3
G R Ş
Dünya maliyyə bazarlarının əsas qloballaşması istehsal
prosesinin qloballaşması deməkdir, yəni, rezidentin müəssisəsinin
daxili, milli bazarı özünün birinci dərəcəli əhəmiyyətini itirmiş
olur və firma öz ölkəsinə doğru istiqamətləndirilmir, həmçinin bu
cür tələbatların bütün dünya miqyaslı səviyyədə həyata keçirilməsi
ilə məşğul olur. Bu halda, məhsulun qlobal dövriyyəsi meydana
çıxır, bazarlar və məhsullar daha çox standartlara uyğunlaşdırılır,
eləcə də, bazarın müvəffəqiyyət qazanmasının qiymətləndirilməsi
üçün maliyyə baxımından beynəlxalq kriteriyalardan və qiymətlər-
dən istifadə olunur. Qloballaşma prosesi daha çox transmilli
korporasiyalar tərəfindən həyata keçirilir və bu korporasiyaların
sayı 2000-ci ilin 1 yanvar tarixində dünya miqyasında 63 000-i
ötüb keçmiş və bütün kontinentlərdə yerləşən 700 000 filial
təşkilatlar onlara məxsusdurlar.
Maliyyə bazarlarının qloballaşması virtual iqtisadiyyatın
təşəkkül tapması ilə sıx əlaqədardır. Məhz müasir telekommunika-
siya vasitələri beynəlxalq maliyyə bazarlarının sutkada 24 saat fəa-
liyyət göstərməsinə, yəni, mahiyyət etibarilə, vahid canlı orqanizm
olmasına imkan yaradırlar. Maliyyə qloballaşması institusional
ə
sasların, maliyyə inteqrasiyasının və maliyyə innovasiyalarının
yaradılması ilə müşayiət olunur.
Maliyyə qloballaşması - dünya miqyaslı maliyyə bazarları
arasındakı çoxsaylı əlaqələri inkişaf etdirməklə, onlar arasındakı
maneənin aradan qaldırılması ilə əlaqədardır. Maliyyə kapitalı
məhdudiyyətlər olmadan daxili bazardan dünya maliyyə bazarına
və ya əksinə ötürülə bilər. Bununla yanaşı, maliyyə institutları borc
götürülən pul vəsaitləri, kredit verilməsi, investisiya qoyulması
funksiyalarının yerinə yetirilməsi və digər maliyyə xidmətlərinin
göstərilməsi üçün aparıcı maliyyə mərkəzlərində filiallarını təsis
edirlər.
Maliyyə inteqrasiyası həm borc alanlara, həm də kreditorlara
eyni dərəcədə fayda gətirir. Amma həm borc alanlar, həm də