istehsalçını daha çox məhsul vahidinə çəkilən xərclər - orta xərclər maraqlandırır.
Hər bir istehsalçı məhsul buraxılışının optimal həcmini və onlara çəkilən xərclərin
miqdarını bilmək üçün orta xərcləri hesablamalı olur. Satışdan əldə olunan gəlirin
həcmi bazar qiymətindən asılı olduğu üçün orta istehsal xərcləri ilə məhsulun bazar
qiyməti müqayisə edilir. Əgər orta istehsal xərcləri məhsulun bazar qiymətindən az
olduqda müəssisə mənfəətlə işləyir, məhsul buraxılışının optimal həcmi təmin
edilmiş olur. Orta xərclər məhsulun qiyməti və ya orta mənfəətlə müqayisə
edilərək müəssisənin gəlir əldə edib etməməsini müəyyən etmək olur.
Məlumdur ki, hər bir istehsal sahibi daim məhsul istehsalını artırmaqda marağlıdır. Bunun üçün isə
əlavə istehsal xərcləri lazım gəlir. Bu baxımdan əlavə xərclərin dinamikasınıın da öyrənilməsi vacibdir.
Əlavə xərclərin kəmiyyətinin dəyişilməsini izləmək üçün sonuncu məhsulun istehsalı ilə əlaqədar ümumi
xərclərdə baş verən dəyişikliklər nəzərə alınır. Yəni məhsul buraxılışının zəruri həcmini müəyyən etmək
üçün son xərc anlayışından istifadə olunur. Beləliklə, son xərc məhsul buraxılışının həcmi ilə müqayisədə
hər bir əlavə məhsul vahidinin istehsalına məsrəfləri əks etdirir. Firmaların son xərclərinin hesablanması
istehsalın optimal həcmini müəyyənləşdirməyə imkan verir. Yəni, firma maksimum mənfəət əldə etmək
üçün hansı həcmdə məhsul istehsal etməsini müəyyənləşdirir. Əgər bazar qiyməti məlumdursa, son
xərcləri onunla müqayisə etməklə istehsalın həcminin dəyişməsinin lazım olub-olmamasını müəyyən
etmək olar. Son xərclər bazar qiymətindən aşağı olduqda istehsalın həcmini artırmaq, yuxarı olduqda isə
istehsalı dayandırmaq lazım gəlir.
8.3. Daxili və xarici istehsal xərcləri.
İqtisadi ehtiyatların istehsala cəlb edilməsi baxımından daxili və xarici istehsal xərcləri
fərqləndirilir. Əmək ehtiyatlarına, xammala, yanacağa, enerjiyə, nəqliyyata və s. çəkilən xərclər firma
üçün kənar xərclərindən ibarət olub xarici xərclər adlanır. Firmanın özünəməxsus olan istehsal binaları,
sahibkar əməyi və s. daxili istehsal xərci kimi çıxış edir. Daxili xərclər üçün kənara pul xərclənmir. Bundan
başqa istehsal xərcləri uçot və iqtisadi üsulla qiymətləndirilir. Uçot üsulunda firmanın istifadı etdiyi bütün
ehtiyyatların alınmasına sərf edilən faktiki məsrəflər hesablanır. İqtisadi üsulda isə görünməyən
məsrəflər, yəni itirilmiş imkanlara görə xərclər (mümkün çoxsaylı variantların birindən istifadə zamanı
ortaya çıxan xərclər və gəlir) nəzərdə tutulur. İqtisadi nöqteyi nəzərdən sahibkarın əməyinə istehsal xərci
kimi baxılması bir fəaliyyət variantının seçilməsi isə digərinin itirlməsi deməkdir. Alternativ xərclər əldə
olunmamış və ya itirilmiş əmtəə və xidmərlərin qiymətliliyinə bərabərdir. Yəni ümumi xərclərlə itirilmiş
mənfəətə bərabərdir.
Qısamüddətli dövrdə sabit xərclər dəyişməz qaldığından istehsalın həcmini yalnız dəyişən xərclərə
təsir etməklə artırmaq olur. Uzunmüddətli dövrdə isə bütün xərclər dəyişən olur, yəni istehsal güclərinin
dəyişilməsinə imkan yaranır.
Uzunmüddət ərzində firma məhsul istehsalına başlayarkən əvvəlcədən özü üçün istehsalın həcmini
minimum xərclərlə müəyyənləşdirir. İstehsal amillərinin dəyişməsi firmanın fəaliyyət miqyasının
seçilməsinə səbəb olur ki, bu da miqyas effektidir. Əgər istehsalın artımı ilə orta xərclər azalarsa, miqyas
effekti müsbət, əksinə olduqda isə mənfi olur.
8.4. Mənfəətin məzmunu və məqsədi.
İstehsal xərclərinin daxili və xarici xərclərə ayrılması firmalarda mühasibat mənfəəti ilə iqtisadi
mənfəəti fərqləndirməyə imkan verir. Mühasibat mənfəəti (normal mənfəət) məhsulun reallaşmasından
əldə olunan puldan xarici xərcləri çıxmaqla hesablanır. İqtisadi mənfəət (xalis) məhsul satışından əldə
edilən puldan bütün istehsal xərclərini (daxili və xarici) çıxmaqla müəyyən edilir. O, normal mənfəətdən
əlavə alınmış xalis gəlirdir. Normal mənfəət istehsal xərclərinə daxil edilir, iqtisadi mənfəət isə bütün
təsərrüfat fəaliyyətinin nəticəsi olduğundan istehsal xərclərinə daxil olunmur. Xalis mənfəət
sahibkarların fəaliyyətini davam etdirməsi üçün əsas stimul, maraq rolunu oynayır.
Mənfəət hər bir firmanın təsərrüfat fəaliyyətinin ümumi göstəricisi olmaqla onun əsas daxili (təbii)
məqsədidir. Hər bir istehsalçı məhsul istehsalını və xidmətləri artırmaq vəzifəsini yerinə yetirərkən ilk
növbədə daha çox mənfəət götürmək məqsədini əsas götürür. Rəqabət şəraitində daha çox mənfəət
əldə etmək təsərrüfat fəaliyyətini möhkəmləndirməyə imkan verirr. Lakin mənfəət firmanın fəaliyyətinin
son nəticəsi deyil. Firmanın başlıca vəzifəsi istehsal xərclərinin aşağı salınması yolu ilə yüksək keyfiyyətli
və istehlak xassələrinə malik məhsul istehsal edilməsi və ictimai tələbatın ödənlməsidir.
8.5. Mənfəətin artmasına təsir göstərən amillər.
Mənfəət hər bir təsərrüfat sahəsinin, bütövlükdə iqtisadiyyatın əsas səmərəlilik göstəricisi,
məqsədi və hərəktverici qüvvəsidir.
Mənfəətin artırılmasına bir çox amillər təsir göstərir ki, bunlardan əsasları aşağıdakılardır:
1) məhsul buraxılışının artımı;
2) məhsulun keyfiyyətinin yüksəldilməsi;
3) əmək məhsuldarlığının artırılması istehsal xərclərinin aşağı salınması, ehtiyatlardan səmərəli
istifadə edilməsi;
4) elmi – texniki tərəqqinin nəaliyyətlərindən istifadə olunması;
5) istehsalın və əməyin təşkilinin təkmilləşdirilməsi;
6) iqtisadiyyatın səmərəli idarə edilməsi. Göstərilən bu amillərin hər birinin mənfəətin
artırılmasına təsiri izah olunmalıdır.
Firmaların istehsal məsrəflərin səmərəliliyini rentabellik göstəricisi müəyyən edir və bu mənfəətin
istehsal məsrəflərə olan nisbəti kimi hesablanır. İstehsalın rentabelliyi isə mənfəətin əsas və dövriyyə
fondlarının orta illik dəyərinə nisbət ilə ölçülür. Deməli resurslardan istifadənin səmərəliliyi onların
məhsuldarlığından asılı olaraq dəyişir.
Mövzu 9 Rəqabət şəraitində firmanın davranışı.
9.1. Təkmil rəqabət bazarının fəaliyyət xüsusiyyətləri.
Tякмил рягабятли базарын фяалиййят эюстярмяси цчцн бир сыра шяртлярин йериня йетирилмясини тяляб
едир: