29
Cari əməliyyatlar balansında yer alan ikinci qrup
ə
məliyyatlar beynəlxalq xidmətlər sahəsindəki ticarətdir. Bunlara
«görünməyən ticarət» də deyilir. Məsələn, xarici turizm,
beynəlxalq bank və sığorta xidmətlərindən əldə edilən komisyon
və marjlar, xarici investorların mənfəət və faiz gəliləri (kapital
xidmətlərinin qarşılığı olaraq), lizinqin qarşılığı, xarici
məşvərətçilik xidmətləri və mühəndislik maaşları kimi öhdəliklər
bu əməliyyatlar sırasına daxil edilir.
Cari əməliyyatların üçüncü alt qrupu qarşılıqsız yardımlar-
dır. Bunlar ianə və yardım xarakterində olduğu üçün, qarşısında bir
öhdəlik yoxdur. Buna görə də buna tək tərəfli trasferlər deyilir.
Məsələn, özəl şəxs və ya hökumətlərin xarici ölkələrə göndərdiklə-
ri mal və pul şəklindəki yardımlar, hədiyyələr və s. kimi əməliy-
yatlar bura aiddir.
Cari əməliyyatlar hesabına qeyd edilən bütün debet və kredit
ə
məliyyatlarının miqdarına cari əməliyyatlar balansı deyilir. Debet
və kredit hesablarının cəmi bir-birinə bərabər olmadığı təqdirdə
isə, cari əməliyyatlar balansının saldosu ya mənfi, ya da müsbət
olacaq.
Kapitalın və maliyyənin hərəkət hesabı. Ölkənin xarici
dünya ilə apardığı bütün növ maliyyə vəsaiti və birbaşa qoyulan
sərmayə investisiyaları, tədiyə balansının sərmayə hesabı bölmə-
sində qeyd edilir. Bu əməliyyatlar öz aralarında bəzi alt bölmələrə
ayrılır. Məsələn, kapital hesabı əvvəlcə uzunmüddətli və qısamüd-
dətli sərmayə deyilən iki alt bölməyə ayrılır. Birbaşa xarici sərma-
yə investiyaları ilə xarici istiqraz vərəqələri və səhm sənədlərinin
alqı-satqısı uzunmüddətli sərmayə əməliyyatları daxildir. Bundan
başqa rəsmi qurumlar tərəfindən xarici ölkələrdən və ya beynəl-
xalq maliyyə qurumlarından təmin edilən layihə və proqram kre-
ditləri də bu qrupa daxildir. Sərmayə hesabına qeyd edilən əməliy-
yatların ikinci qrupunu qısamüddətli, yəni müddəti prinsipcə 1 il-
dən az olan sərmayə giriş və çıxışları təşkil edir. Bunlar xarici tica-
rətin maliyyələşdirilməsinə istiqamətlənmiş kreditlərlə yanaşı,
beynəlxalq faiz fərqlərindən faydalanmaq və ya spekulyativ
30
məqsədli qısamüddətli fondlar da ola bilər. Adı çəkilən sərmayə,
kurs və faiz dəyişikliklərinə qarşı çox həssas olub, asanlıqla bir
ölkədən digər ölkəyə hərəkət edə bilir. Buna görə də bunlara bəzən
«isti pul» (hot money) fondları da deyilir. Qeyd etmək lazımdır ki,
ölkədən kapital çıxışı (mal ixracatının tərsinə) ölkə baxımından
debet, kapital girişi isə kredit əməliyyatıdır. Başqa bir məqam da
budur: sərmayə hesabına yalnız ana sərmayə hesabına giriş və
çıxışlar qeyd edilir. Faiz və ya mənfəət isə sərmayə hesabına deyil,
yuxarıda qeyd edildiyi kimi, cari əməliyyatların xidmətlər
bölməsində göstərilir.
Ümumi debet və kredit sərmayə əməliyyatları arasındakı
fərqə də sərmayə balansı deyilir. Əgər cari əməliyyatlar balansı
müəyyən miqdarda kəsirlidirsə, sərmayə balansında həmin miqdar
da artıq çıxarsa və ya tərsi olarsa, tədiyə balansında müvazinət
pozulmur. Amma müvazinətin təmin edilmədiyi vəziyyətlərdə bir
kəsir və ya daha artıq meydana gəlir.
