3
yüksəldilməsi ilə yanaşı, zəruri elmi əsasların formalaşmasına və onlardan təcrübədə istifadəyə geniş
şərait yaratmaqdadır.
III. Statistika uzun inkişaf tarixinə malik olan, elmlər sistemində mühüm yer tutan, özünəməxsus
predmet və tədqiqat metodlarına malik olan bir elm sahəsidir. Eyni zamanda o, içtimai elmlər qrupuna
daxildir. Təbiət və cəmiyyətdə baş verən bütün ictimai-kütləvi hadisələr bu elmin tədqiqat obyektləri he-
sab olunur. Onun predmetinin əsas xüsusiyyəti- həyatda baş verən kütləvi sosial-iqtisadi hadisələrin
kəmiyyət tərəflərini (keyfiyyət tərəfləri nəzərə alınmaqla) və onların inkişaf qanunauyğunluqlarını tədqiq
etməkdir. Statistika elminin birinci mühüm xüsüsiyyəti ondan ibarətdir ki, o ayrı-ayrı faktları deyil, küt-
ləvi, irimiqyaslı hadisə və prosesləri tədqiq edir. Belə təsərrüfat uçotunun növləri arasında miqyas etibarı
ilə bölgüdə statistik uçotun əhatəsi daha geniş nəzərdə tutularaq eyni növ faktların, hadisələrin və pro-
seslərin bir tədqiqat məcmusunda toplanılmasına, onların müəyyənləşdirici əlamətlər əsasında sistemləş-
dirilməsinə şərait yaradılmışdır.
Statistika tədqiqatının mühüm vəzifələrindən və fəaliyyət qaydalarından biri də umumiləşdirici gös-
təriciləri almaqdan və ictimai-kütləvi hadisələrdə baş verən qanunauyğunluqları konkret məkan və zaman
şəraitində tədqiq etməkdir. Məhs bu əsasda statistika hər hansı hadısənin harada və nə zaman baş verməsi
haqda məlumatları formalaşdırır. Bu həm sosial, həm də iqtisadi yönümlü hadisə və proseslərə şamil edi-
lə bilər.
Statistika sosial-iqtisadi hadisələrin kəmiyyət tərəfini konkret məkan və zaman şəraitində öyrənir.
Statistika elminin digər xüsusiyyətlərindən biri ondan ibarətdir ki, o ictimai hadisələrin kəmiyyət nis-
bətlərini də öyrənir.
Statistika elmində rəqəmlər sadə deyil, adlı, müəyyən məkan və vaxta aid olurlar, həmçinin sosial-iqti-
sadi hadisələrin zaman ifadəsi nəzərə alınmaqla səviyyələrini xarakterizə edirlər. Bu mənada statistika
riyaziyyatdan tamamilə fərqlənir. Statistika tərəfindən müəyyənləşdirilən kəmiyyət xarakteristikası məc-
munun bütün vahidləri üçün qeydə alınmış birdəfəlik və dəyişməz deyildir, onlar bir məcmu vahidindən
digər məcmu vahidinə doğru məkan və zamanda dəyişirlər. Mövcud sosial-iqtisadi hadisələrin variasiya-
sının qarşısını almaq mümkün deyildir və onların variasiyası statistika elminin labüdlüyünün mühüm şər-
tidir. Əlamətin variasiyası dedikdə statistika məcmusunun ayrı-ayrı vahidlərinin bir-birindən fərqlənməsi
başa düşülür. İstənilən sosial-iqtisadi hadisənin kəmiyyət xarakterizəsi statistikada müəyyən raqəmlərlə
ifadə edilır və həmin rəqəm statistika göstəricisi adlanır. Mürəkkəb hadisələri hərtərəfli əks etdirən gös-
təricilər məcmusu göstəricilər sistemini təşkil edir. Qeyd etmək lazımdır ki, statistik məcmunun hərtərəfli
xarakterizə edilməsində mütləq göstəricilərlə yanaşı, araşdırma obyektindən və formasından asılı olaraq
nisbi və orta kəmiyyətlər də istifadə olunmalıdır. Qeyd olunanlarla bərabər, statistika sosial-iqtisadi hadi-
sələrin quruluşunu da xarakterizə edir. Kütləvi sosial-iqtisadi hadisələrin quruluşu təhlil edilərkən onların
tərkib hissələri aşkar olunur, sonra isə bu tərkib hissələrin tamla və özləri arasında müqayisəsi təşkil
olunur.
Sosial və iqtisadi hadisələrin müəyyən məkanda dəyişilməsi onların quruluşunun təhlili vasitəsilə aş-
kar edilir. Hadisələrin səviyyə və quruluşunun dəyişilməsi dinamikada tədqiq olunur. Həyatda baş verən
hadisə və proseslərin dinamikada təhlilinə onların müəyyən vaxt momentinə, yaxud zaman kəsiklərində
səviyyələrinin, həcminin və orta səviyyələrinin müəyyən edilməsi, dəyişilməsinin kəmiyyətinin və sürəti-
nin, onların əsas meylinin müəyyənləşdirilməsi və qanunauyğunlularının aşkar edilməsi, statistik proq-
nozların verilməsi daxildir. Baş verən hadisələr və onların əlamətləri qarşılıqlı əlaqə və asılılıqdadır, yəni
onların birinin dəyişilməsi digərinin dəyişilməsinə səbəb olur.
Ümumiləşdirilmiş şəkildə statistika elminə aşağıdakı tərifi vermək olar: statistika ictimai elmlərdən
biri olub, baş verən kütləvi sosial-iqtisadi hadisələrin kəmiyyət tərəfini, onların keyfiyyət tərəfi nəzərə
alınmaqla, özünün çoxsaylı göstəricilər sistemi vasitəsilə, müəyyən məkan və zaman daxilində öyrənən
bir elmdir.
IV. Hər bir ölkə və ya iqtisadi-inzibati rayonları haqqında müfəssəl informasiyanın əldə edilməsi sa-
həsində onun icra-inzibati və digər orqanları mühüm rol oynayır. Qeyd olunan sahədə ölkəmizin statisti-
ka orqanlarının payına böyük vəzifələr düşür. Ölkədaxili və beynəlxalq kəmiyyət informasiyasının təq-
dim edəni və qəbuledicisi hesab olunan bu təşkilat geniş və mərkəzləşdirilmiş fəaliyyət mexanizminə,
çoxşaxəli məlumat toplama istiqamətlərinə, əldə olunmuş materialların müxtəlif emal, ümumiləşdirmə və
yekunlaşdırma alətlərinə malikdir. Ölkəmizdə statistik fəaliyyətin təşkili ilk növbədə onun prinsipləri ilə
əlaqələndirilməlidir ki, bunlardan da mühüm olanlarını aşağıdakı kimi sadalamaq olar:
4
respublikamızda bütün təsərrüfat uçotu sisteminin, o cümlədən statistika işlərinə rəhbərliyin ciddi
şəkildə mərkəzləşdirilməsi və vahid şəkildə idarə olunması;
işlərin vahid metodologiyaya əsaslanan metodologiya ilə aparılmasını təmin edəcək mərkəzi statistika
orqanının yaradılması;
mərkəzi və yerli statistika orqanlarının biri-birilə və digər dövlət orqanları ilə qarşılıqlı əlaqələrinin
təmin edilməsi;
əldə olunan və istifadə edilən məlumatların həqiqiliyinə, düzgünlüyünə, obyektivliyinə tamlığına və
dizər şərtlərinə nəzarətin təmin edilməsi və s.
Öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericilik bazasını əsas tutaraq fəaliyyət göstərən
statistika orqanları cəmiyyətdə baş verən bütün ictimai-kütləvi hadisə və proseslər haqqında informa-
siyaya malik olmalı və onun məqsədyönlü mübadiləsində iştirak etməlidirlər.
