1
БАКЫ ДЮВЛЯТ УНИВЕРСИТЕТИ
ИЛАЩИЙЙАТ ФАКЦЛТЯСИНИН
ELMИ
МЯЪМУЯСИ
№ 15
●
APREL (NİSAN) 2011
İsmailiyyə təriqəti
223
İSMAİLİYYƏ TƏRİQƏTİ
Nuranə Akif qızı HƏSƏNOVA
AMEA-nın Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitutunun dissertantı,
nuranehesenova@rambler.ru
Açar sözlər: İsmailiyyə, təriqət, inanc
Ключевые слова: Исмаилизм. ветвь, вера
Key words: Ismailizm, branch, belief
İsmail b. Cəfər əs- Sadıqın adı ilə bağlı olub, imamiyyədən sonra bu gün
də mövcud olan ən böyük şiə məzhəbli təriqətdir.
Bu təriqət: "Qurani-kərimin zahiri yəni anlaşılan mənası olduğu kimi,
batini yəni gizli, daxili mənası da vardır. Batini mənası lazımdır, zahiri
mənası lazım deyil" deyərək Məcusiliktə və müxtəlif batil dinlərdəki
inancları İslam dinindənmiş kimi göstərməyə çalışdıqları üçün Batiniyyə,
yeddinci imam olaraq Cəfər-əs- Sadiqin oğlu İsmaili qəbul etdiklərinə görə
İsmailiyyə və şəriət sahibi yalnız yeddi peyğəmbərdir dediklərinə görə
Səbiyyə; haramları mübah (halal) saydıqlarına görə Hurumiyyə; qırmızı
geyindikləri üçün Muhammirə; həqiqətlərin sadəcə imamdan öyrəniləcəyinə
inandıqlarına görə Təlimiyyə; təriqətin yaradıcılarından Həmdan Kərmətin
adına istinadən Kəramitə; Babək Hürrəmiyə tabe olduqları üçün Babəkiyyə;
tiryək istifadə etdikləri üçün Həşhəşiyyə kimi adlarla tanınır. (1. səh 177)
Ən birinci iranlı bir Məcusi olub, “Qəddəh” deyə tanınan Meymun bin
Deysan tərəfindən ortaya qoyulan batini fikirlər İranda yayılmağa başladı.
Yeni müsəlman olanlar arasında tərəftar tapdı. Həzrəti Əlini sevdiyini deyib
digər Əshabı- kirama söyən insanların altıncı imam olaraq qəbul etdiyi Cəfər
əs-Sadiqin 765- ci ildə (h.148) vəfatından sonra yeddinci imamın, Cəfər əs-
Sadiqin böyük oğlu İsmail olduğunu iddia edərək, yeddinci imam Musa Əl-
Kazımın imamətini qəbul edən İmamiyyə (İsnə aşəriyyə) təriqətindən
ayrılaraq İsmailiyyə adını aldılar.
Altıncı imam Cəfər-əs-Sadiqin ogullarından ən böyüyü İsmailin imam
olması əvəzinə Musa el- Kazımın imam seçilməsi mövzusunda müxtəlif
Nuranə Akif qızı HƏSƏNOVA
224
səbəblər irəli sürülmüşdür. Bunların arasında iki fikir həqiqətə daha uyğun
hesab edilir:
1)
İsmail atası Cəfər əs-Sadiqdən üç il əvvəl vəfat etmişdir.
2)
Ismailin içki və qadın düşkünü olan və imamın (ə) lənətlədiyi Əbu
Xəttab əl-Əsədi ilə dostluq etdiyinə görə imamətdən məhrum edilmişdir.
Başqa bir rəvayətə görə isə İsmail imam Cəfər əs-Sadiqin vəfatından
(765m.) beş il sonra Bəsrədə görünmüşdür. Ümumiyyətlə İsmailin imamətini
iddia edənlər arasında onun ölüb-ölmədiyi ixtilaflıdır. Ölmədiyini irəli sürən
az bir topluluğa qarşı onun babasından öncə öldüyünü, özü üçün olan
imamət vəzifəsini övladlarına ötürdüyünü söyləyən və İsmailin qulu
Mübarəkə istinadən Mübarəkiyyə adlanan qrup daha çoxdur. Əsl
İsmailiyyəni təşkil edən bu təriqətə görə İsmail bin Cəfər adına qurulan bu
təriqət daha sonra oğlu Məhəmməd bin İsmail əl-Məktum ilə davam
etdirilmişdir. Məhəmməd bin İsmail Abbasi xəlifəsi Harun ər-rəşidin
zamanında düşmənlərindən qorunmaq üçün Mədinədən uzaqlaşaraq Rey
yaxud Dəyləmə getmiş, sonra Nişapura yerləşmişdir. (2. səh 70)
İsmailiyyə imamları Cəfər əs-Sadiqin ölümündən etibarən Ubeydullah
el-Mehdinin Şimali Afrikada meydana çıxmasına qədər gizlənmişlər.
