KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ
88
ARAZ HÖVZƏSİNİN ƏSAS İQLİM ÜNSÜRLƏRİNİN
ƏRAZİDƏ PAYLANMA XÜSUSİYYƏTLƏRİ
(İRAN ƏRAZİSİNDƏ)
ALLOCATION OF MAIN CLIMATIC CHARACTERISTICS
ON THE ARAZ BASIN
(WITHIN THE TERRITORY OF IRAN)
ХАРАКТЕР РАСПРЕДЕЛЕНИЯ ОСНОВНЫХ
КЛИМАТИЧЕСКИХ ПОКАЗАТЕЛЕЙ НА БАССЕЙНЕ
АРАКС (В ПРЕДЕЛАХ ИРАНА)
Mir Mahmood HOSSEİNİ
*
- Gita EİNOLLAHİ
*
Mir Mohammad HOSSEİN
*
Özet
Bu makalede; İran’ın Araz havzası bölgesinde asıl iklim değişiklikleri tahlil
edilmektedir. Hava sıcaklığının ve atmosfer yağışlarının arazi üzerinde dağılımının
araştırması gösteriyor ki; havanın sıcaklığının yükseklik rakımına bağlı olarak
azalması anlamlıdır. Yağışlar ise yüksekliğe göre artmaktadır. Ancak bu artış,
bütün arazi için aynı değildir. Yerel özelliklerin etkisi ile bir çok bölgelerde bu
büyük ölçüde bozulmaktadır.
Anahtar kelimeler: İran, Azerbaycan, Araz, iklim değişiklikleri, yağışlar.
Summary
In this paper allocation of main climatic characteristics on the Araz basin
within the territory of İran has been analyzed. The reduction of the temperatures
*
İslamic Azad University, pars abad Moghan Branch/IRAN
*
İslamic Azad University, pars abad Moghan Branch/IRAN
*
İslamic Azad University, pars abad moghan Branch/IRAN
KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ
89
and increasing of the perspirations within the whole territory were observed.
However, in some cases these allocations were disturbed by local factors.
Key words: İran, Azərbaijan, Araks, climate changes, perspirations.
Araz hövzəsinin əsas iqlim ünsürlərinin təhlilini aparmaq üçün baxılan ərazidə
yerləşən hava temperaturu ölçülmüş. 12 meteoroloji stansiyanın və atmosfer
yağıntıları ölşülmüş. 47 məntəqənin məlumatlarından istifadə edilmişdir. Bütün
ərazi üzrə temperaturun şaquli paylanması mənfi reqressiyaya malikdir və
hündürlükdən asılı olaraq azalır (şəkil 1). Lakin hündürlükdən asılı olaraq
temperaturun müxtəlif yüksəkliklər üzrə dəyişmə qradiyenti müxtəlifdir və onun
qiyməti hündürlük artdıqca azalır.
T = 2266,5H
-0,7493
R
2
= 0,87
5
7
9
11
13
15
17
19
21
23
500
700
900
1100
1300
1500
1700
1900
H, m
T,
0
C
Şəkil 1. Orta çoxillik temperatur qiymətlərinin ərazidə şaquli paylanması
Şəkil 1-dən də göründüyü kimi, nisbətən aşağı hündürlüklərdə tempüraturun
şaquli olaraq dəyişməsi daha intensiv müşahidə olunur və burada dəyişmə
qradiyentinin qiyməti daha yüksəkdir. Məsələn, əgər 500-700 m yüksəkliklərdə
dəyişmə qradiyentinin qiyməti 1,8
0
C/100 m təşkil edirsə, daha yüksək ərazilərə
qalxdıqca temperatur qradiyentinin qiyməti azalaraq 900-1100 metr hündürlüklərdə
1,1
0
C/100 m, 1500-1700, yüksəkliklərdə isə 0,4
0
C/100 m təşkil etməkdədir.
Müşahidə sıralarının nisbətən qısa olmasına baxmayaraq, temperaturun
hündürlükdən asılılığını göstərən qrafikdə əyridən kəskin yayınmalar müşahidə
edilmir və əlaqənin sıxlığı kifayət qədər yüksəkdir.
Yuxarıda qeyd olunduğu kimi temperaturun şaquli paylanma
qanunauyğunlauqları axıma çox ciddi təsir edən amillərdən biri olub, həm axımın il
KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ
90
ərzində paylanmasına, həm də kəmiyyət baxımından dəyişməsinə çox ciddi təsir
göstərən əsas amillərdəndir. Bu da öz növbəsində qış vaxtı may hövzələrində qar
örtüyünün yığılmasına və həm də gursulu dövr axımının məhz yaz aylarında
keçməsinə səbəb olan əsas amil kimi xarakterizə oluna bilər.
