62
“rimland”la-“inner or marginal crescent”-lə -“daxili aypara
ilə” əhatə olunur. “Rimland”ə Afrikanın şimal və şimal-şərq
hissəsi, cənub-şərqi Asiya aid olunur. “World Island”- “Outer
or insular crescent”-“Dünya adası”-“xarici aypara”a əsasən
Avropa, Asiya və Afrika qitəsi aid edilir. “Tarixin coğrafi
oxu” –“ox xətti” mərkəzdə-“heartland”dadır. Makinder hesab
edir ki, daha çox inkişaf etmiş sivilizasiya məhz “rimland”da-
“daxili aypara”dadır. “Xarici aypara”nın sivilizasiyası üçün
“ticarət” xarakterli və “demokratik formalı” siyasət
mövcuddur.
1
Burada güc mərkəzlərinin təsir dairələri məkanları
dəyişəcəkdir. Gələcək dünya düzəni zamanla davam edəcək
indiki dünya düzəninin davamıdır ki, burada trayektorik
ardıcıllıqla baş verəcək siyasi proseslər gələcək geosiyasi
mənzərəni
yaradacaqdır.
Gələcək
dünya
düzəninin
formalaşmasının zamanla əlaqəsi və bölgüsü isə insanlar
tərəfindən müəyyən edilir. Şərti olaraq vaxt məsələsi, zaman
bölgüsü, siyasət trayektoriyası üzərində zaman koordinatları
riyazi rəqəmlərlə müəyyənləşdirilir. Məsələn, yaxın, orta və
uzaq müddətli dünya düzəni, yəni bu zaman ardıcılıqlarında və
intervallarında olan dünya düzəni şərti hesablamadan və eyni
zamanda mütləq bölmədən ortaya çıxır və bu müddət ərzində
meydana gələn görünüş (təzahür-mahiyyət və formadan ibarət
olan gerçəklik, mövcudluq və onun xassələri) həmin müddətin
siyasi xarakteristikasını şərtləndirir.
Məlumdur ki, siyasət mərkəzlərinin, xüsusilə güclü
mərkəzlərin güclərinin qlobal məkanlar üzrə dəyişmələri
gələcək geosiyasi mənzərəni yaradacaqdır. Çünki siyasət
dəyişkəndir, dəyişkənliyi şərtləndirəndir, maraq və onun tərkibi
olan ehtiyac və tələbatlar da dəyişkəndir: artan və azalandır,
yeni tərkibi özünə qəbul edəndir. Subyektlər bir tərəfdən
1
Александр Дугин Д80 Основы геополитики. Геополитическое
будущее России. Мыслить Пространством-Изд.4-е, Москва,
«АРКТОГЕЯ-центр», 2000-928 стр., səh.43-46.
63
itirirlər, digər tərəfdən də böyük qazanclar əldə edirlər,
vasitələrə sahib olurlar. Maraq dəyişkənliyi üzərində olan
siyasət də dəyişkəndir. Siyasətin dəyişməsi də ortaya çıxan
maneedici və ya da sürətləndirici amillərdən asılıdır.
Siyasi proqnozlar şəxslər tərəfindən hadisələrin gedişatı
və onların müxtəlif anlarda, məqamlarda nəticələrinin düzgün
hesablanmasına və nəticələri görə bilmək istedadına və
qabiliyyətinə əsaslanır. Proqnozlaşdırmanın əsasında həm də
təcrübə əsasında əldə edilmiş nəzəri formulalar dayanır.
