Bəbəyin reaksiyası (A:III)
Goz almasının vəziyyəti və hərəkətliliyi (A:III)
Göz qapaqlarının, kirpiklərin, göz yaşı aparatının, orbitanın və sifətin müayinəsi
(A:III)
Göz dibinin müayinəsi (A:III)
Sikloplegiyadan sonra refraksiyanın təyini (A:III)
Müalicəyə göstərişlər
10 yaşa qədər uyğun müalicəni təmin etməli (A:III)
Xəstənin vizual, fiziki, sosial və psixoloji ehtiyaclarını, həmçinin xəstə üçün potensial
riski və faydanı nəzərə almaqla müalicəni təyin etməli (A:III)
Müalicədə əsas məqsəd fiksasiyanın əldə olunması və ya görmə itiliyinin
normallaşması olmalı (A:III)
Maksimal görmə itiliyi əldə olunduqda müalicənı saxlamalı (A:III)
Sonrakı müayinələr
Növbəti müraciətlər zamanı aşağıdakılar nəzərə alınmalıdır:
o
okkluziyalarin miqdarı və/və ya eynəkdən istifadə (A:III)
o
əlavə effektlər (dəri qaşınması, gözün qızarması, psixoloji diskomfort) (A:III)
o
hər bir gözun görmə itiliyi, və ya fiksasiyasının vəziyyəti (A:III)
o
ortoforiyanın vəziyyəti (A:III)
o
göstərişə uyğun sikloplegiyadan sora refraksiyanı təkrar təyin etməli (ən azı
ildə bir dəfə, lazım olduqda 4-6 aylıq intervalla) (A:III)
Aktiv müalicə dövründə müayinələrarası intervallar (A:III)
Yaş
Yüksək dərəcəli okkluziya
(oyaq vaxtın≥70%-i)
Zəif dərəcəli okkluziya
(oyaq vaxtın ≤70%),
və ya penalizasiya
Cari müalicə, və ya
müşahidə
0-1
Bir neçə gündən 4
həftəyədək
2-8 həftə
1-4 ay
1-2
2-8 həftə
2-4 ay
2-4 ay
2-3
3-12 həftə
2-4 ay
2-4 ay
3-4
4-16 həftə
2-6 ay
2-6 ay
4-5
4-16 həftə
2-6 ay
2-6 ay
5-7
6-16 həftə
2-6 ay
2-6 ay
7-9
8-16 həftə
3-6 ay
3-6 ay
9-dan
yuxarı
8-16 həftə
3-6 ay
3-6 ay
Xəstələrin maarifləndirilməsi
Diaqnozu, xəstəliyin ağırlıq dərəcəsini, proqnozunu və xəstənin müalicə planını
valideynləri və/və ya himayəsi altında olduğu şəxslər ilə müzakirə etməli (A:III)
Zahiri, psixoloji, sosial və iqtisadi faktorlar nəzərə alınmaqla, xəstə, onun valideynləri,
ailə üzvləri, və ya himayəsi altında olduğu şəxslər ilə yaxın münasibət qurmalı,
həmçinin onların xəstəliyi, müalicənin mahiyyəti və məqsədini, onun faydasını və verə
biləcək ağırlaşmlarını anladıqlarına əmin olmalı (A:III)
Valideynlər/himayəsi altında olduğu şəxslər ilə potensial psixoloji əlavə effektləri
müzakirə etməli (A:III)
Xəstəyə, valideynlərə/ himayəsi altında olan şəxslərə uzunmüddətli müşahidə və
müayinələrin vacibliyini izah etməli (A:III)
Bakterial keratitlər (İlkin müayinə)
(Qiymətləndirmə: A: Xüsusi ilə vacib, B: Vacib, C: Münasibdir, ancaq vacib deyil.
