39
edər. “Məkan və əhali” qarşılıqlı şərtləndirici mövcudluğu
dövlətin əsas komponentidir. Əhali müəyyən məkanda öz
enerjisini mübadilə edir. Hərəkətlərdən meydana gələn
enerjidən, eləcə də hərəkətlərin özlərini formalaşdıran
enerjidən dövlət canlı bir orqanizm kimi mövcudluğunu təmin
edir. Dövlət strukturları arasında olan enerji ötürmələrindən
enerji mənbəyi böyüyür və dövlət güclənir. Dövlət həm də ona
görə çox güclü olur ki, o, lazımi anlarda resurs vasitələrindən
tarazlı qaydada istifadə etməni bacarır və enerji mübadiləsini
yaradan komponentlərin sayını artırır.
İqtisadiyyatın gücü siyasi sistemi güclü edir və sosial
bərabərliyi, ictimai qruplar arasında tarazlığı əmələ gətirir.
Dövlət ona aid olan kriteriyaları möhkəmlədir, çatışmazlıqları
aradan qaldırır. Bu proses sayəsində güclənir. Cəmiyyət
varlandıqca, təsərrüfat subyektlərinin sayı artdıqca dövlət də
güclü olur. Komponentlər güclü olduqda ümum sistem də,
dövlət adlanan siyasi qurum da güclənir. Zəif dövlətlər həm də
beynəlxalq sistemlərdən təcrid olunmuşlardır. İnteqrasiya
proseslərinin yüksək səviyyəsi, şəraitə və tələbata uyğun
olaraq, tələblərə cavab verərək inteqrasiya olunmaq ölkədaxili
resurs çatışmazlığını aradan qaldırır.
Miqrasiyalar da öz xarakterinə görə fərqlənə bilir:
məsələn,
əmək
miqrasiyasının
daxilində
sosial-siyasi
vəziyyətlərdən, şəraitdən yaşamaq yeri axtaran və buna görə
də öz ölkəsindən məcburən köçməni zəruri edən miqrasiya
prosesləri; öz ölkəsinin şirkətlərinə məxsus kapital ilə hərəkət
edən şəxslərin miqrasiya prosesləri. Adətən böyük kapital daha
çox inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə
doğru axır. Bunun da öz səbəbləri vardır: yeni ucuz xammal
mənbəyi, ucuz işçi qüvvəsi, şirkətlərin geoiqtisadi maraqları və
onun arxasında dayanan dövlətlərin geosiyasi maraqları və s.
kapital axınını şərtləndirən amillərdir. Onu da nəzərə almaq
lazımdır ki, transmilli korporasiyalar öz ölkələrinin siyasi
maraqlarını
məkanlardan-məkanlara,
ölkələrdən-ölkələrə
40
yayır.
Transmilli
korporasiyaların
fəaliyyəti
makro
iqtisadiyyatın tərkibidir ki, bu da artıq dövlət siyasəti
səviyyəsindədir.
Zəif dövlət öz əhalisini də özündə saxlaya bilməz (məsələn,
Ermənistan, Afrika dövlətləri, bir çox Asiya dövlətləri və s. Bu
ölkələrin əhalisi əsasən qazanc və yaxşı həyat şəraiti axtarmaq
məqsədilə Rusiya və inkişaf etmiş Qərb ölkələrinə, inkişaf
etməkdə olan, iqtisadi və sosial dirçəliş dövrünü yaşayan
ölkələrə üz tuturlar. Məsələn, Asiya ölkələrindən Azərbaycana
işləmək və yaşamaq məqsədilə gələnlərin sayı çoxalmaqdadır).
Sonu isə dövlətin özünün siyasi qurum kimi yoxluğuna, siyasi
böhrana, milli və etnik böhranlara gətirib çıxara bilər. İstənilən
dövlətin güclü olması və onun fəaliyyəti üçün mütləq şəkildə
tərkib komponentlərinin yerində və lazımı səviyyədə olması
vacibdir. Zəif komponentlər və onların qarşılıqlı şərtləndirici
fəaliyyəti zəif dövlətləri, güclü komponentlər isə güclü
dövlətləri yaradır. Zəif dövlətlər infantil olurlar və böyük və
güclü dövlətlərin regional və qlobal maraqlarına zərbə vuran
ünsürlərin ixracı ilə məşğul olurlar. Güclü dövlətlər də daima
vətəndaş cəmiyyətlərinə xas olmağı üstün tuturlar. Hüquqi
islahatlardan da güclü dövlətlər formalaşır. Güclü dövlətlər
yalnız liberal siyasətin formalaşdığı cəmiyyətlərə xas olan
dövlətlər hesab olunmalıdır.
