Baş verə biləcək ağırlaşmaların qarşısını almaq məqsədilə hər bir angioqrafik müayinə
keçirilən yer təcili vəziyyətlərdə tələb olunan vasitələrlə təchiz olunmalıdır. (A:III)
Sonrakı müayinələr
Görmənin zəifləməsi və metamorfopsiya daxil olmaqla, visual simptomlar (A:II)
Dərman və qida qəbulunda dəyişikliklərin həyata keçirilməsi (B:III)
İnterval anamnez ( B:III)
İnterval sistem anamnez ( B:III)
Sosial vəziyyətdə dəyişikliyin həyata keçirilməsi, xüsusilə siqaretin istifadəsini
tərgitməli (B:II)
Sonrakı fiziki müayinələr
Görmə itiliyi (A:III)
Göz dibinin stereo biomikroskopik müayinəsi (A:III)
Termal lazer cərrahiyyəsi, fotodinamik terapiya (FDT) və ya İntravitreal inyeksiyaya
məruz qalmış xəstələrə əməliyyat və əməliyyatdan sonrakı qulluq
Xəstələrlə mümkün risk, fayda və ağırlaşmalar barədə söhbət edərək razılıq əldə
edilməlidir (A:III)
Termal laser cərrahiyyəsi və FDT flüoressein angiografiyasından sonrakı bir həftə
müddətində həyata keçirilməlidir (A:I)
XVN-nin ilkin termal lazer cərrahiyyəsindən sonra obliterasiya olunduğunu sübut
etmək üçün xəstə 2-4 həftəyə qədərki müddətdə müayinə olunaraq, flüoressein
angiografiyası yerinə yetirilməlidir (A:I)
Termal lazer cərrahiyyəsindən 4-6 həftə sonra xəstəni müayinə edərək, klinik əlamətlər
ə
sasında flüoressein angiografiyası həyata keçirilməlidir ( A:I)
Verteporfin FDT-dən sonra 2 ilə qədər ən azı 3 aydan bir flüoressein angiografiyası
həyata keçirilməklə xəstə müayinə edilməlidir (A:I)
Intravitreal inyeksiyadan sonra xəstə 4-8 həftə sonra müayinə olunmalıdır (cədvələ
bax) (A:III)
Xəstələrin maarifləndirilməsi
Xəstə okulyar və funksional vəziyyətinə uyğun olaraq müalicəsinin proqnozu və
potensial əhəmiyyəti barədə məlumatlandırmalıdır (A:III)
Başlanğıc YƏMD olan xəstələrdə intermedial YƏMD-ni vaxtında aşkarlamaq üçün
mütəmadi həyata keçirilən genəldilmiş bəbəklə müayinənın əhəmiyyəti çatdırılmalıdır
(A:III)
Intermedial YƏMD olan xəstələri XVN-nin təyin olunmasının yeni metodları barədə
məlumatlandırılmalı və onun vaxtında təyin olunmasının oftalmoloq üçün nə qədər
vacib olması çatdırılmalıdır (A:III)
Bir gözü zədələyən xəstəliklərdən əziyyət çəkən xəstələri sağlam gözun mütəmadi
müayinəsinin vacibliyi barədə məlumatlandırmalı və sağlam gözdə yeni və ya nəzərə
çarpacaq vizual dəyişikliklər müşahidə edildikdə dərhal həkimə müraciət etməsinin
vacibliyi çatdırılmalıdır (A:III)
Müalicəsinə göstəriş olan və XVN-dən əziyyət çəkən xəstələrə aşağıdakılar məsləhət
görülməlidir: (A:III)
Müalicə ağır dərəcəli görmənın itirilməsini azaldacaq, ancaq onun qarşısını ala
bılməyəcək; skotomanın mərkəzi görmənin funksiyasına nə dərəcədə təsir etdiyini
xəstəyə izah edərək, termal lazer cərrahiyyəsinin daimi skotoma yaratması barədə
xəstəni məlumatlandırmalı;
Vertoporfin FDT və pegatianib xloridlə müalicə orta ağır, həmçinin ağır dərəcəli
görmənın itirilməsinin qarşısını alacaq, ancaq əksər xəstələr 2 ildən artıqdır ki,
görmələrini itiriblər və görmənin belə halda bərpa olunması nadir hallarda təsadüf
olunur; termal lazer cərrahiyyəsindən sonra davamlı,və ya qayıdan XNV-nin yüksək
riski mövcuddur və bu risk birinci il daha yüksəkdir; mütəmadi həyata keçirilən
flüoressein angioqrafiyası belə xəstələrin müşahidəsi üçün çox vacibdir;
Görmə qabiliyyəti zəif olan şəxslər tibbi reabilitasiyaya və əlillik müavinəti almağa
göndərilməlidir (A:III)
Yaşla Əlaqədar Makulyar Degenerasiya (YƏMD)
(Müalicəyə dair tövsiyyələr)
(Qiymətləndirmə: A: Xüsusi ilə vacib, B: Vacib, C: Münasibdir, ancaq vacib deyil.
Dəlilin qüvvəsi:
I: Güclü, II: Zəruridir I olmadıqda, III: I və II olmadıqda mütəxəssis rəyi ilə
razılaşma )
Tövsiyyə olunan müalicə
Müalicə üçün uyğun
diaqnoz
Növbəti tövsiyyələr
Heç bir tibbi və ya cərrahi
müalicə olmadan müşahidə
(A:I)
YƏMD klinik əlamətləri
yoxdur
(YƏGXTN kateqoriyası 1)
Başlanğıc YƏMD (YƏGXT
kateqoriyası 2)
İnkişaf etmiş YƏMD
ikitərəfli subfoveal coğrafi
atrofiya və diskşəkilli
çapıqlaşma
Üstünlük verilən Praktik
Nümunələrdəki- tövsiyyələrə
uyğun Yaşlı şəxslərin
gözlərinin müayinəsi(A:III)
6-24 ay müddətində təkrar
müayinə, və ya XVN ehtimalı
olduqda təcili müayinə (A:III)
Simptomlar müşahidə
olunmayınca göz dibinin
fotografik və ya angiografik
müayinəsinə eytiyac
yoxdur(A:I)
YƏGXT-nin tövsiyyələrinə
ə
sasən antioksidant vitamin
və minerallarla təminat (A:I)
İntermedial YƏMD
(YƏGXTN kateqoriya 3)
İfrat inkişaf etmiş YƏMD bir
gözdə (YƏGXTN kateqoriya
4)
Yaxından görmənin
monookulyar monitorinqi
(oxuma/Amsler qəfəsi) (A:III)
6-24 ay müddətində təkrar
müayinə, və ya XVN ehtimalı
olduqda təcili müayinə (A:III)