Məsələn, belə bir məntiqi fikir bildirək: istənilən gücün nüvəsi,
mərkəzi enerjiverici və enerji qəbuledici hissəsi dağılmasa,
həmin güc yenə də fəaliyyət göstərəcək və ətrafını enerji
hesabına genişləndirməyə başlayacaq. Konkret dövlətlərlə
bağlı desək, qeyd edə bilərik ki, dövlətlər-güclü-nəhəng
dövlətlər, varsa, onların nüvə mərkəzləri fəaliyyət göstərirsə,
deməli, bu dövlətlər öz təsir dairələrini, məkanlarını
böyüdəcəklər və daima mübarizə şəraitində olacaqlar və
bundan irəli gələrək rəqabətə girəcəklər. Onların rəqabət
mübarizələrinin məzmunu (radikal və ya da liberal əsaslı
olması) artıq şəraitdən və təsir predmetindən asılıdır. Bu bir
formuladır, məntiqi qaydadır, sübut olunmuş aksiomadır.-
dövlət gücünə görə hərəkətdədir. Onun gücü daxili və xarici
fəaliyyətindən formalaşır. Gücünü formalaşdıran elementlər-
komponentlər var. Proqnozlar müəyyən trayektoriya üzrə baş
verən və ardıcıl olaraq həyata keçən, bir-birini şərtləndirən,
biri digəri üçün başlanığıc rolunu oynayan, biri digərinin
daxilindən büruzə verən, gerçəklik olaraq ortaya çıxan
hadisələrin üzə çıxmasını əvvəlcədən müşahidələrlə, məntiqi
prinsiplərlə
əsaslandıran
təfəkkür
aktlarıdır.
Prqonozlaşdırmada empirizm də mühüm prinsip kimi qəbul
edilir. Bütün sahələrdə proqnozlaşdırma zamanı müəyyən
faktlar toplanır, hadisələrin baş verə biləcək nəticələri
hesablanır. Proqnozlar vermək, hadisələrin gələcək gedişatını
dəyərləndirmək və nəticələr çıxarmaq ümumiyyətlə müəllif-
64
tədqiatçı üçün görə bilmək məharəti və duya bilmək
qabiliyyətidir ki, bu qabiliyyət də dərin analitik təfəkkürün
məhsuludur. Proqnozlar müşahidələrə, eksperimentlərə və
gəlinmiş qənaətlərə əsaslanır. Proqnozlaşdırma hadisələr üzrə
çoxlu sayda baza məlumatlar əsasında faktları toplamaq və
hadisələrin gedişini bu baza istiqamətlərə, baza prinsiplərə
uyğun şəkildə dəyərləndirməkdir. Hadisələrin ardıcıl olaraq baş
verməsi zamanı baza etibarilə təkrarlanan nəticələrin zaman
ardıcıllığı və zaman intervalı ilə üzə çıxması proqnozların
düzgün verilməsinə əsas verir. Proqnozlar verilərkən baza
prinsiplər və baza hadisələrin dəyişkən xassələri əsas götürülür.
Məsələn, təbii fəlakətlər və dərin iqtisadi böhranlardan, eləcə
də iqtisadi sistemin fəaliyyətinin zəifləməsindən böyük dövlətin
tərkibini
formalaşdıran
iqtisadiyyat
(əsas
struktur
kompoenentlərindən biri) zəifləyə bilir. Bu da dövlətin həm
daxildən, həm də xaricdən siyasi fəaliyyətini zəiflədə bilir.
Baza elementlərin sistemdə digər elementlərlə qarşılıqlı
əlaqələrinin mahiyyəti, forması mühüm prinsiplərə çevrilir.
Məsələn, güclü dövlətin ətrafda-sərhədlərindən kənarda, gücü
yayılır. Bu, təbii prosesdir və tarix boyu təkrarlanıb və sübuta
yetirilib. Güc gücün artmasını tələb edib. Bir tərəfdən inkişaf
etmək, böyümək istəkləri, digər tərəfdən də mövcud olanı
qorumaq instinktləri (iradəsi) gücün məkanlar üzrə böyüməsini
şərtləndirib. Böyümək siyasəti istiqamətində güclü dövlətlər
kiçik dövlətləri özlərindən asılı ediblər. Həmçinin müəyyən
miqyasda, kəmiyyətdə bir-birilərini “udmaq” siyasətini
reallaşdırıblar. Kiçik dövlətlər də böyük dövlətlərlə əlaqələr
qurmaqda maraqlı olublar. Müdafiə olunmaq və böyük
dövlətlərin potensialından istifadə etmək, böyük dövlətlərə
sığınmaq tarixi ənənəyə çevrilib. Müharibələrdə, böhran və
münaqişələrdə, eləcə də sabit şəraitlərdə müdafiə və inkişaf
üçün gücün birləşdirilməsi naminə ittifaqlar yaratmaq da
ənənəyə çevrilib və siyasətin məntiqini təşkil edib. Böyük
dövlətlərin özləri arasında məkanlar və məkanlarda yaşayan