Məzhəb mənsubları bu dövrdə Məhəmməd əl-Məktumdan sonra Abdullah
əl-Vəfi, Əhməd b. Abdullah ət-Taqi və Hüseyn b. Əhməd ər-Radinin imam
olduğunu və vəzifənin ardıcıl olaraq davam etdiyini irəli sürsələr də bu
imamların tarixi şəxsiyyətlər yoxsa hərəkatın qurucuları tərəfindən
uydurulmuş xəyali şəxsiyyətlər olması aydın deyildir. Çünki bu dövrdə “dai”
lər tərəfindən idarə olunan bu təriqət bir çox qaranlıq mərhələlərdən
keçmişdi. Təriqətin ranmasından sonrakı yarım əsr ərzində ismaili imamları
gizləndilər. (2.səh.71) Ümumiyyətlə uzun çəkən bu gizlənmə dövrü, Fatimi
xəlifələrinin nəsəblərinin Hz. Məhəmmədə çatıb, çatmaması mövzusunda
müxtəlif şübhələrin yaranmasına imkan yaratmışdır.
Qurduqları gizli təşkilat olan “Dai”nin bu təriqətin yayılmasında rolu
çox böyük olmuşdur. Dai təşkilatının üzvləri özlərini dailər adlandırırdılar.
Bu dailər Kufə, Bəsrə, İran, Yəmən, Bəhreyn və Şimali Afrika kimi
müsəlman ölkələrə gedərək fikirlərini gizlincə yayırdılar.
Getdikləri yerlərdə əvvəl ibadət və xeyir işlərlə məşğul olaraq
ətrafdakılara görə təsəvvüf camaatı kimi görünərək, cahil xalqdan ixtilaflı və
şübhələndirici suallar soruşaraq fitnə toxumlarını əkdilər. Təriqət Kufədə
İsmailiyyə təriqəti
225
Həmdan Kəramət, Reydə Xələf adlı bir dəvətçi, fars bölgəsində (Xorasan,
Nişapur, Mərvəruz) Əbdan qardaşllarından biri tərəfindən inkişaf
etdirilmişdir. Sonralar bölgələrə görə müxtəlif adlar altında dövlətlər
qurdular. 891- ci ildə (h. 278) Bəhreyn bölgəsində Qarmatilər dövlətini
qurdular. Əhli-sünnə olan müsəlmanlara zülm və işgəncə etdilər. 929 (h.
317) cu ildə Məkkəyi-mükərrəməni darmadağın edib Həcərul-Əsvədi
yerindən sökərək Bəsrə yaxınlığında Hicr şəhərinə apardılar. 910 (h. 298) ci
ildə Misirdə gizli yollardan iqtidarı ələ keçirib Fatimi Dövlətini qurdular.
Abbasilərə və Səlcuklara qarşı uzun zaman mübarizə edib, dövlətlərinin
sərhədlərini genişləndirməyə çalışmışlar. (1.səh.177)
İsmailiyyə təriqətində olan fikir ayrılıqlarına görə müxtəlif firqələrə
bölündülər. Bunların birincisi Bəhreyn qarmatiləridir. Sonralar isə Nizarilər
və Müstaililər adlı iki böyük firqəyə ayrıldılar.
Müstənsir öləndən sonra Fatimilər dövlətində hakimiyyət üstündə iki
qardaş Nizar və Müstəbillah arasında mübarizə başlayır. Müstəbillah qardaşını
zindana salır. Nizar zindandan qaçaraq Ələmut qalasına sığınır. Bu dövrdə
Səlcuqlu vəziri Nizamülmülkün tələbəlik dostu olan Həsən Səbbah
Nizamülmülkdən inciyəndən sonra Misirə gedir və ismaililiyi qəbul edir.