Tədiyyə balansının ümumi saldosu (ölkənin ehtiyat aktiv-
lərinin dəyişməsi). Ehtiyat aktivləri zəruri hallarda istifadə etmək
məqsədi ilə mərkəzi bank tərəfindən tutulan beynəlxalq ödəmə va-
sitəsidir. Qeyd etmək lazımdır ki, mərkəzi bankların valyuta baza-
rına müdaxilələri ölkənin xarici iqtisadi və maliyyə münasibətlə-
rindəki proseslərin bir nəticəsidir.
Ə
gər ölkənin xaricdən əldə etdiyi valyuta gəlirləri valyuta
xərclərini tam şəkildə qarşılayırsa, valyuta kurslarında aşırı bir
yüksəlmə və ya düşmə də görülmmür. Belə vəziyyətdə mərkəzi
bankın müdaxiləsinə lüzum yoxdur. Amma, məsələn, valyuta
gəlirləri xərcləmələir qarşılamaq üçün kifayət deyilsə, bu təqdirdə
valyuta kursları yüksəlməyə başlayır. Əksinə, valyuta təklifi
valyuta tələbindən çox olarsa, valyuta kursları aşağı düşür.
Ə
gər mərkəzi bank, az-çox bütün ölkələrdə görüldüyü kimi,
kurs sabitliyini təmin edən bir siyasət izləyirsə, bu təqdirdə valyuta
bazarına müdaxilə etməlidir. Yəni valyuta tələbi çox olanda
valyuta satmalı və təklif çox olanda bazardan valyutanı almalıdır.
Bu fəaliyyətlər kursları istənilən səviyyədə saxlamağa kömək edir.
31
Təbii ki, mərkəzi bankın müdaxilələri digər cəhətdən də ehtiyat
aktivlərində dəyişməyə səbəb olmur.Bazarda valyuta satışı olanda
ehtiyatlar azalır, bazardan valyuta alanda isə ehtiyatlar artır. Ehti-
yatlardakı konkret dəyişmələr isə, ölkənin tədiyə balansında
göstərilir. Ancaq bir məqamı xatırlatmaq lazımdır ki, mühasibat
baxımından ehtiyatlardakı bir azalma kredit, artma da debet
ə
məliyyatı kimi qeydə alınır. Ehtiyat aktivləri hesabı ilə birlikdə
tədiyə balansının əsas hesab qruplarının nəzərdən keçirdik. Bu
açıqlamalarda əhəmiyyətli bir məqam budur: tədiyə balansında
qeydə alınan əməliyyatlardan bir qismi sərbəst, bir qismi də taraz-
laşdırıcı xarakterə malikdir. Tədiyə balansında müsbət və ya mənfi
saldo meydana gətirən əməlyiyatlar sərbəst əməliyyatlardır. Bunlar
iqtisadi həyatın irəlləyişi nəticəsində meydana gəlir.
2.3. VALYUTA SIYASƏ T VƏ MƏ RKƏ Z BANKIN
MƏ ZƏ NNƏ S YASƏ T
Valyuta siyasəti – ölkə daxili və xarici iqtisadi problemləri-
nin həllinə yönəlik, valyuta tənzimlənməsi və nəzarəti, valyuta ba-
zarı, qızıl-valyuta ehtiyatlarından səmərəli istifadə, beynəlxalq ma-
liyyə təşkilatlarında iştirak məsələsinə aydınlıq, valyutanın dönər-
liyi, ölkədaxili və ölkəxariji valyuta problemlərini sistemli forma-
da təhlili kimi ümdə məsələləri özündə birləşdirir. Valyuta siyasə-
tinin istiqamət və formaları ölkənin valyuta-iqtisadi vəziyyəti və
dünya iqtisadiyyatı sferasında gedən dəyişikliklərə bağlı olaraq ta-
razlanır.
Valyuta siyasətinin sağlam və səmərəli tətbiqi ölkənin iqtisa-
di təhlükəsizliyinin əsas təminatıdır.Valyuta siyasətinin istiqamət-
ləri aşağıdakılardır :
1.
iqtisadiyyatda dollarlaşmanın qarşısını almaq;
2.
valyuta nəzarəti;
3.
valyuta bazarının optimal strukturu və qızıl-valyuta
ehtiyatları diversifikasiyası;
Dostları ilə paylaş: |