48
3
Freyd Z. Psixoloqiya mass i analiz çeloveçeskoqo “Ya”
// “Ya” i “ono”: trudı raznıx let. - kn.1. - Tbilisi, 1991.
- S.76.
4
Bax: Bodriyar J/ V teni molçalivoqo bolşinstva. -
Yekatrinburq, 2000.
5
Freyd Z. Psixoloqiya mass i analiz çeloveçeskoqo “Ya” //
İskusstvo kino. - 1990. - № 11. - S. 16.
6
Yenə orada.
7
Averintsev S.S. Sudbı Yevropeyskoy kulturnoy tradisii v
epoxu perexoda ot antiçnosti k srednevekovyu // Sb. st. İz
istorii kulturı srednix vekov i vozrojdeniya. - M.: 1976. -
s.56.
8
Losev A.F. Teatr yest iskusstvo liçnosti // Sb. st. İz
istorii sovetskoy nauki o teatre.- M.: 1988. - S. 103-107.
2007-ci il
ƏR VƏ ARVAD ÜÇÜN İNTİM TEATR
yaxud
MƏŞƏDİ İBAD NECƏ VARSA
Bəri başdan məlumunuz olsun ki, mən Üzeyir bəy
Hacıbəylinin sənət dünyası barədə deyilib-yazılanları
49
təkrar eləməyəcəyəm; yəni məlumunuz olsun ki, mənim
bu məqaləmi oxumaq, orijinal rakurslar, qəfil
mülahizələr içindən görünən təhlil, şərh və yozumlarla
tanış olmaq istəyən şəxs milli mentalitetdə ədəbi-
bədii hadisələrin qavranılması, onların mədəniyyət
tarixində konkret estetik məna bildiricisinə
çevrilməsilə bağlı formalaşmış düşüncə qəliblərini
“qatlayıb” qırağa qoymalıdır, ya da “sındırıb”
birdəfəlik tullamalıdır. Yoxsa bu araşdırmadan zövq
almaq, Üzeyir bəyin Azərbaycan mədəniyyətinə
münasibətində aşkarlanan və hələ indiyəcən rəsmi
tədqiqatlarda vurğulanmayan bir neçə cəhətə, məqama
heyrətlənmək mümkün olmayacaq. İş bu ki, mən məqaləmdə
Üzeyir bəyin komediyalarında dəfələrlə zühura gələn,
lakin çoxsaylı eyhamlar, işarələr arxasında itib-batan
və nəticədə “tanınmayan”, anlaşılmayan bəzi gizli,
məxfi mənaları faş etməkdən, bəyana gətirməkdən,
çözməkdən ötrü ontoloji poetikanı, və onun təhlil
metodologiyasını üstün tutmuşam,
məqbul bilmişəm, yararlı saymışam. Elə isə...
ONTOLOJİ POETİKADAN
1
BOYLANAN MӘTLӘBLӘR
Ontoloji poetikanın məqsədi ədəbi personajın (öncə
əsər qəhrəmanının) bədən özünəməxsusluğunun, bədən
quruluşunun, bədən səciyyəsinin, fizioloji
potensialının onun davranışına, danışığına, rəftarına,
psixologiyasına, başqaları ilə münasibətlərinə,
toplumsal siyasi əlaqələrinə, düşüncə tərzinə və
birbaşa fikirlərinə təsirini öyrənməkdir. Məsələ budur
ki, personajın bədəninin mövcudluq məntiqi, varolma
məntiqi bədii mətnin özü ilə ilişkili formalaşmış
analitik şərhlərin, tarixi-sosial yozumların, fəlsəfi-
estetik süsləmələrin, təhlil hücrələrində çinlənmiş
tənqidi yazıların, izahatların hamısından daha çox
informativdir.
50
Ədəbi-bədii əsərlərə ontoloji yanaşma yönü
bədii mətnlərin içindən tamam yeni mənalar çıxarmağa
qabildir. Bədən insanın ontoloji məğzini
konkretləşdirir, onun vücudlar və təzahürlər aləmində
olum hüdudlarını müəyyənləşdirir. “Mən” bədəndən ayrı
yaşamır. Bədənsiz “mən” yoxdur: amma əksinə ola bilir.
“Mən”in ömrü “mən”in yaşadığı bədənin ömrü qədərdir.
Ömür hər bir vaxt bədənin ömrüdür. Tale “mən”ə
verilir, ömür bədənə. Bədən yaşayır, “mən” isə
taleyini gerçəkləşdirir. Personajın bədəni də haradasa
ədəbi-bədii
əsərin ontoloji pasportu, ontoloji
vəsiqəsi kimi bir şeydir.
