88
-
vergi dərəcələrini təkmilləşdirmək, sahibkarlıq fəaliyyəti üçün əlverişli vergi
mühitinin yaradılması;
-
vergi ödəyiciləri ilə vergi orqanları arasında partnyorluq münasibətlərinin
genişləndirilməsi;
-
vergi inzibatçılığının, vergi nəzarətinin (kameral, səyyar vergi yoxlamaların
təkmilləşdirilməsi
-
operativ vergi nəzarəti təkmilləşdirilməsi və elektron auditin, elektron ticarətə
nəzarətin həyata keçirilməsi ilə vergidən yayınmaların aradan qaldırılması;
-
ümumi bəyannamə sisteminə keçidlə bağlı tədbirlərin təkmilləşdirilməsi;
-
müasir informasiya kommunikasiyalardan istifadə etməklə elektron xidmətlərin
genişləndirilməsi və təkmilləşdirilməsi;
-
vergi dərəcələrinin optimallaşdırılması, vergidən azadolmaların və vergi
güzəştlərinin minimuma endirilməsi yolu ilə vergitutma bazasının genişləndirilməsi;
-
vergi yükünün tədricən istehsaldan istehlaka keçirilməsi üçün təkliflərin
hazırlanması;
-
ƏDV-də güzəşt və imtiyazların aradan qaldırılması və onun dərəcələrinin
differensasiyasına keçilməsinin təmin edilməsi;
-
əmlak və torpaq vergilərinin bazasında daşınmaz əmlak vergisinin tətbiqi və
tədricən bazar qiymətinə əsasən vergilərin hesablanıb tutulmasına keçidin təmin
edilməsi;
-
beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və vergi qanunvericiliyinin
beynəlxalq vergi sisteminə inteqrasiyasının daha da gücləndirilməsi.
Aşağıdakı cədvəldə 2013 və 2014-ci illər üzrə dövlət büdcəsinin faktiki
göstəriciləri ilə 2015- cilin proqnoz göstəriciləri müqayisəli şəkildə verilmişdir.
89
Göstərici
2013
2014
2015
2015- ci illə müqayisə
2013 2014
ÜDM (mln.AZN)
58182.0 58977.8
61549.2
3367.2
2571.4
ÜDM-in real artım tempi,%
5.8
2.8
4,4
-1.4
1.6
Adambaşına düşən ÜDM
həcmi (AZN)
6207.3
6264.1
6618.19
410.89
354.09
Dövlət büdcəsinin gəlirləri
(mln.AZN)
19496.3 18400.6
19 438
-58.3
1037.4
Dövlət büdcəsinin
gəlirləri ÜDM-də xüsusi çəkisi,
%
33.5
31.2
31,6
-1.9
0.4
Dövlət büdcəsinin xərcləri
(mln.AZN)
19143.5 18699.3
21100
1956.5
2400.7
Dövlət büdcəsinin
xərcləri ÜDM-də xüsusi çəkisi,
%
32.9
31.7
34,3
2.4
3.6
Büdcə kəsiri (mln.AZN)
352.8
298.7
1662
-1309.2
1363.3
Büdcə kəsirinin ÜDM-də
xüsusi çəkisi, %
0.6
0.5
2,8
2.2
2.3
Vergi daxilolmaları
(mln.AZN)
7492.7
8177.5
7112.0
-380.7
-1065.5
Vergi daxilolmalarının ÜDM-ə
nisbəti %
12.9
13.9
11.55
-1.35
-2.35
Vergilərin gəlirlərdə payı %
38.4
44.4
36.59
-1.81
-7.81
Cədvəl www.stat.gov.az internet saytının statistik məlumatlarına
əsasən müəllif tərəfindən tərtib olunmuşdur.
2015-ci il dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 35,5% həcmində
olmaqla nominal ifadədə 19 milyard 438 milyon manat, dövlət büdcəsinin xərcləri isə
ümumi daxili məhsulun 35,3%-i təşkil etməklə 21 milyard 100 milyon manat
proqnozlaşdırılır. Nominal ifadədə dövlət büdcəsinin gəlirləri 19 milyard 438 milyon
manat proqnozlaşdırılır ki, bu da 2014-cü ilin proqnozu ilə müqayisədə 1 milyard 54
milyon manat və ya 5,7% çoxdur.
“Dövlət büdcəsinin qeyri-neft gəlirlərinin qeyri-neft ÜDM-də xüsusi çəkisini
yüksəltmək, vergi daxilolmalarının yığım əmsalını artırmaq, vergi borclarının ləğv
edilməsi və vergidən yayınmaların qarşısının alınması istiqamətində tədbirləri
gücləndirmək, ölkənin şəhər və rayonları üzrə yerli gəlir və xərclərin tarazlışdırılması
90
istiqamətində işləri növbəti illərdə də davam etdirmək prioritet vəzifələrdəndir”,-2015
-ci ilin dövlət və icmal büdcələrinin layihələrinin təqdimatında deyilir.
Dövlət büdcəsinin kəsiri 1 milyard 662 milyon manat nəzərdə tutulur. Dövlət
büdcəsi kəsirinin maliyyələşdirilməsi qiymətli kağızların yerləşdirilməsindən,
özəlləşdirmədən daxilolmalar, xarici qrantlar və dövlət büdcəsinin vahid xəzinə
hesabının qalığı hesabına həyata keçiriləcəkdir. 2015-ci ildə dövlət büdcəsi kəsirinin
ÜDM-ə nisbəti 2,8 faiz təşkil edəcəkdir.
Kəsirin maliyyələşmə mənbələri (1 milyard 662 milyon manat) və Azərbaycan
Respublikasının Dövlət Neft Fondundan ayrılan transfert (10 milyard 388 milyon
manat) nəzərə alınmaqla, 2015-ci il dövlət büdcəsinin xərcləri 21 milyard 100 milyon
manat proqnozlaşdırılır ki, bu da 2013-cü ilin faktiki icra göstəricilərinə nisbətən 1
milyard 956,5 milyon manat və ya 10,2 faiz, 2014-cü illə müqayisədə isə 1 milyard
37 milyon manat və yaxud 5,2 faiz çoxdur.
Azərbaycan Respublikasının 2015-ci il icmal büdcəsinin gəlirləri 20 milyard
716,8 mln. manat, xərcləri 25 milyard 911 milyon manat proqnozlaşdırılır. 2014-cü
illə müqayisədə icmal büdcəsinin gəlirləri 1 milyard 269,1 milyon manat və ya 5,8%
az, xərcləri isə 1 milyard 467,1 milyon manat və ya 6,0 faiz çox nəzərdə tutulmuşdur.
cmal büdcənin tərkib hissəsi olan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə
Fondunun büdcəsinin xərcləri 3 milyard 56,3 milyon manat proqnozlaşdırılır ki, bu
da 2014-cü illə müqayisədə 127,8 milyon manat və ya 4,4 faiz çox, 2013-cü ilin
faktiki icra göstəriciləri ilə müqayisədə 468 milyon manat və ya 18,1 faiz çoxdur.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2015-ci il büdcəsinin xərcləri 12
milyard 304,8 milyon manat proqnozlaşdırılır ki, bu da 2014-cü illə müqayisədə 1
milyard 13 milyon manat və ya 9,0 faiz çoxdur.
Azərbaycan Respublikası Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7
milyard 112 milyon manat daxilolma proqnozlaşdırılır ki, bunun da 4 milyard
812 mln. manatı və ya 67,7 faizi qeyri-neft sektorunun, 2 milyard 300 mln. manatı və
ya 32,3 faizi isə neft sektorunun payına düşür.
Dostları ilə paylaş: |