Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi Azərbaycan Respublikasında
miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin
və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında hüquqi vəziyyəti ilə
bağlı normaları müəyyənləşdirir.
I BÖLMƏ
ÜMUMİ MÜDDƏALAR
FƏSİL 1
AZƏRBAYCAN RESPUBLİKASININ MİQRASİYA QANUNVERİCİLİYİ
Maddə 1. Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyi
Azərbaycan
Respublikasının
miqrasiya
qanunvericiliyi
Azərbaycan
Respublikasının Konstitusiyasından, bu Məcəllədən, Azərbaycan Respublikasının
qanunlarından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdən və onlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi
aktlardan ibarətdir.
Maddə 2. Azərbaycan Respublikası miqrasiya qanunvericiliyinin prinsipləri
Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyi insan və vətəndaş
hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, qanun qarşısında bərabərlik və
ədalətlilik, Azərbaycan Respublikası miqrasiya qanunvericiliyinin hamılıqla
tanınan beynəlxalq hüquq normalarına uyğunluğunun təmin edilməsi, miqrasiya
proseslərinin tənzimlənməsində innovativ metodların tətbiqi və şəffaflığın təmin
edilməsi prinsiplərinə əsaslanır.
Maddə 3. Əsas anlayışlar
3.0.
Bu
Məcəllədə
aşağıdakı
əsas
anlayışlardan
istifadə
olunur:
3.0.1. əcnəbi – Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin
vətəndaşlığına mənsub olan şəxs;
3.0.2. vətəndaşlığı olmayan şəxs – heç bir dövlət tərəfindən onun qanununa
əsasən vətəndaş hesab edilməyən şəxs;
3.0.3. yetkinlik yaşına çatmayan şəxs – 18 yaşı tamam olmayan şəxs;
3.0.4. pasport – şəxsə vətəndaşı olduğu ölkə tərəfindən verilən, ona ölkədən
getmək və ölkəyə gəlmək hüququ verən, habelə onun şəxsiyyətini və vətəndaşlığını
təsdiq edən sənəd;
3.0.5. şəxsiyyət vəsiqəsi – Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti
təsdiq edən sənəd;
3.0.6. Azərbaycan Respublikasında müvəqqəti olan – Azərbaycan
Respublikasında yaşamaq üçün icazəsi olmayan, turizm, şəxsi iş, xidməti
ezamiyyət və sair bu kimi müvəqqəti xarakter daşıyan hallarla əlaqədar
Azərbaycan Respublikasına qanuni əsaslarla gəlmiş əcnəbi və ya vətəndaşlığı
olmayan şəxs;
3.0.7. Azərbaycan Respublikasında müvəqqəti yaşayan – bu Məcəllə ilə
müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün
icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs;
3.0.8. Azərbaycan Respublikasında daimi yaşayan – bu Məcəllə ilə müəyyən
edilmiş qaydada Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış
əcnəbi və ya vətəndaşlığı olmayan şəxs;
3.0.9. əmək miqrasiyası – fiziki şəxsin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul
olması üçün qanuni əsaslarla bir ölkədən başqa ölkəyə miqrasiya etməklə yaşayış
yerini dəyişməsi;
3.0.10. əməkçi miqrant – haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün
qanuni əsaslarla bir ölkədən başqa ölkəyə miqrasiya edən fiziki şəxs;
3.0.11. əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ailə üzvləri – əcnəbinin və
ya vətəndaşlığı olmayan şəxsin arvadı (əri), 18 yaşına çatmamış uşaqları, 18 yaşına
çatmış əmək qabiliyyəti olmayan övladları və himayəsində olan valideynləri;
3.0.12. yaxın qohum – ata, ana, ər (arvad), övlad, qardaş, bacı və onların övladları,
baba, nənə, babanın (nənənin) atası və anası, nəvə, qayınata, qayınana, qayın,
baldız;
3.0.13. iş icazəsi – Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək
fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə bu
Məcəllə ilə müəyyən edilmiş qaydada verilən icazə;
3.0.14. yaşayış yeri – mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması
haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə
müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış
sahəsi, mehmanxana, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış
yerləri;
3.0.15. olduğu yer – şəxsin yaşayış yeri sayılmayan müvəqqəti yaşadığı
mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana
və ya digər belə ictimai yerlər, habelə mənzil, digər yaşayış sahəsi (özünün,
qohumunun, tanışının və s.);
3.0.16. viza – əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin dövlət sərhədinin
buraxılış məntəqələrindən müəyyən olunmuş qaydada keçməklə Azərbaycan
Respublikasına gəlməsinə və Azərbaycan Respublikasından getməsinə, vizada
göstərilmiş müddət ərzində ölkədə müvəqqəti olmasına hüquq verən rəsmi sənəd;
3.0.17. sərhədkeçmə sənədi – xarici pasport, vətəndaşlığı olmayan şəxslərə
yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün verilən sənəd, dənizçi
kitabçası (vəsiqəsi), qaçqınlara verilmiş yol sənədi, vətənə qayıdış şəhadətnaməsi,
beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədlər.
Maddə 4. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin tətbiq dairəsi
4.1. Bu Məcəllə Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getməsi, ölkəyə
gəlməsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına
gəlməsi və Azərbaycan Respublikasından getməsi, Azərbaycan Respublikasında