8
I FƏSIL. MÜASIR ŞƏRAITDƏ MÜƏSSISƏNIN MƏNFƏƏTININ
FORMALAŞ MASI VƏ UÇOT REGISTRLƏ RINDƏ QEYDƏ
ALINMASININ PROBLEM MƏ SƏ LƏ LƏ RI
1.1. Müə ssisə nin gə lirlə ri (xə rclə ri) haqqında anlayış , onların
tə snifatı və inflyasiya şə raitində qiymə tlə ndirilmə si
Ensiklopedik mənbələrdə verildiyi kimi müəssisənin maliyyə nəticələrini
xarakterizə edən mənfəət göstəricisi onun gəlirləri ilə xərcləri arasındakı fərq kimi
hesaba alınır. Deməli mənfəəti təyin etmək üçün onun gəlirləri və xərcləri
haqqında informasiyaya malik olmaq lazımdır. Beynəlxalq uçot praktikasında
fəaliyyətdə olan müəssisənin gəlirləri və xərclərinə dair standartlar mövcuddur.
Lakin buna baxmayaraq ölkəmizdə hələ bu günədək maliyyə nəticələrini təyin
edən zaman hesaba alınmayan gəlirlərə və xərclərə aid normativ sənədlər yoxdur.
Bu baxımdan həmişə istinad etdiyimiz Rusiya Federasiyasının təcrübəsi
diqqətəlayiqdir. RF Maliyyə Nazirliyi «Təşkilatın gəlirlərinin» mühasibat uçotu
haqqında Qaydalar və «Təşkilatın xərclərinin» mühasibat uçotu haqqında Qaydalar
təsdiq etmişdir (06 may 1999-cu il tarixli 32 N°-li qaydalar). Bu qaydalar demək
olar ki, beynəlxalq uçot praktikasında qəbul olunmuş müvafiq qaydalara uyğundur.
Beynəlxalq praktikada aktivlərin daxil olması (pul vəsaiti yaxud başqa əmlak)
nəticəsində iqtisadi faydanın artması yaxud müəssisə kapitalının artmasını təmin
edən borcların ödənilməsi, yəni kənar təşkilatlar və şəxslər tərəfindən öhdəliklərin
yerinə yetirilməsi (şəriklərin qoyduğu haqlar daxil edilməməklə) «Təşkilatın
gəlirləri» hesab edilir.
Bu qaydaya görə kənar hüquqi və fiziki şəxslərdən aşağıdakı daxilolmalar
təşkilatın gəlirləri hesab olunmur:
-
ə
lavə dəyərə vergi (ƏDV), aksizlər, satışolan vergi, ixrac rüsumları və bu
qəbildən olan məcburi ödəmələr üzrə məbləğlər;
-
komisyon müqavilələri, agentlik və digər buna oxşar komitentin xeyrinə
müqavilələr üzrə daxilolmalar;
9
-
məhsulun, iş, xidmətlərin, malların dəyərinin ödənilməsi hesabına alınan
avanslar;
-
behlər;
-
girovlar (müqavilədə girov qoyulmuş əmlak girov alanda qalırsa);
-
borclarına verilmiş borcun, kreditin qaytarılması üzrə gəlirlər.
Təşkilatın gəlirləri xarakterindən, alınma şəraitindən və təşkilatınfəaliyyət
istiqamətindən əksili olaraq aşağıdakı növlərə bölünür:
a)
adi fəaliyyət növlərindən gəlirlər;
b)
sair daxilolmalar;
Sair daxilolmalara aşağıdakılar aid edilir:
- ə
məliyyat gəlirləri;
-
satışdankənar gəlirlər;
-
fövqəladə gəlirlər.
Qüvvədə olan qaydaya görə məhsul və malların, kənar təşkilatlar üçün
görülən iş və xidmətlərin satışından gələn gəlirlər adi fəaliyyətdən alınan gəlirlərə
daxil edilir. Milli mühasibat uçotu sisteminində bu gəlirdən olan gəlirlər 601
“satış” hesabın kreditində uçota alınır.
Beynəlxalq maliyyə hesabatları standartlarından istifadə olunan ölkələrdə 1
yanvar 1995-ci ildən başlayaraq satışdan gələn gəlirləri uçota almaq üçün 18N°-li
«gəlirlər» (bəzi ölkələrdə «satış pulu»), adlı standartlardan (BMHS) Azərbaycanda
isə bu məqsədlə “Gəlirlər üzrə” kommersiya təşkilatları üçün 6 N-li Milli
mühasibat uçotu standartlarından istifadə edilir.
Hamıya məlumdur ki, inflyasiya yəni pulun qiymətdən düşməsi və
hiperinflyasiya həddindən artıq qiymətdəndüşməsi, valyuta məzənnənin
dəyişilməsi, qiymətlərin dəyişilməsi müəssisənin (təşkilatın) gəlirlərinə, həm də
real pul gəlirlərinə və mənfəətə təsir göstərir. Buna görə də BMHS-dən istifadə
edən ölkələrdə müxtəlif amillərin pul gəlirlərinə, mənfəətə, son nəticədə isə
sahibkar kapitalına təsirini təyin etmək üçün şərh olunmalardan (7N-li
standartlardan), əlavə 15 N-li «Qiymətlərin dəyişilməsinin təsirini əks etdirən
informasiya», 21N°-li «Valyuta məzənnəsinin dəyişilməsinin təsiri» və 30N°-li
10
«Bankların
və
oxşar
maliyyə
institutlarının
maliyyə
hesabatlarında
informasiyaların açıqlanması» adlı standartlardan da istifadə edilir ki, bunlar da
sahibkar gəlirlərinin dəqiq təyin edilməsində az əhəmiyyət kəsb etmir.
Onu da qeyd etmək yerinə düşər ki, 7N-li «Pul vəsaitlərinin hərəkəti haqqında
hesabat»da bizim üçün xarakterik olmayan «pul ekvivalentləri» terminindən də
istifadə edilir. Bu qəbildən olan gəlirlərə alınan tarixdən sonra üç aydan gec
olmayaraq ödənilən qısamüddütli pul qoyuluşları daxil edilir.
Xarici ölkələr də, həm də ölkəmizdə gəlirlərin çox hissəsi pul gəlirləri təşkil
edir. Milli mühasibat uçotu sisteminin fərqli olaraq BMHS-dən istifadə olunan
xarici ölkələrdə «xalis» və «ümumi» pul axını terminlərindən istifadə edilir.
«Xalis» pul axınını təyin edən zaman ümumi pul axınının hesablanmış divident
məbləğləri çıxılır, «Ümumi» pul axını göstəricisini təyin edən zaman isə əvvəllər
hesablanan pul axını məbləğinə gəlir vergisi, mənfəətdən vergi və əmlakdan vergi
məbləğləri əlavə edilir.
Xarici ölkələrdə sadəcə olaraq bazarın tələbinə uyğun olaraq qiymətlərin
dəyişilməsi 15N-li standartlarda, inflyasiya ilə əlaqədar olaraq qiymətlərin
dəyişilməsi isə 29N-li «hiperinflyasiya iqtisadiyyatı şəraitində maliyyə hesabatı»
adlı standartlarda açıqlayır. Bu hal ayrı-ayrı səbəblərin gəlirlərə və mənfəətə
təsirini dürüst təyin etməyə imkan verir.
Dünya praktikasında qəbul olunmuş qaydaya görə qiymətlərin üç il ərzində
100% və yuxarı yaxudda ildə 26% (doqquz aydan çox olmamaqla) artımı
hiperinflyasiya kimi qəbul edilir.
Valyuta kursunun dəyişilməsinin pul gəlirlərinə təsirini hesaba alan zaman
ancaq xarici ölkə pulunun (valyuta hesabına daxil olan yaxud bu hesabdan
ödənilən) milli pula məzənnəsinin dəyişilməsi hesaba alınır.
Gəlirlərin və xərclərin habelə bu göstəricilərdən istifadə etməklə mənfəət
göstəricisinin dəqiq təyin edilməsində son illərdə RF-də istifadə olunan 4N°-li «Pul
vəsaitinin hərəkətinə dair hesabat» xüsusi əhəmiyyət kəsb edir. Bu hesabat
formasının böyük əhəmiyyəi ondan ibarətdir ki, orada «cari fəaliyyətdən»,
«inflyasiya fəaliyyətindən» və «maliyyə fəaliyyətindən» pul gəlirləri, habelə pul
Dostları ilə paylaş: |