İsmail-Daisi adını alır. İsmaililərin ikinci önəmli qolu olan Nizarilər təriqətinin
başına keçir. Həsən Səbbahın liderliyindəki Nizarilər gizli-gizli İran və
Suriyada fəaliyyət göstərməyə başladılar. Həsən Səbbah bir müddətdən sonra
İrana qayıdıb, 1081 – ci ildə İsmailiyyə dövlətini qurur. Ələmut qalasını
paytaxt etdi. Bəzi mənbələrdə onun hətta Fədayin adlı terror təşkilatı qurması
barədə məlumatlar vardır. Bu mənbələrdə adı çəkilən terror təşkilatının çoxlu
müsəlmanı, dövlət adamını və alimi şəhid etməsi göstərilir. Əhli-sünnət
alimlərinin kitablarını oxumağı və onlarla görüşməyi qəti şəkildə qadağan
edir. Nəhayət bu dövlətin hakimiyyətinə Moğol hökmdarı Hülakinin 1256 – cı
ildə Ələmut qalasını zəbt etməsiylə son qoyuldu. Bundan sonra Nizarilər
adıyla bilinən Səbbahilər öz aralarında ikiyə bölündülər. (1. səh 178) Azlıq
təşkil edən qrup 18- ci əsrdə dağıldı. Böyük qrup isə birinci Ağa Xanın
liderliyində 1840-cı ildə İrandan Hindistana köçür. Bu gün Nizarilərin bu
qolunun Hindistan, İran, Afrika və Suriyanın bəzi regionlarında milyonlarla
tərəfdarı vardır. Hiindistanda Nizarilər Müəllimlər (Hocalar) deyə tanınır. Ağa
Xanları isə rühani liderləri olaraq tanınırlar. Bu gündə yaşayan son Ağa Xan
yenə də müxtəlif fəaliyyətləri ilə məşhurdur.
Nuranə Akif qızı HƏSƏNOVA
226
Əvvəllər Müştailər adı altında Yəmənə gedən İsmaililər fəaliyyət sahə-
lərini genişləndirib, Hindistan tərəfinə keçdilər və burada özlərinə çoxlu
tərəfdar topladılar. Hal-hazırda Hindistanda Bohra və ya Bohara adıyla bili-
nən çoxlu tərəfdarı olan Hindistan İsmaililəri sonralar Davudi və Süleymani
adı altında iki qrupa bölündülər. Davudilər Hindistanda qalır, Süleymanilər
Yəmənə qayıdır. Bu gün Davudilərin mərkəzi Hindistanda, Süleymanilərinki
Yəməndədir. Dövrümüzdə təqribən on beş milyon İsmailiyyə təriqətinə
mənsub müsəlman vardır. Başçıları məşhur Ağa Xandır. (6.səh.32). Dün-
yada tanınmış şəxslərdən olan Pakistan dövlətinin qurucusu Məhəmməd Əli
Cinah İsmailiyyə təriqətinə mənsub şəxslərdəndir.
İsmaililərin görüşlərini yaymaq üçün qəbul etdikləri təməl prinsipləri və
müxtəlif addımlardan meydana gələn təşkilatları vardır. Prinsipləri bunlardır:
1.
Dini savadı olan şəxslərlə danışılmasın. Din alimi olan yerdə
gizlənilsin.
2.
Qarşındakı şəxsin arzusuna və istəyinə görə danışılacaq.
3.
Müsəlmanlar islam dininin əmrləri və qadağaları mövzusunda
şübhəyə salınacaq.
4.
Sirlər yadlara deyilməyəcək və sirlər yalnız təriqəti qəbul edənə
veriləcək
5.
Aldatmaq üçün əvvəl hərkəsin inandığı şeyləri müdafiə edəcəklər.
6.
İbadətlərə ehtiyac yoxdur, qəlbin təmiz olsun bəsdir deyiləcək
İsmaililərin inancları aşağıdakılardır :
1.
Yaradıcı yəni Allah nə vardır, nə də yoxdur. Nə alimdir, nə cahildir,
nə qadirdir, nə acizdir. Bütün sifətləri belədir. Çünki bunlar var desək
məxluqlara oxşadılmış olar. Yoxdur desək, yoxluq adı işlənər.Yaradan
qadim, başlanğıcı olmayan da deyidir. Hadis yəni sonradan olan da deyildir.
2.
Qurani Kərimin bir zahiri mənası bir də batini mənası vardır. Batin
daxili, öz mənası lazımdır. Qozun qabığı deyil içini lazımdır deyərək Qurani
Kərim ayətlərini özlərinə məxsus izah edirlər.
3.
