87
iqtisadiyyatının inkişafı vacib amil kimi qiymətləndirilir. Müəllifə görə, hazırda da bu
prinsiplər neft istehsal edən bir çox ölkələr, o cümlədən Azərbaycan üçün
xarakterikdir. Ölkəmiz neft gəlirlərindən səmərəli istifadəyə dair strategiyaya, dünya
təcrübəsinə söykənmiş idarəetmə mexanizminə malik olsa da, hələ də qeyri-neft
sektorunun inkişafının gücləndirilməsi, onun ixrac potensialının artırılması
məsələlərində əsaslı irəliləyiş təmin olunmayıb və bu sahədə həllini gözləyən
problemlər qalmaqdadır.
6.
Akademik Z. Səmədzadə, professor A. Şəkərəliyev, bir qrup digər azərbaycanlı
tədqiqatçı-alimlərə və işdə yer alan materiallara istinadən qeyd etmək olar ki,
Azərbaycanda qeyri-neft sektorunun inkişaf istiqamətlərinin nizamlanması və
təkmilləşdirilməsi,
ixrac
potensialının
artırılmasının
stimullaşdırılması
mexanizmlərinin yeni nəslinin daha işlək formasının, metodlarının işlənib
hazırlanması və tətbiqi zərurəti qalmaqdadır.
7.
Qeyri-neft sektorunun ixrac potensialının nəzəri-metodoloji əsaslarına dair
tədqiqat materiallarına istinadən bildirmək olar ki, bu sektorun ixrac potensialının
artırılması üçün ilk növbədə milli iqtisadiyyatın diversifikasiyalaşdırılması
intensivləşdirilməlidir. Sonra bu sahələrin ixrac potensialları reallıqları əks etdirən
meyarlar əsasında qiymətləndirilməli və onlardan səmərəli istifadə mexanizmləri
işlənib hazırlanmalıdır. Bu mexanizmlər milli iqtisadiyyatın strateji inkişaf
prioritetlərinə, beynəlxalq iqtisadi proseslərinin əsas inkişaf tendensiyalarına, qlobal
dünya iqtisadiyyatının meyarlarına adekvat olmalıdır. Dissertasiya işində milli
iqtisadiyyatın inkişafında qeyri-neft sektorunun ixrac potensialından səmərəli
istifadənin rolunun tədqiqinə geniş yer verilmişdir. Bu onunla izah edilir ki, bir çox
dünya ölkələri güclü təbii ehtiyatlara, resurslara malik olsalar da, milli iqtisadiyyatın
müxtəlif sahələrinin inkişafını təmin etməkdə çətinliklər çəkmişlər və bu proseslər bir
çox ölkələrdə hazırda da davam etməkdədir.
88
Ədəbiyyat siyahısı
1.
1920-1930-cu illərdə dünya iqtisadi böhranı. http://www.kayzen-az.
2.
2011-2013-cü illər üçün qeyri-neft məhsullarının ixracının stimullaşdırılmasına
dair tədbirlər planı. AR Nazirlər Kabinetinin Sərəncamı №40, 8 fevral 2011-ci
il, Bakı.
3.
2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair
Dövlət Proqramı. AR Prezidentinin 2011-ci il 15 dekabr tarixli ilə təsdiq
edilmişdir.
4.
2012-2020-ci illərdə Azərbaycan Respublikasının üzümçülüyün inkişafına dair
Dövlət Proqramının təsdiq edilməsi haqqında AR Prezidentinin Sərəncamı, 15
dekabr 2011 Bakı.
5.
2013-cü ildə Azərbaycan Respublikasının xarici ticarət əlaqələri. AR SN,
http://www.economy.gov.az.
6.
2014-cü ilin Azərbaycan Respublikasında “Sənaye ili” elan edilməsi haqqında
AR Prezidentinin Sərəncamı, 10 yanvar 2014-cü il, Bakı.
7.
Abdullayeva S. Qeyri-neft sektorunun ÜDM-də payı gələn ildə 61,5 %-ə qədər
yüksələcək.
http://www.sia.az
.
8.
Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların
sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında AR Prezidentinin Fərmanı,
16.04.2014 Bakı.
9.
Alıyev .H. və Soltanlı .Q. Milli iqtisadi inkişaf modelinin formalaşmasının
qanunauyğunluqları və xüsusiyyətləri. Qloballaşma prosesində Qafqaz və
Mərkəzi Asiya. III Beynəlxalq konqres. Bakı, 15-17 oktyabr 2013.
10.
Aliyev . Ölkədə qeyri-neft sənayesinin inkişaf strategiyası. http://
www.yeniazerbaycan.com (12.04.2014)
.
11.
Amanova S. Ölkə sənayesinin səmərəliliyinin yüksəldilməsi istiqamətləri.
http://www.academia.edu
.
12.
ARDNŞ-nin rəsmi saytı– SOCAR.
http://socar.com
.
13.
AR SN. 2013-cü ildə Azərbaycanda sahibkarlığın inkişafı dinamikasına dair
arayış. Bakı – 2014.
89
14.
Aslanzadə . A. Dövlət innovasiya siyasətinin formalaşdırılması və sənaye
sektorunun rəqabətqabiliyyətliliyinin yüksəldilməsi problemləri. . e. d.
dissertasiyasının Avtoreferatı. AMEA, qtisadiyyat nstitutu. Bakı, 2013.
15.
Atakişiyev M.C. Azərbaycan 2020: milli iqtisadi inkişaf və səmərəli yüksəlişin
problemləri// Azərbaycanın vergi jurnalı, № 4, 2012. C135-146.
16.
Azərbaycan kənd təsərrüfatı 2013. ARDSK. Statistik Məcmuə. Bakı -638 s.
17.
Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2004-cü il tarixli 128
nömrəli Fərmanı ilə təsdiq edilmiş "Neft və qaz gəlirlərinin idarə olunması üzrə
uzunmüddətli Strategiya"sı. http://www.oilfund.az.
18.
Azərbaycanın xarici ticarəti, 2013. Statistik Məcmuə. Bakı, 2013.-278 s.
19.
Azərbaycanın xarici ticarət dövriyyəsi.
http://www.facemark.az
20.
Azərbaycanın xarici ticarət dövriyyəsi. ARDSK.
http://www.stat.gov.az
.
21.
“Azərbaycan Polad stehsalı Kompleksinin yaradılması haqqında” AR
Prezidentinin 23.04.2013-cü il tarixli 2875 nömrəli Sərəncamında dəyişikliklər
edilməsi barədə AR Prezidentinin Sərəncamı. 15.04.2014 Bakı.
22.
Azərbaycan Polad Istehsalı Kompleksinin yaradılması haqqında AR
Prezidentinin Sərəncamı, 23.04.2013 Bakı.
23.
Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası. AR Prezidentinin
2007-ci il 23 may tarixli, 2148 nömrəli Sərəncamı ilə təsdiq olunub. Bakı, 2007.
24.
Azərbaycan Respublikasının Konstitusiyası. “Hüquq ədəbiyyatı” nəşriyyatı,
Bakı, 2002 84 s.
25.
Azərbaycan Respublikasında xarici ticarətin sərbəstləşdirilməsi haqqında
Azərbaycan Respublikasının Fərmanı. http//www.e-qanun.az.
26.
Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi
qaydaları. AR Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə
təsdiq olunmuşdur. Bakı, 1997.
27.
Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi
qaydalarının təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında AR
Prezidentinin Fərmanı, 14 may 2010-cu il, Bakı.
90
28.
Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial iqtisadi
inkişafı Dövlət Proqramının təsdiq edilməsi haqqında AR Prezidentinin
Fərmanı, 27 fevral 2014 Bakı.
29.
Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial iqtisadi
inkişafı Dövlət Proqramı. AR Prezidentinin 27.02.2014-cü il tarixli 118№-li
Fərmanı ilə təsdiq edilib. Bakı.
30.
Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə
dövlət Proqramı.
http://www.azercosmos.az
.
31.
Azərbaycan Respublikası Mərkəzi Bankının 2014-cü il 01 saylı Statistik
bülleteni.
http://www.cbar.az
.
32.
Azərbaycan Respublikası Mərkəzi Bankı.
http://www.cbar.az
.
33.
Azərbaycan Resbublikasında regionların sosial-iqtisadi inkişafı dövlət
proqramların icrasına həsr olunmuş konfrans, Bakı, 5 fevral 2014-cü il.
34.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı
(2004-2008-ci illər).
35.
Востютченко И.Н. Интеграционная диверсификация АПК регионов юга
России: институциональной аспект. Автореферат дисс. канд. экон. наук.
Ростов-на-Дону – 2012.
36.
