32
AİB
2013-cü ilin avqust ayında Avropa İnvestisiya Bankı Azәrbaycan hökumәti ilә
investisiya fәaliyyәtlәrinin başlanılması üzrә Çәrçivә Müqavilәsi imzaladı. AİB
“Azәrenerji”nin AYİB-in ayırdığı kreditlәr hesabına reabilitasiya olunmuş “Azdres”
istilik elektrik stansiyasından AYİB-AİB Çoxtәrәfli Karbon Kreditlәri Fondu (ÇKKF)
vasitәsilә karbon kreditlәri almaqla AYİB vasitәsilә enerji sektoruna aid olan
layihәlәrdәn birindә iştiraka cәlb olunmuşdur.
33
ӘLAVӘ 1 - SİYASİ QİYMӘTLӘNDİRMӘ
Azәrbaycan Bankın tәsis edilmәsi haqqında Sazişin 1-ci Maddәsindә nәzәrdә tutulan
çoxpartiyalı demokratiya, plüralizm vә bazar iqtisadiyyatı prinsiplәrinә tәrәfdar çıxır.
Bu prinsiplәrin daha davamlı şәkildә tәtbiq olunması siyasi mәsuliyyәtliliyi artıra,
qanunun aliliyini güclәndirә vә ölkәnin digәr problemlәrini hәll etmәsinә yardım edә
bilәr.
Strategiya dövründә ölkәnin siyasi sistemi xüsusi diqqәtin prezidentlik üzәrindә
cәmlәşdirilmәsi ilә mәrkәzlәşdirilmiş şәkildә fәaliyyәt göstәrmәyә davam etdi.
Müxalifәt partiyaları da daxil olmaqla ölkәdә çoxlu siyasi partiyalar vardır vә ölkә
mükәmmәl siyasi plüralizm formalaşdırma cәhdlәrini davam etdirir. Mәhkәmә vә
qanunverici hakimiyyәt güclü icraedici hakimiyyәti kifayәt qәdәr balanslaşdıra bilmir.
Hakimiyyәt strukturları tәrәfindәn dә qәbul olunduğu kimi, korrupsiya ciddi problem
olaraq qalır vә korrupsiya ilә mübarizә onlar üçün әsas mәsәlә olaraq qalır.
ATӘT-in beynәlxalq müşahidәçilәrinә görә, 2010-cu ildә keçirilmiş son parlament
seçkilәri sakit mühitdә vә müxalifәt partiyalarının iştirakı ilә tәşkil olunsa da ATӘT-
in demokratik seçkilәrlә bağlı bir sıra standartlarına cavab vermәmişdir. Növbәti
Prezident seçkilәri 2013-cü ilin oktyabr ayında keçirilәcәk vә ATӘT-in Demokratik
qurumlar vә insan hüquqları idarәsinin müşahidә missiyası tәrәfindәn müşahidә
olunacaq.
Ermәnistanla olan Dağlıq Qarabağ münaqişәsi Fransa, Rusiya vә Amerika Birlәşmiş
Ştatlarının hәmsәdri olduğu ATӘT-in Minsk Qrupu tәrәfindәn beynәlxalq vasitәçilik
sәylәrinә baxmayaraq hәlә dә hәll olunmamışdır.
BMT-nin, ATӘT-in vә Avropa Şurasının üzvü olan Azәrbaycan ona verilmiş bir sıra
öhdәliklәrә әmәl etmәyi öz üzәrinә götürmüşdür. Ölkәnin bu öhdәliklәrә әmәl etmәsi
müvafiq qurumlar tәrәfindәn sistematik şәkildә müşahidә olunur vә
qiymәtlәndirmәnin әsasını tәşkil edәn inkişaf vә seçki müşahidәçiliyi hesabatlarında
dәrc olunur. Azәrbaycan qanunlarının Avropa Şurası standartları ilә uyğunluq
sәviyyәsinin qiymәtlәndirilmәsi üçün Demokratiya üzrә Avropa Komissiyasının
Qanunla (Venesiya Komissiyası) apardığı hüquqi yoxlamalardan istifadә olunmuşdur.
Azәrbaycanın Avropa Şurasında üzvlüyü Avropa Qonşuluq Siyasәti üzrә Tәdbirlәr
Planı ilә ölkә üzәrinә qoyulmuş öhdәliklәr Azәrbaycanı Avropa demokratik
dәyәrlәrinә olan öhdәliklәrini nümayiş etdirmәyә imkan yaradan platforma ilә tәmin
edir vә ölkәnin hüquqi çәrçivәsini Avropa standartları ilә uzlaşdırır. 2013-cü il, 20
mart tarixindә dәrc edilmiş sonuncu AQS inkişaf hesabatında bildirilirdi ki, “keçmişә
nisbәtәn inkişafın әldә olunmasına baxmayaraq, Azәrbaycanın mәhkәmә sisteminin
müstәqilliyi, insan haqları vә fundamental azadlıqlar,seçki proseslәri dә daxil olmaqla
demokratiya ilә bağlı öhdәliklәri tәmin etmәk üçün cәhdlәrini davam etdirmәsinә
ehtiyac var”.
4
4
İnkişaf ünsürlәri “İnsan Hüquqları üzrә Tәdbirlәr Planı, davamlı mәhkәmә islahatı vә dağıntı vә
mәcburi köçürmә probleminә ünvanlanan bir sıra tәdbirlәrin icrasına başlanması” kimi
müәyyәnlәşdirilmişdir, AQS Ölkәlәrinin Әldә Olunmuş Nәticәlәr Barәdә 2012-ci il Hesabatı –
Azәrbaycan, Brüssel, 20 mart 2013-cü il, Memorandum, Avropa Komissiyası, sәh. 4
4
AQS Ölkәlәrinin Әldә Olunmuş Nәticәlәr Barәdә 2012-ci il Hesabatı – Azәrbaycan, Brüssel, 20 mart,
2013-cü il, Memorandum, Avropa Komissiyası, sәh.1
34
Bununla yanaşı, digәr müşahidәlәr mülki vә siyasi hüquqlar sahәsindә beynәlxalq
müqavilәlәrlә götürülmüş öhdәliklәrin davamlı olaraq hәyata keçirilmәsi, mәhkәmә
hakimiyyәtinin müstәqilliyi, diffamasiyanın dekriminallaşdırılması, fikir azadlığı,
toplaşmaq azadlığı kimi sahәlәrin inkişaf etdirilmәsinә ehtiyac duyulduğunu
bildirmişlәr.
Nümayәndәli vә mәsul hökumәt
Azad, әdalәtli vә rәqabәtli seçkilәr
Konstitusiya universal sәsvermә hüququ ilә hökumәtin demokratikliyini tәmin edir.
Ümumi seçkilәr müntәzәm olaraq keçirilir.
Azәrbaycanın 1991-ci ildә müstәqillik әldә etmәsindәn indiyә qәdәr beynәlxalq
müşahidәçi missiyalar Avropa İnsan Haqları Mәhkәmәsinin 2005-ci
ildә keçirilmiş
parlament seçkilәri üzrә 35 işdәn 7 iş barәdә verdiyi qәrarlarla da tәsdiq olunduğu
kimi ölkәnin seçki proseslәrindә qüsurlar aşkarlamışlar. 2010-cu ildә keçirilәn
parlament sәs vermәsi ilә bağlı qaldırılan mәsәlәlәr hәlә dә mәhkәmәdәdir.
Mәhkәmәnin mühakimәsinә verilmiş qüsurlar seçki komissiyasının tәşkili,
namizәdlәrin qeydiyyatdan keçmәsi vә şikayәt vә müraciәt prosedurları ilә bağlı
olmuşdur.
5
2010-cu ildә keçirilmiş Parlament seçkilәri ATӘT-in Demokratik qurumlar vә insan
hüquqları üzrә idarәsi tәrәfindәn müşahidә edilmişdir. ATӘT-in Demokratik qurumlar
vә insan hüquqları üzrә idarәsinin Seçki Müşahidәsi Missiyasının son hesabatına
әsasәn, seçkilәr bütün müxalifәt partiyalarının iştirak etmәsi vә sakit atmosferdә
keçirilmәsi ilә xarakterizә edilsә dә, “bu seçkilәrin keçirilmәsi ümumilikdә ölkәnin
demokratik inkişafında mühüm әhәmiyyәt kәsb edәn nәticәlәrin әldә olunması
baxımından kifayәt etmirdi” vә “Ümumilikdә bu seçkilәr Azәrbaycanın yerli
qanunvericiliyinin mühüm elementlәri vә ATӘT-in verdiyi bir sıra öhdәliklәrin
tәlәblәrinә cavab vermirdi”.
6
Azәrbaycanda Parlament seçkilәri majoritar sistem әsasında keçirilirdi, Milli
Mәclis
üzvlәri 5 illik dövr üçün 125 tәk mandatlı seçki dairәlәri üzrә seçilirdi. Seçkilәr üçün
әsas qanunvericilik Konstitusiyadan vә Seçki Mәcәllәsindәn (sonuncu dәfә 2010-cu
ildә dәyişikliklәr edilmişdir) ibarәtdir. Bu istiqamәtdә hüquqi çәrçivәyә hәmçinin,
Sәrbәst Toplaşmaq haqqında Qanun (2008), Radio vә Televiziya Yayımları haqqında
Qanun, Mülki Mәcәllә, elәcә dә Cinayәt Mәcәllәsinin vә İnzibati Xәtalar
Mәcәllәsinin uyğun maddәlәri daxildir
7
.
Qәbul edilmәsindәn bu vaxta qәdәr Seçki Mәcәllәsinә bir neçә dәfә dәyişikliklәr
edilmişdir. Seçki Mәcәllәsinә 2010-cu ilin iyun ayında edilmiş son dәyişikliklәrlә
rәsmi kampaniya müddәti qısaldılmış, belәliklә dә namizәdlәrin tәşviqat üçün
5
Azәrbaycan tәrәfindәn öhdәliklәrin vә tәәhhüdlәrin yerinә yetirilmәsi, Avropa Şurası Parlament
Assambleyasının Qәtnamәsi 1917 (2013), sәh.2
6
ATӘT/DTİHB/SMM 2010-cu il Parlament Seçkilәri, Yekun Hesabat, sәh.2
7
Beynәlxalq Seçkilәri Müşahidә Missiyası, Azәrbaycan Respublikası – Prezident Seçkilәri, 9 oktyabr
2013-cü il, İlkin aşkar edilmiş faktlar vә nәticәlәr, sәh.1.