22
Şək.1.2. xracın dəstəklənməsi tədbirləri.
Şəkil 1.2.-dən göründüyü kimi, dövlət ixracın dəstəklənməsi üçün çoxsaylı
iqtisadi siyasət mexanizmlərinə və iqtisadi alətlərin kompleks formada baxılmasını,
nəzarətdə saxlanılmasını, reallaşdırılması proseslərinin sadələşdirilməsini və
stimullaşdırılmasını həll etməli, bu sahədə balanslaşdırılmış iqtisadi siyasət yürütməli
və səmərəli praktiki alətlərin tətbiqinə nail olmalıdır. Bir sıra dünya dövlətlərinin
ixracın dəstəklənməsinə sərf etdikləri maliyyə resurslarının həcmi milyard dollarla
ölçülür. Məsələn, 2012-ci ilin yekunu üzrə Çində bu məqsədlərlə 45,0 mlrd.dollar,
ABŞ-da – 31,3; Almaniyada – 15,3; Fransada – 13,0; Hindistanda – 10,6; taliyada –
5,2; Böyük Britaniyada – 2,9; Braziliyada – 2,7; Kanadada – 1,7 mlrd. dollar sərf
olunmuşdur, maliyyə dəstəyinin təyinatı isə orta və uzunmüddətli dövlət maliyyə
dəstəyi xarakteri daşımışdır.
Cənubi-Şərqi Asiya ölkələrinin ixrac potensialının artırılması üzrə təcrübəsi
əvvəldə qeyd etdiyimiz kimi xeyli maraq doğurur. Bu təcrübədən yararlanmaq
istəyən Qırğızıstan Respublikasında 2010-2020-ci illəri əhatə edəcək kompleks
proqram qəbul olunmuşdur. Bu proqramda ixrac yönümlü və idxal əvəzedici
sahələrin inkişafı strategiyası müəyyənləşdirilmişdir. Ixrac potensialından səmərəli
istifadə edilməsi məqsədilə bir sıra prioritet fəaliyyət istiqamətləri proqramın əsas
hədəfləri kimi çıxış edirlər:
−
xarici bazar təyinatlı istehsal sahələrinin təşkili;
−
müasir texnikadan və qabaqcıl texnologiyalardan istifadə edilməsi;
−
valyuta daxil olmalarının artırılması;
−
iqtisadiyyatın müasir strukturunun yaradılması;
−
xarici bazara xammal ixracının azaldılması;
−
ticarət şərtlərinin yaxşılaşdırılması;
−
milli iqtisadiyyatın diversifikasiyalaşdırılmasının sürətləndirilməsi,
ölkənin elektroenergetika, yüngül sənaye, tikinti materialları sənayesi kimi
iqtisadiyyat sahələrinin ixrac potensialının artırılması. Keçmiş SSR -nin ən kiçik
iqtisadiyyata malik olan ölkələrindən biri olan Qırğızıstan üçün xarakterik olan bu
23
amillər, əslində neft ölkəsi statusundan asılı olmayaraq, bu quruma daxil olan
respublikaların hamısında yer almışdır. Həmin suveren dövlətlər bu və ya digər
iqtisadiyyat sahələrinin ixrac potensialının artırılması və rəqabətqabiliyyətinin
gücləndirilməsi üçün kompleks tədbirlər, proqramalr və sairlər qəbul edərək,
ixracyönümlü milli iqtisadi inkişaf modelinin formalaşdırılmasına səy göstərirlər.
Rusiyalı tədqiqatçı . Vostyutçenko ixrac potensialının artırılmasında struktur
xüsusiyyətlərinə bunları daxil etmişdir:
−
təbii-resurs potensialı;
−
istehsal potensialı;
−
kadr potensialı;
−
təşkilati-idarəetmə potensialı;
−
innovasiya potensialı;
−
marketinq potensialı;
−
investisiya potensialı. Digər bir rusiyalı tədqiqatçı A. Bulatov məhsul
ixracı üzrə dövlət tənzimlənmələrinin təkmilləşdirməsi üçün innovatik yeniləşmənin
intensivləşdirməsini vacib saymışdır:
−
istehsalın strukturunun təkmilləşdirməsi və bu istiqamətdə tətbiq edilmiş dövlət
mexanizmlərinin icrasına nəzarətin gücləndirilməsi;
−
ixracın
daxili
və
xarici
strukturunun
yaxşılaşdırılması,
konseptual
əsaslandırılması;
−
ixracın fiskal tənzimlənməsi şərtlərinin yenilənməsi;
−
dünya bazarlarında güclü rəqabətqabiliyyətinə malik, əlavə dəyər gətirən malların
ixracının genişləndirilməsi və bu kimi mallar üzrə ixtisaslaşmanın prioritet qəbul
edilməsi;
−
ixrac infrastrukturunun modernləşdirilməsi.
Milli iqtisadiyyatların inkişafında qeyri-neft sektorunun ixrac potensialının
rolunun artması, dünya ticarətində ixracın əhəmiyyətinin yüksəlməsi ilə bilavasitə
bağlıdır. 1990-2012-ci illərdə dünya mal ixracının həcmi 5,2 dəfə artmış və 2012-ci
24
ilin yekununa görə ümumi ixrac 18,3 trln. dollar təşkil etmişdir. Həmin dövr ərzində
dünya mal ticarətinin dinamikası Cədvəl 1.2.-də verilmişdir.
Cədvəl 1.2.
Dünya üzrə mal ixracının 1990-2012-ci illər ərzində dinamikası (mlrd. ABŞ
dolları ilə)
l
Məbləğ
l
Məbləğ
1990
3499
2008
16140
2000
6452
2009
12542
2005
10495
2010
15274
2006
12120
2011
18291
2007
14012
2012
18323
Cədvəl 1.2.-dən göründüyü kimi 2008-ci ildə başlayan dünya maliyyə
dövranından sonrakı ildə dünya mal ixracı 28,7 % azalsa da, növbəti 2010-2012-ci
illərdə ixracın artım tempi yüksəlmiş və 2011-2012-ci illərdə eyni səviyyədə
sabitləşmişdir. Dünya ixracının mallar üzrə strukturunda isə 2000-2011-ci illər
ərzində hazır məhsulların, maşın və avadanlıqların xüsusi çəkisi azalmış, əksinə
yanacaq və mineral məhsulların, yəni xammal resurslarının ixracı 1,6 dəfə artmışdır.
Dünya ixracının mallar üzrə strukturu Cədvəl 1.3-də verilmişdir.
Cədvəl 1.3.
Dünya ixracının mallar üzrə strukturu (%-lə)
2000
2011
Ixrac, cəmi
100
100
Kənd təsərrüfatı malları
8,8
9,3
Ərzaq
6,9
7,6
Yanacaq və mineral məhsullar
13,7
22,5
Yanacaq
10,8
17,8
Emal olunmuş əlvan metallar
2,0
2,3
Hazır məhsullar
74,9
64,6
Maşınlar, avadanlıq, nəqliyyat vasitələri
41,9
32,3
Qeyd: Cədvəl 1.3. tədqiqat materialları əsasında müəllif tərəfindən hazırlanmışdır .
Dünya ixracında inkişaf etməkdə olan ölkələrin rolu artmaqdadır. Tədqiqatçı V.
Şunskiy qeyd edir ki, inkişaf etməkdə olan ölkələr maşın və avadanlıqların, həmçinin