Microsoft Word Dissert. Necef. Turan son versiya docx



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə18/23
tarix11.08.2018
ölçüsü0,54 Mb.
#62249
1   ...   15   16   17   18   19   20   21   22   23

53 

 

 



 

olunmuş  işləri  sayəsində  elmi  müzakirələrə  aktiv  nüfuz  etməyə  başladı.  Məhz 

göstərilən  iki  intellektual  istiqamətin  birləşməsi  indi  ictimai  seçim  nəzəriyyəsi  kimi 

məlum olan ideyalar kompleksinin işlənib hazırlanması üçün əsas oldu. Burada əsas 

rolu  iqtisadiyyat  nəzəriyyəsində  belə  adlandırılan  Virciniya  məktəbinin 

nümayəndələri oynadılar. Bu məktəbin mötəbər lideri 1986-cı ildə “ qtisadi və siyasi 

qərarların qəbulu nəzəriyyəsinin müqavilə və konstitusiya əsaslarının tədqiqinə görə” 

Nobel  mükafatına  layiq  görülmüş    C.Byukenendir.  C.Byukenenin,  eləcə  də  ictimai 

seçim  nəzəriyyəsi  sahəsində  görkəmli  mütəxəssis  olan  C.Brennan,  U.Niskanen, 

M.Olson,  Q.Tallok,  R.Tollison  və  başqalarının      çoxsaylı  işləri  sayəsində  1960-cı 

illərin  əvvəlindən  başlayan  müddət  ərzində  ictimai  seçim  nəzəriyyəsinin  həm  əsas 

ideyalarının,  həm  də  həmin  ideyalara  əsaslanan  “törəmə”  nəzəriyyələrinin  işlənib 

hazırlanmasında əhəmiyyətli tərəqqiyə nail olunmuşdur. 

Açıq demokratiya şəraitində ictimai nemətlərin təqdim edilməsi 

Məntiqi  olaraq,  ictimai  seçim  nəzəriyyəsi  sahəsində  tədqiqatların  çıxış  nöqtəsi 

ictimai  nemətlərin  kollektiv  şəklində  təqdim  edilməsi  probleminin  təhlilidir.  Bu 

nemətlərə onların istehsalı haqqında qərar qəbulu ilə bağlı xüsusi prosedurun işlənib 

hazırlanmasını şərtləşdirən aşağıdakı spesifik xüsusiyyətlər xasdır: 

1)

  istehlakda rəqabətin olmaması (ictimai nemətin bir fərd tərəfindən 



istehlakı  həmin  nemətin  başqa  fərd  tərəfindən  istehlakından  əldə  olunan 

faydalılıq səviyyəsini azaltmır); 

2)

  istehlakda  qeyri-müstəsnalıq  (ictimai  nemət  yalnız  onun 



istehsalının  maliyyələşdirilməsində  iştirak  etmiş  cəmiyyət  üzvlərinə 

müstəsna  olaraq  təqdim  edilə  bilməz;  əksinə,  istehsal  olunmuş  ictimai 

neməti cəmiyyətin bütün üzvləri istehlak edə bilər). 

ctimai  nemətlərin  istehsalının  maliyyələşdirilməsi  könüllü  iş  olduğu  şəraitdə 

onların təqdim edilməsi həcmi optimal səviyyədən aşağı olur. Bu, ilk növbədə, belə 

adlandırılan  “biletsiz  sərnişin  probleminin”  olması  ilə  bağlıdır.  Həmin  problemin 

mahiyyəti belədir: Cəmiyyət (və ya qrup) üzvləri ictimai nemətin istehsalı üçün zəruri 

olan  vəsaitlərin  başqaları  tərəfindən  təqdim  ediləcəyini  gözləyərək,  öz  paylarına 




54 

 

 



 

düşən  xərci  ödəməkdən  yayınmağa  meylli  ola  bilərlər.  Beləliklə,  “biletsiz  sərnişin” 

strategiyası  ilə  hərəkət  edən  qrup  üzvləri  ictmai  nemətlərin  istehlakının  qeyri-

müstəsnalığı  xüsusiyyəti  sayəsində,  öz  həmkarlarının  səylərinin  nəticəsindən  pulsuz 

istifadə  edə  biləcəklərinə  arxayındırlar.  Təsvir  edilən  şəraitdə  ictimai  nemətlərin 

istehsalına  yönəldilmiş  vəsaitlərin  həcmi  istehlakçı  qrupun  həmin  nemətlərə 

tələbatının  maksimal  ödənməsini  təmin  edəcək  qədər  nemətin  maliyyələşdirilməsi 

üçün kifayət olmayacaq. 

ctimai  nemətlərin  istehsalı  probleminin  rasional  həlli  yolu  cəmiyyət  (qrup) 

üzvlərinin  onun  maliyyələşdirilməsində  iştirakı  haqqında  məcburi  qərarların  qəbulu 

prosedurunun işlənib hazırlanmasından ibarətdir.  nsanların bir ictimai nemətlə bağlı 

