8
4. Azərbaycan Milli Elmlər Akademiyası "Akademiya şəhərciyi"nin
ərazisində Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanası
üçün yeni binanın tikilməsi ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti
bu Sərəncamdan irəli
gələn məsələləri həll etsin.
6.Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 aprel 2007-ci il
9
“AZƏRBAYCAN RESPUBLİKASINDA 2009-2015-Cİ İLLƏRDƏ
ELMİN İNKİŞAFI ÜZRƏ MİLLİ STRATEGİYA”NIN VƏ
“AZƏRBAYCAN RESPUBLİKASINDA 2009-2015-Cİ İLLƏRDƏ
ELMİN İNKİŞAFI ÜZRƏ MİLLİ STRATEGİYANIN HƏYATA
KEÇİRİLMƏSİ İLƏ BAĞLI DÖVLƏT PROQRAMI”NIN TƏSDİQ
EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan elmində islahatların
aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında ” 2008-ci il
10 aprel tarixli 2756 nömrəli Sərəncamının 2-ci bəndinin icrasını təmin etmək
məqsədi ilə qərara alıram:
1.
“Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin
inkişafı üzrə Milli Strategiya” təsdiq edilsin.
2.
“Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin
inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət
Proqramı” təsdiq edilsin.
3.
Bu Sərəncamın 1-ci və 2-ci bəndlərində qeyd edilən Milli
Strategiyanın və Dövlət Proqramının həyata keçirilməsi üzrə
əlaqələndirici orqan Azərbaycan Milli Elmlər Akademiyası müəyyən
edilsin.
4.
Azərbaycan Respublikasının Nazirlər
Kabineti bu Sərəncamdan
irəli gələn məsələləri həll etsin.
5.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 may 2009-cu il.
10
KİTABXANAŞÜNASLIQ
Abuzər XƏLƏFOV
Əməkdar elm xadimi, BMT
yanında Beynəlxalq İnformasi-
yalaşdırma Akademiyasının
akademiki, tarix elmləri dokto-
ru, professor.
MÜSTƏQİLLİK İLLƏRİNDƏ ALİ KİTABXANAÇILIQ
TƏHSİLİNİN İNKİŞAFI
Müstəqilliyin ilk illərində ölkənin iqtisadi, siyasi, mədəni və mənəvi
həyatında baş verən və getdikcə dərinləşən böhran
və ziddiyyətlər təhsil
sistemini böyük çətinliklər qarşısında qoymuşdu. Müsavat və Xalq Cəbhəsi
cütlüyünün uğursuz siyasəti nəticəsində yaranmış iqtisadi çətinliklər, xaos, hərc
- mərclik, hökumətin həyata keçirdiyi düşünülməmiş tədbirlər ali məktəblərin,
o cümlədən Bakı Dövlət Universitetinin həyatında da güclü tənəzzülə səbəb
olmuşdu.
Maddi vəziyyət ağır olduğundan onlarla ali məktəb müəllimləri təhsil
sistemini tərk etmişdi. Yalnız 1993-cü ilin yayında Heydər Əliyevin xalqın
təkidi ilə ölkə rəhbərliyinə gəlməsi Azərbaycan təhsilini böhrandan xilas etdi.
Ulu öndər təhsil sisteminə müstəqil Azərbaycan quruculuğunun ayrılmaz tərkib
hissəsi kimi baxırdı.
Məhz buna görədir ki, dövlətin təhsil sahəsində həyata
keçirdiyi tədbirlər, təhsil sistemində yeni islahatların aparılması, dünyanın
qabaqcıl ölkələrinin təhsil sahəsindəki təcrübələrindən istifadə edilməsi ali
məktəblərin maddi - texniki bazasının möhkəmləndirilməsi, professor-müəllim
heyətinin və tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılması, ali məktəblərdə
demokratiyanın
gücləndirilməsi, yeni azərbaycançılıq ideyalarına, yeni dünya
baxışına, təfəkkür tərzinə söykənən dərsliklərin və dərs vəsaitlərinin yazılması
və s. tədbirlər müstəqil Azərbaycan təhsil sisteminin yaradılması və daha da
inkişafı üçün əlverişli şərait yaratdı.
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 34 illik fəaliyyəti dövründə
“xalqın milli sərvəti” hesab etdiyi Bakı Dövlət Universitetinə böyük diqqət və
qayğı göstərmişdi. Müstəqilliyin ilk illərində Heydər Əliyev universitetin
inkişafını təmin etmək, yeni şəraitdə fəaliyyətini canlandırmaq, tədris və
təhsilin keyfiyyətini yüksəltmək, maddi-texniki bazasını möhkəmləndirmək,
təhsil islahatının həyata keçirilməsi
işini sürətləndirmək, əməkdaşların sosial
11
problemlərini yaxşılaşdırmaq, universitet təhsilinin nüfuzunu artırmaq məqsədi
ilə ciddi tədbirlər həyata keçirməyə başladı.
Heydər Əliyevin sərəncamları ilə universitetin 75, 80 illik yubileyləri
keçirildi.
Heydər Əliyevin sərəncamları və tövsiyələri əsasında BDU-nun rəhbərliyi
yeni şəraitə uyğun olaraq təhsilin və tədrisin keyfiyyətini yüksəltmək
məqsədilə konsepsiya işləyib hazırladı. Keçən illər boyu bu konsepsiyanın
yerinə yetirilməsi uğurla davam etdirilmişdir. İndi böyük iftixar hissi ilə demək
olar ki, Bakı Dövlət Universiteti müstəqillik illərində böyük inkişaf yolu
keçmiş, dünyanın qabaqcıl universitetlərindən biri kimi şöhrət qazanmışdır.
Müstəqilliyin ilk illərində Bakı Dövlət Universitetinin Kitabxanaçılıq
fakültəsi də böyük çətinliklərlə üzləşdi. Fakültənin qəbul planı yarıbayarı
azaldı.
Tələbələrin yeni dərsliklər, dərs vəsaitləri, proqramlarla təmin edilməsi
işi olduqca çətinləşmişdi. Məlum olduğu kimi, SSRİ dövründə fakültə tədris
planlarını, kitabxanaşünaslıq və biblioqrafiyaya dair bütün fənn proqramlarını
Moskvadan alırdı. Moskva ilə əlaqə kəsildikdən sonra onları əldə etmək
olduqca çətinləşdi. Yaxın müddətdə hazırlanması böyük vaxt və səriştə tələb
edən belə vəsaitləri çap etmək və tələbələrin istifadəsinə vermək mümkün
deyildi. Bu da özlüyündə tədris prosesinin təşkilinə və onun keyfiyyətinin
yüksəlməsinə mənfi təsir göstərməyə bilməzdi.
Universitetdə aparılan yenidənqurma işləri
və islahatlar, əldə edilən uğurlar
fakültənin işinə də müsbət təsir göstərməyə, qəbul planı ilbəil artırılmağa
başlandı. Kafedraların kadr potensialı möhkəmləndi. Yüksək ixtisaslı müəllim
kadrları hazırlamaq üçün şərait yarandı.
Müstəqillik illərində fakültənin işinin yenidən qurulmasında, fakültə
kollektivinin universitetdə aparılan təhsil islahatlarına cəlb edilməsində fakültə
dekanlığının və ixtisas kafedralarının işi təqdirəlayiq olmuşdur. Müstəqilliyin
ilk illərində fakültə dekanı vəzifəsində Kitabxanaşünaslıq kafedrasının müdiri
prof. A.Xələfov işləmiş, 1993-1994-cü tədris ilindən
isə bu vəzifəni fakültənin
yetişdirməsi prof. X.İsmayılov tutmuşdur. O, indiyə qədər bu vəzifədə
müvəffəqiyyətlə fəaliyyət göstərməkdədir.
Müstəqilliyin ilk illərində fakültədə 4 kafedra- Kitabxanaşünaslıq,
Biblioqrafiyaşünaslıq, Kitabxana fondu və kataloqların təşkili və Kitabşünaslıq
kafedraları, 3 tədris laboratoriyası - Kitabxana işinin təşkili və idarə olunması,
Kitabxana fondu və kataloqların təşkili və Biblioqrafik axtarış sistemlərinin
təşkili laboratoriyaları fəaliyyət göstərirdi. Fakültədə 40 nəfərə yaxın
professor-müəllim və köməkçi texniki heyət çalışırdı.
Müstəqilliyin ilk illərində keçid dövrünün çətinlikləri ilə əlaqədar fakültəyə
tələbə qəbulu azalmağa başladı. 1995-ci ildə universitetin axşam şöbəsində
tələbə hazırlığından imtina etməsi ilə əlaqədar fakültənin axşam şöbəsi və
qiyabi rus bölməsi bağlandı. Bütün bunlar tələbə qəbuluna mənfi təsir göstərdi.