ВТО назвала крупнейших мировых экспортеров и импортеров. Интернет-
ресурсы:
http://www.economics.lb.ua
.
37.
Доклад о торговле и развитии, 2013 год. Доклад секретариата
Конференции Организации Объединенных Наций по торговле и развитию.
Нью-Йорк и Женева, 2013 г.
38.
ЕБ РР: Слабый нефтяной экспорт спас Азербайджан.
http://www.uaport.net
.
39.
Исмайлов С.Ф. Реформирование и развитие промышленных предприятий в
условиях переходной экономики. Баку, “Элм”, 2006. – 340 с.
40.
Кахраманов Н.Т. Перспективы развития нефтехимической и химической
промышленности Азербайджана // Азербайджанское нефтяное хозяйство.
№ 4, Баку, 2006. С.47-51.
91
ДЮНЯМАЛЫЕВ ЕЛЬНУР
Резюме
В современных условиях экономика Азербайджана вошла в динамичное
русло развития. Страна успешно интегрируется в мирохозяйственную
систему, повышается рейтинг национальной экономики Азербайджана на
международной арене. Однако зависимость экономики страны от нефти и
ее экспорта в виде сырья еще остается.
С
учетом
влияния
глобализации,
исследованы
научно-
исследовательские работы, теоретические и методические проблемы в
вопросах выявления потенциала экспорта экономики Азербайджана,
диверсификации
внешнеторгового
оборота,
расширения
экспортноориентированных отраслей и предприятий, товаров и
продукции, совершенствовании законодательной базы и стимулирования
экспорта, выявления рациональных направлений развития экспорта в
стране. В Азербайджане традиционно имелись конкурентоспособные и
экспортоориентированные промышленные секторы, сферы сельского
хозяйства. Промышленность страны имеет достаточный потенциал для
увеличения экспорта и расширения его ассортимента.
92
DUNYAMALIYEV ELNUR
Summary
The economy of Azerbaijan has entered to dynamic course of development in
modern conditions. The country has successfully integrated into the global economic
system, increases the rating of the national economy of Azerbaijan in the
international arena. However, the dependence of economy from oil and its export like
raw material still remains.
Scientific research, theoretical and methodological issues in the identification of
export potential of Azerbaijan's economy, diversification of foreign trade turnover,
expansion of export-oriented industries and enterprises, goods and products, the
improvement of the legislative base and export promotion, the rational directions of
development of export in the country are studied with the influence of globalization.
Azerbaijan traditionally had a competitive and export-oriented industrial sectors,
agriculture. The industry has the potential to increase exports and expand its range.
93
Азярбайжан Дювлят Игтисад Университетинин «Бейнялхалг тижарят вя эюмрцк иши»
kafedrası
цзря тящсил алан 102 M груп маэистри Dünyamalıyev Elnur Alirza
oğlunun
yazdığı “Azərbaycanın qeyri-neft sektorunda ixrac potensialından
istifadə nin tə nzimlə nmə si problemi” ишиня
Р Я Й
Dissertasiya işinin strukturuna müvafiq olaraq aparılan araşdırmalar və təhlillər,
bu iş üzrə nəticələri ümumiləşdirməyə və bir sıra təkliflər irəli sürməyə imkan verir.
Qeyd etmək olar ki, işin strukturundakı ardıcıllıq qorunmaqla, qeyri-neft
sektorunun ixrac potensialının tənzimlənməsinin nəzəri-metodoloji əsaslarının
öyrənilməsi, bunula bağlı spesifik xüsusiyyətlərin mahiyyətinin açıqlanması vəzifəsi
əsasən yerinə yetirilmişdir. Milli iqtisadiyyatların inkişafında qeyri-neft sektorunun
çoxşaxəli funksiyalarının başlıca prinsiplərinin qiymətləndirilməsi və açıqlanmasına
müvəffəq olunmuşdur. Azərbaycanda qeyri-neft sektorunun ixrac potensialından
istifadənin mövcud vəziyyətini əks etdirən göstəricilərin sistemli təhlili və
qiymətləndirilməsi aparılmışdır. Bu sahədəki problemlərin səbəbləri tədqiqat
materiallarının imkan verdiyi səviyyəyə kimi açıqlanmışdır. Ölkə iqtisadiyyatının
inkişaf tendensiyalarının və diversifikasiyalaşdırılması problemlərinin mahiyyəti
verilmişdir. Müasir reallıqlar nəzərə alınmaqla, ölkənin qeyri-neft sektorunun ixrac
potensialının qiymətləndirilməsi aparılmışdır. Bunlarla bərabər, Azərbaycanda qeyri-
neft sektorunun ixrac potensialından istifadənin tənzimlənməsinin təkmilləşdirilməsi
istiqamətləri müəyyənləşdirilmişdir və s.
