İdarəetmə mədəniyyəti
rəsi və gələcəyin tədqiqi problemləri üzrə ciddi əsərləri də mühüm maraq
doğurmuşdur.
Ola bilsin, əsərdə sistemləşdirilmiş kulturoloji biliklərin mənimsənilmə-
sindən, insanın həyat fəaliyyətinin bütün səviyyələrdə inkişafının effektiv
idarə edilməsinin mahiyyəti, xüsusiyyətləri və metodlarının öyrənilməsi,
dərk edilməsi və praktik istifadəsindən gözlənilən nəticələri sosial inkişafın
aşağıdakı parametrlər üzrə yaxşılaşdırılması üçün yeni imkanların meydana
çıxması nöqteyi-nəzərindən qiymətləndirmək olardı: dövlət idarəçiliyi sis-
teminin effektivliyi hesabına cəmiyyətin sabit inkişafı, insanın şəxsi azadlı-
ğı və müstəqilliyi səviyyəsinin yüksəldilməsi; xalqın rifahı, vətəndaşların
bilikləri, vərdişləri, qabiliyyətləri və etikasının inkişaf etdirilməsi hesabına,
onların xoşbəxtlik imkanlarının genişləndirilməsi; insan ömrünün keyfiyyə-
ti və uzunluğu; cəmiyyətin fiziki və mənəvi sağlamlığı; cəmiyyətin və döv-
lətin təhlükəsizliyi; ölkənin müdafiə qabiliyyəti; ölkənin qlobal miqyasda
rəqabət qabiliyyəti; millətin və bütün bəşəriyyətin etibarlı gələcəyi.
Hazırkı kitab özündə universal sistemi, bir çox xarici ölkə alimləri tə-
rəfindən işlənmiş kulturoloji biliklər sintezini təcəssüm etdirən mühazirə-
lər kursu, və insanların praktik həyat fəaliyyəti üçün rəhbər kimi nəzərdə
tutulmuşdur. O bütün fəaliyyət səviyyələri və sahələrində olan rəhbərlər,
dövlət qulluqçuları, mütəxəssislər, həmçinin ailə başçıları, gənclər, qadın-
lar və yaşlı nəslə aid insanlar üçün, özünün uğurlu inkişafı və təkmilləş-
məsində maraqlı olan hər bir insan üçün müəyyən edilmişdir. O, dövlət
quruculuğu və idarəçiliyində düzgün qərarların qəbul edilməsinə, sosial
sahə və biznes idarəçiliyi qabiliyyətinin inkişafına, effektiv idarəetmə üs-
lubunun seçilməsinə, insan münasibətləri mədəniyyətinin mahiyyətini an-
lamağa və təkmilləşdirməyə, uğurlu liderlik bilikləri və vərdişlərinin inki-
şafına, insanın özünüidarəsinə, ailənin qurulması və idarə edilməsinə,
uşaqların düzgün tərbiyəsinə yardım etmək üçün nəzərdə tutulmuşdur.
İnteqral fundamental elm kimi, kulturologiyanın özündə daşıdığı univer-
sal biliklər - peşəsindən, yaşından, yaşadığı yerdən, millətindən və dinin-
dən asılı olmayaraq, bütün insanlara lazımdır. Buna əsaslanaraq, əgər
oxucular mənim bu əməyimdən öz həyatlarının yaxşılığa dogru dəyişdiril-
məsi, müvəffəqiyyətli özünüidarə və səmərəli özünü təkmilləşdirmə üçün
faydalı biliklər əldə edə bilsələr, çox sevinərdim.
19
Fuad Məmmədov
MİNNƏTDARLIQLAR
Akademiklər - Aleksandr Zapesotskiyə, Maqsud Əliyevə, Asəf Nadirova,
Ziyad Səmədzadəyə, Urxan Ələkbərova, AMEA-nın müxbir üzvləri - Nizami
Cəfərova, Rəna Məmmədovaya, professorlar - Olqa Astafyevaya, Nəriman
Həsənzadəyə, tarix elmləri doktoru Musa Quliyevə, tarix sahəsində fəlsəfə
doktorları, dosentlər - Firdovsiyyə Əhmədovaya və Tahir Behbudova, iqtisa-
diyyat sahəsində fəlsəfə doktoru, dosent Eldar Azadova, Ailə, Qadın və Uşaq
problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovaya, Milli Məc-
lis deputatları - Elmira Axundova və professor Asim Mollazadəyə, general
Vladimir Timoşenkoya, siyasətçilər, diplomatlar, incəsənət xadimləri - Toşi-
kazo Mutoya, Serik Primbetova, Hüseynağa Sadıqova, Ağaəli İbrahimova,
politoloq - Svetlana Bayramovaya, sahibkar - Nazim Abdullayevə mənim
əməyimə verdikləri yüksək qiymətə görə səmimi təşəkkürümü bildirirəm.
