İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
22
Azlıq təşkil edən etnik qrupdan olan uşaqlar insan alverinə qarşı xüsusilə müdafiəsiz görünürlər, belə
ki, sosial ayrı-seçkilik və təcridolunma onların təhsilə, səhiyyəyə və məşğulluğa çıxış imkanına mane
olur. Uşaq əməyinin qəbul edilməsi, aşağı nikah yaşı və köçəri həyat tərzi kimi mədəni faktorlar da
uşaqların müdafiəsizliyinə şərait yaradır.
47
2.1.2 Gender
İnsan alveri, beynəlxalq hüquqi sənədlər, siyasi və beynəlxalq agentliklər, o cümlədən ATƏT
tərəfindən qəbul olunduğu kimi, genderyönümlü hadisədir. İnsan alveri dövrəsi bütövlükdə,
məsələn, təklifi yaradaraq tələbin gender ölçülərindən və qurbanları müdafiəsiz edən köklü
səbəblərdən başlayaraq gender yönümlü siyasət və insan alverinə qarşı institutsional tədbirlər, o
cümlədən qarşısını alma siyasətlərinə qədər yüksək genderləşmiş bir hadisədir.
AŞ Konvensiyasının 5(3)-ci maddədə deyilir:
“Hər bir iştirakçı tərəf insan hüquqlarına əsaslanan yanaşmanı təşviq etməli və 2-ci paraqrafda qeyd
olunan bütün siyasətlərin və proqramların işlənib hazırlanmasında, həyata keçirilməsində və
dəyərləndirilməsində gender məsələlərini və uşaqlara qarşı həssas yanaşmanı tətbiq etməlidirlər”.
UNIFEM
48
-in konsepsiya sənədində deyilir ki, “insan alveri, xüsusilə də qadın və uşaq alveri nəticə
etibarilə dünyada hökumətlərin və qeyri-hökumət təşkilatlarının gündəliyində duran mühüm bir
problemdir. Lakin belə görünür ki, bu problemin qarşısının alınması üçün əhəmiyyətli tədbirlər
görülməmişdir. Bu, müəyyən qədər konseptual ikili yanaşmalarla, perspektiv meyllərlə və problemi
həll etmək üçün planların, siyasətlərin və proqramların işlənib hazırlanmasında və həyata
keçirilməsində daha strateji düşünmək tələbinin mövcudluğu ilə izah olunur”.
Konsepsiya sənədində həmçinin deyilir ki, “insan alverinə dair üstün mövqe tutan fikirlərdə və
müdaxilələrdə, ilk olaraq qadınlara və qızlara diqqət yetirilsə də, gender məsələlərinə çox da önəm
verilmir. Bir çox belə təşəbbüslərdə kişilər və qadınlar arasında fərqlər və bərabərsizliklər təbii və
dəyişməz hesab edilərək ayrı-seçkiliyə yol verən gender stereotiplərini gücləndirir. Onlar qadınların
hərəkətlərinə və seçimlərinə qadağa qoymağa və ya bunları məhdudlaşdırmağa, onları nəzarət altına
almağa və ya mənəvi baxımdan dəyişdirməyə, bununla yanaşı çox vaxt da onları qorumaq niyyətində
olmağa meyllidir. Bütün bunlar qadınları səlahiyyətlərdən məhrum edir. Gender məsələlərinə
həssaslıqla yanaşılan insan hüquqlarına əsaslanan yanaşma etibarsız və ayrı-seçkiliyə yol verilən
məqamları aradan qaldıracaq və qadınları istismar olunmaq təhlükəsinə qarşı lazımi vasitələrlə təchiz
edəcəkdir”.
İnsan alverinə və istismarın müxtəlif formalarına qarşı zəiflik genderdən irəli gəlir. Qadınlar və qızlar
cinsi istismar, ev qulluğu və qayğı sahələri üçün insan alverinə məruz qaldıqları halda, kişilər və
oğlanlar xüsusən kənd təsərrüfatı, tikinti, mədən işləri və ya meşə təsərrüfatı yaxud da balıqçılıq
sahələrində məcburi əməyin qurbanlarına çevrilirlər. Bundan əlavə insan alverinin formasından və
genderdən asılı olaraq, insan alverinin qadınlar və kişilər üçün qısa
-
və uzunmüddətli fəsadları
müxtəlif ola bilər.
47
BM.I. 2006
Hüquq-mühafizə işçiləri üçün uşaq alveri ilə mübarizədə qabaqcıl təcrübələrə dair əyani vəsait
səh.27.
48
UNIFEM
Gender bərabərliyi, insan hüquqları və insan alveri: təhlil və fəaliyyət üçün çərçivə, səh.2.
İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
23
2015-ci il üçün Avrostatın
49
(Avropa Birliklərinin Statistika İdarəsi) Hesabatında
deyilir ki, “Həm qadın,
həm də kişi qurbanlar bir çox istismar məqsədləri üçün insan alverinə məruz qala bilərlər. Qeydə
alınmış bütün qadın qurbanların böyük əksəriyyəti (85%) cinsi istismar məqsədilə insan alverinə
məruz qalmışdır. Qeydə alınmış kişi qurbanlar arasında 64% əməyin istismarı məqsədilə insan
alverinə məruz qalmışdır. İstismarın müxtəlif növlərində də fərqli gender bölgüsünü görmək olar.
Cinsi istismarın qeydə alınmış qurbanlarını əsasən qadınlar (95%) təşkil etdiyi halda, əməyin
istismarının qeydə alınmış qurbanlarının əksəriyyəti kişilərdir (71%). Dilənçiliyə məcburetmə, uşaq
alveri və sairə kimi istismarın digər formalarında qadın qurbanlar 52% və qeydə alınmış
kişi qurbanlar
isə 38%
təşkil edir, 10%-nin isə cinsi məlum deyildir.”
İnsan Alverinin Aradan Qaldırılması üzrə Aİ Strategiyasında (2012 – 2016-cı illər) qeyd
olunur ki, insan
alverinin çox sayda müxtəlif formaları vardır və o, dəyişkən sosial-iqtisadi şərtlər altında artır
və onun
hədəfi müdafiəsiz vəziyyətlərdə olan qadınlar və kişilər, oğlanlar və qızlardır. Strategiyadakı əsas
prioritet məsələlərdən biri “İnsan alverinin qarşısını alma istiqamətində fəaliyyəti genişləndirməkdir”,
burada deyilir ki, “İnsanları insan alverinə qarşı müdafiəsiz edən köklü səbəbləri nəzərə almaqla bu
əməllərin qarşısını almaq istiqamətində fəaliyyət genişləndirilməlidir və bu səbəblərin aradan
qaldırılması Aİ-də və üçüncü ölkələrdə insan alverinin qarşısının alınmasının əsas aspekti olmalıdır”.
Aİ-nin 2011/36/EU nömrəli Direktivində vurğulanır ki, “itələmək və çəkmək” faktorları müvafiq
sahələrdən asılı olaraq qadınlar və və kişilər üçün, məsələn, cinsi istismar yaxud tikintidə iş, kənd
təsərrüfatı və ya ev köləliyi üçün əməyin istismarı məqsədilə insan alveri kimi müxtəlif ola bilər
”
. Bu,
bir daha genderin müdafiəsizliyə kömək edən faktorlardan biri olduğunu təsdiq edir.
ATƏT-in İnsan Alveri ilə Mübarizə üzrə Fəaliyyət Planının
50
IV, 3.3 bölməsində insan alverinin köklü
səbəblərini aradan qaldırmağa yönələn iqtisadi və sosial siyasətlərdə, gender bərabərliyi əsasında,
eyni işə görə eyni ödəniş almaq hüququnu və məşğulluq imkanlarında bərabərlik hüququnu təmin
etmək məqsədilə, məşğulluq sahəsində qadınlara qarşı ayrı-seçkiliyi aradan qaldırmaq üçün müvafiq
tədbirlərin görülməsi tövsiyə olunmuşdur”.
Bu, “ATƏT-in İnsan Alveri ilə Mübarizə üzrə Fəaliyyət Planına Əlavə: on il sonra”
51
adlı sənədlə daha
da gücləndirilmişdir. Bu sənədin “İnsan alverinin bütün formalarının qarşısının alınması” adlı III
Bölməsində, milli səviyyədəki orqanlara, məşğulluq sahəsində qadınlara qarşı ayrı-seçkiliyi aradan
qaldırmaq və kişilərə və qadınlara iqtisadi həyatda bərabər iştirak imkanını və sosial müdafiəyə
bərabər çıxış imkanını təmin etmək üçün əlavə tədbirlərin görülməsi tövsiyə olunmuşdur”.
2.2 İnsan alveri anlayışı
İnsan alverinin beynəlxalq səviyyədə qəbul edilmiş ilk anlayışı BMT-nin İnsan alverinin, xüsusən qadın
və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında Protokolunun
(2000-ci il) (BMT-nin İnsan Alverinə dair Protokolu) 3-cü maddəsində verilmişdir. Burada insan
alverinə belə anlayış verilir:
49
Avrostatın İnsan alverinə dair hesabatı, 2015-ci il, səh.11, https://ec.europa.eu/anti-
trafficking/publications/trafficking-human-beings-eurostat-2015-edition_en
50
ATƏT Qərarı No. 557
ATƏT-in İnsan Alveri ilə Mübarizə üzrə Fəaliyyət Planı, səh.8.
51
Daimi Şura tərəfindən PC.DEC/1107 nömrəli qərarla qəbul edilmiş və Kiyev Nazirlər Şurası tərəfindən 6
dekabr 2013-cü il tarixdə MC.DEC/07/13 nömrəli qərarla təsdiq edilmiş “ATƏT-in İnsan
Alveri ilə Mübarizə üzrə
Fəaliyyət Planına əlavə: on il sonra”.