E R M Ə N İ ( Y A D ) E L ( L İ ) N A Ğ I L L A R I
57
aşıqlara dastan yaradıcılığının daşıyıcıları kimi,
çox tez-tez müraciət
etmələri ilə əlaqədar bu, erməni plagiatının ayrıca bir mövzusudur.
İndi isə Azərbaycan dastanlarının süjetlərinin erməniləşdirilmə-
sinə aid konkret misallar gətirək və məşhur məhəbbət dastanlarından,
o cümlədən “Aşıq Qərib”dən başlayaq. Bu dastan hələ XIX əsrin əv-
vəllərində erməni əlifbasinda yazıya köçürülmüş, onun ən məşhur
erməni varianti isə Qars sakini erməni yazıçısı Atrpet tərəfindən ha-
zırlanmışdır. Burada orijinalın əsas süjeti saxlanılmışdır, belə ki,
tərcümə ilə yanaşı, şeirlərin əsli də göstərilmişdir. Keçən əsrin orta-
larından başlayaraq, bu dastan bir neçə dəfə erməni dilində nəşr olun-
muşdur. Dastanın qısa məzmunu əvvəlki fəsillərdə xatırlanan məşhur
Haqverdyan tərəfindən 1852-ci ildə Tiflisdə “Sayat-Nova” kitabında
verilmiş, elə həmin ildə oradaca dastan Q.Ter-Aleksandryanın “Tif-
lislilərin mənəvi həyatı” adlı kitabında
erməni dilində nəşr olunmuş-
dur. “Aşıq” Civani tərəfindən yenidən işlənmiş “Aşıq Qərib nağılı”
(mahnıları ilə birlikdə) 1887-ci ildə Aleksandropolda
işıq üzü gör-
müşdür. Buradaca A.Mxitaryanın tərcüməsində həmin dastanın 1904-
cü il nəşrini də xatırlatmaq yerinə düşər. Nəticədə Azərbaycan das-
tanları ilə bağlı qəribə metamorfozalar baş verirdi. Məsələn, erməni
“aşığı” Civaninin “işləməsində” “Aşıq Qərib” dastanını götürək. Bu-
rada Qəribin adı Arşak adı ilə dəyişdirilir, erməni həyatının və məişə-
tinin elementləri geniş şəkildə istifadə olunur, əhvalatın baş verdiyi
coğrafi məkanlar (Yerevan, Salk, Şirak və s.) saxtalaşdırılır. Əgər
orijinalda Qərib çətinliyə düşəndə müsəlmanların müqəddəs qüvvə-
lərinə müraciət edirsə, erməni plagiatında ermənilərə: Mkrtıça, Tate-
vosa, Qriqora, Gevorka, Movsesə və başqalarına müraciət olunur.
“Erməniləşdirilmiş” plagiatın sərhədi olmadığı üçün iş o yerə çatır ki,
Qərib ermənilərin Sərkis kilsəsində Şahsənəmlə evlənir. Dastanın
“erməniləşdirilmiş” variantında şəhərlərin və kəndlərin təsvirinə, ən
əsası onların əhalisinin (oxu: erməni) milli mənsubiyyətinə və hansı
məzhəbə (oxu: qriqorian məzhəbinə) qulluq
etməsinə daha çox diqqət
yetirilir. Qəribin, guya Arşakın atası-Məlik Abramdır, onun anası-
Arusik, Şahsənəmin atası –Hacı Saak, anası –Zarundur, bir sözlə, baş
qəhrəmanlar və digərləri erməni millətinin nümayəndələri kimi təq-
dim olunmuşdur.
K A M R A N İ M A N O V
58
Dastana erməni mifologiyası, məsələn, Gözəl Ara haqqında və s.
əfsanə daxil edilmişdir. Azərbaycanda və Türkiyədə yaranmış bu
dastan türk süjeti və motivi ilə erməni haşiyəsində bütün dünyaya bax
beləcə yayılmışdır.
İndi isə “Əsli və Kərəm” Azərbaycan məhəbbət dastanının mə-
nimsənilməsi və “erməniləşdirilməsi” üzərində dayanaq. Bu dastanı
hələ erməni əlifbasında yazıya köçürmüş Atrpet yazırdı: “Biz [ermə-
nilər] Kərəmi türklərlə (asərbaycanlılarla) və türkmənlərlə bərabər
sevirik. Atrpatakanın (Azərbaycanın) əyalətlərində, əsasən də, Xoy
və Urmiya sakinləri arasında, çətin ki, bu dastanın üç-dörd variantını
bilməyən türk (azərbaycanlı) tapılsın. Hamıda onun həm çap, həm də
əlyazma nüsxəsi vardır ...”. Daha sonra o qeyd edir ki, dastanı nəşrə
hazırlayarkən 1911-ci il türk (Azərbaycan) variantından, A.Mxitarya-
nın tərcüməsindən və aşıqların söyləmələrindən - ifasından istifadə
etmişdir.
“Biz Polisdə nəşr olunmuş dastanın türk variantındakı
şeirlərin təhrif olunmuş hissələrini düzəltdik...” və “biz Atrpatakanın
[Azərbaycanın] türk dilini onun şifahi formasında saxladıq, erməni
tərcüməsində isə Ararat dialektini əsas götürdük” (kursiv bizimdir).
Görək dastanın başına sonralar nələr gəldi. Beləliklə, dastanın
Civani (1888) tərəfindən tərcüməsi və nəşri vipasanların, yəni erməni
nağılçılarının anılmasından başlayır və bununla aydın şəkildə göstə-
rilir ki, dastanın motivləri ermənilərə uzaq keçmişdən məlum imiş,
çünki guya onlar vipasanların repertuarına daxil olub.
Nəşr olunmuş tərcümədə yerlərin adları “erməniləşdirilir”, əhva-
latlar erməni yaşayış yerlərinə köçürülür və orijinal toponimlərin əvə-
zinə erməni ekvivalentləri daxil edilir. Ermənilərə xas olan milli xü-
susiyyətlərin təsvirinə xüsusi diqqət yetirilir və Yerevan, Sebastiya
erməni şəhərləri kimi təsvir olunur. Dastan erməni mifologiyası, mə-
sələn, Van şəhəri ilə qatışdırılır, “erməniləşdirilmiş” Gəmiqaya dağı
Navameçk kimi verilir. Heç də təsadüfi olmayan Astxiq adı daxil
edilir. Baxmayaraq ki, bu ad assuriyalılara gedib çıxır, o, guya təmiz
erməni adı kimi Məryəmi
əvəz etməli idi. Axı erməni
mifologiya-
sında Astxiq Nuh peyğəmbərin qızıdır, həm də gözəllik və məhəbbət
ilahəsi kimi tanınır.
E R M Ə N İ ( Y A D ) E L ( L İ ) N A Ğ I L L A R I
59
Bir sözlə, təhriflər nəticəsində ən məşhur dastanlardan biri elə bir
görünüş alır ki, yayılarkən onu çox asanlıqla erməni folklor nümunəsi
kimi təqdim etmək olur. Digər dastanlar da yenidən işlənməyə, mə-
nimsənilməyə və “erməniləşdirmə”yə məruz qalmışdır.
Misal üçün, Civani və Mxitaryanın təqdimatında verilən “Şah
İsmayıl” dastanından o faktı göstərmək kifayətdir ki, şahın yenicə
doğulmuş oğlu tərbiyə olunmaq üçün Daniil Varjapetə verilir, o isə
uşağın adını Şah İsmayıl qoyur. Civani Şah İsmayılı erməni ilahəsi
Astxiqlə əlaqələndirir. Bunlara oxşar
çoxlu digər absurdlar da
vardır...
Sazainin səyi nəticəsində “Əmrah-Səlmi” qəhrəmanlıq dastanı ta-
mamilə “erməniləşdirilmişdir”. Biz yalnız qəhrəmanların adlarını-
Minas, Karapet, Sro və əhvalatların baş verdiyi bəzi coğrafi yerlərin
adlarını - Baxeş, Erçiş, Akans və s. göstərəcəyik, şübhəsiz ki, bütün
şərait və mühit erməni kökləri ilə bağlanır. Belə bir “erməniləşdiril-
miş” metamorfoza əfsanəvi “Məlik Şah” və “Tahir və Zöhrə xanım”
türk dastanlarını da gözləyirdi.