Orta çoxillik atmosfer yağıntıları cəminin ərazidə paylanması daha mürəkkəb
xüsusiyyətlərə malikdir. Belə ki, əgər temperaturun şaquli paylanmasında açıq
qanunauyğunluq, hündürlükdən asılı olaraq azalma müşahidə edilirsə, digər iki
məntəqədə paylanma xüsusiyyətləri daha mürəkkəb amillərin təsirilə
formalaşdığından atmosfer yağıntılarının hər hansı bir qanunauyğunluq üzrə şaquli
paylanması müşahidə olunmur.
Qərbi Azərbaycan bölgəsində atmosfer yağıntılarının paylanmasında əsas
qanunauyğunluq hündürlükdən asılı olaraq artmadır ki, bunun da dəyişmə
qradiyentı demək olar ki, bütün regionda eyni olub 40-60 mm/100 m təşkil edir.
Onu da qeyd etmək lazımdır ki, bu dəyişmə hündürlük artdıqca bir qədər çoxalır.
Digər iki rayonda orta çoxillik atmosfer yağıntıları cəminin hündürlüyə görə
paylanmasında elə bir ciddi qanunauyğunluq müşahidə olunmur və yağıntıların
qiymətləri müxtəlif hündürlüyə malik rayonlarda müxtəlifdir və bu halın müşahidə
olunması həmin iki rayon üçün hər hansı bir ümumiləşdirmələr aparılmasını
çətinləşdirir. (şəkil 3). Məsələn, Ərdəbil bölgəsində eyni mütləq hündürlüyə (1680
m) malik olan Bileh və Jəfərlo məntəqələrində orta çoxillik yağıntı layının
qiymətləri arasında kəskin fərq vardır. Belə ki, Bileh məntəqəsində yağıntı layının
orta çoxillik qiyməti Cəfərlidə 276 mm, Biləh məntəqəsində isə 390 mm-dir.
Bundan başqa mütləq hündürlüyü 1590 m olan Ərdəbil Kalor meteoroloji
stansiyasında atmosfer yağıntılarının orta çoxillik layı 517 mm-dir ki, bu da adı
şıkilən məntəqələrin qiymətləri ilə müqayisədə xeyli çoxdur.
P = 124,45e
0,0007H
R
2
= 0,93
100
150
200
250
300
350
400
450
500
400
600
800
1000
1200
1400
1600
1800
2000
H, m
P, mm
Şəkil 2. Qərbi Azərbaycanda orta çoxillik atmosfer yağıntılarının
hündürlükdən asılı olaraq dəyişməsi
KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ
91
Eyni sözləri Şərqi Azərbaycan bölgəsinə də aid etmək olar. Qeyd etmək
lazımdır ki, Ərdəbil məntəqəsi ilə müqayisədə bu ərazidə atmosfer yağıntılarının
hündürlüyə görə paylanması daha mürəkkəb xarakterə malikdir və buna görə da
şaquli paylanma üçün hər hansı bir müqayisə və ümumiləşdirmə aparmaq, və bu
paylanmalarda qanunauyğunluq aşkarlamaq mümkünsüzdür. Məsələn, mütləq
hündürlükləri 1800-2000 m olan məntəqələrdə yağıntı layı çox böyük intervalda,
210-470 mm arasında dəyişir. Eyni zamanda 300-350 mm-lik qiymətlərə malik
olan müşahidə məntəqələrinin hündürlüyü çox böyük intervallarda 1350-2000 m
intervallarda yerləşən müşahidə məntəqələrində müşahidə oluna bilər.
P = 149,94e
0,0005H
R
2
= 0,34
240
260
280
300
320
340
360
380
400
1000
1100
1200
1300
1400
1500
1600
1700
1800
1900
H, m
P,
mm
Şəkil 3. Şərqi Azərbaycanda orta çoxillik atmosfer yağıntılarının
hündürlükdən asılı olaraq dəyişməsi
Şərqi Azərbaycan ərazisində ayrı-ayrı məntəqələrdə orta yağıntı layları
qiymətlərinin region üçün xarakter olamayan və ümumi paylanmalardan kəskin
meyletmələrə malik olan bir neçə məntəqə vardır ki, bu məntəqələrdə də yerli
amillərin təsiri daha cüclü təzahür etməkdədir. Məsələn mütləq hündürlüyü Guşuçi
məntəqəsində yağıntıların orta qiyməti 210 mm-dir. Onu da qey edək ki, digər
ərazilər üçün oxçar qiymət 1200-1300 m hündürlükdə müşahidə olunur.
