16
gözlənilməz artımı və. s. ilə əlaqədar riskdir. qtisadi risk – qəbul edilmiş qərarların
və ya həyata keçirilən fəaliyyətin təsadüfliyi nəticəsində dəymiş itkilərin
mümkünlüyüdür. Məsələn investisiya sferasında iqtisadi risk – perspektivsiz
oyektələrə və habelə qiymətli kağızlara kapital qoyuluşu nəticəsində zərər çəkmək
ehtimalıdır. Siyasi risk dövlət orqanları və təşkilatı qruplar tərəfindən siyasi motivlər
üzrə subyektləri hədələyən qorxu riskidir. Siyasi risk özünə xüsusən hərbi əməliyyatı,
xalq hərəkatını, ticarət və valyuta əməliyyatlarını qadağan edilməsini daxil edilir.
Təbbi risklərə - quraqlıq, subasma, doluvurma və.s hadisələr aiddir. Yuxarıda
göstərilən risklər bəşəriyyətə müəyyən zərər vura bilər. Zərər nəinki maddi, habelə
bədbəxt hadisələr şəklində fiziki formada ola bilər. Ona görə də bəşəriyyət həmişə öz
mənafelərinin müdafiəsinin daha səmərli üsulu kimi risklərin sığortalanmasına səy
göstərir.Bununla əlaqədər cəmiyyətdə müxtəlif məqsədlərə xidmət edən müxtəlif
təşkilati formalı sığorta fondları yaradılır. Belə ki, sığorta fondları sığorta
müdafiəsinin maddi şəklidir. Tarixən sığorta fondu ilk dəfə natural formada
yaradılmışdır.Pulun yaradılması ilə əlaqədar sığorta fondu yeni keyfiyyətə malik
oldu.Yəni sığorta fondu həm də pul formasında yaradılmağa başladı.
Müasir dövrdə sığorta fondlarının əsas təşkilati formaları bunlardır :
-Dövlət sosial sığorta fondları.Bu fondlar fiziki və hüquqi şəxslərin icbari ödəmələri
hesabına yaradılır.Bu fondun vəsaitləri vətəndaşlar əmək qabiliyyətini
itirdikdə,pensiyaya çıxdıqda və qanunvericiliklə müəyyən edilmiş digər hallarda
istifadə edilir.Qeyd etmək lazımdır ki,sosial köməklik göstərilməsində dövlətin
imkanları məhduddur və hər bir vətəndaş ailəsi,əmlakı barədə ilk növbədə özü
fikirləşməlidir.Dövlətin həyata keçirdiyi sosial siyasət yalnız minimum təminat
verilməsini təmin edir.
-Özünüsığorta fondu .Bu fondlar müəssisə və ev təsərrüfatlarında könüllük əsasında
yaradılır. Müəssisələr və vətəndaşlar topladıqları vəsaitləri gözlənilməz zərərləri
kompensasiya etmək üçün istifadə edirlər. Bu metod özünü o vaxt doğruldur
ki,zərərlərin baş verməsi əvvəlcədən məlumdur və ya həcmi çox böyük deyildir.Əgər
17
zərərlər həcmcə çox böyükdürsə,onda müəssisə və vətəndaşların yaratdıqları
özünüsığorta fondları həmin zərərlərin ödənilməsi üçün kifayət etmir.
-Sığortaçıların sığorta fondları .Bu fondlar zərərlərin kompensasiyası üçün ən
ə
lverişli fondlardır.Bu fondlar özünüsığorta ilə məşğul olmayan və sığorta
münasibətlərində iştirak edən müştərilərdən-sığorta etdirənlərdən alınmış sığorta
haqları hesabına yaradılır.
Onu da qeyd edək ki ,dövlət tərəfindən həyat keçirilən sosial sığorta qanunvericiliklə
nəzərdə tutulmuş hallarda vətəndaşların itirilmiş əmək haqlarının ,gəlirlərinin və ya
ə
lavə xərclərinin kompensasiya edilməsinə ,habelə itirilməsinin qarşısının alınmasına
yönəldilmiş təminat formasıdır. O əsasən kollektiv həmrəyliyə əsaslanır və sosial
bərabərliyə ,maddi rifahın minimum səviyyəsinin təmin olunmasına
yönəldilmişdir.Kommersiya sığortası isə könüllük prinsipinə əsaslanır və sığortaçılar
tərəfindən həyata keçirilir. Onun əsas məqsədi fiziki və hüquqi şəxslərə sığorta
xidmətlərinin göstərilməsi ,habelə mənfəət əldə etməkdir.
Sığorta bir iqtisadi kateqoriya olaraq aşağıdakı baza prinsiplərinə malikdir:
- Sığorta iştirakçılarının (sığorta etdirən və olunanlar ) iqtisadi maraqlarına dəyə
biləcək zərərlər üzrə risklərin yenidən bölgüsü prinsipi.Bu bölgüdə həlledici şərt kimi
sığortaçıya sığorta etdirən tərəfindən vaxtlı-vaxtında sığorta haqlarının köçürülməsi
çıxış etməlidir.Bunsuz yenidənbölgü prosesini təşkil etmək qeyri-mümkündür.
-Sığorta üçün zərərin sığorta fondu çərçivəsində qapalı bölgüsü xarakterikdir. Yəni
sığorta fondu ,ancaq onun yaradılmasında iştirak edən sığortalılar arasında
bölüşdürülür.Zərərin bu cür qapalı şəkildə paylaşdırılması zərərçəkən təsərrüfatların
bir qayda olaraq sığorta iştirakçılarının sayından az olmasına əsaslanır.Zərərin qapalı
şə
kildə paylaşdırılması üçün sığorta iştirakçılarının təsbit edilmiş sığorta haqlarının
hesabına formalaşan məqsədli təyinatlı maliyyə-sığorta fondları yaradılır.Bu fondun
vəsaitləri yalnız onu yardan iştirakçılar tərəfindən istifadə olunduğu üçün sığorta
haqqının ölçüsü onların hər biri üçün paylaşdırılan zərər məbləğini ifadə edir.Buna
görə də, sığorta iştirakçılarının əhatə dairəsi nə qədər geniş olarsa, sığorta haqlarının
ölçüsü də bir o qədər az, sığorta isə daha əlverişli və keyfiyyətli olar.Sığortada
18
milyona qədər sığorta etdirən çəxs iştirak etdikdə və yüz milyonlarla obyekt sığorta
olunduqda, minimal sığorta sığorta haqlarının vasitəsilə maksimal itkini ödəmək
mümkün olur.
Məhz zərərin qapalı şəkildə bölüşdürülməsi xüsusiyyəti sığortanı digər maliyyə
kateqoriyalarından əsaslı şəkildə fərqləndirir. Yəni sığorta qapalı bölgü
münasibətlərini , maliyə isə açıq bölgü münasibətlərini ifadə edir. Məs,sığortadan
fərqli olaraq ,dövlət büdcəsinin gəlirləri müəssisə və vətəndaşların ödəmələri
hesabına formalaşır,lakin səfərbər olunmuş pul vəsaitlərinin istifadəsi ,bu haqları
ödəyən tədiyyəçilərin fəaliyyətindən kənara çıxır.
-Sığorta fondunun zaman və məkanca yenidən bölgüsü prinsipi. Sığorta fondunun
məkanca bölgüsü dedikdə o başa düşülür ki,ölkənin ayrı-ayrı regionlarında toplanan
vəsait sığorta fondunda mərkəzləşir və hadisə baş verən yerlərə istiqamətlənir. Belə
ki ,həcmcə zərərlər dinamikdir.Bir ərazidə baş verən zərər digər ərazidə baş verən
zərərdən fərqlənir. Sığorta fondunun zamanca bölgüsü dedikdə əlverişli illərdə
vəsaitlərin toplanması və onların əlverişsiz illərdə istifadəsi başa düşülür.
-Sığortanın ekvivalentlilik prinsipi. Bu o deməkdir ki, sığorta fonduna səfərbər
olunmuş vəsait tarif dövrü ərzində sığorta işinin aparılmasına çəkilən xərclər
çıxıldıqdan sonra sığorta ödənişləri formasında sığortalılara
qaytarılmalıdır.Ekvivalentlilik prinsipi bir sığortaçı ilə bir sığortalı arasında deyil, bir
sığortaçı ilə bütün sığortalılar arasında olmalıdır.
Sığortanın iqtisadi mahiyyəti onun funksiyalarında özünü göstərir. Bu funksiyalara
daxilidir: risklilik, xəbərdarlıq, yığım, nəzarət. Əsas funksiya kimi risk funksiyası
çıxış edir. Risk funkiyası öz əksini sığortanın bölgü münasibətləri ilə bağlı olmasında
tapır. Məhz risk funksiyası nəticəsində dəyərin pul formasının məbləği təsadüfi
sığorta hadisələrinin baş verməsi ilə əlaqədar olaraq sığorta iştirakçılarının arasında
bölüşdürülür.
Xəbərdaredici funksiya sığorta riskinin azaldılması üzrə tədbirlərin, sığorta fondunu
vəsaitlərinin bir hissəsi hesabına maliyyələşdirilməsini nəzərdə tutur.Bu funksiya
bədbəxt hadisələrin ,təbii fəlakətlərin neqativ nəticələrinin azaldılmasına,yol
Dostları ilə paylaş: |