verir və bu məlumat əsasında onlar olduğu yer üzrə qeydiyyatdan çıxarılırlar.
Qeydiyyat müddəti başa çatdıqda, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər
qeydiyyatdan çıxarılmış hesab edilirlər.
21.9. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu yeri dəyişdikdə, o, bu
Məcəllənin 21.2–21.5-ci maddələrində nəzərdə tutulmuş qaydada yeni olduğu yer
üzrə qeydiyyata alınmalıdır.
Maddə 22. Qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılan
əcnəbilər və vətəndaşlığı olmayan şəxslər
22.1. Xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik
nümayəndəlik
və
konsulluqlarının,
habelə
beynəlxalq
təşkilatların
nümayəndəliklərinin əməkdaşları, inzibati-texniki xidmət heyətinə daxil olan
şəxslər və onların ailə üzvləri, həmçinin Azərbaycan Respublikasına diplomatik
missiya ilə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərin
qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.
22.2. Bununla əlaqədar onlara nümunəsi müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilmiş müvafiq vəsiqə verilir.
22.3. Müvafiq icra hakimiyyəti orqanı miqrasiya uçotunun aparılması məqsədi ilə
bu Məcəllənin 22.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər barədə məlumatları 10
gün müddətində müvafiq icra hakimiyyəti orqanına təqdim edir.
Maddə 23. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan
Respublikasının ərazisində olmasının arzuolunmaz hesab edilməsi
23.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına
gəlməsi, Azərbaycan Respublikasında olması və ya yaşaması Azərbaycan
Respublikasının suverenliyinə, ərazi bütövlüyünə, onun dünyəvi xarakterinə,
Azərbaycan xalqının vahidliyinə, ölkənin milli təhlükəsizliyinə, ictimai asayişə və
ya əhalinin sağlamlığına zərər vura biləcəyi hallarda, habelə Azərbaycan
Respublikası vətəndaşlarının və digər şəxslərin hüquqlarının və qanuni
mənafelərinin qorunması bunu tələb etdikdə, müvafiq icra hakimiyyəti orqanları
tərəfindən həmin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə olması
arzuolunmaz hesab edilə bilər.
23.2. Şəxsin arzuolunmaz hesab edilməsi 5 il müddətinə müəyyən edilir və
müvafiq əsaslar aradan qalxmadıqda eyni müddətə uzadıla bilər. Uzadılmaların
sayı məhdudlaşdırılmır.
23.3. Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla müvəqqəti olan,
müvəqqəti və ya daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxs arzuolunmaz
hesab edildikdə, həmin şəxs qərar qəbul edildiyi andan ölkədə olma və ya yaşama
hüququnu itirir.
23.4. Şəxsin ölkədə olmasının arzuolunmaz hesab edilməsi barədə məlumat
müvafiq icra hakimiyyəti orqanları tərəfindən “Giriş-çıxış və qeydiyyat”
idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edilir.
23.5. Azərbaycan Respublikasının ərazisində olan şəxslərin ölkədə olması
arzuolunmaz hesab edildikdə müvafiq icra hakimiyyəti orqanları bu barədə
məlumatı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması,
habelə həmin şəxslər barəsində bu Məcəllənin 79-cu maddəsinə uyğun olaraq
Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması haqqında qərar
qəbul edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər.
III BÖLMƏ
ƏCNƏBİLƏRƏ VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRƏ AZƏRBAYCAN
RESPUBLİKASINA GƏLMƏK, AZƏRBAYCAN RESPUBLİKASINDA
MÜVƏQQƏTİ OLMAQ, YAŞAMAQ VƏ İŞLƏMƏK HÜQUQU VERƏN
SƏNƏDLƏR VƏ ONLARIN VERİLMƏSİ QAYDALARI
FƏSİL 5
VİZALAR
Maddə 24. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən vizalar
24.1. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən vizaların giriş və tranzit
növləri vardır.
24.2. Girişlərin sayına görə giriş vizası birdəfəlik və çoxdəfəlik vizalara, tranzit
vizası isə birdəfəlik və ikidəfəlik vizalara bölünür.
24.3. Giriş vizası diplomatik, xidməti və adi kateqoriyalara bölünür.
24.4. Diplomatik və xidməti kateqoriyalı giriş vizaları yalnız rəsmi səfər məqsədi
ilə Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə
verilir.
24.5. Adi kateqoriyalı giriş vizaları işgüzar, elm, təhsil, əmək, turizm, mədəniyyət,
idman, humanitar, müalicə və şəxsi səfər məqsədləri ilə Azərbaycan
Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir.
24.6. Giriş vizasının etibarlılıq müddəti birdəfəlik giriş-çıxış üçün 90 günədək,
çoxdəfəlik giriş-çıxış üçün isə 2 ilədək müəyyən olunur.
24.7. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər vizada göstərilən qalma müddəti
ərzində və məqsədlə ölkə ərazisində qala bilərlər.
24.8. Vizada göstərilən ölkədə qalma müddətindən vizanın etibarlılıq dövrü
ərzində istifadə edilir. Bu müddət ərzində istifadə olunmayan viza qüvvədən düşür.
24.9. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə
vizalarla bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydalardan (müddətlərdən) fərqli
qaydalar (müddətlər) müəyyən oluna bilər.
Maddə 25. Rəsmi səfər məqsədi ilə verilən giriş vizası
25.1. Rəsmi səfər vizası xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət
göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq
təşkilatların nümayəndəliklərinin əməkdaşlarına, inzibati-texniki xidmət heyətinə
daxil olan şəxslərə və onların ailə üzvlərinə, həmçinin Azərbaycan Respublikasına
diplomatik missiya ilə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən