|
Microsoft Word Az ekonomi After Corrections doc
ON SOZ
SSRİ-nin süqutunun ardınca, 1991-ci ilin axırlarında, tarix səhnəsində
beynəlxalq iqtisadi və siyasi stabillik ünsürü olmağa başlayan Azərbaycanda, on
doqquz ilidən artıq müddət ərzində iqtisadi-liberal nöqteyi nəzərindən sərbəst bazar
şərtlərinə görə bir iqtisadi sistem formalaşdırılmağa başlanıldı.
1994-cü ildə imzalanan “Əsrin Müqaviləsi ” ilə başlamış Azərbaycanda sərmayə
qoyuluşu, xüsusilə enerji sektoruna xarici sərmayə investisiyaları uğurlu şəkildə
inkişaf edir. 2003-cü ildən etibarən isə digər sektorlara istiqamətləndirilmiş yerli və
xarici investisiyanın təşviqi məqsədi ilə inkişaf proqramları həyata keçirilməyə
başlandı.
Azərbaycanın müstəqillik qazanmasından sonra siyasi, sosial və iqtisadi böyümə,
inkişaf və müstəqillik nöqteyi nəzərindən müsbət mənada mühüm addımlar atdığı
müşahidə edilir. Vacib hüquqi və idari nizamlamalara baxmayaraq, tətbiqi prosesə və
iqtisadi göstəricilərə əks olunan müsbət inkişaf nəzərə alındıqda, Azərbaycanın XXI
əsrdə dünyanın inkişaf etmiş, sivil, güclü bir dövləti olmağa namizəddir.
Azərbaycanda stabil inkişaf edən bir iqtisadiyyat for- malaşdırılsa da, əlbəttə yenə də
daha çox və əhəmiyyətli bir sıra addımların atılması vacibdir. Keçid dövrü başa çatsa
da, dünya iqtisadi məkanına inteqrasiya üçün bir sıra mühim işlərin görülməsi zəruri
və vacibdir.
Bu kitabın Azərbaycan iqtisadiyyatına maraq göstərən hər kəsə faydalı olması
ümidi ilə.
Doç. Dr. Osman Nuri Aras
Fatih Universiteti
Elçin Süleymanov
Qafqaz Universiteti
AZƏRBAYCAN HAQQINDA
Dostları ilə paylaş: |
|
|