Bütövlükdə götürsək, Ərdəbil və Şərqi Azərbaycan regionları üçün müşahidə
olunan qanunauyğunsuzluqları bir çox amillərin təsiri ilə izah etmək olar və bu
amillər aşağıdakılardır:
1. Ərazidə yerləşən məntəqələr əsasən ötən əsrin 70-ci illərindən sonra
fəaliyyətə başlamışlar və kifayət qədər uzun müşahidə sıralarına malik deyillər.
Nəticədə əksər sıralara görə hesablanmış orta qiymətlərin bu sıraların riyazı
gözləmələrindən kəskin fərqlənməsinə səbəb olmuşdur və bu da həmin sıraların
reprezentativ olmamasına səbəb olur.
KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ
92
2. Qərbi Azərbaycan istisna olmaqla, digə iki bölgədə məntəqələrə yerli
amillərin, xüsusilə relyefin təsiri çox güclüdür. Başqa sözlə, ayrı-ayrı ərazilərdə
yerləşən məntəqələr məkan baxımındanb biri-birinə çox yaxın olsalar da, yerli
iqlim amillərinin təsiri nəticəsində atmosfer yağıntılarının orta çoxillik qiymətləri
biri-birindən kəskin fərqlənir. Bu amillərə yamacların istiqaməti, forması, hava
kütlələrinin hərəkəti və s. aiddir.
3. Ərazi üzrə məntəqələrin sıxlığının az və məkan baxımından qeyri-
qənaətbəxş paylanması bir çox qanunauyğunluqların aşkarlanmasının qarşısını ala
bilər. Belə ki, bölgələr üzrə məntəqələrin sayının az olması ərazidə daha çox
rayonların ayrılmasına imkan vermir. Başqa sözlə konkret bir ərazidə bu və ya
digər iqlim ünsürünün ərazidə paylanması qanunauyğunluqlarının aşkarlanması
üçün mümkün qədər daha çox rayonun olması vacibdir. Lakin baxılan ərazi kifayət
qədət böyük olsa belə, məntəqələrin sayının azlığı onların ərazi baxımından daha
iri rayonlarda birləşdirilməsinə vadar edir ki, bu dah meteoroloji baxımdan çox
mürəkkəb olan belə ərazilər üçün yolverilməzdir.
Yağıntıların kəmiyyət baxımından ərazi üzrə paylanması da çox mürəkkəbdir.
Baxılan əraziyə düşən atymosfer yağıtılarının ən böyük qiyməti 890 mm olub
hündürlüyü 1980 m olan Gushoçi məntəqəsidir. Bu məntəqə Şərqi Azərbaycanın
şimal-şərq yamacı hissələrindədir və Xəzər dənizindən gələn hava kütlələrinin
təsirinə həssasdır.
Ümumiyətlə, temperaturun və atmosfer yağıtılarının ərazi üzrə paylanmasının
təhlili göstərir ki, havanın temperaturunun hündürlükdən asılı olaraq azalması
birmənalıdır. Yağıntılar isə hündürlükdən asılı olaraq artır. Lakin, bu artım bütün
ərazi üzrə eyni deyil və yerli amillərin təsirilə bir çox bölgələrdə güclü surətdə
pozulur.
QAYNAQLAR
1. Abbasov R.K., Smakhtin V.U. İntroducing ecological treshholds into water
withdrawal management Hydrolocial Sciences Journal, 2008 (accepted).
2. American Water Works Association (AWWA). 1997. Climate change and
water resources. Committee Report of the AWWA Public Advisory Forum. Journal
of the American Water Works Association, Vol. 89, No. 11
3. Eynollahi.G.M.Araz çayının İran ərazisi daxilində hidroqrafik və hidroloji
xüsusiyyətləri.Hidrometeorologiya və ətraf mühitin monitorinqi.No4-2007, səh.
186-195.
4. Eynollahi G.M.,Hüseyni M.V. Çaylarin axımına insan fəaliyyətinin
təsirinin qiymətləndirilməsi (İran ərazisi timsalında)/Bakı:Beynəlxalq elmi-praktiki
konfrans,2008,səh.132-134.
5. Əlizadə Əmin. Tətbiqi Hidrologiyanın üsulları. 12-ci nəşr, Firdovsi
Universiteti, Məşhəd, 2000. 622 s. (farsca).
Dostları ilə paylaş: |