Beynəlxalq təcrübədə statistikanın təşkilinin iki forması istifadə olunmaqdadır: mərkəzləşdirilmiş və
qeyri-mərkəzləşdirilmiş. Ölkəmizdə mərkəzləşdirilmiş formanın tətbiqi hələ keçmiş Sovetlər dovründən
baş vermiş, müstəqilik əldə etdikdən sonra isə müvafiq forma saxlanılmaqla onun quruluşunda zamanın
tələbini qarşılayacaq, beynəlxalq statistik standart və qaydalarla uyğunlaşacaq dəyişikliklər edilmiş, tək-
milləşdirmələr aparılmışdır. Bu sahədə hazırlanan və ölkə statistikasını tənzimləyən ilk sistemli hüquqi-
normativ akt Azərbaycan Respublikasının “Statistika haqqında” 18 fevral 1994-cü il 789№-lı Qanunudur
(sonradan həmin qanunun adına dəyişiklik edilmiş və o, Azərbaycan Respublikasının “Rəsmi statistika
haqqında” Qanunu adlandırılmışdır). Qanunvericilik bazasının gücləndirilməsi və müvafiq sahədə fəa-
liyyəti nizamlamaq, onun kompleksliliyini təmin etmək məqsədilə müxtəlif illərdə adı çəkilən Qanuna
əlavə və dəyişikliklər edilmiş, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi haqqında Əsas-
namə işlənilmiş, bu sahənin ayrı-ayrı istiqamətlərinin fəaliyyətini özündə əks etdirən qanunlar və digər
qanunvericilik aktları (Dövlət Proqramları, Azərbaycan Respublikası Prezidentinin Fərmanları, sərən-
camlar) hazırlanmışdır. Azərbaycanda statistik fəaliyyəti həyata keçirən mərkəzi orqan – Azərbaycan
Respublikası Dövlət Statistika Komitəsidir. O, çoxşaxəli daxili və ərazi strukturlarına malikdir.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi ölkəmiz-də statistika və uçot işlərinə
mərkəzləşdirilmiş rəhbərliyi həyata keçirir, onun vahid elmi metodologiya-sını işləyib hazırlayır, iqtisadi
sahədə fəaliyyət göstərən hökümət orqanları ilə birlikdə (İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi,
Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Vətəndaşlara Xidmət və Sosi-al İnnovasiyalar üzrə Dövlət
Agentliyi və s.) statistik hesabatların və mühasibat uçotu formalarının tək-milləşdirilməsi sahəsində işlər
aparır, sosial-mədəni, iqtisadi inkişafı əks etdirən kəmiyyət göstəricilərinin toplanması və emalı ilə
məşğul olur.
Ümumiləşdirdiyimiz məsələlər statistik fəaliyyətlə bağlı qarşımızda iki mühüm məsələnin zəruriliyini
göstərir. Bunlardan birincisini öyrənilən, statistikanın öbyekti hesab olunan, sonradan işlənilməli, ümu-
miləşdirilməli və müvafiq səviyyəli yerli və beynəlxalq orqanlara təqdim edilməli, onlarla mübadilə də
istifadə edilməli informasiyanın əldə olunması üçün müvafiq orqanlar nə kimi vəzifələri icra etməkdədir
Hər bir orqanın fəaliyyətinin görünən üzü onun fəaliyyətidir ki, bu da hüquq və səlahiyyətlərlə ya-
naşı, onların üzərinə qoyulmuş vəzifələrlə müəyyənləşir. Bu vəzifələr özü ilə biri-biri ilə əlaqələndirilmiş,
vahid fəaliyyət üzrə ardıcıl qurulan icra istiqamətlərindən ibarətdir. Onlardan mühüm olanlarını aşağıdakı
ardıcıllıqla nəzərdən keçirək: ölkə ərazisində vahid statistika siyasəti yeridir; statistik məlumatların
düzgünlüyünü və obyektivliyini, öl-kədə bazar münasibətlərinin formalaşdırğı şəraitdə onların baş verən
sosial-iqtisadi hadisə və proseslərə tam uyğunluğunu, vaxtında toplanmasını təmin edir; ölkə iqtisadiyya-
tının vəziyyətini səciyyələndirən, elmi cəhətdən əsaslandırılmış statistik məlumatları toplayır, işləyir, təh-
lil edir və hökümətə təqdim edir; beynəlxalq statistik tədqiqatlarda iştirak edir və s.
Statistika – vahid uçot sisteminin tərkib hissəsi kimi. Azərbaycan Respublikasında vahid təsərrüfat
uçotu sistemi yaradılmış və o üç növdən ibarətdir: 1.operativ (operativ-texniki) uçot; 2.mühasibat uçotu;
3.statistik uçot.
Hər bir uçot növünün öz xüsusi vəzifələri vardır və ona xas olan xüsusi metodlardan istifadə edir.
Lakin bütün uçot növləri qarşısında bir ümumi vəzifə durur ki, bu da əmək, istehsal və bölgü ölçüləri
üzərində ümumxalq uçotu və nəzarəti rolunu oy-namaqdan ibarətdir. Uçotun ümumi vəzifəsi
zəhmətkeşlərin xalq təsərrüfatı sahələrində sərf etdiyi əmək məsrəflərini, onla-rın nə istehsal etdiklərini,
əmək məhsulunun necə bölündüyünü və necə istifadə edildiyini hesaba almaqdan ibarətdir.