Ancaq bununla belə... personajın bədəni, demək
olar ki, həmişə potensial müəmmadır. Çox vaxt bədii
əsərlərdə
bədən obrazın fəaliyyət cədvəli,
ehtirasları, ideyaları və ovqatı arxasında gizlədilir.
Bəlkə də elə buna görədir ki, ədəbi qəhrəmanı görkəmcə
hərə öz təsəvvürndə bir cür “rəsm edir”. Lakin bədii
əsərdə bədən özünü tanıtmaq, özünü göstərmək, başqa
cür desək, güzgülənmək imkanını, fürsətini, bir an da
olsun belə, əldən qaçırmır.
Nə səbəbə? Çünki personaj “bədənləşəndə”, konkret
bədənə sığanda onun kosmosla birbaşa ilişkisi fiksə
edilir. Burada mediator, təbii ki, müəllif olur.
“Mən”i kainatla, ərşlə, fələk və mələklərlə bağlayan
bədəndir. Deməli, bu xüsusda “mən”in iradə payı
minimaldır. Nədən ki, iradə hər an bədənin hökmünə və
diktəsinə tabedir. Bu hökm (diktə) Allahdan, tanrı
planetlərindən, tanrı bürclərindən, tanrı
ulduzlarından gəlir.
İnsanın, eləcə
də
ədəbi
qəhrəmanın, fəaliyyət yönü də, əməlinin hüsnü də,
bütövlükdə yaşamaq üslubu da, həyat tərzi də onun
bədən imkanları ilə şərtlənir. Bədən hər bir əsər üçün
həlledici ontoloji faktordur.
Amma nədənsə personajın bədəni müəllifdən ötəri
heç vaxt problemə çevrilmir, onu aktiv şəkildə məşğul
eləmir. Müəllif yaradıcılıq prosesində personajı
həmişə canlı-canlı, konkret bir qiyafədə “görür”,
51
təsəvvür edir. Bu, birincisi. İkincisi: müəllif
bilincaltı qatında personajın bədəni ilə daim sensual
rabitədədir. Əkizlər bir-birlərini necə duyurlarsa,
müəllif də qəhrəmanın bədənini eləcə duyur. Bu da
sonucda ona gətirib çıxarır ki, müəllif öz
personajının bədəninə, onun bədəninin gündəlik həyat
ritminə qarşı etinasızlaşır (axı, o mənəm).
Yaradıcılıq zamanı müəllif öz bədənini “unutduğu” kimi
personajın bədənini də “unudur”. Nəticə də bu olur ki,
heç kəs öz təsəvvüründə personajı, əsərdə necə varsa,
elə düz o cür də “rəsm” edə bilmir. Yəni oxucu
imaginasiyasında ədəbi personaj bədən etibarı ilə heç
vədə müəllifin yaratdığı obrazın aydın fotoşəkli olmur
və bir qayda kimi yalnız fotoşəklin qarışıq siluetli
neqativi qismində təcəssüm tapır. Güzgü variantı
burada işləmir. Ədəbi qəhrəmanın kino versiyası, yəni
ekran vizuallığı bütün hallarda təqribi yaxınlaşmadır,
rejissor, rəssam, aktyor və qrim ustasının “personaj”
ətrafında improvizəsidir. Bu da ondan irəli gəlir ki,
müəllif həmişə ideya, hadisə, ovqat “həşirindədir” və
o, resipiyentin diqqətini planlı şəkildə mənaya,
mənanın kontekstinə
və
səbəblərinə doğru
istiqamətləndirir, qəhrəmanın bədənini isə obyektivə
salmır. Belə olduqda oxucunun personajı görməyə, əsər
boyu onun ontoloji mövcudluq partiturasını izləməyə
hövsələsi çatmır. Çünki oxuyub təsəvvürdə görmək
oxuyub dərk etməyin növbəti mərhələsidir, yaradıcı
işdir və aşırı vaxt aparır. Digər tərəfdən ədəbi
personajın görkəmi daim improvizələrə açıqdır. Niyəsi
də bu ki, “kök”, “arıq”, “ucaboy”, “enlikürək”,
“qozbel”, “sarışın”, “qıvrımsaç”, “topasaqqal” kimi
təyinlərin həyatda yüzlərcə variantı, modifikasiyası
var: hansı bəyənilsə, məqbuldur, mübahisəsi yoxdur.
Bunun müqabilində isə ədəbi əsərdə personajın əməli,
davranışı çox konkretdir. Odur ki, oxucu, demək olar
bütün vəziyyətlərdə, personajın görkəmini onun əməlinə
görə öz təsəvvüründə “rəsm” edir. O da mümkündür ki,
hər hansı bir bədii əsərin konstruksiyasında, bədən,
Dostları ilə paylaş: |