Monoqrafiyanın yüksək kulturoloji ruhunu, bütün ideyaları və xüsusiy-
yətlərini qoruyub saxlamaqla, Azərbaycan dilinə tərcüməsi və redaktəsi
xüsusunda çox səbr, diqqət və məsuliyyət tələb edən təqdirəlayiq əməyinə
görə istedadlı kulturoloq, “Simurq” Beynəlxalq kulturoloji jurnalının tərcü-
məçisi və redaktoru Şəlalə Kəsəmənliyə xüsusi minnətdarlığımı bildirirəm.
Kitabın üz qabığının bədii tərtibatına görə dizayner Emin Talışxanova,
nəşriyyatın rəhbəri Qeys Əbilova, səhifəbağlayan Elvir Əbilova və digər iş-
çilərə yüksək əmək mədəniyyətinə görə ürəkdən minnətdarlığıMı bildirirəm.
Həmçinin, hazırkı nəşrin işıq üzü görməsinə bu və ya digər dərəcədə
yardım edən bütün kolleqalarıma - Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyası “Tarix” kafedrasının əməkdaşlarına
təşəkkür edirəm.
20
İdarəetmə mədəniyyəti
K İTAB HAQQINDA RƏYLƏR
“...Özünün çoxillik tədqiqatları və fundamental əsərləri ilə Rusiyada
və digər ölkələrdə yaxşı tanınan, kulturologiyanın inkişafına ciddi töhfə
verən və Azərbaycan elmində bu istiqamətin əsasını qoyan professor Fuad
Teyyub oğlu Məmmədovun xidmətlərini qeyd etməyə bilmərəm. Xüsusilə
onun, elmi anlamda məzmunlu universal kulturoloji biliklər toplusu olan
və Azərbaycan kulturologiya elminə şərəf gətirən “İdarəetmə mədəniyyə-
ti. Xarici ölkələrin təcrübəsi” monoqrafiyasının adını çəkmək istərdim.
İdarəetmə problemlərinə, idarəçilik proseslərinin sistemləşdirilməsi və
təsvirinin yeni formasına orijinal kulturoloji yanaşma, Şərq və Qərb ölkə-
lərində dövlət idarəçiliyi tarixi, nəzəriyyəsi və praktikasına kulturoloq ba-
xışı sayəsində, monoqrafiya xüsusi elmi və praktik dəyər kəsb edir. Pro-
fessor tərəfindən işlənib hazırlanmış “kulturologiya piramidası” universal
metodu idarəetmə elminin təkmilləşdirilməsi üçün paradiqma kimi çox
böyük əhəmiyyətə malikdir, müxtəlif effektiv idarəetmə səviyyələrinin in-
novativ modellərinin yaradılması üçün yeni imkanlar açır”.
A.S.Zapesotski,
kulturoloq, Sankt-Peterburq Həmkarlar Ittifaqları
Humanitar Universitetinin rektoru, professor, RTA Rəyasət heyətinin üzvü,
kulturologiya elmləri doktoru, Rusiyanın əməkdar elm xadimi, akademik
“F.T.Məmmədovun “İdarəetmə mədəniyyəti. Xarici ölkələrin təcrübə-
si” monoqrafiyası Azərbaycan Respublikası dövlət quruculuğunun müxtə-
lif sahələri üçün aparıcı demokratik ölkələrdə yayılmış idarəetmə mədə-
niyyətinə qoyulan müasir tələblərə cavab verən yüksək ixtisaslı kadrların
- politoloqlar, hüquqşünaslar, diplomatlar, idarəçilərin, istehsalat mene-
cerlərinin kultoroloji hazırlığındakı tələbatlarla yaradılmışdır. O, 90-cı il-
lərin sonunda Azərbaycanın rəhbərliyi tərəfindən irəli sürülən, qərb ölkə-
lərinin təcrübəsi əsasında milli dövlət idarəciliyi sisteminin modernləşdi-
rilməsi strateji vəzifəsinin reallaşdırılmasına konkret töhfədir.
Monoqrafiyada qərb ölkələri inzibati-dövlət idarəçiliyinin proqressiv
təcrübəsi, demokratik dövlətçilik mədəniyyəti hərtərəfli tədqiq edilmiş və
yaradıcı şəkildə yenidən işlənmiş, müasir idarəçilik strategiyaları və tex-
nologiyaları, elmi idarəetmə prinsipləri və təşkilati mədəniyyət tipləri, in-
novativ fəaliyyət, hüquqi və informasiya təminatı, dövlət idrəçiliyinin təş-
kili, qiymətləndirilməsi və təkmilləşdirilməsi məsələləri açıqlanmışdır.
Burada, idarəetmə elmində ABŞ-ın, Almaniyanın, Birləşmiş Krallığın və
Fransanın nəzəri məktəbləri və istiqamətlərinin nailiyyətləri, unitar və fe-
deral dövlətlərdə dövlət qulluğu mədəniyyətinin xüsusiyyətləri əks olun-
21
Dostları ilə paylaş: |