edilməlidir. Beləliklə, yaxşı və orta torpaqlardan pis torpaqlara nisbətən əlavə xalis gəlir
götürülür ki, bu da torpaq rentasını təşkil edir.
3. Torpaq rentasının formaları
Qeyd etmək lazımdır ki, torpaq rentasının əsas forması diferensial rentadır.
Diferensial renta yaranma mənbəyinə görə I və II diferensial rentaya ayrılır. I diferensial rentanın
ə
mələ gəlməsinin şərti yaxşı və orta torpaqların münbitliyi və onların bazara yaxın-uzaqlığıdırsa,
II diferensial renta isə pis torpaq sahələrinə əlavə kapital qoyuluşu nəticəsində yaranır. Bundan
başqa (torpaq mülkiyyətiçisinin gəliri) mütləq renta, inhisar (nadir keyfiyyətə malik olan
məhsulun inhisar qiyməti), tikinti sahələri üçün renta (bina və qurğıların tikintisindən əldə
olunan renta), ekoloji renta (yaxşı ekoloji şəraitə malik olan sahədən istfiadə hüququna görə),
kvazi renta (aqrotexniki təkmilləşmələr nəticəsində əldə olunan gəlir) və s. formalar vardır.
Müaisir iqtisadi ədəbiyyatda iqtisadi renta anlayışından da istifadə edilir. qtisadi renta məhdud
torpaqların və digər təbii ehtiyatların istifadəsinə görə ödənilən qiymətdir. Bu torpağa olan tələb
və təklifdən asılı olaraq müəyyənləşdirilir. Məhz torpağın və digər təbii ehtiyatların təsbit
olunmuş kəmiyyətləri renta tədiyyələrini əmək haqqından, faizdən və mənfəətdən fərqləndirir.
Torpaq_bazarı_v_ə_torpa_ğın_qiym_əti'>4. Torpaq bazarı və torpağın qiyməti
Bazar iqtisadiyyatı şəraitində torpaq da alqı-satqı obyekti olur və o torpaq bazarındakı
tələb və təklifdən asılı olaraq alınıb satılır. Torpağın harada istifadə olunmasından asılı
olmayaraq onun təklifi həmişə qeyri-elalastikdir. Mövcud torpaq sahəsi daxilində torpağın
suvarılması, irriqasiyası, drenajı onun keyfiyyətini artırır, miqdarı isə dəyişməz qalır. Torpağm
təklifinin dəyişməməsi göstərir ki, rentanı müəyyən edən yeganə amil torpağa olan tələbdir.
Torpağa olan tələbi müəyyən edən amillər torpaqda_yetişən məhsulun qiyməti və torpağın
məhsuldarlığıdır. Torpaq mülkiyyət obyekti kimi alınıb-satılır, onun qiyməti tələblə müəyyən
olunur. Torpağa olan tələblə onun təklifi torpağın bazar qiymətini, yəni rentanı yaradır.
Torpaq rentası
Torpağın kəmiyyəti
D1-D2-D3 - torpaqda olan tələb
S- torpağın təklifi
B1-B2-B3- tarazlıq vəziyyəti
B- torpaq rentası
Torpaq sahibi torpağa qiymət qoyarkən torpağın gətirdiyi rentanı nəzərə alır. Həmçinin
torpağın qiyməti borc faizi dərəcəsindən də asılıdır.
Torpağ ın qiymə ti = rentanın hə cmi/Borc faizinin də rə cə si*100%
5. Aqrar sə naye kompleksi və aqrobiznes
Bazar iqtisadiyyatı şəraitində aqrar münasibətlər torpaq üzərində mülkiyyət
formalarından asılı olaraq formalaşır. Müxtəlif dövrlərdə təsərrüfat formalarına: icma təsərrüfatı,
feodal, kollektiv kəndli təsərrüfatı, fərdi kəndli təsərrüfatları şəxsi həyatını təsərrüfatlar, dövlət
təsərrüfatı və fermer təsərrüfatı daxil olmuşdur. Müasir dövrdə elmin və texnikanın
nəaliyyətlərinin kənd təsərrüfatında tətbiq olunması nəticəsində kənddə istehsalın təşkilinin yeni
forması aqrar-sənaye kompleksləri yaranmışdır. Aqrar sənaye kompleksinə kənd təsərrüfatı ilə
sənayenin vəhdəti kimi, başqa sözlə kənd təsərrüfatı istehsalının sənaye əsasları üzərində
qurulmasını nəzərdə tutur.
Bura kənd təsərrüfatına texniki xidmətini həyata keçirən sənaye sahələri, kənd
təsərrüfatı məhsullarının istehlakçılara çatdırılması ilə məşğul olan sahələr və bu sahələrin
infrastruktur şəbəkəsi daxildir. ri şirkətlərin kənd təsərrüfat ıistehsalında birbaşa təsərrüfatçılıq
etməsi aqrobiznes adlanır. Son dövrlərdə iri şirkətlər kənd təsərrüfatı istehsalının təşkilatçılarına
və idarəedicilərinə çevrilməklə biznes fəaliyyəti aparırlar. Bazar iqtsiadiyyatı şəraitində
aqrobiznes kənd təsərrüfatının zəruri resurslarla təmin eidlməsi,məhsulların istehsalı, emalı və
bölgüsü ilə bağlı əməliyyatların həyata keçirilməsi tədbirlərinin spesifik formasıdır. Son
dövrlərdə Azərbaycanda həyata keçirilən aqrar siyasət regionlar üzrə ASK-nın inkişaf
etdirilməsinə, onun infrastrukturunun formalaşmasına, əkinçilik və heyvandarlıq məhsulları daha
çox fikir verilməsinə, kəndli-fermer təsərrüfatlarının inkişafına, aqrobiznesin səmərəli və
dinamik inkişafına yönəldilmişdir.
Mövzu 14: Sahibkarlıq fəaliyyəti
1.
Sahibkarlıq fə aliyyə tinin mə zmunu və ona dair baxış lar
Sahibkarlıq fəaliyyəti mənfəət əldə etmək məqsədi ilə bütün təsərrüfat fəaliyyətləri üzrə
həyata keçirilən təşəbbüskarlıq fəaliyyətidir. Sahibkarlıq fəaliyyəti müxtəlif məhsul və xidmətlər
yaratmaq üçün istehsal amillərinin əlaqələndirilməsində xüsusi qabiliyyət, bazardakı
dəyişikliklərə uyğunlaşmaq bacarığı, faydalı fəaliyyət sahələrini seçə bilmək təşəbbüsü,
müəyyən çətin anlarda ağıllı risk etmək qabiliyyəti kimi başa düşülür. Sahibkarlıq fəaliyyəti
bazar iqtisadiyyatının meydana gəlməsi ilə eyni vaxtda yaranmışdır. Onun mövcud olması və
inkişafı üçün sahibkarın iqtisadi cəhətdən azad olması, müəyyən mülkiyyət sahibi olması və
ə
mtəə-pul münasibətlərinin və bazar mühitinin mövcudluğu əsas şərtlərdir.
Sahibkarlıq fəaliyyəti haqqında ilk təlim ingilis iqtisadçısı V.Kantilyon (XVIII əsr)
tərəfindən yaradılmışdır. O, sahibkarı tələblə təklif arasında uyğunluq yaradan bir şəxs kimi
göstərilmişdir. A.Smit (XVII) «Görünməz əl» nəzəriyyəsində şəxsi mənafeyi naminə çalışan
insanları sahibkar adlandırmışdır. A.Marşall ilk dəfə olaraq sahibkarlıq qabiliyyətini dördüncü
amil kimi qəbul etmişdir. Avstriya iqtisadçısı Y.Şumpeter (XIX) isə sahibkarı yenilikçi
adlandırmışdır.
2. Sahibkarlıq fə aliyyə tinin mə qsə di
Məlumdur ki, sahibkarlıq fəaliyyətinin qarşısında duran başlıca məqsəd mənfəət əldə
etməkdir. Buna görə də sahibkar mənfəətin aşagı səviyyəsində bazarda mövqeyini qoruyub
saxlamağa, mövcud fəaliyyətini təmin etməyə çalışır. Mənfəətin yüksək səviyyəsi isə öz
fəaliyyət dairəsini genişləndirməyə, məhsul istehsalı və satışını daha da artırmaqla daha çox gəlir
ə
ldə etməyə imkan verir.
Digər torofdon sahibkarlıq fəaliyyəti səmərəli təsərrüfatçılıq tipidir. Belə ki, sahibkar
daha çox mənfəət əldə etmək üçün elmi-texniki tərəqqinin yeniliklərindən, mütərəqqi əmək
üsullarından və sairədən istifadə edərək ozünün iqtisadi fəaliyyətini daha səmərəli həyata
keçirməyə çalışır. Üçüncü tərəfdən sahibkarlıq mütərəqqi iqtisadi təfəkkürdür. Belə ki,
mütərəqqi iqtisadi təfəkkürlü sahibkar dövrün tələbatına uyğuır məhsul və xidmətlər istehsal
edir, daha mütərəqqi üsullarla xidmət göstərir, ictimai həyatın müxtəlif sahələrində ciddi qənaət
rejiminə riayət edir, ətraf mühitin qorunınasına çalışır və s.
Sahibkarlıq fəaliyyətinin zəruri şərti iqtisadi azadlığın olmasıdır. qtisadi azadlıq
dedikdə insanın malik olduğu iqtisadi resurslar (kapital, iş quvvəsi, toıpaq), habelə istehsal
olunmuş məhsullar üzərində sərbəst sürətdə sərəncam vermək azadlığı nəzərdə tutulur. Onu da
qeyd etmək lazımdır ki, iqtisadi azadlıq sonsuz deyildir. Belə ki, bir tərəfdən mülkiyyət sahibi
malik olduğu kapital resurslarından istifadə edərək məhsul və xidmətlər istehsal etmək və sairə
kimi iqtisadi fəaliyyət göstərməkdə müstəqildir. Digər tərəfdən sahibkarlıq subyektləri cəmiyyət,
digər sahibkar, işçilər və sairə qarşısında müəyyən məsuliyyət daşıyırlar. Deməli, sahibkar
müəyyən hüquq və vəzifələri yerinə yetirməklə iqtisadi azadlığın reallaşmasını təmin edir.
3.
Sahibkarlıq fə aliyyə tinin hüquq və və zifə lə ri
Sahibkarın, sahibkarlıq subyektinin hüqııqları aşağıdakılardır:
-firma (müəssisə) açmaq və onun idarə olunmasmda iştirak etmək;
-başqa firmaların fəaliyyətində sərəncamında olan əmlakla iştirak etmək;
-işçiləri işə qəbul etmək və işdən azad etmək;
-işçilərin əməyinin ödənilməsinin forma və sistemlərini müəyyən etmək;
-öz məhsulları və xidmətləri üçün qiymətləri (tarifjəri) müəyyən etmək;
-digər subyeklərlə əlaqələri həyata keçirmək üçün bankda hesab açmaq;
-sahibkaıiıq fəaliyyətindən əldə edilən mənfəətdən səbəst istifadə etmək və sairə.
Sahibkarın vəzifələri isə əsasən aşağıdakılardır:
-qüvvədə olan qanunvericilikdən və bağladığı müqavi-"ləbrdən irəli gələn bütün
vəzifələri yerinə yetirmək;
-işə qəbul olanlarla müqavilələr bağlamaq, onlara qaıımvericiliklə miiəyyən olunmuş
minimum səviyyədən az olmayaraq əmək haqqı ödəmək, onlara normal əmək şəraiti yaıatmaq;
-istehsal olunmuş əmtəələri markalaşdırmaq;
-antiinhisar qanunvericiliyinə riayət etmək;
-öz fəaliyyəti haqqında dövlət, statistika və maliyyə orqanlarına müəyyən edilmiş
formada hesabatlar vermək və sairə.
4. Sahibkarlıq fə aliyyə tinin formaları
qtisadi ədəbiyyatda sahibkarlıq müxtəlif meyarlar baxımından təsnifləşdirilir:
1. Mülkiyyətə görə: fərdi, qrup, dövlət, qarışıq;
2.
Fəaliyyətin həcminə görə: kiçik, orta, iri;
3. Fəaliyyət sahəsinə görə:sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti və s.
4. Fəaliyyətin xarakterinə görə: istehsal, kommersiya, xidmət;
5. Əhatə etdiyi əraziyə görə: yerli, regional, beynəlxalq;
6. nnovasiya sahibkarlığı - sahibkarlığın bu formaları ayrı-ayrı təsərrüfatlarda
texnoloji yenilikləri tətbiq etməklə maşın və avadanlıqlar quraşdırmaqla və sairə ilə
məşğul olur.
5.
Sahibkarlıq fə aliyyə ti haqqında Azə rbaycan Respublikasının qanunu
Bazar iqtisadiyyatına keçidlə əlaqədar Azərbaycanda həyata keçirilən iqtisadi
islahatların əsas istiqamətlərindən biri də sahibkarlıq fəaliyyətinin formalaşması və inkişaf
etdirilməsidir. Bu məqsədlə dövlət mülkiyyətinin özəlləşdirilməsi və iqtisadiyyatın
liberallaşdırılması ilə yanaşı "Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasmın
Qanunu
u
da qəbul edilmişdir. Bu qanunda sahibkarlığın mahiyyəti, prinsipləri, sahibkarlıq
subyeklərinin hüquq və vəzifələri, sahibkarlığm dövlət tərəfindən müdafiə və təqdir
olumasının forma və üsulları, sahibkarlığın dövlət orqanları ilə qarşılıqlı münasibətləri və
s. müəyyən edilmişdir.
Qanunda göstərilir ki, sahibkarlıq fəaliyyəti fiziki şəxslərin, onlann
biıiiklərinin, habelə hüquqi şəxslərin mənfəət və ya şəxsi gəlir əldə etmək məqsədilə
özlərinin cavabdehliyi və ya əmlak məsuliyyəti ilə, yaxud digər hüquqi və ya fiziki
şə
xslərin adından qanunvericiliklə qadağan edilməyən təsərrüfat fəaliyyətinin bütün növləri,
o cümlədən məhsul istehsalı, satışı və xidmətlər göstərilməsi formasında həyata
keçirdikləri müstəqil təşəbbüskaıiıq fəaliyyətidir.
Mövzu 15: Mikroiqtisadi tə nzimlə mə mexanizmi
1. Mikroiqtisadi tə nzimlə mə nin mə zmunu
Bazar iqtisadiyyatının əsas subyekti olan firma özünün fəaliyyətində digər subyektlərlə
iqtisadi və digər əlaqələrə
girirlər və bu əlaqələr getdikcə çoxalır və mürəkkəbləşir. Belə şəraitdə
firmanın bazarda davranışı mikroiqtisadi tənzimləmə mexanizmi vasitəsilə həyata keçirilir.
Mikroiqtisadi tənzimləmə firma kollektivinin fəaliyyətinin qoyulan məqsədə çatmaq
istiqamətinə yönəldilməsidir. Bazar sistemində firmanın fəaliyyətini bazar tənzimləyir, ona
dövlətin müdaxiləsi minimum səviyyədə olur. Firma öz məqsədlərindən kənarlaşdığı halda
dövlət onun fəaliyyətinə müdaxilə edir. Mikroiqtisadi tənzimləmədə bir tərəfdən firma öz
məqsədinə çatır, maksimum mənfəət əldə edir, digər tərəfdən isə əhalinin tələbatları ödənilir,
onların rifahı yüksəlir. Bundan başqa firma cari qısamüddətli dövrdə əvvəllər bağlanmış
müqavilələr və digər öhdəlikləri həyata keçirir. Uzunmüddətli dövrdə isə firma müxtəlif sahələr
üzrə yeni qərarlar qəbul edir, yüksək mənfəəti təmin edən tədbirləri həyata keçirir.
Firma öz fəaliyyətində təsərrüfat, iqtisadi, inzibati, hüquqi, mənəvi və psixoloji
vasitələri özündə əks etdirən strategiyanı həyata keçirir. Həmçinin öz məqsədini və imkanlarını
nəzərə alaraq strategiyanın müxtəlif variantlarını da müəyyən edir. Bunun tərkib hissələrindən
biri də maksimum mənfəəti, istehsalın səmərəliliyini təmin edən menecmentdir.
2.
stehsalın idarə edilmə sinin zə ruriliyi
Firmalar öz məqsədlərinə çatmaq üçün malik olduqları iqtisadi ehtiyatlardan səmərəli
istifadə edilməsi və bunun üçün istehsalın səmərəli idarə edilməsini bacarmalıdırlar. darəetmə
təcrübəsi kifayət qədər uzunmüddətli və dərin təkamül dövrü keçmişdir. Kapitalizmin
qərarlaşdığı ilk mərhələdə sahibkar mülkiyyətçi firmanı (müəssisəni) özü idarə edirdi. XIX əsrin
axırı və XX əsrin əvvəllərində istehsalın inkişafı və idarəetmə proseslərinin mürəkkəbləşməsi
onu xüsusi bilik və vərdiş tələb edən fəaliyyət dairəsi kimi ayırır. Artıq idarəetmə funksiyası
sahibkar mülkiyyətçidən ayrılıb, bu işi yaxşı bacaran peşəkar mütəxəssislərə həvalə edilir.
Həmçinin elmi-texniki inqilabın yeni nəaliyyətləri istehsalın təşkili və idarə edilməsində yem
ə
mək münasibətləri tələb edir. Buna müvafiq olaraq xüsusi idarəetmə elmi - menecerlik yaranır.