üstünlükləri  intensivliyinə  görə  fərqli  olduğu  halda  (nəticə  etibarilə,  onların  ictimai 

nemət istehsalına öz töhfəsini vermək arzusu da fərqlənir), həm etik dəyərlər, həm də 

nəticənin  effektivliyi  nöqteyi-nəzərindən  optimal  qərar  səsvermə  prosedurunun 

istifadəsidir.  Bu  səsvermədə  ictmai  nemətlərin  təqdim  edilməsi  həcmi  və  müvafiq 

xərclərin  bölüşdürülməsi  haqqında  qərarların  yekdilliklə  qəbulu  nəzərdə  tutulur.  Bu 

fundamental nəticə keçən əsrin sonunda K.Viksell tərəfindən ifadə edilmişdir.  ctimai 

nemətlərin  təqdim  edilməsinin  maliyyələşdirilməsinə  dair  məsələsi  üzrə  həmrəyliyə 

nail olma variantlarından biri K.Viksellin şagirdi – E.Livdal tərəfindən “Vergiqoyma 

ə

daləti” kitabında təklif edilmişdir. Lindal tərəfindən irəli sürülmüş prinsipə əsasən, 



ictimai  nemətin  maliyyələşdirilməsində  fərdin  payı  (ictimai  nemətin  son  hədd 

vahidinin  “vergi  qiyməti”  kimi  şərh  edilən)  həmin  fərd  üçün  ictimai  nemətin 

maksimal faydalılığına dəqiq uyğun gəlməlidir. 

Təmsilçilik demokratiyası şəraitində seçim problemləri 

Təmsilçilik  demokratiyası  şəraitində  sadə  seçim  modelləri  seçicilərin  səsləri 

uğrunda  rəqabət  aparan  iki  partiyanın  olmasını  nəzərdə  tutur.  Seçkilərdə  qələbə 

qazanmaq üçün partiyalar cəmiyyətin əksər üzvləri üçün arzuolunan həcmdə ictimai 

nemətləri  təqdim  edəcəklərini  elan  etməlidirlər.  ctimai  seçim  nəzəriyyəsi  üçün 

E.Dauns  tərəfindən  “Demokratiyanın  iqtisadi  nəzəriyyəsi”  kitabında  təqdim  edilmiş 




55 

 

 



 

qayda  əsas  əhəmiyyət  daşıyır:  “Partiyalar  öz  siyasətini  tərtib  etmək  üçün  seçkidə 

qalib gəlmir – seçkidə qalib gəlmək üçün öz siyasətini tərtib edirlər”

 

.  



1) bütün seçiciləri eyni məsələnin maraqlandırdığı;  

2)  həmin  məsələnin  həllinə  alternativ  yanaşmaların  siyasi  spektr  xətti  şəklində 

təqdim edilə bildiyi (yəni “çox-az” prinsipi üzrə dərəcələrə bölündüyü, məsələn, daha 

yüksək və ya daha aşağı xərc səviyyəsi);  

3) seçicilərin üstünlüklərinin simmetrik paylandığı;  

4)  səslərin  əksəriyyətini  qazanmış  partiya  qalib  gəldiyi    hallarda  partiyaların 

optimal strategiyası “median seçiciyə” yönəlmədən ibarət olur. 

Təzyiq qrupları ümumi maraqlar altında birləşmiş və siyasi qərarların qəbuluna 

effektiv təsir göstərə bilən iqtisadi subyektlər qrupundan ibarətdir. Ümumi maraqlara 

malik  hər  qrup  (qəbul  olunmuş  termin  —  “maraq  qrupu”)  “təzyiq  qrupu  olmaq 

imkanına malik deyil. Burada əsas rolu mahiyyəti 2-ci bölmədə açıqlanmış “biletsiz 

sərnişin problemi” oynayır. Maraq qrupu üçün onun üzvlərinin maddi rifahını artıran 

iqtisadi  siyasət  tədbirləri  ictimai  nemət  hesab  olunur.  Qrupun  üzvləri  nə  qədər  çox 

olarsa və onun ayrı-ayrı üzvlərinin uduşu nə qədər az olarsa, onların qrup üçün sərfəli 

olan tədbirlərə lobbiləşdirmə tədbirlərində iştirak etmək stimulu bir o qədər aşağıdır. 

Məsələn,  ayaqqabı  idxalına  rüsum  tətbiqi  nəticəsində  maddi  rifahı  azalan 

istehlakçılar, prinsip etibarilə, maraq qrupunun üzvləri kimi nəzərdən keçirilə bilərlər; 

eyni  zamanda  onların  rüsumların  tətbiqinə  qarşı  təsir  göstərmək  məqsədilə  maraq 

qrupunda  birləşə  bilməsi  üçün  sayları  həddən  artq  çox,    hər  birinin  itkisi  isə  çox 

azdır”.  Əksinə,  milli  istehsalçılar  bu  rüsumlardan  əhəmiyyətli  dərəcə  qazanc  əldə 

edir, istehsalçıların sayı isə istehlakçıların sayı ilə müqayisədə olduqca azdır. Təzyiq 

qrupunda  birləşərək,  istehsalçılar  çox  vaxt  siyasi  qərarları  qəbul  edən  subyektlərin 

xeyrinə  resursların  transferti  ilə  bərabər,  lobbiləşdirmə  həyata  keçirirlər.  Bunun 

sayəsində demokratik cəmiyyətdə əsas seçici kütləsinin maraqlarına zidd olan, lakin 

nüfuzlu  təzyiq  qrupları  üçün  sərfəli  olan  iqtisadi  siyasət  tədbirləri  həyata  keçirilə 

bilər.  ki  təzyiq  qrupu  qarşıdurmaya  girdiyi  halda  (məsələn,  avadanlığa  idxal 

rüsumlarının artırılmasında maraqlı olan avadanlıq istehsalçıları və bu avadanlıqdan 



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə