|
Microsoft Word Bas redaktordan
7
AMEA – 70
“XXI əsrdə yalnız yüksək elmi potensiala və elmi
tutumlu texnologiyaya malik ölkələr öz xalqları
üçün xoşbəxt və firavan həyat tərzi təmin etmək
imkanına malik olacaq”.
Ümummilli lider Heydər Əliyev
Bu günlərdə xalqımızın ictimai-siyasi və mə-
nəvi fikir tarixində müstəsna rolu olan, funda-
mental və tətbiqi elmin mərkəzinə çevrilmiş,
Azərbaycanın intellektual elitasının cəmləşdiyi
müqəddəs elm məbədinin – Azərbaycan Milli
Elmlər Akademiyasının yaradılmasının 70 illiyk
yubileyi əlamətdar bir hadisə kimi qeyd oluna-
caq. Bu tarix qədim və möhtəşəm bir siviliza-
siyaya əsaslanan milli-mədəni varisliyin, zəngin
elmi ənənələr və məktəblər üzərində qurulan ye-
ni bir təkamülün və intibahın yaşıdır. Yarandığı
gündən bu qurum Azərbaycan elminin aparıcı
qüvvəsi missiyasını şərəflə daşımış və hazırda da
müstəqil dövlətimizin elmini ləyaqətlə təmsil
edir. 70 il ərzində Akademiyada əldə edilmiş el-
mi nəticələr, çoxsaylı ixtiralar, hazırlanmış yük-
sək ixtisaslı kadrlar bu gün müstəqil Azərbay-
canın demokratik və hüquqi dövlət kimi forma-
laşmasında həlledici rol oynayır.
Qloballaşma prosesinin bütün dünyanı əha-
tə etdiyi və elmi-texniki tərəqqinin kifayət qədər
yüksək sürətlə həyata keçirildiyi müasir dövrdə
müstəqil Azərbaycan dövlətinin inkişafı məhz
elmin, elmi-texniki tərəqqinin və təhsilin səviy-
yəsindən əhəmiyyətli dərəcədə asılıdır. Müasir
dövlətin qurulması elmin inkişafı olmadan müm-
kün deyildir. Azərbaycan Milli Elmlər Akademi-
yasının inkişafı Azərbaycanda elmin inkişafının
birbaşa göstəricisidır.
Azərbaycan elminin tarixi çox qədimdir.
Əsrlər boyu Azərbaycan xalqının böyük alimlə-
ri, mütəfəkkir və fikir adamları, filosofları olub.
Görkəmli mütəfəkkirlərimizin açdığı mədrəsələr
elmin inkişafına böyük töhfələr vermib. Böyük
tarixə malik elmi ənənələrimiz son yarım əsrlik
dövrdə sistemli xarakter alaraq, dünyada tanın-
mış elmi məktəbləri formalaşdırıb.
Azərbaycan elminin təşkilatlanması və dün-
ya elminə ardıcıl inteqrasiyası məhz XX əsrin ilk
onilliklərində başlanır. Bakıda ilk universitetin
açılması və 1923-cü ildə təşkil edilən Azərbayca-
nın Tədqiq və Tətəbbö Cəmiyyəti yeni elmi qu-
rumların yaradılması üçün zəmin hazırladı. Bu
cəmiyyətin əsasında yaradılan Elmi Tədqiqat
İnstitutu respublikamızda elmi kadrların hazır-
lanmasına böyük təkan verdi. Təsadüfi deyil ki,
1932-ci ildə bu institutun əsasında SSRİ EA-nın
Zaqafqaziya filialının Azərbaycan şöbəsi yara-
dıldı və 1935-ci ildən bu şöbə SSRİ EA-nın Azər-
baycan filialı kimi fəaliyyət göstərməyə başladı.
1935-ci ilin oktyabrında şöbə SSRİ Elmlər Aka-
demiyasının Azərbaycan filialına çevrildi. SSRİ
Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar
və Azərbaycan SSR Xalq Komissarları Sovetinin
1945-ci il 27 mart tarixli qərarları ilə SSRİ Elm-
lər Akademiyasının Azərbaycan filialının əsasın-
da Azərbaycan Elmlər Akademiyası təsis olun-
du. Beləliklə, iyirmi ildən artıq davam edən təş-
kilatlanma mərhələsi uğurla başa çatdı. Böyük
tarixə malik olan elmi ənənələrimiz az bir zaman
kəsiyində sistemli inkişaf etdirildi, dünyada ta-
nınmış elmi məktəblər və istiqamətlər formalaş-
dı. Bu dövr ərzində Elmlər Akademiyası nəhəng
bir təşkilata, fundamental tədqiqatların əsas
mərkəzinə çevrildı. Akademiyanın yaranması
əsrlərdən bəri Azərbaycanda elmi təfəkkürün
formalaşmasının təbii nəticəsi oldu.
Ümummilli lider Heydər Əliyevin “müqəd-
dəs elm ocağı” kimi qiymətləndirdiyi akademi-
yanın tarixi taleyində həlledici rol olmuşdur. O,
Azərbaycanın gələcəyini düşünərək, uzaqgörən-
liklə və müdrikliklə bütün dövrlərdə, o cümlə-
dən müstəqillik dövründə elmin inkişafına çox
böyük diqqət göstərmişdir.
1970-80-ci illər Azərbaycan Elmlər Akade-
miyasının inkişafında xüsusi yer tutur. Respubli-
kamızın iqtisadi, ictimai-siyasi və milli-mənəvi
tərəqqisi kontekstində Azərbaycan elmi böyük
uğurlar əldə etdi. 70-ci illərdən başlayaraq Hey-
dər Əliyevin şəxsi təşəbbüsü və qayğısı nəticəsin-
də təhsilini davam etdirmək üçün yüzlərlə tələbə
Rusiyanın müxtəlif şəhərlərindəki universitet-
lərə, onlarla aspirant və doktorant isə keçmiş
SSRİ-nin ən nüfuzlu elmi mərkəzlərinə göndəri-
lirdi. Həmin proqram nəticəsində respublika-
mızda müasir tələblərə cavab verən ixtisaslı
kadrlar hazırlandı.
8
Heydər Əliyev Azərbaycanın ali rəhbərliyi-
nə ikinci dəfə qayıtdıqdan sonra da ölkəmizdə
elmin inkişafı naminə ardıcıl olaraq mühüm təd-
birlər həyata keçirdi. Heydər Əliyevin 15 may
2001-ci il tarixli fərmanı ilə Elmlər Akademi-
yasına Azərbaycan Milli Elmlər Akademiyası
adının verilməsi Akademiyanın fundamental el-
min inkişafında əldə etdiyi nailiyyətləri, Azər-
baycan xalqının mədəni və mənəvi təşəkkülündə
oynadığı rolu, respublika ictimaiyyətində olan
nüfuzunu və akademik elmin ölkənin inkişafının
əsas təminatçısı olduğunu bir daha təsdiqləmişdir.
Azərbaycan Respublikasının Prezidenti Heydər
Əliyevin 4 yanvar 2003-cü il tarixli fərmanı isə
Akademiyaya müstəqil dövlətimizin elmi və
elmi-texniki siyasətini həyata keçirən ali dövlət
təşkilatı statusu vermişdir. Bu, Azərbaycan
MEA-nın tarixində dönüş nöqtəsi olmuşdur.
Bu gün Azərbaycan Milli Elmlər Akademi-
yası altı elmi bölmədən ibarətdir və hər bölmə-
nin profilinə uyğun elmi nəşrlər var. Bu bölmə-
lərdən biri Biologiya və Tibb Elmləri Bölmə-
sidir.
1945-ci ildə yaradılmış Azərbaycan Elmlər
Akademiyasının Biologiya şöbəsinin tərkibinə
Rəyasət Heyətinin 2 aprel 1945-ci il tarixli qərarı
ilə Botanika, Zoologiya, Torpaqşünaslıq və aq-
rokimya, Eksperimental tibb institutları, Bitki-
ləri mühafizə və heyvandarlıq sektorları və
1946-ci ildən AEA Xəbərləri (biologiya seriyası)
məcmuəsinin redaksiyası daxil edilmişdir. Böl-
mənin fəaliyyəti strukturunda müəyyən yeni ins-
titutlar yaradılmış, bəziləri ləvğ olunmuş və ya
digər bölmələrə daxil edilmiş, həmçinin Bölmə-
nin institut, sektor və şöbələrinin əsasında yeni
elmi müəsssisələr təşkil olunmuşdur. AMEA-nın
2012-ci il tarixli Ümumi yığıncağında Biologiya
və tibb elmləri birləşdirilmişdir. Hal-hazırda
Biologiya və Tibb Elmləri Bölməsinin struktu-
runda Botanika, Zoologiya, Fiziologiya, Mikro-
biologiya, Dendrologiya İnstitutları və Mərkəzi
Nəbətat Bağı fəaliyyyət göstərir. 2014-cü ildə
AMEA-nın Ümumi yığıncağının qərarı ilə Böl-
mənin tərkibində yeni institut – Molekulyar Bio-
logiya və Biotexnologiya İnstitutu yaradılmışdır.
Bioloji yönümlü institutların elmi və təşkilatı
fəaliyyətləri Respublika Elmi Tədqiqatların Əla-
qələndirilməsi Şurasının Biologiya üzrə Problem
Şurasının və Tibb üzrə Problem Şurası vasitəsilə
əlaqələndirilir.
“Azərbaycan MEA-nın Xəbərləri (biologiya
və tibb elmləri)” AMEA Biologiya və Tibb Elm-
ləri Bölməsinin rəsmi jurnalıdır. Jurnal respub-
likamızda müasir biologiyanın və tibbin aktual
problemlərinin tədqiqinə həsr olunmuş məqalə-
ləri çap edən əsas jurnaldır. Burada biologiyanın
bir çox sahələrində (biokimya, molekulyar biolo-
giya, genetika, bioinformatika, fiziologiya (insan,
bitki və heyvan), zoologiya, botanika, bitki ehti-
yatşünaslığı və introduksiyası və s.), eləcə də tib-
bin təcrübi klinika sahəsində aparılan tədqiqat-
ların nəticələrini əks etdirən məqalələrə üstün-
lük verilir. Jurnal məlumat, tədqiqat və icmal
xarakterli məqalələri çap edir. Son dövrlərdə
jurnalının redaksiya heyəti yenilənmiş, tərkibinə
dünyanın aparıcı ölkələrindən olan nüfuzlü
alimlər daxil edilmişdir. Çap olunacaq məqalə-
lərin tərtibat qaydaları daha da təkmilləşdiril-
miş və beynəlxalq standartlara uyğunlaşdırıl-
mışdır. Jurnalın poliqrafik keyfiyyəti yaxşılaşdı-
rılmışdır. Jurnal Beynəlxalq standart seriya
nömrəsinə (International Standard Serial Num-
ber – İSSN 2078-3388) malik olmaqla yanaşı,
web-saytı (www.jbio.az) və elektron ünvanı (E-
mail: Panas_bms@jbio.az) vardır. Jurnalda çap
olunacaq məqalələrə təlabat daha da ciddiləşdi-
rilmiş və onlar alternativ rəylər almaq üçün
müxtəlif rəyçilərə göndərilir. Eyni zamanda, bə-
zi problemli məqalələr beynəlxalq rəyçilər tərə-
findən qiymətləndirilir. Sevindirici haldır ki,
jurnala olan maraq daha da artmış, hətta bir
çox xarici ölkədən olan tədqiqatçılar öz məqalə-
lərini bu jurnalda çap olunmaq üçün təqdim
edirlər. Önəmli cəhətlərdən biri də jurnalda çap
olunmuş məqalələrə beynəlxalq səviyyədə isti-
nadların artmasıdır.
Heydər Əliyev siyasəti Azərbaycanda bütün
istiqamətlərdə, o cümlədən dövlətin elmə olan
münasibətində də uğurla davam edir. Prezident
İlham Əliyev qısa müddət ərzində elm və təhsil
sahəsi üçün bir sıra mühüm qərarlar qəbul et-
mişdir. Akademiyanın maddi-texniki bazasının
möhkəmləndirilməsi işinə çox böyük diqqət gös-
tərilir, onun fəaliyyətinin genişləndirilməsi və el-
mi tədqiqatların iqtisadiyyatla uzlaşması üçün
konkret addımlar atılır. Bu gün Akademiyanın
regionda iri elmi mərkəzə çevrilməsi Azərbay-
can alimlərinin qarşısında mühüm vəzifə kimi
qoyulmuşdur. Bu strategiyaya uyğun olaraq ar-
tıq bir neçə ildır ki, elm məbədi olan akademi-
yamızda bütün sahələri əhatə edən ardıcıl isla-
hatlar həyata keçirilir. İnanırıq ki, Azərbaycan
Milli Elmlər Akademiyası bundan sonra daha
sürətlə inkişaf edəcək və ölkəmizin dinamik in-
kişafı üçün zəruri olan vəzifələrin uğurla yerinə
yetirilməsinə öz böyük töhfəsini verəcəkdir.
Akademik Cəlal ƏLİYEV,
“AMEA-nın Xəbərləri (biologiya və tibb
elmləri)” jurnalının baş redaktoru
Dostları ilə paylaş: |
|
|