən asılı olaraq ölkədə siyasi stabillik yaradıla bilər. Sosial xərclər
indi əhalinin kasıblıq həddinin çox olmasını, bəzi kateqoriyalı işçilər üçün güzəşt-
lərin ləğvi, büdcədən ayrılan əmək haqqının diferenasiyasını, əməyin nüfuzunu və
onun perspektiv əhəmiyyətini nəzərə alaraq proqnozaşdırılır. Bu onu göstərir ki,
Azərbaycan dövlətində rəhbərliyi birinci növbədə əhalinin sosial durumu və maddi
rifahının yaxşılaşdırılması düşündürür.
Dövlət büdcəsindən vəsaitlərin ayrılmasında idarəetmə xərclərinin də böyük
rolu vardır. Lakin son illərdə bu xərc maddəsi üzrə artım dinamikasının sürətlənməsi
son nəticədə müəyyən islahat tipli tədbirlərin həyata keçirilməsini zəruri edir. Buna
səbəb kimi, son illərdə dövlət idarəetmə orqanlarında, prezident administrasiyasında
çalışanların, xüsusilə də Milli Məclis deputatlarının, nazirlərin, komitə sədrlərinin
maaşlarının çox yüksək faizlə artırılmasıdır. Statistikaya nəzər salsaq görərik ki,
dövlət hakimiyyət və idarəetmə orqanlarının saxlanılmasına xərclər müstəqillik
qazandıqdan sonrakı illər ərzində təxminən 6 dəfə artmışdır.
Lakin bir şeyi danmaq olmaz ki, bu gün dövlət və hakimiyyət orqanları iqtisa-
diyyat üzərində hakim idarəetmə funksiyalarının əhəmiyyətli bir hissəsindən
məhrum olmuş, nazirlik və idarələrin bir çoxu ləğv edilmiş, əsaslı struktur dəyişik-
13
likləri aparılmaqdadır. Bu bir növ respublikamızda özəlləşdirmə proqramının həyata
keçirilməsi ilə əlaqədardır. Özəlləşdirmənin dərinləşməsi ilə əlaqədar olaraq isə,
həmin orqanlar iqtisadi və idarəetmə orqanlarını bir qədər də itirmiş olacaqlar.
Ə
lbəttə ki, belə bir vəziyyətdə həmin xərclərin yüksək səviyyəsinə heç cür bəraət
qazandırıla bilməz. Onu da nəzərə almaq lazımdır ki, hakimiyyət və idarəetmə
orqanlarının özləri də bəzən heç kimə lazım olmayan yeni idarəetmə strukturları
yaradır, özləri üçün kifayət qədər maaş və s. müəyyən edirlər. Bu gün idarəetmə
orqanlarının rəhbər işçilərinin təkcə xidmət xərcləri, yəni maşınlardan istifadə,
istirahət və ezamiyyət üçün ayrılmış əlavə vəsaitlər onların əmək haqqlarından ən
azı 5 – 6 dəfə yüksəkdir.
Kiçik bir müqayisə aparaq. Son dövrlərdə dövlət büdcəsindən icra hakimiy-
yətləri üçün ayrılan xərclərin həcminin artırılmasına baxmayaraq müdafiəyə ayrılan
xərclər daha çox artırılmışdır. Müharibə şəraitində olan və hər an müharibəyə
başlamaq zərurəti ilə üz – üzə qalan bir ölkənin ordusunun yaradılması və bu
ordunun gücləndirilməsi üçün ilk növbədə büdcədən hərbi yardımların həcminin bir
neçə dəfə artırılması əvəzinə müdafiəyə ayrılan xərclərin azaldılması, sadəcə olaraq
ağlasığmazdır.
Dünyanın bir çox ölkələrində, o cümlədən Almaniyada idarəetmə və dövlət
aparatının saxlanılma xərcləri ümumi büdcə xərclərinin 5 – 6 %-i həddini aşmır.
Ümumiyyətlə, keçid iqtisadiyyatı şəraitində idarəetmə xərclərinin azaldılması mə-
sələsi ön planda olmalıdır. Belə ki, dövlət büdcəsi xərclərinin azaldılmasında mənbə
kimi hakimiyyət və idarəetmə strukturunu təkmilləşdirərək, bir – birini təkrar edən,
oxşar idarəetmə orqanlarını, eyni zamanda orada işləyənlərin sayını ixtisar edərək,
həmin məqsədlərə ayrılan büdcə vəsaitlərinin xüsusi çəkisini azaltmaq lazımdır.
Çünki, dövlət xərclə-rinin getdikcə artırılması iqtisadi artıma müsbət təsir
göstərməklə yanaşı, həmçinin iqtisadiyyatın tənzimlənmısində maliyyə
mexanizminin rolunun xeyli gücləndirilməsinə səbəb ola bilər. Ölkə güclü maliyyə
imkanlarına nə qədər malik olsa, dövlətin də iqtisadiyyatın tənzimlənməsinə təsiri
bir o qədər güclənmiş olar.
Dostları ilə paylaş: |