37
(TEQ) göstərilə bilər. TEQ yanacaqda həll olaraq onda peroksid birləşmələrin
yaranmasını dayandırır və detonasiyaya dayanıqlığı yaxşılaşdırır. Təmiz şəkildə TEQ
çox zəhərlidir, ona görə də yanacağa onun etil mayesi şəklində məhlulunu daxil edir-
lər (0,5-1,0 q/kq miqdarında), bu da yanacağın oktan ədədini 10-12 vahid artırır. Bu
zaman alınan və etilləşmiş adlanan benzində zəhərlidir və onunla davranarkən müəy-
yən ehtiyyat qaydalarına əməl etmək lazımdır. Zəhərlənmə təhlükəsinin mövcudlu-
ğ
unu bildirmək üçün etilləşmiş benzinlərə rəng qatırlar. Son zamanlar yeni, zəhərli
olmayan manqan antidetonatorları (manqan pentokarbonil MnCO5 və s.), yüksək
oktanlı etilləşmiş, benzinlərin istehsalında isə aşqarlar kimi efirlər və spirtlər tətbiq
olunur. Bizim sənaye (keçmiş SSR ) A-72, A-76, A -93 və A -98 markalı avtomobil
benzinləri istehsal edir. Benzinin markasındakı “A” hərfi bunun avtomobil benzini
olduğunu, rəqəm isə minimal oktan ədədini göstərir. A-72 və A-76 benzinlərində ok-
tan ədədi (72-76) motor üsulu ilə müəyyən edilmişdir, A -93 və A benzinlərində isə
“ ” hərfi göstərir ki, oktan ədədi (93 və 98) tədqiqat üsulu ilə müəyyən edilmişdir (rus
dilində issledovatelskiy metod). A-72 benzini etilləşmiş şəkildə buraxılır; A-76 sarı,
A -93 çəhrayı-qırmızı, A -98 göy rəngə boyanır. A -98-dən başqa bütün benzinlər
aprelin-1-dən oktyabrın 1-nə kimi istifadə olunan yay (cənub rayonlarında bütün ilbo-
yu) və oktyabrın 1-dən aprelin 1-nə kimi istifadə olunan qış (şimal və şimal-şərq
rayonlarında bütün ilboyu) benzinlərinə bölünürlər. A-72 benzini sıxılma dərəcəsi
yüksək olmayan mühərriklərin istismarı üçün istifadə olunur: məsələn, QAZ-21,
“Volqa”, “Moskviç -407”, ZAZ-965A, ZAZ-966, “Zaporojets” və s. minik avtomo-
billəri; PAZ-651, KAZ-606A və s avtobusları; QAZ-51P, QAZ-51A, QAZ-53F,
UAZ-451D, və s. yük avtomobilləri, işə salma və motosiklet mühərrikləri, eləcə də
istehsalat və məişət məqsədləri üçün. A-76 benzini ZAZ-966, ZAZ-968, ZAZ-969,
“Moskviç-408”, QAZ-2401 və s. minik avtomobilləri, PAZ-672, LAZ-695H, LAZ-
697H və s. avtobuslar, QAZ-53A/P, Z L-130, Z L-130B , Z L-131B, QAZ-66-01 və
s. yük avtomobilləri üçün nəzərdə tutulmuşdur. A -93 benzini ZAZ-968, “Moskviç-
412”, bütün markalardan olan VAZ “Jiquli”, QAZ-24, QAZ-31 və s. minik avto-
mobilləri, VAZ-2103 və s. mikroavtobuslar, “Ural-377”, “Ural-375” və s. yük avto-
38
mobilləri üçün nəzərdə tutulmuşdur. A -98 benzini Z L-11, Z L-113, “Çayka” və s.
minik avtomobilləri üçün nəzərdə tutulmuşdur.
Adi (kreyser) və gücləndirilmiş (təyyarənin uçma rejimi) kimi müxtəlif rejim-
lərdə istismar olunan aviasiya mühərrikləri üçün nəzərdə tutulmuş yanacaq öz
detonasiyaya dayanıqlığını həm sadə (bəsit), həm də zəngin qarışıqlarda saxlaya
bilməlidirlər. Aviasiya benzininin sadə qarışıqda iş zamanı detonasiyaya dayanıqlığı
benzinin oktan ədədi ilə, zəngin qarışıqda iş zamanı isə sortluluğu ilə müəyyə olunur.
Benzinin sortluluğu dedikdə sortluluğu 100 qəbul edilmiş izooktanla müqayisədə
sınaqdan keçirilən benzinlə mühərrikin hansı gücü əldə etdiyini göstərən rəqəm başa
düşülür. Belə ki, B-95/130 aviasiya benzini oktan ədədi 95 və sortluluğu 130 olan
yanacağa uyğundur: bu sortluluğa malik benzinlə mühərrik öz gücünü izooktana
nisbətən 30% artığa kimi qaldıra bilər. Bununla bərabər B-100/130, B-91/115 və B-
70 aviasiya benzinləri də buraxılır.
Benzinin fraksiya tərkibi onun keyfiyyətinin və buxarlanma qabiliyyətinin,
yəni maye haldan qazşəkilli hala keşmə qabiliyyətinin mühüm göstəricisidir.
Yanacağın buxarlanma qabiliyyətindən yanan qarışığın yaranması, qızdrılmanın
müddəti və işə salınmanın asanlığı asılıdır.
Benzinin fraksiya tərkibi neft məhsullarının distilləsi üçün nəzərdə tutulmuş
xüsusi cihazda müəyyən olunur. Həmin cihazda yanacaq nümunəsi qazşəkilli hala
keçirilir, sonra kondensasiya edilərək maye şəklində ölçü silindrinə toplanır. Yanaca-
ğ
ın cihazdan keçirilmə prosesində onun qaynamağa başladığı temperaturu, həcminin
10,50 və 90%-nin qaynayıb buxarlandığı temperaturları və qaynamanın başa çatdığı
temperaturu qeyd edirər. Avtomobil benzinlərinin buxarlanması 35-205°S
temperaturlarda baş verir. Benzinin yüngül fraksiyaları (buxarlanmanın
başlanmasından həcmin 10%-nin qaynayıb buxarlanmasına kimi) yanacağın işə
salma xassələrini səciyyələndirirlər, özü də yanacağın 10%-nin qaynayıb
buxarlandığı temperatur nə qədər aşağı olsa, onun işə salma xassələridə o qədər
yüksək olar. Yüngül fraksiyalar yalnız soyuq mühərrikin işə salınma və qızdırılması
müddətində istifadə olunduqları üçün (sonradan onlar mühərrikin işə salınmasını və
39
normal işləməsini çətinləşdirirlər), benzinin fraksiya tərkibinə qoyulan tələblər iqlim
şə
raitindən asılı olur: şimal rayonları üçün və qış vaxtında daha yüngül fraksiya
tərkibli benzindən, cənub rayonlarında və yay vaxtında isə daha ağır fraksiya tərkibli
benzindən istifadə edilməlidir. Ona görə də sənaye tərəfindən mövsümi (yay və qış)
avtomobil benzinləri buraxılır. Benzinin qış növü üçün yanacağın 10%-nin qaynayıb
buxarlanma temperaturu 55°S-dən, yay növü üçün isə 70°S-dən yuxarı olmamalıdır.
Yanacağın 50%-nin cihazdan keçirilmə temperaturu benzinin tərkibində ağır
fraksiyaların miqdarını, mühərrikin qızdırılma sürətini və mühərrikin sürət yığma
dinamikasını səciyyələndirir və benzinin övü üçün 100°S-dən, yay növü üçün isə
110°S-dən çox olmamalıdır.
Yanacağın 90%-nin cihazdan keçirilmə temperaturu benzinin mühərrikdə tam
buxarlanmasını səciyyələndirir. Ağır fraksiyaların qaynayıb buxarlanma temperaturu
nə qədər yüksək olsa, mühərrikin silindrinə də o qədər çox yanacaq maye halında
daxil olar. Nəticədə yanacağın tam yanması aşağı düşür, sürtünən səthlərin üzərindən
sürtkü yağları yuyulur və detalların köhnəlməsi (sıradan çıxması) sürətlənir.
Kimyəvi sabitlik benzinin mühərrikdə oksidləşməyə, qatran və yanıq əmələ
gəlməsinə və digər kimyəvi dəyişikliklərə dayanıqlığı ilə səciyyələnir və yanacağın
fraksiya tərkibindən, onda qatran və qatran əmələ gətirən maddələrin olmasından
asılıdır. Qatran karbohidrogenlərinin ağır malekulları təmamilə yanmırlar, mühərrikin
silindrinin və boru xətlərinin divarlarında kövrək və bərk yanıq şəklində çökürlər və
bununla da yanma prosesini pisləşdirir, yanacaq sərfini artırır və mühərrikin gücünü
aşağı salırlar.
Cədvəl 2.2.
Benzinin saxlanması zamanı qatranın miqdarının (mq/100 ml) dəyişməsi