Bir sözlə, mədəni sərvətlərimizin mənimsənilməsi ardıcıl və
mərhələli şəkildə aparılırdı. Bu, praktiki olaraq, bütün dastanlarla baş
verirdi. Buna baxmayaraq, hörmətli oxucular, “Fərhad və Şirin” və
“Leyli və Məcnun” dastanlarının mənimsənilməsindən danışmaq is-
tərdik. İş burasındadır ki, bu dastanlar xüsusi növə aiddir - onlar
yazılı ədəbiyyatla və klassik irslə bağlıdır və məlum olduğu kimi,
onların ermənilərə heç bir aidiyyəti yoxdur. Hörmətli oxucular, hər
şeydən əvvəl bir neçə söz “Leyli və Məcnun” haqqında
demək istər-
dik. Onun tərcümə - işlənməsi, daha dəqiq desək, “erməniləşdiril-
məsi” dastanın türk - Azərbaycan variantı əsasında A.Mxutaryanın
cəhdlərinin nəticəsidir. Məlum olduğu kimi, bu dastanın kökləri
Şərqdə geniş yayılmış eyni adlı əfsanə ilə bağlıdır və əlbəttə ki, klas-
sik ədəbi poemalarla ilk növbədə, dahi Nizaminin “Leyli və Məcnun”
əsəri ilə zənginləşdirilmişdir. “Leyli və Məcnun” süjetinin başlanğıcı
qədim ərəb mənbələrindən götürülmüşdür və islamın yayılması ilə
əlaqədar, bu mövzu ərəb, türk və iran ədəbiyyatında, həmçinin bu
K A M R A N İ M A N O V
60
xalqların dastan folklor yaradıcılığı formasında geniş yayılmışdır.
Ancaq
yenə təkrar edirəm, bu mövzunun erməni yaradıcılığı ilə heç
bir əlaqəsi olmamışdır.
Məşhur şərqşünas Y. Bertelsə əsaslansaq, Nizami öz poemasını
yazarkən, yazılı mənbələrdən, yəni ədəbi ənənələrdən və dastançıla-
rın şifahi xalq ədəbiyyatından geniş istifadə etmişdir. Bununla da
dastan mövzusu böyük şairin irsi ilə sıx bağlıdır. Buna baxmayaraq
ermənilər bu dastanın da mənimsənilməsi və “erməniləşdirilmsi”nə
“yol” tapmışlar. Bəs necə? İş burasındadır ki, erməni tərcümələri-
yenidən işlənmələrin çoxunda “erməniləşdirmə”yə dünyagörmüş,
təcrübəli qoca Surp Sarkis adlı erməni obrazının daxil edilməsi ilə
nail olunur. Belə ki, Surp Sarkis “erməniləşdirilmiş” tərcümədə aşiq-
lərə bir-birindən məktub daşıyan vasitəçi rolunu oynayır. Ona öz fa-
ciəvi məhəbbətinin qəm və kədərini və s. izhar edə bilərsən. Bununla
da heç bir erməni kökü olmayan dastana erməni başlangıcının pərçim
edilməsinə nail olunur.
İndi isə “Fərhad və Şirin” dastanı haqqında.
Məlum olduğu kimi
“Fərhad və Şirin” dastanı Cənubi Qafqazda və Yaxın Şərqdə çox
geniş yayılmışdır. Dastan hələ 1910-cu ildə A. Mxitaryanın tərcümə-
sində nəşr edilmişdir. Sonra növbəti nəşr olmuşdur, lakin bu artıq tər-
cümə yox, yenidən işlənmə idi, daha dəqiq desək, obrazların, coğrafi
yerlərin adlarını dəyişdirməklə, bir sözlə, bu artıq işlənib hazırlanmış
vasitələrdən istifadə etməklə onu guya erməni başlanğıcına gətirib
çıxaran “erməniləşdirmə” idi. Bu nəşr CMA, yəni təxəllüs altında
nəşr olunmuşdur.
Xahiş edirəm, tərcüməçinin qısa çıxışının mahiyyətinə diqqət
yetirəsiniz:
«Vaxt gələcək, rəvayətlərin dastanlarda necə saxlanılma-
sı araşdırılacaq. Qeyd etmək lazımdır ki, beş əsr boyunca türklərin öz
xalq xanəndələri
olmamışdır, erməni aşıqları isə onlara şairlər, eləcə
də müğənnilər kimi əhəmiyyətli xidmət göstərmişlər. Məhz bu səbəb-
dən erməni aşıqlarının oxuduqlarının çoxu türklərin həyatı ilə heç bir
əlaqəsi olmayan qədim rəvayətlərin və dastanların tərcümələridir
(kursiv bizimdir).