Dəlilin qüvvəsi:
I: Güclü, II: Zəruridir I olmadıqda, III: I və II olmadıqda mütəxəssis rəyi ilə
razılaşma )
İlkin subyektiv müayinə
Okulyar əlamətlər (A:III)
Simptomların başlanmasına ətraf mühit amillərinin təsiri (A:III)
Ə
vvələr keçirilmiş göz xəstəliklərinin anamnezi (A:III)
Sistem anamnez (A:III)
Cari istifadə olunan və təzəlikcə istifadəsinə başlanmış dərman vasitələri (A:III)
Dərman allergiyası (A:III)
İlkin obyektiv müayinə
Xəstənin ümumi görünüşü (B:III)
Sifətin müayinəsi (B:III)
Görmə itiliyi (A:III)
Göz qapaqları açıq və qapalı vəziyyətdə (A:III)
Konyunktiva (A:III)
Nasolakrimal aparat (B:III)
Buynuz qişanın hissiyyatı (A:III)
Yarıqlı lampa ilə biomikroskopiya
o
Göz qapaqlarının kənarı (A:III)
o
Konyunktiva (A:III)
o
Sklera (A:III)
o
Buynuz qişa (A:III)
o
Ön kamera (A:III)
o
Şüşəvarı cismin ön hissəsi (A:III)
Diaqnostik testlər
Müraciət etmiş xəstələrin əksəriyyətini yaxma götürmədən (bakterial kultura əldə
olunmadan) empirik müalicə etməli. (A:III)
Yaxma və bakterial kultura üçün göstərişlər:
o
Müalicəyə başlamazdan əvvəl mikrob mənşəli olmasına şübhə olan, görməyə
xətər yetirən və ya ağır dərəcəli keratitlər (A:III)
o
Buynuz qişanın dərin qatlarına doğru sirayət edən geniş korneal infiltratlar
(A:III)
o
Xroniki prosseslər (A:III)
o
Geniş spektrli antibiotiklərlə müalicəyə davamlı keratitlər (A:III)
o
Klinik əlamətlərinə əsasən göbələk, amöb və ya mikobakteriya mənşəli olması
təxmin edilən keratitlər (A:III)
Bakterial keratitlər zamanı meydana gələn hipopion adətən steril olur və mikrob mənşəli
endoftalmitlərə şübhə olmadıqda ön kamera mayesi və ya şüşəvari cisim müayinə üçün
götürülməməlidir (A:III)
Bakterial kulturanın məhsuldarlığını artırmaq məqsədi ilə buynuz qişadan götürülən
qaşıntı və ya yaxma birbaşa münasib qidalı mühitə əkilməlidir. (A:III) Əgər bu mümkün
deyilsə, nümunələri transport qidalı mühitlərə əkməli. (A:III) Əks təqdirdə yubanmadan
onları inkubatora yerləşdirməli, və ya laboratoriyaya göndərməli. (A:III)
Müalicəyə göstərişlər
Ə
ksər hallarda antibiotik damcılarla həyata keçirilən müalicəyə üstünlük verilir (A:III)
Bakterial keratitlərə şübhə olduqda empirik müalicə kimi geniş spektrli antibiotik
damcılardan istifadə etməli (A:III)
Ağır keratitlər ( dərin stromal zədələnmə, və ya ölçüsü 2 mm-dən artıq olan defektlər)
zamanı birinci saat müddətində zərbə dozası olaraq hər 5-15 dəqiqə müddətində,
sonra isə 15 dəqiqədən bir olmaqla damcıları davam etməli. Orta ağır keratitlər üçün
damcıların istifadə rejiminin tezliyi uyğun qaydada azaldılmalıdır. (A:III)
Gonokok mənşəli keratitlər zamanı sistem müalicə həyata keçirməli (A:III)
Ə
gər 48 saat müddətində yaxşılaşma və ya stabilləşmə olmazsa, ilkin terapiyanı
dəyişməli (A:III)
Damcı şəkilli kortikosteroidlərlə müalicə olunan xəstələrdə bakterial keratitə şübhə
olarsa, kortikosteroidləri azaltmalı və ya saxlamalı (A:III)
Buynuz qişada olan infiltrat görmə oxu üzərində olarsa, ən azı 2-3 gün müddətində
antibiotiklərin istifadəsi artırılmaq şərti ilə müalicəyə damcı şəkilli kortikosteroidləri
ə
lavə etmək olar.Damcı şəkilli antibiotikləri tədricən azaltmaq şərti ilə yüksək dozada
istifadə etməyi davam etməli. (A:III)
Kortikosteroidlərin istifadəsinin I-II günü müddətində xəstələri maüyinə etməli (A:III)
Bakterial keratitlər
(Müalicəyə dair tövsiyyələr)
(Qiymətləndirmə: A: Xüsusi ilə vacib, B: Vacib, C: Münasibdir, ancaq vacib deyil.
Dəlilin qüvvəsi:
I: Güclü, II: Zəruridir I olmadıqda, III: I və II olmadıqda mütəxəssis rəyi ilə
razılaşma )
Növbəti müayinə
Müayinələrin tezliyi xəstəliyin ağırlıq dərəcəsindən asılıdır və ağır hallarda klinik
yaxşılaşma və stabilləşmə qeyd olunana qədər xəstələri ən azı gündə bir dəfə müayinə
etməli (A:III)