3. Menecmentin mahiyyə ti və nə zə ri ə saslrı
Menecment (management) ingilis sözü olub idarəetmə mənasında işlədilir. stehsalın
səmərəlililyini yüsəltmək və mənfəəti artırmaq üçün istehsalın səmərəli idarə edilməsi
menecmentin mahiyyətini ifadə edir. Başqa sözlə menecment dedikdə istehsalın idarə
olunmasının prinsip, metod və formaları haqqında nəzəri və praktiki biliklər sistemini başa
düşürük.
Amerika tədqiqatçısı F.Teylor «Elmi menecerliyin prinsipləri» adlı əsərlərində
menecment elminin nəzəri və metodoloji əsasını qoymuş, fransız mütəxəssisi A.Fayol isə
menecmentə sistemli baxmış onu funksional, operativ planlaşdırma, idarəetmə əlaqəliliyi və
təşkilə nəzarət əlamətlərinə əsasən təhlil etmişdir. Sonralar menecerlik nəzəriyyəsi daha da
təkmilləşmişdir. Xüsusilə də 80-cı illərdən başlayaraq strateji planlaşmadan strateji idarəetməyə
keçid daha aydın nəzərə çarpmağa başlamışdır.
4. Menecmentin fəfliyyət prinsipləri
Burada menecmentin fəaliyyəti prinsipləri kimi bazar mühiti şəraitində fəaliyyət
göstərən firmalarda sosial-iqtisadi proseslər menecerlər tərəfindən idarə olunur. Onlar firmanın
fəaliyyətlərini planlaşdırır, gələcək işlərini proqnozlaşdırır, uçot, təchizat, maliyyə işləri ilə
məşğul olurlar. Həmçinin firmanın texniki təchizatını təmin etmək menecerlərin funksiyasına
daxildir. Menecerlər təkcə müəssisənin fəaliyyətinə nəzarəti həyata keçirmir, eyni zamanda
firma kollektivinin sosial problemlərinin həllində də aktiv iştirak edir. Menecment idarəetmə
sistemi quruluş etibarı ilə üç əsas hissəyə ayrılır: istehsal menecmenti, maliyyə menecmenti və
bazar menecmenti (marketinq). Menecmentin bu növlərinin mahiyyəti aydınlaşdırılmalıdır.
5. Marketinq fəaliyyəti, marketinqin strategiyası və taktikası
Müasir sivilizasiyalı bazar iqtisadiyyatında firmaların iqtisadı inkişafının davamlı
xarakter alması və gəlirliyinin təmin olunması marketing fəaliyyətindən də asılıdır. Marketing
"bazarda fəaliyyət, bazarı öyrənmək" mənasını verir və satış fəaliyyəti ilə bağlı olan təşkilatı
idarəetmənin mürəkkəb mexanizmini idarə edir. Marketing bazarda satıla bilən, alıcıların
tələbatını ödəyən pfinsipinə əsaslanan fəaliyyətdır. Marketinqin məqsədi müəssisə və firmalarm
qısa və uzun müddət ərzində istehsalın səmərəli və gəlirliliyinin təmin olunmasıdır. Bu
məqsədə çatmaq üçün onun taktika və strategiyasının müəyyənləşdirilməsi xüsusi əhəmiyyət
kəsb edir. Marketinqin taktikası dedikdə cari dövr ərzində bazarda firmanın qısamüddətli
fəaliyyəti nəzərdə tutulur. Bu istehlakçılarla birbaşa əlaqənin yaranması, əmtəələrin çevik və
surətli hərəkəti, əmtəələrin tələbatlarla uzlaşdırılması və buna uyğun tədbirlərin həyata
keçirilməsi, satış yerlərində nümayəndə heyətinin iştirakının təmin edilməsi taktikalarıdır.
Marketinqin strategiyası isə firmanın uzunmüddətli fəaliyyət imkanarının təhlili nəzərdə tutulur.
Burada əsas diqqət məqsədin seçilməsinə, marketinq tədbirlərinin həyata keçirilməsinə və
onların üzərində nəzarətin təşkil edilməsinə verilir.
Marketing fəaliyyəti bazar seqmentlərin təhlilini, əmtəənin xassələrinin, tələb və
təklifinin qiymətinin səviyyəsinin ödənilməsi, bazar rəqabətinin təhlili, istehsal və satış
imkanlarının
qiymətləndirilməsi,
məhsulun
satış
kanallarının
və
formalarının
müəyyənləşdirilməsinin istiqamətlərində həyata keçirilir. Marketinq tədqiqatının yekun nəticəsi,
bazar konyukturasını və vəziyyətini əks etdirən informasiyaya əsaslanır.
Dostları ilə paylaş: |