75
bola reqressiya tənliyi şəklində qurula bilər. Təcrübədə bir çox hallarda sosial-iqtisadi hadisələr arasında
qarşılıqlı əlaqələri öyrənmək üçün parabola tənliyinin ikinci qaydasından istifadə edilir.
Ən kiçik kvadratlar üsulunun tələblərini ödəyən a
o
, a
2
və a
3
parametrlərini hesablamaq üçün aşağıdakı
normal sistem tənlik tərtib edilir:
a
o
n +a
1
∑
x + a
2
∑
x
2
= ∑y
a
o
∑
x + a
1
∑x
2
+ a
2
∑
x
3
= ∑xy
a
o
∑
x
2
+ a
1
∑
x
3
+ a
2
∑
x
4
= ∑x
2
y
Amil əlamətinin bərabər inkişaf meyli nəticə əlamətinin qey-ri-bərabər inkişafına səbəb olduqda, əla-
qənin tədqiqinin parabola tənliyilə həyata keçirilməsi məqsədəuyğundur. Məsələn, verilən gübrənin miq-
darı optimal normaya çatdırılana qədər məhsuldarlığın maksimum artmasını təmin edir, gübrənin miq-
darı optimal normadan artıq olduqda, məhsuldarlığın artımı normaya qədər olan səviyyədə davam etmir.
Belə bir asılılıq yağıntı ilə dənli bitkilərin məhsuldarlığı, fəhlələrin əmək məhsuldarlığı və onların dərə-
cələri, əməyin əsas istehsal fondları ilə silahlanması və əmək məhsuldarlığı və s. arasında da mövcuddur.
Bu zaman amil əlamətinin artmasına müəyyən həddən sonra isə onun hətta azalmasına səbəb olur.
Əlaqələrin korrelyasiya tədqiqində əlamətlər arasındakı əlaqənin sıxlıq dərəcəsinin hesablanmasının
mühüm əhəmiyyəti vardır. Riyazi əlaqə tənlikləri hadisələrin əlamətləri arasında mövcud olan əlaqələri
düzgün təsvir edir. Lakin reqressiya tənlikləri əlaqənin sıxlıq dərəcəsini ölçə bilmir. Əslində a
1
parametri
müəyyən mənada əlaqə sixlıgının ölçüsü kimi istifadə edilə bilər, çünki o x və y arasındakı müəyyən
nisbəti gostərir. Lakin a
1
parametri mütləq kəmiyyətlərdə ifadə olunur. Ona görə də digər əlamətlər üzrə
buna oxşar göstəricilərlə və digər tənliklə hesablanmış göstəricilərlə müqayisə edilə bilməz. Əlaqənin
sıxlığını ölçmək üçün nisbi göstəricilər lazımdır. Dispersiyaların cəmlənməsi qaydasından məlumdur ki,
ümumi dispersiya (σ
2
) qruplararası dispersiya (δ
2
) ilə orta qrupdaxili dispersiyanın (σ
2
) cəminə bəra-
bərdir. Qruplararası dispersiya (δ
2
) amil əlamətinin (x) təsiri nəticəsində nəticə əlamətinin tərəddüdünü
əks etdirir.Orta qrupdaxili dispersiya (σ
2
) nəzərə alınmayan bütün digər amillərin təsiri altında nəticə
əlamətinin tərəddüdünü xarakterizə edir.Ümumi dispersiya bütün amıllərin təsiri nətıcəsində nəticə
əlamətinin variasiyasını xarakterizə edir. Buradan aydındır ki, x və y arasındakı əlaqəni ölçmək üçün
qruplararası dispersiyanın ümumi dispersiyaya nisbətini əks etdirən determinasiya əmsalını (η
2
)
hesablamaq lazımdır. Determinasiya əmsalı ümumi variasiyanın hansı hissəsinin amil əlamətinin (x)
variasiyası əsasında baş verdiyini göstərir. Bu göstəricinin kvadrat kökü korrelyasiya indeksi və ya nəzəri
korrelyasiya nisbəti adlanır. Dispersiya qrup orta kəmiyyətlər əsasında hesablandıqda, onda buna empirik
korrelyasiya
nisbəti deyilir. Nəzəri korrelyasiya nisbətinin kəmiyyəti (əlaqə olmadıqda) sıfırla vahid
arasında gözlənilir. Cavab vahidə bərabər olduqda əlaqə funksional əlaqə
olur. Nəzəri korrelyasiya nisbəti
hər cür əlaqə forması üçün hesab oluna
bilər. Düzxətli əlaqənin sıxlığını ölçmək üçün xətti korrelyasiya
əmsalı hesablanır.
Xətti korrelyasiya əmsalı ümumi korrelyasiya indeksinin xüsusi halı olub, ancaq xətti əlaqə forması (y
x
= a
o
+ a
1
x) üçün tətbiq edilir. Bunun cavabı da sıfırla vahid arasında olur. Cavab müsbət işarə ilə alınarsa
əlaqənin düz, mənfi işarə olduqda isə əlaqənin tərs olduğunu göstərir.
Sosial hadisələrin tədqiqində alternativ əlamətlər arasındakı əlaqənin sıxlığını öyrənmək xüsusi əhə-
miyyətə malikdir. Kəmiyyət qiymətinə malik olmayan keyfiyyət göstəriciləri və əlamətləri arasındakı
sıxlığı ölçmək üçün xüsusi sıxlıq əmsallarından- assosiasiya, kontengensiya, A.Çuprovun bağlılıq əmsal-
larından istifadə edilir. Nəzərə çatdırmaq lazımdır ki, kontengensiya əmsalı assosiasiya əmsalından hə-
mişə kiçik olur. Assosiasiya əmsalı- A≥0,5 olarsa, kontengensiya əmsalı isə- k≥0,3 olarsa əlamətlər ara-
sında əlaqənin olduğu təsdiq edilir. İkidən çox atributiv əlamət arasında əlaqənin sıxlığını ölçmək üçün
K.Pirsonun və A.Çuprovun qarşılıqll qovuşma əmsallarından istifadə olunur.
Əlaqə tənliyi hadisələrin əlamətləri arasındakı əlaqəni riyazi cəhətdən nisbətən dəqiq təsvir etsə də,
əlaqənin sıxlığıınn vahid ölçüsünü vermir. Odur ki, əlaqənin sıxlığını ölçmək üçün nisbi göstərici he-
sablamaq lazımdır. Nəzəri korrelyasiya nisbəti (korrelyasiya indeksi), qoşa korrelyasiya əmsalı (xətti kor-
relyasiya əmsalı) belə göstəricilərdəndir. Sosial-iqtisadi hadisələrin nəticəsi bir deyil, bir neçə amillərin
təsiri altında dəyişir, yəni, nəticə əlamətinə (y) bir neçə amil əlaməti (x
1
, x
2
və s.) təsir göstərir. Belə
halda çoxamilli korrelyasiya hesablamaq lazımdır. Çoxamilli korrelyasiya təhlilinin əsas mürəkkəbliyi
amillərin seçilməsində və reqressiya tənliyinin qurulmasındadır. Təhlilə başlamazdan əvvəl nəticə və hər
bir amil əlaməti üzrə x, σ
2
, σ, V göstəriciləri hesablamaq məqsədəuyğundur ki, bu da korrelyasiya təh-
lilini daha məzmunlu aparmağa imkan verir. Korrelyasiya təhlili üçün ilk növbəfə nəticə əlamətinə təsir
76
edən mühüm amillər seçilməlidir. Çoxamilli tənliyi qurarkən kifayət qədər geniş və iri həcmli müşahidə
məlumatına əsaslanmaq lazımdır.
Çoxamilli korrelyasiya təhlili əsasında öyrənilən göstəricilər və amillər arasında əlaqənin sıxlığını
xarakterizə edən müxtəlif qoşa, xüsusi və çoxamilli korrelyasiya əmsalları və çoxamilli determinasiya
əmsalı hesablanır. Məcmu çoxamilli xətti korrelyasiya əmsalı amil əlamətlərinin nəticə əlamətinə təsirini
birlikdə göstərir və onun qiyməti 0-la 1 arasında tərəddüd edir. Öyrənilən göstəricinin variasiyasında han-
sı hissənin tədqiqata daxil edilən amillərin təsir dərəcəsini müəyyən etmək üçün çoxamilli determinasiya
əmsalı R
2
hesablanır. Nəzəri korrelyasiya nisbəti dispersiya vasitəsilə hesablanır.
Çoxamilli reqressiya tənliyində olduğu kimi, burada da məlum olmayan a
o
, a
1
, a
2
parametrləri ən ki-
çik kvadratlar üsulu əsasında müəyyənləşdirilir. Məcmu çoxamiili korrelyasiya əmsalı düzxətli əlaqənin,
nəzəri çoxamilli korrelyasiya əmsalı isə həm düz, həm də tərs əlaqənin sıxlığını ölçmək üçün hesablanır.
Reqressiya əmsalları müxtəlif ölçü vahidlərilə ölçdüklərinə görə hansının nəticə əlamətinə çox təsir
etdiyini müəyyən etməyə imkan vermir. Bu məqsədlə xüsusi elastiklik əmsalları (э
i
) və beta əmsalları (β)
hesablanır.
VI.Aparılmış müşahidənin, onun nəticəsintə toplanan informasiyanın sistemləşdirilməsinin və ümu-
miləşdirilməsinin, alınmış nəticələrin fərqli müəyyənləşdirici əlamətlər əsasında qruplaşdırılmasının və
əyani təsvir vasitələri ilə, əsasən mütləq ifadələrlə əks etdirilməsinin mühüm sosial-iqtisadi əhəmiyyəti
vardır.
İqtisadi statistik təhlil özü ilə mürəkkəb quruluşu ifadə edir ki, onun da hər bir bölməsi lokal qaydada
nəzərdən keçirildikdə özü də ayrıca sistem kimi qəbul oluna bilər. Bunları bloklar şəklindən aşağıdakı
qruplara bölmək mümkündür: tədqiqatın məqsədi, vəzifələri, statistik təhlilin vəzifələri, mərhələləri, prin-
sipləri.
İqtisadi statistik araşdırmanın mühüm mərhələsi hesab olunan təhlil özü ilə nəzərdən keçirilən obyek-
tin ayrı-ayrı tərkib hissələrə bölüşdürülməsini, onların statistik məcmunun vahidləri kimi nəzərdən
keçirilməsini və elmi cəhətdən öyrənilməsini təcəssüm etdirir.
İqtisadi-statistik təhlil qeyd olunan mərhələlərlə yanaşı on-larda tətbiq olunacaq metodikanı da işləyib
hazırlamalıdır. Tədqiq olunan hadisə və proseslərin olduğu kimi əks etdirilməsinin təmin olunması iqti-
sadi-statistik təhlilin aparılmasında hansı statistik-araşdırma metodlarından istifadəni, onların hansı qayda
və ardıcıllıqla aparılması və s. bu kimi işlərin görülməsini nəzərdə tutur. İqtisadi informasiyanın statistik
təhlilinin aparılmasını ilk növbədə bu işlə bağlı qarşıya qoyulan məqsədlə nizamlamaq mümkündür.
Hər hansı iqtisadi-statistik araşdırmanın vəzifələri sırasında ilkin addımlarından biri tədqiqat obyektini
təşkil edən obyekt və hadisələri müəyyənləşdirilməsi və onun qiymətləndirilməsi hesab olunur. Digər tə-
rəfdən, obyektin qiymətləndirilməsində həm eyni, həm də müxtəlif cinsliliyini bilinməməsi müşahidə
olunur ki, buradan da həmçinin digər spesifik məqamların işıqlandırılması mümkün deyil. İqtisadi
proseslərin səmərəlliyinin və təsərrüfat subyektlərinin işgüzar fəalliğının cəmiyyətin sosial infrastrukturu
və onun vəziyyətinin qiymətləndirilməsi, empirik materialların keyfiyyətindən, onların inkişaf qanunauy-
ğunluqları və meyllərinin aşkara çıxarılması və elmi cəhətdən əsaslandırılmasından asılıdır.
Hadisə və proseslərin quruluşunun, onların arasındakı qarşılıqlı əlaqələrin, həmçinin inkişaf qanunauy-
ğunlarının araşdırılması iqtisadi-statistik təhlildə mühüm məsələlərdən hesab olunur və bununla da əsas
vəzifələri sırasına daxil edilmişdir. İstənilən araşdırılan obyektin daxili və xarici qiymətləndirilməsi onun
həm tərkibi və quruuşu, həm digər obyektlərlə qarşılıqlı əlaqə və asılılıqları, həm də inkişaf qanunauy-
ğunluğu və meyli (həmçinin dinamikası) haqda məlumatların mövcudluğu şəraitində baş tuta bilər.
Oxşarlıqlarla bərabər araşdırılan statistik məcmunun vahid-lərində xeyli fərqlər mövcuddur ki,
bunların əsasında da təhlilin təşkili mümkün olur. Təhlil araşdırması məcmu və ya onun va-hidlərinin
inkişaf perspektivləri haqda nəticələrin formalaşdırıl-ması və uyğun təkliflərin verilməsi ilə başa çatır.
Təhlilin mərhələləri onlarda istifadə olunan metodların özünəməxsusluğu ilə fərqlənir. Statistik təhlil
zamanı istifadə olunan metodlara hadisə və əlamətlər arasındakı mühüm əlaqələrin aşkara çıxarılması,
topludakı vahidlərin bircinsliyinin qiymətləndirilməsi, toplunun öyrənilən əlamət üzrə bölgüsünün sis-
temli təhlili və s. əyani nümunə kimi göstərilə bilər. Öz növbəsində təhlil metodları da standart və daimi
deyildir, onlar öyrənilən hadisə və proseslərin xarakter və xassələrindən, onların təzahür formalarından
asılı olaraq dəyişə və uyğunlaşdırıla bilər.
77
İSTİ
FADƏ OLUNAN ƏDƏBIYYAT VƏ MƏNBƏLƏR
1.
Azərbaycan Respublikasının Konstitusiyası.Bakı 1995.
2.
“Rəsmi statistika haqqında” Azərb. Respublikası Qanunu. Bakı. 1994.
3.
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi haqqında Əsasnamə. Bakı. 2009.
4.
“2008-2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı”. Bakı.
2007.
5.
M.Bağırov. Statistikanın nəzəri əsasları Naxçıvan. 2012
6.
M.Bağırov.Statistika kursu. Naxçıvan 2012.
7.
M.Bağırov. Statistika nəzəriyyəsi. I nəşr. Naxçıvan, 2010.
8.
M.Bağırov. Statistika nəzəriyyəsi. II nəşr. Naxçıvan, 2011.
9.
M.Bağırov. Sosial-iqtisadi statistika. 2 cildlik. Naxçıvan, 2011.
10.
S.Hacıyev. Statistikanın ümumi nəzəriyyəsi. Bakı. 2005.
11.
S.Hacıyev. Statistikanın tarixi. Bakı. 1993
12.
S.Hacıyev. Statistikanın ümumi nəzəriyyəsi. Bakı. 1994
13.
S.Hacıyev, S.Əliyev. Statistikanın indeks metodu. Bakı. 1996
14.
S.Hacıyev. Statistikanın ümumi nəzəriyyəsindən məsələlər külliyatı. Bakı.1996.
15.
S.Yaqubov. Sosial statistika (dərs vəsaiti) 2 cild. 1995.
16.
O.Məmmədli, M.İsmayılov, F.İsmayılov. Statistika nəzəriyyəsi. Bakı. 2009.
17.
R.Məmmədov. Beynəlxalq statistika. Bakı.2004
18.
R.Məmmədov. Ev təsərrüfatı büdcələrinin tədqiqatı statistikası. Bakı. 1998.
19.
R.Məmmədov. Milli hesablar sistemi. Bakı.2005.
20.
A.Məmmədov. Sosial-iqtisadi statistika. Bakı. 2000.
21.
Y.İvanov. İqtisadi statistika. Moskva.1999.
22.
R.Şmaylova. Statistika nəzəriyyəsi. Moskva. 2008.
23.
İ.Yeliseyeva. Statistika. Moskva. 2008.
24.
İ.Yeliseyeva, M.Yüzbaşev. Statistikanın ümumi nəzəriyyəsi. Moskva, 1998.
25.
A.Sidenko. Beynəlxalq statistika. Moskva. 2006.
26.
İ.İvanov. İqtisadi statistika. Moskva. 2003.
27.
S.İlyenkova. Firmaların iqtisadiyyatı və statistikası. Moskva. 1996.
28.
M.Yefimova, Y.Petrova, V.Rumyantsev. Statistikanın ümumi nəzəriy-yəsi. Moskva, 1999.
29.
N.Tolstik, N.Mateqorina. Statistika. Postov-Don. 2001.
30.
B.Ploşko. Qruplaşdırma və statistika göstəriciləri sistemi. Moskva, 1994
Dostları ilə paylaş: |