ƏLİ FƏHMİ DÜNYASI
19
kəmli aktyor M.Dadaşovun Şeyx Nəsrullah roluna hazır-
lanmasında teatr kollektivinə kömək etmişdi.
Klassik ədəbiyyatla yanaşı Qurani-Kərimi də çox gö-
zəl olan Əli Fəhmi həm də hafiz idi. 1969-1970-ci illərdə
Qurani-Kərimin 7 cüzünü Azərbaycan dilinə tərcümə et-
mişdir.
1973-cü ildə C.Cabbarlı adına Azərbaycanfilm stu-
diyasına, “Nəsimi” filminə baş məsləhətçi kimi dəvət
olunmuş və R.Balayevin Nəsimi roluna hazırlanmasında
kollektivə kömək göstərmişdir. Nəsimiyə, Füzuliyə və
S.Ə.Şirvaniyə, klassik muğamlara və xalq musiqisinə həsr
olunan bir neçə qiymətli monoqrafiyanın və məqalənin
məllifidir. Ən önəmlisi isə tələbələrinin sevimlisi idi.
Məğrur insan olan Əli Fəhmi elmi adlar fəxri titullar al-
mağa qətiyyən təşəbbüs göstərməmiş, yalnız özünü xalqın
yaddaşına həkk etməklə kifayətlənmişdir. 1975-ci il martın
13-də vəfat etmiş, Bülbülə kənd qəbristanlığında torpağa
tapşırılmışdır. Əli Fəhmi olduqca hazırcavab, bilikli,
şərqşünas və dilçi alim idi. Hələ uşaqlıqdan ədəbiyyata,
poeziyaya göstərdiyi böyük maraq onu o vaxtlar
M.Müşfiqin təşkil etdiyi ədəbi dram dərrnəyinə gətirib çı-
xardır. Bilik və fərasətinə heyran olan M. Müşfiq ona Fəh-
mi ləqəbini verir.
Yeqzar Cəfərli
20
XATİRƏLƏRDƏ
YAŞAYAN ƏLİ FƏHMİ
Əli Fəhmi Bakının Sabunçu qəsəbəsində dünyəvi
elmlər sahəsində böyük biliyə malik, iti düşüncəsi olan,
Ələkbər Hacı Gəncəli oğlunun ailəsində anadan olmuş-
dur. Atası ona İmam Əlinin adını qoymuşdu. O, bütün
həyatı boyu İmam Əlinin adına layiq olduğunu sübut etdi.
İmam Əlinin elminə, Peyğəmbərimiz belə yüksək qiymət
vermişdi. Yəqin ki, valideynlərinin də ona Əli adı qoyması
elmin qapılarının onun üzünə açılması arzusundan
doğmuşdu. Kiçik yaşlarından elmə böyük marağı olan Əli
Fəhmi dərslərini oxumaqla yanaşı ərəb və fars dillərini də
öyrənir. Oğlu ilham Ələkbərov danışır: “Bir dəfə qışda
möhkəm qar yağırmış, yollarda hərəkət dayanmışdı. Ailə-
də və qohumların Əli bala deyə çağırdıqları Əli isə məktə-
bə tələsir. Valideynləri məktəbin bağlı olduğunu ona nə
qədər anlatsalar da, Əli bala təkidlə məktəbə getmək istəy-
ir. Belə olduqda atası ona qoşularaq qarı yara-yara məktə-
bə gedirlər. Əli qapının bağlı olduğunu görüb sakitləşir.
Deyirlər həmin gecə Əli məktəbi yuxuda görüb hövləng
oyanır”.
Əli Fəhmi və M. Müşfiq
Orta məktəbi müfəvvəqiyyətlə bitirən Əli Fəhmi
1935-ci ildə Bakı Tibb instutunun hazırlıq fakültəsinə qə-
bul olur. Burada M. Müşfiqin həyat yoldaşı Dilbər Xanım
Axundzadə ilə tanış olur. Dilbər xanım Əli Fəhminin klas-
ƏLİ FƏHMİ DÜNYASI
21
sik ədəbiyyata olan hədsiz marağını görüb onu Müşfiqlə
tanış edir. Əli Fəhmi şairin yaratdığı ədəbiyyat dərnəyin-
də yaxından iştirak edir. Bu hadisəni Dilbər Axundzadə
“Müşfiqli günlərim” kitabında belə xatırlayır. “1935-ci ildə
Bakı Tibb İnstutunun bir qrup tələbəsini M.Müşfiqin
görüşünə apardım. Əli Fəhmi Müşfiq üçün farsca yazdığı
bir şeirini oxudu. Şeirin tərcüməsi aşağıdakı kimi idi.
Çalışırdım sizi mən görmək üçün,
O şirin arzuma yetişdim bu gün.
Əli Fəhmi də öz növbəsində Müşfiqdən bir şeir oxu-
masını xahiş edir. Müşfiq isə sovet Azərbaycanının 15 il-
liyi münasibəti ilə yazdığı “Səhər” poemasından aşağıdakı
misraları oxuyur.
Qaşlardan-qaşlara süz romantikam.
Könül sularında üz romantikam.
Bu hadisəni Əli Fəhmi M.Müfiqin yubileyi ilə bağlı
1964-cü il iyunun 5-də Azərbaycan televiziyası ilə etdiyi
çıxışında belə xatırlayırdı: “Dilbər xanım mənim şer həvə-
skarı olduğumu, çoxlu şerlər əzbər bildiyimi Müşfiqə söy-
ləmişdi. Mən Müşfiqi görmək üçün tələsir, hətta dəqiqələ-
ri sayırdım. Çünki, mən Müşfiqi hələ şəxsən görməmiş-
dim. Lakin, onun şerlərinin vurğunu olub, onların çoxunu
əzbər bilirdim. Şerlərindəki coşqunluq, yüksək pafos və
əzəmət onu mənə nədənsə acıqlı, həmişə xəyala dalan, tə-
kəbbürlü bir simaya malik şəxsiyyət kimi xatırladırdı. Nə-
hayət, axşam çağı saat 5 radələrində qapı döyüldü. Dilbər
xanım Müşfiqin gəldiyini bildirib qapını açdı. Mən
gözümü qapıdan girən adama zilləmişdim. Gələnin
Müşfiqin olmağına əvvəlcə inanmadım. Çünki, onun zahi-
Yeqzar Cəfərli
22
ri görünüşü mən təsəvvür etdiyimin tamamilə əksinə idi.
Müşfiq qarabəniz, orta boylu, gülər üzlü, xoş sifətli, ol-
duqca təvəzökar olub, geyimi də özü kimi sadə idi. Mehri-
ban bir çöhrə ilə bizə yaxınlaşıb görüşdü. Dilbər xanım bi-
zi bir-bir ona təqdim etdi. Mən onun Fars dilinə aşina ol-
duğunu, Farsların məşhur klassikləri Firdovsi və Xəyya-
mın əsərlərinin tərcüməçisi olduğunu bildiyim üçün, ona
ilk görüşdə bir beyt farsca şer oxumağı qərara aldım.
Toqi bərabəri mənya xəyal dər nəzərəm,
Ki, mən be talei xod pərkib ni bərom.
(Yəni, mənim qarşımda sənmisən yoxsa bu bir xəyal-
dır ki, nəzərimdən keçir. Çünki mən öz taleyimdən belə
bir xoşbəxtliyi güman etmirdim). Müşfiqə mənim şer oxu-
mağım çox xoş gəldi. O, bizə həmin beytin mənasını izah
etdi, sözün və şer sənətinin qüdrəti haqqında söhbətlər et-
di. Məşhur klassiklərimizin hikmətli, aforistik şer parçala-
rından özünə məxsus bir ahənglə oxudu. Sonra məndən
Füzulinin şerlərindən bir qəzəl oxumağımı xahiş etdi.
Mən də oxudum. O gündən mən onunla dost oldum. Həf-
tənin çox günləri bir yerdə olurduq. O, məni çox vaxtı özü
ilə Yazıçılar ittifaqına da aparırdı, təzə yazdığı şerlərini
mənə oxutdurub qulaq asardı. Onların evində tez-tez şair-
lərin yığıncağı olardı, hamı hər şeydən əvvəl Müşfiqdən
şer oxumasını xahiş edərdi. Çünki, Müşfiq şeri adi adam-
lar kimi deyil, səlasət, axıcılıq, vəznə və sözlərdəki mənti-
qi və bədii vurğulara müvafiq məzmun və formanın tələb
etdiyi tərzdə xüsusi bir emosiya və intonasiya ilə oxuyur-
du.
Dostları ilə paylaş: |