Yeddi rəqəmi onlar üçün müqəddəsdir. Çünkü aləmin nizamı və
tarixi hadisələr yeddi rəqəmi üstündə qurulmuşdur. Allah küllü ağıl, nəfs,
əsli maddə, fəza, zaman, yerüzü aləmi və insanlıq olaraq yeddi təcəlli qəbul
edirlər. Yer üzü aləminin özlərinə Natiq adı verilən din gətirmiş yeddi
peyğəmbəri var. Hər peyğəmbər arasında yeddi imam, hər dövrdə olması
vacib olan imamların sayı yeddidir.
İsmailiyyə təriqəti
227
4.
Axirət həyatını inkar edən İsmailillər; Cənnət, Cəhənnəm, yenidən
dirilmə, həşr, məhşər, mizan və sirat olması mümkün olmayan şeylərdir.
Cənnət bu dünyadakı nemətlər, cəhənnəm isə dünyada edilən, ibadətlərin və
haramlardan çəkinmənin verdiyi sıxıntılar və əziyyətlərdir.
5.
Namaz və zəkat kimi ibadət və haramlar Allahın yaxın dostları üçün
deyildir. Bir çox haramları mübah hesab edirlər.
6.
Yeddinci imam olaraq İsmail bin Cəfər Sadiqi qəbul edirlər.
Təməl görüşləri bunlardır:
1.
Vəlayət – islamın birinci dirəyidir.
2.
Namaz – gündə üç dəfə qılınır.
3.
Zəkat – Dailər tərəfindən alınır, camaatın işləri üçün Dai-mütləqə
təslim edilir.
4.
Oruc - Ramazan ayında 30 gün, hər ayın ilk və sonuncu cümə
axşamları tutulur.
5.
Həcc – Məkkəyə həcc məcburidir, həmçinin Kərbəla və digər
məşhur ziyarətgahları ziyarət edirlər.
6.
Cihad – nəfsləri, malları və həyatları üçün cihad edirlər. İmam və
Dai istəyəndə fərzdir.
Sünnülər kimi bunlarda muta nigahını qəbul etmirlər. ( 5.səh.131)
İsmaililərin kitabı Kitabul-Cinandır. Qurani – Kərimdən sonrra ikinci
müqəddəs kitab sayılır. Kitabın içində sufi şerlər vardır. (7.net. səh)
ƏDƏBİYYAT
1.
Yeni Rehber Ansiklopedisi 10 Turkiye Gazetesi, İstanbul 1993.
2.
İslam Ensiklopedisi, İslam Alemi Tarih, Coğrafiya, Etnoqrafiya və
bioqrafiya luğati. 5/2. cilt. İstanbul , Milli Egitim Basınevi, 1993.
3.
Turkiye Diyanet vakfi. İslam Ansiklopedisi , Cild 23.İstanbul 2001.
4.
Turkiye Diyanet vakfi. İslam Ansiklopedisi , Cild 11..İstanbul 1995.
5.
Ethem Ruhi Fığlalı, Çağımızda İtikadi İslam Mezhepleri, İzmir 2004
6.
Şerafeddin Gölcük, Kelam Tarihi (Kişiler, Görüşler, Eserler), Konya 1992
7.
نم ةفئاط ةيرازنلاةعيشلا ةيليعامسلإا ىلإ ةبسن ﷲ نيدل ىفطصملا رازن دعم نب
ّ َ َ
اب رصنتسملا.
/http://ar.wikipedia.org/wiki/%D9%86%D8%B2%D8%A7%D8%B1%D9%
8A%D8%A9 / son bax: 14.07.2011
Nuranə Akif qızı HƏSƏNOVA
228
SUMMARY
THE ARTICLE IS DEVOTED TO THE ANALYSES OF THE
BRANCH OF ISMAILISM
It is the second largest branch of Shia Islam, after the mainstream
Ithnaashariyya. The Ismaili get their name from their acceptance of Ismail
ibn Jafar as the appointed spiritual successor Imam to Jafar as- Sadiq. They
differ from the Twelvers, who accept Musa al- Kazım, younger brother of
Ismail, as the true Imam.
РЕЗЮМЕ
СТАТЬЯ ПОСВЯЩЕНА ИССЛЕДОВАНИЯМ ВЕТВИ
ИСМАИЛИЗМА
Это - вторая по величине ветвь Ислама шиа, после господствующе-
го Иснашария. Исмэйли получили своё название от принятия Исмэйла
ибн Джафар, назначенный духовным Имамом, преемника к Джафар как
- Садиг. Они отличаются от Иснашария (Twelvers), кто принимает Муса
ал-Казима, младшего брата Исмэйла, как истинного Имама.
Çapa tövsiyə etdi: f.e.d. Kamandar Kazım oğlu Şərifov
Dostları ilə paylaş: |