Бütün bunlarla yanaşı işi тамамланмыш маэистр диссертасийасы щесаб етмяк
олар. Ишин мцдафияйя бурахылмасы мягсядяуйьундур.
i.e.n. M.M.Məmmədli
94
Азярбайжан Дювлят Игтисад Университетинин «Бейнялхалг тижарят вя эюмрцк иши»
kafedrası
цзря тящсил алан 102 M груп маэистри Dünyamalıyev Elnur Alirza
oğlunun
yazdığı “Azərbaycanın qeyri-neft sektorunda ixrac potensialından
istifadə nin tə nzimlə nmə si problemi” ишиня
Р Я Й
Dünya təsərrüfat sisteminin qloballaşması şəraitində beynəlxalq əmək
bölgüsünün dərinləşməsi prosesləri intensivləşməkdədir. Belə bir şəraitdə milli
iqtisadiyyatların inkişaf etdirilməsinin optimal modelləşdirilməsi, milli iqtisadi
maraqların qorunması, iqtisadiyyatın diversifikasiyalaşdırılması, bütövlükdə milli
iqtisadiyyatın xammal və təbii resurslardan asılılıq amillərinin azaldılması kimi
prioritet vəzifələr ortaya çıxır. Şübhəsiz, bu məsələlərdə dövlətin iştirakı, müdaxiləsi
və iqtisadi siyasətinin formalaşdırılması prosesləri mühüm əhəmiyyət kəsb edir.
Dünya iqtisadiyyatının müxtəlif mərhələlərində iqtisadi proseslərin tənzimlənməsi,
dövlətin bu proseslərə müdaxiləsi üzrə nəzəriyyələr, elmi baxışlar və mülahizələr
formalaşmışdır. Klassik iqtisadçı A. Smitin öz tədqiqatlarında iqtisadiyyata dövlətin
müdaxiləsi problemlərinə xeyli yer verilmişdir. Görkəmli iqtisadçı "Mütləq
üstünlüklər nəzəriyyəsi"ndə ölkənin beynəlxalq əmək bölgüsündə, beynəlxalq iqtisadi
proseslərdə, milli iqtisadiyyatın beynəlmilləşməsi proseslərində iştirakının bir çox
vacib tərəflərinə aydınlıq gətirmişdir. Bu nəzəriyyədə demək olur ki, ölkənin
beynəlxalq əmək bölgüsü sistemində mövqeyinin gücləndirilməsinə xidmət edən
üstünlük elementlərinin əsasları verilmişdir.
Бütün bunlarla yanaşı işi тамамланмыш маэистр диссертасийасы щесаб етмяк
олар. Ишин мцдафияйя бурахылмасы мягсядяуйьундур.
i.e.n.M.M.Aslanova
95
REFERAT
Müstəqillik əldə etdikdən sonra Azərbaycan iqtisadiyyatı bir çox ciddi
problemlərlə üzləşmişdir. Ölkə iqtisadiyyatının müxtəlif sektorları iflic halına qədər
proseslər yaşamışdır. 1994-cü ildən başlayaraq, Azərbaycanda milli karbohidrogen
ehtiyatlarından səmərəli istifadənin təşkili istiqamətində, yəni neft strategiyasının
reallaşdırılması sahəsində aparılan tarixi işlər ölkə iqtisadiyyatının dirçəldilməsi
tədbirlərinin genişləndirilməsinə əlavə stimullar vermişdir. Artıq 2000-ci ilə qədər
olan dövrdə Azərbaycan iqtisadiyatının müxtəlif sektorlarında islahatlar
dərinləşdirilmiş, qanunvericilik bazası formalaşdırılmış, bir çox istiqamətlər üzrə
strateji iqtisadi hədəflər müəyyənləşdirilmiş və milli iqtisadiyyatın rəqabət
qabiliyyətinin artırılması məqsədilə ilk addımlar atılmışdır.