Siyasətin və idarəetmənin xüsusiyyətləri, o cümlədən
məzmunu mövcud olur. Siyasətin ədalətli qaydada yerinə
yetirilməsi bir tərəfdən lazımi resurslara söykənir, digər
tərəfdən də şəxslərə, idarə edən qrupun şəxsi və fəaliyyət
xüsusiyyətlərinə əsaslanır. Nizamlamanın əsası da bu
baxımdan resurslara və onlar üzərində təsir göstərən şəxslərə
bağlı olur. Bu nöqteyi-nəzərdən hesab etmək olar ki, fəzilətli
siyasət öz ölkə əhalsini yaxşı dolandırmaqdan ibarət olan bir
aktdır, aktlar toplusudur. Fəzilətli siyasət effektli idarəetməni
meydana gətirir. Effektli idarəetmədə həm rəhbər şəxs, həm də
idarəedən tərəf ədalətə tabe olmalıdır. Effektli idarəetmə
41
dedikdə, hökumətin vətəndaşlar üçün böyük önəm təşkil edən,
vaxtında və yerində gündəmə gətirilmiş problemlərin həllinə
yönəldilmiş fəaliyyəti nəzərdə tutulur. Müharibədən, yaxud
müharibə təhlükəsindən, beynəlxalq gərginliyin artmasından,
ciddi iqtisadi çətinliklərdən və sairədən irəli gələn böhranlı
vəziyyətlər zamanı effektivlik xüsusi əhəmiyyət daşıyır.
1
Siyasətin obyekt mənbəyi elə insanların maraq və
mənafeləridir və hərəkətlərinin özləridir. Siyasətin mənbəyi
əslində elə insanlar və onların maraqlarıdır, maraqlarının əks
olunduğu sahələrdir. Siyasət öz mənbəyini (hərəkətlərin
edildiyi sahələr və obyektlər) elə məkanlardan və məkanlarda
mövcud olan vasitələrdən, obyektlərdən götürür. Siyasətin
obyekti də insanların maraq göstərdikləri sahələr və
sahələrdəki istiqamətlərdir. Siyasətin mənbəyi müəyyən
məkanda mövcud olan obyekt və subyektlərdir. Subyektlərin
obyektlərə sistemli, ardıcıl və rasional əsaslarla təsiri elə təkmil
və davamlı, eləcə də sistemli siyasəti meydana gətirir.
Siyasətdə obyektlər arasında və subyektlər arasında müxtəlif
məzmun və formada əlaqələr və bundan da vəhdətlik meydana
gəlir. Siyasətdə vəhdətlik (bütövlük) var, həm də tərkib
hissələrdən ibarətdir. Siyasətin obyektləri və subyektləri, eləcə
də sahələri ayrılır və təsnifat obyektinə çevrilir və bu da
özlüyündə, siyasətin bütöv məzmununda tərkib olaraq ətraf
və mərkəz anlayışlarını ortaya çıxarır. Bu da siyasətdə
şaxələnmələri meydana gətirir. Siyasət istiqamətlərdən ibarət
olur ki, istiqamətlər də maraqların əks olunduğu sahələri
meydana gətirir. Maraqların əks olunduğu sahələr nə qədər çox
olarsa siyasətin üfiqi və şaquli baxımdan tərkibi (siyasi mühit)
bir o qədər də zəngin olar. Siyasətin zənginliyində hərəkatlar,
axınlar, cərəyanlar və bunların məkanlarda geniş yayılması
əsas şərtə çevrilir. İdarəçilik özü təsirlər sayəsində axınları
1
Robert A.Dahl. Demokratiya haqqında. Natiq Səfərov və Hikmət
Hacızadənin tərcüməsi ilə. İqtisadi və Siyasi Araşdırmalar Mərkəzi (FAR
CENTRE), Bakı-2005, səh.149.