Ölkənin
iqtisadi
prioritetlərinin
milli
iqtisadi
maraqlar
əsasında
formalaşdırılması prosesləri 2000-ci illərin əvvəllərindən başlayaraq, xeyli
intensivləşmişdir. Azərbaycan bu dövrdə özünün iqtisadi inkişaf modelini
formalaşdıra bilmiş, iri regional layihələrin təşəbbüskarı və həlledici tərəfdaşı kimi
çıxış etməyə başlamışdır. Ölkəyə neft gəlirlərinin axını ilə əlaqədar olaraq, milli
iqtisadiyyatın infrastrukturunun yenilənməsi, ayrı-ayrı sahələrin modernizasiyası
prosesləri intensivləşdirilmiş, neft sektorunun inkişafı onu ölkə iqtisadiyyatının
lokomotivinə çevirmiş və bu imkandan bəhrələnməklə, Azərbaycanda iqtisadi
siyasətin daha iri miqyaslı hədəfləri özündə birləşdirən modeli işlənib hazırlanmış,
ölkənin xarici ticarət siyasəti əhəmiyyətli səviyyədə güclənmişdir. Bu proseslərlə
yanaşı, artıq milli və dünya ekspertlərinin yekdil fikirlərinə görə, Azərbaycan
iqtisadiyyatı neft amilərindən asılı vəziyyətə düşmüşdür və ölkənin məlum “Holland
sindromu”nun fəsadlarına məruz qalmaması üçün adekvat tədbirlərin görülməsinə
çağırışların səslənməsi intensivləşmişdir. 2008-ci ildən başlayaraq genişlənən dünya
maliyyə böhranı və iqtisadi tənəzzül prosesləri Azərbaycan iqtisadiyyatının neftdən
asılılığını əyani nümayiş etdirdi. Belə ki, Azərbaycan 2008-ci ildə 54,9 mlrd. dollar
həcmində xarici ticarət dövriyyəsinə malik olmuşdur və bunun 47,76 mlrd. dolları
ixracın payına düşmüşdür. Şübhəsiz ixracın rekord həcmi birbaşa xam neft ixracı və
onun qiymətinin rekord həddə çatması ilə bağlı idi (147 $/ barrel). Bununla bərabər,
96
2008-ci ildə ölkə ÜDM-nin həcmi cəmisi 40,1 mlrd. manat olmuşdur. 2009-2013-cü
illərdə ölkə ixracının həcmi 2 dəfəyə yaxın, xarici ticarət dövriyyəsi isə 1,6 dəfə
azalmışdır. 2012-2013-cü illərdə ixracın artımında durğunluq əmələ gəlmişdir.
Beləliklə, bütövlükdə milli iqtisadiyyatın artım tempinin zəifləməsi, ixracın həcminin
artmasına imkan verən mənbələrin məhdudluğu, neft sektorunun ixrac potensialının
real imkanlarından istifadənin pik səviyyəsinə çatdığı amilləri nəzərə alınmaqla,
Azərbaycanda qeyri-neft sektorunda ixrac potensialından istifadənin tənzimlənməsi
problemlərinin həllinə sistemli yanaşmanın vaxtının gəlib çatdığı və adekvat
tədbirlərin görülməsi aktuallığı ilə xeyli diqqət cəlb etməyə başlamışdır.
Qeyri-neft sektorunun ixrac potensialının artırılması üçün ilk növbədə
milli iqtisadiyyatın özünün diversifikasiyalaşdırılması və modernləşdirilməsi
prosesləri başa çatdırılmalı, innovasiyalaşdırılması sürətləndirilməlidir. Bundan
əlavə, qeyri-neft sektorunun ölkənin təbii resursları və iqtisadi amilləri nəzərə
alınmaqla, dərindən tədqiq edilməsi, onun potensialının obyektiv qiymətləndirilməsi
zərurəti diqqəti cəlb edir. Bu proseslərdə strateji vəzifələrdən biri də müasir dövrdə
Azərbaycanın qeyri-neft sektorunun ixrac potensialının dərin təhlilinin aparılması,
adekvat meyarlar çərçivəsində bu sahənin imkanlarının müəyyənləşdirilməsi, ixrac
potensialından istifadənin tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətlərinin aşkar
edilməsidir. Bütün bu amillər, spesifik xüsusiyyətlər, mövcud problemlər
“Azərbaycanın qeyri-neft sektorunda ixrac potensialından istifadənin tənzimlənməsi
problemləri” mövzusunda dissertasiya işinin aktuallığını əyani göstərir.
Dostları ilə paylaş: |